Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu Abşeron rayonunda keçirilmişdir.

29 avqust 2022 | 11:40
  Abşeron rayonu, Masazır qəsəbəsi Gənclər şəhərciyində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
  26 avqust 2022-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Abşeron rayonu Masazır qəsəbəsi, Gənclər şəhərciyi Xırdalan şəhər 10 saylı tam orta məktəbində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ilin sentyabrında başlanmış 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin şücaəti nəticəsində düşmən üzərində qazanılmış tarixi qələbədən söz açamışdır. Başçı 44 günlük Vətən müharibəsi zamanı düşmən ordusunun məğlubiyyətindən danışaraq, erməni lobbisinin illərdir formalaşdırdığı yenilməz ordu mifinin məhvə düçar olduğunu bildirdi. Natiq, həmçinin 44 günlük Vətən müharibəsindən sonra imzalanmış 10 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq 26 avqust 2022-ci il tarixdə Erməni silahlı birləşmələrinin Laçın rayonu eləcə də Sus və Zabux kəndləri ərazisndən çıxarılmasının tarixi əhəmiyyət kəsb etdiyini bildirmiş və bu münasibətlə bütün xalqımızı və xocavəndliləri təbrik etmişdir.
   Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər