Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rəsmi tədbir keçirilib.

10 may 2023 | 09:18
    Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rəsmi tədbir keçirilib.
   Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun bütün idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
  Tədbirdən öncə Ulu öndərin Xocavənd batalyonu ilə görüşü zamanı çəkilmiş fotoşəkillər və ümumtəhsil məktəblərinin şagirdlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçirilib.
   Dövlət Himni səsləndirildikdən sonra Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1969-2003-cü illərdə siyasi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib.
   Rayon rəhbəri ətraflı çıxış edərək Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində müsbət dəyişikliklərdən bəhs etmiş, milli dövlət quruculuğu, sabitliyin təmin edilməsi prosesində Heydər Əliyevin yorulmaz fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
    Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Əsrin adamı” adlı film nümayiş olunub.
Keçidlər