Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Namazov Xəyal Xudaverdi oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir.

23 may 2023 | 16:47
     Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Namazov Xəyal Xudaverdi oğlunun doğum günü münasibətilə tədbir keçirilmişdir.
   23 may 2023-cü il tarixində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Muğanlı kənd sakini Namazov Xəyal Xudaverdi oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmiş, daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
   Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Eyvaz Hüseynov Xəyal kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu, Dövlətimizin ərazi bütövlüyünün təmin edildiyini və bu gün bizim qürurlu bir xalq kimi yenidən özümümzü təsdiq etməyimizi mərasim iştirakçılarının nəzərinə çatdırdı. Rayon İcra Hakimiyyətinin başçısı hazırda işğaldan azad olunmuş ərazilərimizin geniş tikinti – quruculuq meydanına çevrildiyini, böyük infrastruktur layihələrinin gerçəkləşdirildiyini və tezliklə keçmiş məcburi köçkünlərin öz doğma ocaqlarına, yurd yerlərinə qayıdacaqlarını bildirdi.
   Digər çıxış edənlər 44 günlük Vətən müharibəsində şəhidlərimizin qanının yerdə qalmadığını, tarixi bir qələbənin qazanıldığını və bu qələbədə hər bir əsgərin Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirdiyini fəxrlə qeyd etdilər və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacağını, onların əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirdilər.
Keçidlər