Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam və rasional qidalanma”, “plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması ” mövzusunda tədbir keçirilmişdir

31 oktyabr 2022 | 15:31
  “Sağlam və rasional qidalanma”, “plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması ” mövzusunda tədbir keçirilmişdir
  “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Aqzərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamının 2-ci bəndində, “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il 935 nömrəli Sərəncamının 2.2.3 Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə  31.10.2022 tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Nərminə Süleymanova, aparıcı məsləhətçisi Asim Rüstəm, Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Orxan Həsənov məktəblilər arasında “Sağlam və rasional qidalanma”, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması” mövzusunda maarifləndirici tədbirlər keçirmişlər. Tədbir zamanı şagirdlərə bildirilmişdir ki, hal-hazırda pandemiya dövründə sağlamlığımızın qeydinə qalmağın böyük bir hissəsini qidalanma təşkil edir. Həmçinin, qeyri-düzgün qida rasionun qurulmasının bədənimizdə nə kimi fəsadlar törədə biləcəyi, hansı xəstəliklərə yol aça biləcəyi barədə, eyni zamanda, sağlam qidalanmanın insan bədəninə müsbət təsirləri, qidaların hansı vitamin və minerallarla daha zəngin olması haqqında şagirdlərə məlumatlar verilmişdir. Eyni zaman da Yer kürəsində plastik qablaşdırma tullantılarının ətraf mühitə zərərli təsiri artaraq qlobal ekoloji məsələyə çevrilməsindən bəhs etmişlər. Plastik torba və ya qablaşdırmadan orta hesabla 15-20 dəqiqə istifadə edilir və tullantı kimi ətraf mühitə atılır. Dünyada hər il 5 trilyon plastik torbadan istifafə olunur, bu təqribən 1 dəqiqədə 10 milyon plastik torba deməkdir. Plastikin tam çürüyərək yox olması üçün torpaqda 800-1000 il, dənizdə isə 40il lazımdır.Hesablamalara görə hər il dünyada 300 milyon ton plastik istehsal olunir. Bunun yalnız 20 faizi təktar emala gedir. Qalanı isə havanı, suyu, torpagı, dənizləri çirkləndirir. Aparılan araşdırmalara görə bütün dünyada evlərə verilən içməli suların tərkibində mikroplastik zərrəciklər aşkar olunur. Eyni zamanda mikroplastiklər okeanda ovlanan balıqların bədənində olması qeydə alınmışdır. Hər il yüzlərlə heyvan və quş təbiətə atılan plastik tullantıların qurbanı olur. Heyvanlar plastik tullantıları qida ilə səhv salırlar və bunun nəticəsində hər il təqribən 100 000 heyvan ölür. Dünya okeanına tonlarla plastik tullantı atılması nəticəsində hal-hazırda okeanlarda 5 belə böyük tullantı adası əmələ gəlmişdir. Hər birimiz ətraf mühitin mühafizəsi və insanların sağlamlığı məqsədilə polietilen torbaların, plastik qabların alternativlərindən olan şüşə qablardan, parça və kağız torbalardan istifadəyə üstünlük verməliyik. Sonda isə şagirdlərin və müəllimlərin fikirləri dinlənilmişdir.
Keçidlər