Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr 2022-ci il tarixdə 44 günlük Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhidlər” Memorial Abidə Kompleksində anım tədbiri keçirilmişdir.

27 sentyabr 2022 | 10:51
     27 sentyabr 2022-ci il tarixdə saat 10:00-da Beyləqan rayonu inzibati ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhidlər” Memorial Abidə Kompleksində anım tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşaları, Şəhid ailələrinin üzvləri, I və II Qarabağ müharibəsi iştirakçıları, veteranlar, N saylı hərbi hissənin əsgər və zabitləri, İctimai Şura, QHT rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etmişdir. Tədbir “Şəhidlər” Memorial Abidə Kompleksi ərazisində Şəhid ailəsi üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası ilə başlamışdır. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan olunmuşdur. Azərbaycan Dövlət Himninin sələndirilməsindən sonra iştirakçılar şəhidlərin məzarları önünə tər qərənfillər düzmüşlər. 450 nəfərin iştirakı ilə keçirilmiş tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov birinci və ikinci Qarabağ müharibələri zamanı şəhid olmuş bütün vətən övladlarına Uca tanrıdan rəhmət, ailə üzvlərinə isə səbr diləmişdir. Eyvaz Hüseynov bildirmişdir ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusunun əzmkzrlığı, qəhrəmanlığı və şücaəti nəticəsində 44 gün davam edən müharibə ilə tamamilə son qoyuldu. Başçı qeyd etmişdir ki, Azərbaycan Vətən Müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur. Başçı həmçinin 12 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatdan söz açaraq bildirmişdir ki, mənfur düşmən daim qisas hissi ilə alovlanır və bu məqsədlə də mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərimizdə təxribatlar törədirlər. Bütün bunlara baxmayaraq yenilməz Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərməyi bacarır və onların törətdiyi hər bir təxribata qarşı tutarlı əks hərbi əməliyyatlar həyata keçirilir. 44 günlük Vətən müharibəsi iştirakçısı ehtiyyatda olan Polkovnik-leytenant, Xocavənd Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Hafiz Mirzəliyev çıxış edərək bildirmişdir ki, 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Natiq savaş meydanında əldə edilmiş tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözlədiyini əminliklə qeyd etdi. “Qarabağ Müharibəsi Əlilləri Vetranları və Şəhid Ailələri” İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri Müşviq Hüseynov bildirmişdir ki, 1992-ci ildən başlayan Qarabağ müharibəsində Xocavəndlilər düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparmış və bu mübarizədə onlarla şəhidlər vermişdir. 4 il davam edən hərbi əməliyyatlar zamanı düşmənə ağır zərbələr vurulduğunu qeyd edən Müşviq Hüseynov həmin döyüşlərdə xocavəndli könüllülərinin şücaətindən söz açmışdır. Şəhid Elzamin Tağıyevin atası Eyvaz Tağıyev çıxışında Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və əldə olunmuş qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd etmişdir. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsinin yazıldığını və Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, haqq-ədalətin öz yerini tapdığını qeyd etdilər. Daha sonra Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları şeirlərdən ibarət ədəbi bədi kompozisiya nümayiş etdiridi.
Keçidlər