Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

Hüseynov Eyvaz Mövsüm oğlu

15 fevral 1959-cu ildə Azərbaycan Respublikası Xocavənd (keçmiş Martuni) rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1976 –cı ildə Xocavənd rayon Kuropatkin kənd orta məktəbini bitirmişdir. 1976-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1981-ci ildə həmin institutun “Elektron hesablayıcı maşınları” fakültəsini bitirərək, mühəndis –sistemotexnik ixtisasına yiyələnmişdir.

Bakı radio zavodunda mühəndis, Xocavənd rayonu Muğanlı kənd “Səməd Vurğun” adına kolxozda Baş mühasib və Muğanlı kənd Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifələrində işləmişdir. 02.07.1992-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəçilik Akademiyasının məzunudur.

Qarabağ müharibəsi veteranıdır. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaratmış, həmin dəstənin komandiri olmuşdur. Torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan döyüşlərdə dəfələrlə yaralanmışdır.

 VKC növləri üzrə Azərbaycan Karate Federasiyasının I vitse –prezidentidir.

Azərbaycan Respublikasının Prezidentinin 14 fevral 2019-cu il tarixli Sərəncamı ilə  Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

      Yeni Azərbaycan partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.

Keçidlər