Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Allahverdiyev Müslüm Əliqulu oğlunun dövlət qulluğunda olmanın yaş həddinə çatdığına və təqaüdə çıxması münasibəti ilə tədbir keçirilib.

09 mart 2023 | 09:31
    Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Allahverdiyev Müslüm Əliqulu oğlunun dövlət qulluğunda olmanın yaş həddinə çatdığına və təqaüdə çıxması münasibəti ilə tədbir keçirilib.
   09.03.2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Allahverdiyev Müslüm Əliqulu oğlunun dövlət qulluğunda olmanın yaş həddinə çatdığına və təqaüdə çıxması münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətin başçısı Eyvaz Hüseynov M.Allahverdiyevi 70 illik yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Başçı Müslüm Alahverdiyevin 45 illik əmək fəaliyyəti dövründə dövlətə fasiləsiz olaraq, vicdanla ,qüsursuz xidmət etdiyini qeyd edib. Həmçinin E.Hüseynov M.Allahverdiyevin qüsursuz xidmətlərinin, yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 23 iyun 2008-ci il tarixli 2889 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təlif edildiyini bildirib. M.Allahverdiyevin rayon idarə və təşkilatlarıında uzun illər ərzində çalışdığını, 1999 - cu il tarixdən hal-hazıradək isə Xocavənd Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışdığını diqqətə çatdıran E.Hüseynov ona tapşıralan bütün vəzifələrin öhdəsindən layiqincə gəldiyini və rəhbərlik tərəfindən göstərilən etimadı daim doğrultuğunu qeyd etmişdir.
    Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının 09.03.2023-cü il tarixli 20 nömrəli Sərəncamı ilə “Uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif edilmiş M.Allahverdiyev ona göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir. M.Allahverdiyev çalışdığı bütün dövrlərdə dövlətə, xalqa layiqincə xidmət etdiyini və üzərinə düşən vəzifələri vicdanla yerinə yetirdiyini diqqətə çatdırıb. Kollektiv də M.Allahverdiyevi təqaüdə çıxması münasibəti ilə təbrik etmiş, ona möhkəm cansağlığı, şəxsi həyatında uğurlar arzulamışdır.
Keçidlər