Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərinin artırılması ilə bağlı maarifləndirmə tədbiri keçirildi.

29 noyabr 2022 | 15:56
   Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərinin artırılması ilə bağlı maarifləndirmə tədbiri keçirildi.
 
  Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 29 noyabr 2022-ci il tarixdə Xocavənd 500 ailəlik qəsəbədə yerləşən Salakətin kənd tam orta məktəbində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq Gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərinin artırılması ilə bağlı maarifləndirmə tədbiri keçirildi. Gənclər arasında hüquq mədəniyyətinin, hüquq düşüncəsinin inkişaf etdirilməsi, onların hüquqi biliklərinin artırılması məqsədi ilə keçirilən tədbirdə hüquqi savadlanmanın əhəmiyyəti, Respublikamızda həyata keçirilən hüquqi islahatlar, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edən çıxışlar səsləndi, səmərəli müzakirələr aparıldı. Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev, Xocavənd Rayon Prokurorunun köməkçisi Nəriman İbrahimli və Xocavənd Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Nasir Quliyevin mövzu il bağlı etdikləri çıxışlarda həmçinin BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında beynəlxalq sənədlər, insan hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, müvəkkil təsisatının yaranması və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verildi.
Keçidlər