Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə anım tədbirləri keçirilib.

19 yanvar 2023 | 16:17
   Mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə anım tədbirləri keçirilib.
  Kürdəmir Regional Mədəniyyət İdarəsinin​Xocavənd rayon mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir. Keçirilən tədbirlərdə qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükula yad edilib.​ 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğu bildirilib.
  Qeyd olunub ki,​ 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür. 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğundan bəhs olunub. Xalqımız bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman​ uca tutur.
Keçidlər