Şriftin ölçüsü :

Saytın rəngi :

İşlə təmin olunmuş könüllülərimiz

 

Cəfərov Emil Vaqif oğlu. 8 noyabr 1994-cü ildə Xocavənd rayon Muğanlı kəndində anadan olmuşdur. 2001-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbin 1-ci sinifinə getmiş, 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2013-2014-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə Türkiyə Cumhuriyyəti,Giresun dövlət universitetinin İqtisadi ve idari bilimlər fakultəsinin  İqtisad ixtisası üzrə təhsil almışdır. 2020-ci ildə universiteti bitirmişdir. 2020-ci ilin fevral-aprel aylarında Xocavənd rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır .Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun müvafiq əmrinə əsasən  Kuropatkin kənd icra nümayəndəliyində mühasib vəzifəsində çalışır.

 

 

 

 

 

 

 

 

Həsənov Orxan Oktay oğlu 1998-ci ildə İyulun 24-də Xocavənd rayonunun Əmirallar kəndində anadan olmuşdur. 2004-cü ildə Xocavənd rayon 4 saylı tam orta məktəbində təhsil həyatına başlamış, 2015-ci ildə Bakı Dövlət Univerisitetinin Filologiya fakültəsinə qəbul olmuşdur. 2019-cu ildə məzun olmuşdur. 2019-cu ilin İyul ayında hərbi xidmətə yollanmış, 2020-ci ilin İyul ayında hərbi xidməti başa vuraraq ehtiyata buraxılmışdır. 2020-ci ilin avqust-oktyabr aylarında Xocavənd rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır .  Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun müvafiq əmrinə əsasən  Həsənov Orxan Oktay oğlu Xocavənd Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın aparıcı məsləhətçi vəzifəsinə təyin olunub.

 

 

 

 

 

 

 

Süleymanov Adəm Azər oğlu 1998-ci il fevralın 28-də Xocavənd rayon Tuğ kəndində anadan olmuşdur.2004-cü ildə Xocavənd rayon Tuğ kənd orta məktəbində 1-ci sinfə getmiş, 2015 ci  ildə  11-ci sinfi  bitirərək Azəraycan Texnologiya Universitetinin Biznesin idarə edilməsi ixtisasına  daxil olmuş, 2019 cu ildə məzun olmuşdur. 2020-ci ilin iyul-sentyabr aylarında Xocavənd rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır . Hal-hazırda Beyləqan rayon mərkəzi xəstəxanasında kordinasiya üzrə bölmə rəhbəri vəzifəsində çalışır.​

 

 

 

 

 

 

 

 

 

Gülmalı Elcan Allahverdi oğlu 21 iyun 1991-ci ildə Xocavənd rayonu Muğanlı kəndində anadan olmuşdur. 1997-ci ildə Xocavənd rayon Xocavənd kənd tam orta məktəbində birinci sinifə getmiş, 2008-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində XI sinifi bitirmişdir. 2009-2011-ci illərdə hərbi xidmətdə olub.2013-cü ildə Türkiyə Respublikasında Zonquldak Bülənt Əcəvit Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinə Biznesin idarə edilməsi ixtisası üzrə daxil olmuş, 2018-ci ildə bakalavr pilləsini bitirmişdir. 2020-ci ilin sentyabr-noyabr aylarında Xocavənd rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır.Xocavənd Rayon Mərkəzi Xəstəxanasında texniki dəstək bölməsinin müdiri vəzifəsində çalışır.

 

 

 

 

 

 

 

 

  Fərəcova Gülnar Təvəkkül qızı 1 sentyabr 1997-ci ildə  Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 2003-cü ildə Xocavənd rayon Əmirallar kənd tam orta məktəbində birinci sinifə getmiş. 2014-cu ildə Xocavənd rayon 4 sayli tam orta məktəbində XI sinifi bitirərək, 2014-cu ildə Sumqayıt Dovlət Universitetinə Tarix müəllimliyi ixtisası üzrə daxil olmuşdur. 2018-ci ildə bakalavr pilləsini bitirmişdir. 2020-ci ilin sentyabr-noyabr aylarında Xocavənd rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Xocavənd Rayon bölməsində müfəttiş vəzifəsində çalışır.

 

 

 

 

 

 

 

 

 

 Abbaslı Fərid Vidadi oğlu. 16 aprel 1998-ci ildə Ağcabədi rayon Alman düşərgəsində anadan olmuşdur.2004-cü ildə Xocavənd rayon Xocavənd kənd 1 saylı orta məktəbində təhsil almış ,2015-ci il  Füzuli rayon 41 saylı tam orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji  Universitetinin  Filologiya fakultəsinə daxil olmuş Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil almışdır,2019-cu ildə universiteti bitirmişdir. 2020-ci ilin fevral-aprel aylarında Xocavənd rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır .Beyləqan rayon mərkəzi xəstəxanasında insan resursları şöbəsinin kadralar üzrə aparıcı mütəxəsisi  vəzifəsində çalışır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

    Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun müvafiq əmrinə əsasən  Rüstəm Asim İntiqam oğlu İcra Hakimiyyətinin  İctimai-siyasi və  humanitar məsələlər şöbəsinin baş məsləhətçi  vəzifəsinə təyin olunub.
   
Rüstəm Asim İntiqam oğlu 1992-ci il dekabrın 29-da Xocavənd rayonu Muğanlı kəndində anadan olmuşdur. 1999-cu ildə Muğanlı 1saylı orta məktəbin 1 -ci sinfinə getmiş, 2010-cu ildə XI sinfi  bitirmişdir . 2011-2012-ci illərdə  həqiqi hərbi xidmətdə olmuş, 2015-ci ildə Türkiyə Respublikasının Aksaray Universitetinin Dövlət və İctimai münasibətlər fakültəsinə daxil olaraq  Dövlət və ictimai işlər üzrə mütəxəssis ixtisası üzrə təhsil almışdır. 
2020-ci ilin fevral -aprel aylarında Xocavənd rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır . 

