Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Şəhid Qara Balakişiyevin qızı Nazimənin 5 yaşı tamam olur.

23 sentyabr 2022 | 16:36
  Bu gün Şəhid Qara Balakişiyevin qızı Nazimənin 5 yaşı tamam olur.
  Bu gün Şəhid Qara Balakişiyevin qızı Nazimənin doğum günüdür. Bu münasibətlə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Aparatın işçiləri ,Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinin sədri Bəhruz Məmmədov balaca Naziməni uşaq bağçasında ziyarət etmiş, doğum gününü təbrik etmiş, Vətənimizə, atasına layiq övlad olmasını arzulamışlar. Qeyd edək Şəhid Qara Balakişiyevin övladları Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsi tərəfindən himayəyə götürülüb.
  Şəhid Balakişiyev Qara Əmirxan oğlu – 11iyul 1994-cü il tarixdə Xocavənd rayon Əmirallar kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Xocavənd rayon 4 saylı orta məktəbdə təhsil almış, 2012-ci ildə isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildə həqiqi hərbi xidməti başa vurduqdan sonra elə həmin il müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına geri dönür. 2016-cı ildə Azərbaycan ordusunun parlaq qələbəsi ilə bitən, tarixə “Aprel döyüşləri” adı ilə yazılan döyüşlərdə aktiv iştirak edir.Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda post və istehkamlarının dağıdılmasında xüsusi şücayət göstərmişdir. O, 27 Sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.Ailəli idi iki övladı yadigar qalmışdır
  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə” İgidliyə görə” və “Vətən Uğrunda” medalları ilə təltif olunmuşdur. Şəhidin məzarı Xocavənd qəsəbəsində “Şəhidlər” məzarlığındadır.
Keçidlər