Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonun Tuğ və Salakətin kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümü

31 oktyabr 2012 | 16:00

30.10.2012-ci il tarixdə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Xocavənd rayonun Tuğ və Salakətin kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilmişdir. İlk öncə mərasim iştirakçıları Xocavənd qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə Abidə Komleksi” önünə tər güllər və əklillər qoymuşlar. Sonra Salakətin kəndinin işğalına həsr olunmuş anım tədbiri Salakətin kənd tam orta məktəbində, Tuğ kəndinin işğalına həsr olunmuş anım tədbiri isə saat 1200-da Tuğ kənd tam orta məktəbində keçirilmişdir. Tədbirlərdə çıxış edən kənd skinləri və ziyalılar öz çıxışlarında doğma kəndlərinə qayıtmaq ümidləri ilə yaşadıqlarını, eyni zamanda vətən torpağının hər qarışı uğrunda hər an silaha sarılıb döyüşməyə hazır olduqlarını bildirmişlər.

Keçidlər