Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar görüş

11 oktyabr 2012 | 15:00

Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı 10 oktyabr 2012-ci il tarixdə Ağcabədi rayonu ərazisində məcburi köçkünlər üçün salınmış hündür mərtəbəli yaşayış binalarında məskunlaşmış məcburi köçkünlərə yaradılmış şəraitlə tanışlığı zamanı, ilk öncə yaşayış massivində Xocavənd kənd uşaq baxçasında, Xocavənd 1 saylı tam orta məktəbində və Xocavənd kənd kitabaxanasında yaradılmış iş şəraiti ilə tanış olmuş, ayrı-ayrı kollektivlərdə işçilərlə görüşü zamanı onlara tapşırıq və göstərişləri vermişdir. Yekunda Rayon İcra Hakimiyyətinin başçısı, Aparatın müvafiq şöbə müdirləri, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri ilə birgə, məcburi köçkünlərin məskunlaşdığı hündür mərtəbəli yaşayış sahəsinin akt zalında rayon məcburi köçkünləri ilə görüş keçirmişdir. Görüş zamanı, rayon sakinlərinin qaldırdığı problemlər ev və işlə təmin olunmalarına köməklik göstərilməsi, qəsbədə bankomatın quraşdırılması, tibb məntəqəsinin fəaliyyət göstərməsi üçün şəraitin yaradılması, xeyir-şər mağarının saxlanılması üçün yerin ayrılması, aylıq yemək xərci müavinətinin bərpa edilməsi və.s məsələlər olmuşdur. Rayon İcra Hakimiyyəti başçısı, qaldırılmış problemlərin həll olunması üçün aidiyyatı qurumlara qanunamüvafiq tapşırıq və göstərişlərini vermişdir.

 

Keçidlər