Şriftin ölçüsü :

Saytın rəngi :

Fəal könüllülərimiz

 

  Həsənov Orxan Oktay oğlu 1998-ci ildə İyulun 24-də Xocavənd rayonunun Əmirallar kəndində anadan olmuşdur. 2004-cü ildə Xocavənd rayon 4 saylı tam orta məktəbində təhsil həyatına başlamış, 2015-ci ildə Bakı Dövlət Univerisitetinin Filologiya fakültəsinə qəbul olmuşdur. 2019-cu ildə məzun olmuşdur. 2019-cu ilin İyul ayında hərbi xidmətə yollanmış, 2020-ci ilin İyul ayında hərbi xidməti başa vuraraq ehtiyata buraxılmışdır. Xocavənd rayon İcra Hakimiyyətində könüllülük layihəsində iştirak etmişdir.

 

 

 

 

 

 

 

 

 

Əvəzli Sənan Müşfiq oğlu 1997-ci ildə iyulun 28-də Xocavənd rayon Muğanlı kəndində anadan olmuşdur. 2003-cü ildə Xocavənd rayon 4 saylı orta məktəbinə getmiş, 2014-cü ildə 11-ci sinifi bitirmişdir. 2014-cü ildə Qazaxstan Respublikasında yerləşən Hoca Əhməd Yasəvi adına Beynəlxalq Qazax-Türk universitetinin Sosial Elmlər fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasına daxil olmuş, 2019-cu ildə məzun olmuşdur. 2019-cu ildə iyul ayında hərbi xidmətə yollanmış, 2020-ci ilin iyul ayında hərbi xidməti başa vurmuşdur. Hal-hazırda Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulub

 

 

 

 

 

 

 

 

Süleymanov Adəm Azər oğlu 1998-ci il fevralın 28-də Xocavənd rayon Tuğ kəndində anadan olmuşdur.2004-cü ildə Xocavənd rayon Tuğ kənd orta məktəbində 1-ci sinfə getmiş, 2015 ci  ildə  11-ci sinfi  bitirərək Azəraycan Texnologiya Universitetinin Biznesin idarə edilməsi ixtisasına  daxil olmuş, 2019 cu ildə məzun olmuşdur.
Hal-hazırda Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulub

 

 

 

 

 

 

 

Əkbərli Ziya Elxan oğlu 1997-ci ildə Xocavənd rayonu Muğanlı kəndində anadan olmuşdur. 2003-cü ildə Mehdi Mehdiyev adına Beyləqan rayon 1 nömrəli tam orta məktəbində birinci sinifə getmiş, 2014-cü ildə Namiq Allahverdiyev adına Beyləqan rayonu 1 saylı tam orta məktəbində XI sinifi bitirmişdir.  2014-cü ildə Qazaxıstan Respublikasında yerləşən Hoca Əhməd Yasevi adına Beynəlxalq Qazax-Türk universitetinin Sosial elmlər fakultəsinə Beynəlxalq münasibətlər ixtisası üzrə daxil olmuş. 2019-cu ildə bitirmişdir. Təhsil aldığı müddət ərzində Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyində Konsul köməkçisi kimi çalışmışdır. 2018-ci ildə Azərbaycan Respublikasının 100 illik yubileyinə həsr olunmuş Qazaxıstan və Türk dillərində “28 May” qəzetini nəşr etdirmişdir. 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanmış, 2020-ci ilin iyul ayında hərbi xidməti başa vurmuşdur.
Hal-hazırda Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulub

 

 

 

 

 

Əliyev Fərahim Rövşən oğlu 6 iyul 1997-ci ildə anadan olmuşdur. 2004-cü ildə Ağcabədi  rayonu Minəxorlu kənd orta məktəbində birinci sinifə getmiş, 2015-ci ildə Xocavənd rayon Salakətin kənd orta məktəbində XI sinifi bitirmişdir. 2015-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinə Politologiya ixtisası üzrə daxil olmuş, 2019-cu ildə bitirmişdir. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinə Siyasi Analiz və Konsaltinq ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur. Hal-hazırda II kurs tələbəsidir.  2019-cu ildə "Qafqazda terror" mövzusunda respublika elmi konfransında məruzə etmişdir. Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında erməni dil kursunda iştirak edir.
Hal-hazırda Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuşdur

 

 

 

 

 

Abbasov Camal Faiq oğlu 16.10 1998 ci ildə Xocavənd rayon Axullu kəndində anadan olmuşdur. 2005-ci ildə Volqoqrad şəhərində   1ci sinfə getmiş, 2016 ci ildə Tuğ kənd orta məktəbini bitirirərək  Bakı Mühəndislik Universitetinin  Mühasibat uçotu fakültəsinə qəbul olmuşdur. Tələbəlik illərində  "Qarabağ tarixi" kulubunda sədirlər üzvünün nümayəndəsi kimi fəaliyyət göstərib. Hal-hazırda Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunub

