Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

28 aprel 2023 | 10:52
  Gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.
  “Heydər Əliyev İli” ilə əlaqədar Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
  2023-cü il aprelin 28-də Xocavənd Rayon İcra Hakimiyyəti və YAP Xocavənd rayon təşkilatının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və gənclərin iştirakı ilə Beyləqan rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.
  Ekskursiya Beyləqan rayon Heydər Əliyev adına parkda ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzələrək başlanmışdır. Daha sonra Mərkəzdə gənclərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş film izlənmişdir.
Keçidlər