Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı

26 oktyabr 2012 | 15:00

25.10.2012-ci il tarixində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Qurban bayramı münasibətilə “N” saylı hərbi hissədə görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov çıxış edərək, əsgər və zabitləri “Müqəddəs Qurban Bayramı” münasibətilə təbrik etmiş və onlara xidmətlərində uğurlar arzulamışdır. Görüşdə Xocavənd Rayon Mədəniyyət şöbəsi işçiləri hərbi hissənin əsgər və zabit heyəti qarşısında konsert proqramı ilə çıxış etmişdir. Həmçinin tədbir çərçivəsində hərbi hissədə qurbanlıq qoyunlar kəsilmiş, əsgərlərə bayram sovqatı paylanılmış və hərbi xidmətlərində fərqlənən əsgərlərə qiymətli xatirə hədiyyələri təqdim edilmişdir.

Keçidlər