 

 

 

 

 

 

 

Həsənova Saray Tərlan qızı 1999-cu il oktyabrın 15-də Ağcabədi rayonunda anadan olmuşdur. 2004-cü ildə Ağcabədi rayonunda 1saylı Muğanlı kənd məktəbində I sinifə getmişdir.2015-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbin 11-ci sinifini bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialına Tarix-Coğrafiya müəllimliyi ixtisası üzrə daxil olmuş, 2020-ci ildə məzun olmuşdur. Hal-hazırda Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulub.

 

 

 

 

 

 


Oruclu Aytac Ramiz qızı 7 oktyabr 1997-ci ildə Beyləqan rayonunda anadan olmuşdur.2004-cü ildə Fazil Miriyev adına Araz qəsəbə tam orta məktəbində birinci sinifə getmiş, 2015-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində Xl sinifi bitirmişdir.2015-ci ildə  Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və iqtisadiyyat fakültəsinə Beynəlxalq münasibətlər ixtisası üzrə daxil olmuş, 2019-cu ildə bitirmişdir.
Hal-hazırda Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulub

 

 

 

 

 

 

Göyüşov Sənan Bayram oğlu 19 sentyabır 1998-ci il Xocavənd rayon Tuğ kəndində anadqn olmuşdurş2005-ci ildə Beyləqan rayon 4 saylı oerta məktəbin 1-ci sinifinə getmişdir.2016-ci ildə Xocavənd rayon Tuğ kənd orta məktəbini bitirmiş,həmin il Azərbaycan Dövlət İqtisad universitetinə daxil olmuşdur. 2020-ci ildə Universiteti bitirmişdir.

 

 

 

 

 

 

 

 

 

Abbaslı Fərid Vidadi oğlu. 16 aprel 1998-ci ildə Ağcabədi rayon Alman düşərgəsində anadan olmuşdur.2004-cü ildə Xocavənd rayon Xocavənd kənd 1 saylı orta məktəbində təhsil almış ,2015-ci il  Füzuli rayon 41 saylı tam orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji  Universitetinin  Filologiya fakultəsinə daxil olmuş Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil almışdır,2019-cu ildə universiteti bitirmişdir.

 

 

 

 

 

 

 

 

 

Rüstəm Asim İntiqam oğlu 1992-ci il dekabrın 29-da Xocavənd rayon Muğanlı kəndində anadan olmuşdur. 1999-cu ildə Muğanlı 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2008- ildə təhsilini Salakətin kənd tam orta məktəbində davam etdirərək ,2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2011-2012-ci illərdə hərbi xidmətdə olmuşdur. 2015-ci ildə Türkiyə Cumhuriyyətinin Aksaray Universitetinə daxil olaraq,2020-ci ildə Dövlət və ictimai münasibətlər fakultəsinin Dövlət,ictimai işlər üzrə mütəxəssis ixtisasın bitirmişdir.

 

 

 

 

 

 

 

 

 

Cəfərov Emil Vaqif oğlu. 8 noyabr 1994-cü ildə Xocavənd rayon Muğanlı kəndində anadan olmuşdur. 2001-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-2014-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə Türkiyə Cumhuriyyəti,Giresun dövlət universitetinin İqtisadi ve idari bilimlər fakultəsinin  İqtisad ixtisası üzrə təhsil almışdır. 2020-ci ildə universiteti bitirmişdir.

 

 

 

 

 

 

 

Şükürova Səma İmran qizi 5 may 1998-ci ildə Xocavənd rayonu Tuğ kəndində anadan olmuşdur. 2004-cu ildə Xocavənd rayon tuğ kənd tam orta məktəbində birinci sinifə getmiş, 2015-ci ildə XI sinifi bitirərək. 2015-ci ildə Sumqayıt Dövlət Universitetinə Tarix müəllimliyi üzrə daxil olmuşdur. 2019-cu ildə bakalavr pilləsini bitirmişdir.

