Şriftin ölçüsü :

Saytın rəngi :

Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.

24 yanvar 2023 | 17:46
   Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.
  24 yanvar 2023-cü il tarixdə “2022-ci il ərzində Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şaiq Aslanov , Memarlıq və Tikinti şöbəsinin müdir Sevindik Hüseynov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Gəray Balakişiyev iştirak etmişdir.
  2022-ci il ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yalçin Şükürov bildirdi ki, kənd əhalisi hal-hazırda Respublikamızın 20 şəhər və rayonunda məskunlaşmışdır. İl ərzində əhalinin məcburi köçkün kimi məskunlaşdıqları yerlər bir daha dəqiqləşdirilmiş və onların problemləri ilə yerində maraqlanılmış, onlara lazımi köməkliklər olunmuşdur. Beyləqan rayonu üzrə 236 ailə 846 nəfər, Füzuli rayonu üzrə 7 ailə 27 nəfər, Yevlax rayonu üzrə 1 ailə 4 nəfər, Bərdə rayonu üzrə 5 ailə 9 nəfər, İmişli rayonu üzrə 4 ailə 14 nəfər, Sumqayıt şəhərində 11 ailə 38 nəfər, Bakı şəhərinin Binəqədi rayonu üzrə 38 ailə 138 nəfər, Xətai rayonu üzrə 10 ailə 44 nəfər, Nərimanov rayonu üzrə 9 ailə 28 nəfər, Xəzər rayonu üzrə 31 ailə 111 nəfər, Səbayıl rayonu üzrə 2 ailə 13 nəfər, Yasamal rayonu üzrə 9 ailə 37 nəfər, Sabunçu rayonu üzrə 7 ailə 33 nəfər, Abşeron rayonu üzrə 19 ailə 85 nəfər, Şirvan rayonu üzrə 1 ailə 5 nəfər müvəqqəti olaraq məskunlaşmışdır. 2023-cü ilin əvvəlinə təsərrüfütların sayı 429 ,əhalinin sayı 1592 nəfər olmuşdur. 2022-ci il ərzində nümayəndəlik üzrə 17 uşaq doğulmuş, 6 nəfər vəfat etmiş, qeydiyyata düşən və qeydiyyatdan çıxan olmamışdır. 2022-ci il ərzində vətəndaşlar arasında nikah qeydiyyatı 3 nəfər və boşanma halları olmamışdır.
  Hesabat dövrü ərzində Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində vətəndaşların qəbulu, onların ərizə, şikayət və təkliflərinə baxılması işinin təkminləşdirilməsi istiqamətində xeyli işlər görülmüşürdür. Nümayəndəlik bu sahədə işini “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa uyğun quraraq vətəndaşların hər bir müraciətinə diqqət və qayğı ilə yanaşmış, onları doğuran səbəblər vaxtında araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.
  Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Tuğ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə il ərzində sakinlər tərəfindən yazılı 23 müraciət daxil olmuş, 31 şifahi müraciət qeydə alınmışdır. Bu müraciətlər müxtəlif mövzuda olmuş və tam əksəriyyəti öz müsbət həllini tapmışdır. 2022-ci il ərzində vətəndaşlara 302 arayış verilmişdir. Eyni zamanda il ərzində nümayəndəlikdən İcra Hakimiyyətinə və başqa təşkilatlara 43 məktub göndərilmişdir.
  Hesabat yığıncağında çıxış edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri iləişin təşkili şöbəsinin müdiri Şaiq Aslanov 44 günlük Vətən müharibəsi haqqında danışaraq bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş döyüş əməliyyatları nəticəsində 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə döyüş meydanında son qoyulmuşdur. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir. Şaiq Aslanov tarixi qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi altında Qarabağda yenidənqurma işlərinə strat verildiyini və keçən müddət ərzində işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı tikinti quruculuq işlərinin sistemli şəkildə davam etdiyini qeyd etdi.
  Hesabat yığıncağında çıxış edən Tuğ kənd tam orta məktəbin direktoru Oqtay Göyüşov , Tuğ kənd sahə xəstaxanasının baş həkimi Qüşvər Qaraşova, Tuğ kənd sahə baytarlıq məntəqəsinin həkimi vidadi Şükürov hesabat məruzəsini qənaətbəxş qiymətləndirmişlər. Hesabat məruzəsi ətrafında digər çıxış edənlər görülən işlərə münasibətlərini bildirib, təkliflərini səsləndiriblər.
Keçidlər