Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.

23 yanvar 2023 | 16:10
   Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi.
   23 yanvar 2023-cü il tarixdə Rayon Mədəniyyət Evində “2022-ci il ərzində Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində görülmüş işlər və qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında Xocavənd Rayon Icra Hakimiyyətinin başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə xanım Quliyeva, İnformasiya təminatı və təhlil sektorunun müdiri David Tahirov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Hafiz Mirzəliyev iştirak etmişdir.
  2022-ci il ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edən Qaradağlı KİƏD üzrə nümayəndə Cavay Hüseynov bildirdi ki, Qaradağlı kəndinin əhalisi hal-hazırda Respublikamızın 22 şəhər və rayonunda məskunlaşmışdır. İl ərzində əhalinin məcburi köçkün kimi məskunlaşdıqları yerlər bir daha dəqiqləşdirilmiş və onların problemləri ilə yerində maraqlanılmış, lazımi köməkliklər olunmuşdur. Cavay Hüseynov bildirmişdir Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə mümayəndəliyində 2022-ci il ərzində 34 uşaq doğulmuş) 13 nəfər vəfat etmiş, 29 nəfər qeydiyyatdan çıxmış, 50 nəfər qeydiyyata düşmüş, 13 nikahı bağlanmış, 3 boşanma olmuşdur. 01.01.2023-cü il tarixə Qaradağlı kənd əhalisinin sayı 1951 nəfər, təsərrüfatların sayı isə 499-dur. Ötən illə müqaisədə 7 ailə, 42 nəfər artmışdır. 2022-ci il ərzində 1951 nəfər kənd əhalisindən 61 nəfəri xarici ölkədə, 3 nəfər həbsdə, 14 nəfəri hərbi xidmətdə, 493 nəfər müxtəlif maddələrlə çıxanlar və 204 nəfər statusu olmayanları çıxmaqla yemək xərci alan vətəndaşlar 1176 nəfər təşkil edir. Əlavə qeydiyyatda olmamağına baxmayaraq 1 ailə 3 nəfər Şəhid ailəsidə dövlət tərəfindən verilən yemək xərci müavinəti ailır. Məruzəçi həmçinin bildirmişdir ki, 44 günlük Vətən müharibəsi zamanı Xocavənd rayon Qaradağlı kəndi üzrə 20 nəfər MAXE, 1 Zabit, 7 Səfərbərlik, 1 polis zabiti, 6 nəfər həqiqi xidmətdə olan əsgərldən olmaqla ümumilikdə 35 nəfər kənd sakini döyüşlərdə iştirak etmişdir. II Qarabağ müharibəsi zamanı 1 nəfər MAXE əsgər Tağıyev Elzamin Eyvaz oğlu 09.11.2020-ci il tarixdə Şuşa şəhərinin azadlığı uğrunda igidliklə vuruşaraq Şəhid olmuşdur. 7 nəfər hərbiçi isə müxtəlif (ağır və yüngül) bədən xəsarətləri almışdır. 2 nəfər Əşrəfli Ülvi Ələsgər oğlu və Şirinov Zaur Ruslan oğlu ağır yaralanmış, müharibə əlili olmuşlar.
 Hesabat yığıncağında çıxış edən başçının müavini Əfsanə Quliyeva ötən hesabatdan keçən 3 il ərzində pandemiya dövrünün labüd çətinliklərinə baxmayaraq cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. Əfsanə Quliyeva 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Bir çox beynəlxalq və regional tədbirlərin əsas iştirakçısı olan Azərbaycanın nüfuzlu ölkələrin hesablaşdığı bir ölkəyə çevrildiyini hesabat istirakçılarının diqqətinə çatdırıb.
   Hesabat yığıncağında çıxış edən Qaradağlı kənd tam orta məktəbin direktoru Zülfiyyə Tahirova, Xocavənd 10 saylı ümumi orta məktəbin dil-ədəbiyyat müəllimi Əzizov Məhəmməd, Qaradağlı kənd sakini, Qarabağ Müharibəsi veteranı Şirinov Elburus hesabat məruzəsini qənaətbəxş qiymətləndirmişlər. Hesabat məruzəsi ətrafında digər çıxış edənlər görülən işlərə münasibətlərini bildirib, təkliflərini səsləndiriblər.
Keçidlər