 

 

 

 

Fərəcova Gülnar Təvəkkül qızı 1 sentyabr 1997-ci ildə  Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 2003-cü ildə Xocavənd rayon Əmirallar kənd tam orta məktəbində birinci sinifə getmiş. 2014-cu ildə Xocavənd rayon 4 sayli tam orta məktəbində XI sinifi bitirərək, 2014-cu ildə Sumqayıt Dovlət Universitetinə Tarix müəllimliyi ixtisası üzrə daxil olmuşdur. 2018-ci ildə bakalavr pilləsini bitirmişdir

 

 

 

Gülmalı Elcan Allahverdi oğlu 21 iyun 1991-ci ildə Xocavənd rayonu Muğanlı kəndində anadan olmuşdur. 1997-ci ildə Xocavənd rayon Xocavənd kənd tam orta məktəbində birinci sinifə getmiş, 2008-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində XI sinifi bitirmişdir. 2009-2011-ci illərdə hərbi xidmətdə olub.2013-cü ildə Türkiyə Respublikasında Zonquldak Bülənt Əcəvit Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinə Biznesin idarə edilməsi ixtisası üzrə daxil olmuş, 2018-ci ildə bitirmişdir.

 

 

 

 

 

 

Məhərrəmov Muradxan Qalib oğlu 25 sentyabr 1994-ci ildə Xocavənd rayonu Muğanlı kəndində anadan olmuşdur. 2001-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində birinci sinifə getmiş, 2012-ci ildə XI  sinifi bitirmişdir. 2012-2014-cu illərdə hərbi xidmətdə olub. 2014-cü ildə Hoca Ahmed Yasevi Kazak Türk Universitetinə İqtisadiyyat ixtisası üzrə daxil olmuş, 2019-cu ildə bitirmişdir.

 

 

 

 

 

 

Əliyeva Ləman Şahruz qızı 24 iyun 1998-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuşdur. 2004-ci ildə Xocavavənd rayon 1 sayli tam orta məktəbində birinci sinifə getmiş, 2015-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində XI sinifi bitirərək, Lənkəran Dövlət Universitetinə  İbtidai sinif müəllimliyi ixtisasi üzrə daxil olmuşdur. 2019-cu ildə bakalavr pilləsini bitirmişdir.

 

 

 

Şirinli Sahil Barat oğlu 3 fevral 1995-ci ildə Xocavənd rayonu Kuropatkin kəndində anadan olmuşdur. 2001-ci ildə Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbində birinci sinifə getmiş, 2012-ci ildə Xocavənd rayon salakətin kənd tam orta məktəbində XI sinifi bitirmişdir.2013- 2014-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə  Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və iqtisadiyyat fakültəsinə Beynəlxalq münasibətlər ixtisası üzrə daxil olmuş, 2019-cu ildə bitirmişdir.

 

 

 

 

 

 

Süleymanova Nərminə Tahir qızı 30iyul 1996-cı ildəXocavənd rayon Tuğ kəndində anadan olmuşdur. 2002-ci ildəBeyləqan rayon Milabad kənd orta məktəbində məktəbində birinci sinfə getmiş, 2013 – cü ildəFüzuli rayon Qayıdış qəsəbə 6 nömrəli tam orta məktəbin XI sinfini bitirərək, Bakı Dövlət UniversitetininTətbiqi riyaziyyat və  kibernetika fakültəsinin Kompüter elmləri ixtisasına daxil olmuşdur. 2017-ci ildə universiteti bitirmişvə Bakı Dövlət UniversitetininTətbiqi riyaziyyat və  kibernetika fakültəsinin Riyaziyyat (Optimallaşdırma və optimal idarəetmə) ixtisası üzrə magistr pilləsinə daxil olmuşvə 2019-cu ildə magistr pilləsini bitirmişdir.

 

 

 

 

 

                İlk könüllülərimizi tanıyaq


  Cəfərov Cabir Məhiyəddin oğlu 10 oktyabr 1994-cü ildə Xocavənd rayonu Əmirallar kəndində                 anadan olmuşdur. 2000-ci ildə Xocavənd rayon 4 saylı orta məktəbində birinci sinfə getmiş, 2011 -    ci ildə XI sinfi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti    fakültəsinə daxil olmuşdur. 2015-ci ildə universiteti bitirmiş və Azərbaycan Milli Konservatoriyasının  İfaçılıq fakültəsinin Xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası ixtisası üzrə magistr  pilləsinə daxil olmuşdur. Təhsilini donduraraq 2015-2016- cı illərdə hərbi xidmətə getmiş, 2016-cı      ildə təhsilini yenidən davam etdirərək 2019-cu ildə magistr pilləsini bitirmişdir.

 

 

 

 

 

 

 

 

                    İlk könüllülərimizi tanıyaq

     Namazova Xalidə İsa qızı 19 mart 1992-ci ildə anadan olub. Orta məktəbi Xocavənd rayon Günəşli      ümumi orta məktəbində və Beyləqan rayon Mil kənd tam orta məktəblərində oxuyub. Azərbaycan          Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bakalavr                    pilləsinin məzunudur. Ailəlidir.

 

 

 

 

 

 

 

 

 

Keçidlər