Şriftin ölçüsü :

Saytın rəngi :

"İnsan hüquqları aylığı" çərçivəsində növbəti tədbir keçirilmişdir.

16 iyun 2022 | 16:47
   "İnsan hüquqları aylığı" çərçivəsində növbəti tədbir keçirilmişdir
   16 iyun 2022-ci il tarixdə Təhsil şöbəsinin akt zalında Rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Hüququmuzu bilək, erkən nikaha və qohum nikahına yox deyək” adlı tədbir keçirilmişdir. Tədbir “İnsan hüquqları” adlı videoroliklə başlamışdır. Videorolikdə insan hüquqları haqqında informativ məlumat verilmişdir.
   Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunduğunu və hər il Ombudsmanın təşəbbüsü ilə respublikamızda “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlərin keçirildiyini vurğulayıb. Əfsanə Quliyeva insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əfsanə Quliyeva qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub. Natiq həmçinin qızların təhsil hüququndan məhrum olmasına gətirib çıxaran “erkən nikahın və qohum nikahının” qızlarda yaratdığı fiziki və psixoloji fəsadlardan, erkən nikahın və qohumlar arasında bağlanmış nikahın sağlam cəmiyyətin təməllərinə zərbə vurmasından danışdı .
   Hüquq şöbəsinin məsləhətçisi Quliyev Nasir çıxış edərək əsas insan hüquq və azadlıqları haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının qorunması və vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra inkişaf etməyə başladı. O qeyd etdi ki, Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ilin 12 noyabrında qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasınında insan hüquq və azadlıqları ilə bağlı müddəalar təsbit olunmuşdur. Nasir Quliyev yeniyetmələrə və gənclərə öz hüquq və azadlıqlarını, eyni zamanda vəzifə və borclarını mükəmməl bilməyi tövsiyə etmişdir.
   Tədbirdə çıxış edənlər cəmiyyətdə mövcud olan və insan hüquqlarının həyata keçirilməsinə böyük əngəl törədən halların aradan qaldırılması, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə ölkəmizdə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışlar.
    Sonda “Erkən nikaha və qohum nikahına son deyək” adlı video-rolik nümayiş olunmuşdur.
Keçidlər