Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda Novruz çənliyi keçirilmişdir.

15 mart 2023 | 09:50
Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 15-də Xocavənd qəsəbəsində ümumrayon şənliyi keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq-mühafizə orqanlarının, eləcə də müxtəlif idarə, müəssisələrin, təşkilatların rəhbərləri, Şəhid ailələri və rayon ictimaiyyəti iştirak etdilər.
Bayram tədbirində rayonun təhsil və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən hazırlanan müxtəlif milli oyun və folklor nümunələri nümayiş etdirilib. Novruz şənliyində sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar və milli geyimlərimiz rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman numunələri ilə çıxış ediblər. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan bayram şənliyi sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Novruz atributları ilə bəzədilən parkda keçirilən bayram tədbiri maraqlı konsert proqramı ilə davam edib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, uşaq bağçalarının balaca sakinləri tərəfindən təqdim olunan bayram əhval-ruhiyyəli səhnəciklər, eləcə də baharı, Azərbaycanı tərənnüm edən mahnılar sakinlərdə xoş ovqat yaradıb.
Keçidlər