 

 

 

 

Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyət keçən Şükürova Səma İmran qizi Xocavənd Rayon Məşğulluq Mərkəzində işlə təmin olunub. 

 

    Şükürova Səma İmran qizi 5 may 1998-ci ildə Xocavənd rayonu Tuğ kəndində anadan olmuşdur. 2004-cu ildə Xocavənd rayon tuğ kənd tam orta məktəbində birinci sinifə getmiş, 2015-ci ildə XI sinifi bitirərək. 2015-ci ildə Sumqayıt Dövlət Universitetinə Tarix müəllimliyi üzrə daxil olmuşdur. 2019-cu ildə bakalavr pilləsini bitirmişdir.

 

 

 

 

 

 

 

   

   Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyət keçən Əliyeva Ləman Şahruz qızı  Xocavənd Rayon Məşğulluq Mərkəzində işlə təmin olunub.

        Əliyeva Ləman Şahruz qızı 24 iyun 1998-ci ildə Xocavənd rayonu Qaradağlı kəndində anadan olmuşdur. 2004-ci ildə Xocavavənd rayon 1 sayli tam orta məktəbində birinci sinifə getmiş, 2015-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində XI sinifi bitirərək, Lənkəran Dövlət Universitetinə  İbtidai sinif müəllimliyi ixtisasi üzrə daxil olmuşdur. 2019-cu ildə bakalavr pilləsini bitirmişdir.

 

 

 

 

 

 

 

Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyət keçən Şirinli Sahil barat oğlu YAP Xocavənd Rayon Təşkilatında məsləhətçi vəzifəsinə təyin olunub.

           Şirinli Sahil Barat oğlu 3 fevral 1995-ci ildə Xocavənd rayonu Kuropatkin kəndində anadan olmuşdur. 2001-ci ildə Ağcabədi rayon Kürdlər kənd tam orta məktəbində birinci sinifə getmiş, 2012-ci ildə Xocavənd rayon salakətin kənd tam orta məktəbində XI sinifi bitirmişdir.2013- 2014-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və iqtisadiyyat fakültəsinə Beynəlxalq münasibətlər ixtisası üzrə daxil olmuş, 2019-cu ildə bitirmişdir.

 

 

 

           Xocavənd Rayon İcra Hakimiyyətində könüllü kimi təcrübə keçən Məhərrəmov Muradxan Qalib oğlu Muğanlı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.

          Məhərrəmov Muradxan 25 sentyabr 1994-cü ildə Xocavənd rayonu Muğanlı kəndində anadan olmuşdur. 2001-ci ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində birinci sinifə getmiş, 2012-ci ildə XI sinifi bitirmişdir. 2012-2014-cu illərdə hərbi xidmətdə olub. 2014-cü ildə Hoca Ahmed Yasevi Kazak Türk Universitetinə İqtisadiyyat ixtisası üzrə daxil olmuş, 2019-cu ildə bitirmişdir.
2019-cu ilin sentyabr-oktyabr aylarında Xocavənd Rayon rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərmişdir.

 

                           

 

 

 

 

Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulan Süleymanova Nərminə Tahir qızı Sosial İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Böyük məsləhətçi vəzifəsinə təyin olunub


         Süleymanova Nərminə Tahir qızı 30 iyul 1996-cı ildə Xocavənd rayon Tuğ kəndində anadan olmuşdur. 2002-ci ildə Beyləqan rayon Milabad kənd orta məktəbində məktəbində birinci sinfə getmiş, 2013 – cü ildəFüzuli rayon Qayıdış qəsəbə 6 nömrəli tam orta məktəbin XI sinfini bitirərək, Bakı Dövlət UniversitetininTətbiqi riyaziyyat və  kibernetika fakültəsinin Kompüter elmləri ixtisasına daxil olmuşdur. 2017-ci ildə universiteti bitirmiş və Bakı Dövlət UniversitetininTətbiqi riyaziyyat və  kibernetika fakültəsinin Riyaziyyat (Optimallaşdırma və optimal idarəetmə) ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2019-cu ildə magistr pilləsini bitirmişdir. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun müvafiq əmrinə əsasən Süleymanova Nərminə Tahir qızı Rayon İcra Hakimiyyətinin Sosial İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Böyük məsləhətçi vəzifəsinə təyin olunub.
          Qeyd edək ki, Nərminə Süleymanova  2019-cu ilin iyun-avqust aylarında Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır.

Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulan Cabir Cəfərov Xocavənd Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.

         Xocavənd Rayon İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsi Rayon İcra Hakimiyyətində könüllü fəaliyyəti başa vuran gənc kadra tapşırıldı. Belə ki, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun müvafiq əmrinə əsasən Cəfərov Cabir Məhiyyədin oğlu Rayon İcra Hakimiyyəti başçısınınn köməkçisi vəzifəsinə təyin olunub.
          Cəfərov Cabir Məhiyəddin oğlu 10 oktyabr 1994-cü ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 2000-ci ildə Xocavənd rayon 4 saylı orta məktəbində birinci sinfə getmiş, 2011 - ci ildə XI sinfi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinə daxil olmuşdur. 2015-ci ildə universiteti bitirmiş və Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakültəsinin Xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur. Təhsilini donduraraq 2015-2016- cı illərdə hərbi xidmətə getmiş, 2016-cı ildə təhsilini yenidən davam etdirərək 2019-cu ildə magistr pilləsini bitirmişdir.
          2019-cu ilin aprel-iyun aylarında Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır.

Keçidlər