Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda məskunlaşan rayon sakinlərinin müraciətləri dinlənilib.

03 mart 2023 | 15:23
   Abşeron rayonunda məskunlaşan rayon sakinlərinin müraciətləri dinlənilib.
​ ​03 mart 2023-cü il tarixdə ​ ​ Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu Abşeron rayonunda məskunlaşan rayon sakinləri ilə keçirdi. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun martın 2-də Bakıda keçirilən Zirvə görüşünə münasibət bildirərək qeyd etdiki, Azərbaycan uzun illər Ermənistanın işğalı ilə yanaşı beynəlxalq miqyasda ədalətsizlik və ikili standartlar siyasəti ilə üzləşmiş bir ölkədir. Məhz Azərbaycan üzləşdiyi bu xoşagəlməz hallara dövlət olaraq qüdrətləndikdən sonra öz gücü hesabına son qoyub. Elə BMT tarixində də Azərbaycan bir ilkə imza atıb. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın bir müddətdə məhəl qoyulmayan dörd qətnaməsinin icrasını​ ölkəmiz özü təmin edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövrü dünyada pandemiya ilə eyni dövrə təsadüf etdiyi üçün müasir qlobal çağırışlar nəzərə alınmış və Hərəkatın fəaliyyət istiqaməti bu əsasda qurulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi təşəbbüsləri əsasında Qoşulmama Hərəkatı koronavirusla mübarizədə liderliyi ilə seçilməyi bacaran beynəlxalq təsisat olmuşdur. Ölkəmizin sədrliyi müddətində Qoşulmama Hərəkatının institusional inkişafı üçün də mühüm təşəbbüslər irəli sürülmüş və təsisatda bir sıra yeniliklərə imza atılmışdır. Belə ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılması Azərbaycanın təşəbbüsü ilə reallaşmışdır. Bir sözlə, Azərbaycan sədr qismində Hərəkatın fəaliyyətini müasir çağırışlar əsasında qurmaqla bərabər təsisatın​ institusional inkişafına da güclü dəstək vermişdir. Ümumiyyətlə, bu hərtərəfli fəaliyyəti həyata keçirməkdə Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın əsas ​ məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.
  Daha sonra səyyar qəbulda iştirak edən rayon ​ sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. ​ Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
  Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər