Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilmişdir.

01 mart 2023 | 15:32
   “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilmişdir.
   01 mart 2023-cü il tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilmişdir.
   Təlimi giriş sözü ilə açan Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, etik müvəkkil Azər Süleymanov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiya” təsdiq edilmiş və “Strategiya”nın Fəaliyyət Planın 8.9.3-cü bəndində “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün təlimlər keçirilməsi” nəzərdə tutulmuşdur.
   A. Süleymanov təlimin keçirilməsində əsas məqsədin “Strategiya”nın Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması, onların cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçularının formalaşdırmaqla dövlət orqanının fəaliyyətində səmərəliliyin artırılması olduğunu diqqətə çatdırdı.
   Daha sonra təlimdə Hüquq şöbəsinin məsələhətçisi Nasir Quliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları haqqında geniş məlumat vermiş, mövzu üzrə slayd nümayiş etdirilmiş və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Keçidlər