Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Xocavənd Rayon Mədəniyyət Evində bayram şənliyi

31 dekabr 2012 | 16:00

Yeni təqvim ilinin başlanması və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə 30 dekabr 2012-ci il tarixdə Yeni Xocavənd qəsəbəsi Rayon Mədəniyyət Evində bayram şənliyi keçirilmişdir. Tədbirdə 2012-ci ildə Rayonun ictimai-siyasi həyatında xidməti fəaliyyətlərində fərqlənən şəxslər Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərmanı” və qiymətli xatirə hədiyyələri ilə təltif edilmişlər. Həmçinin Rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşları iştirakçılar qarşısında konsert proqramı ilə çıxış etmişlər. Rayon idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakıyla keçirləcək tədbirdə 115 nəfər iştirak etmişdir.

Keçidlər