Şriftin ölçüsü :

Saytın rəngi :

“Şanlı tariximiz - Zəfər günü” adlı tədbir keçirilib.

04 noyabr 2022 | 09:29
  “Şanlı tariximiz - Zəfər günü” adlı tədbir keçirilib.
  Noyabrın 4-də Xocavənd rayon Mədəniyyət evində Zəfər Günü ilə əlaqədar “Şanlı tariximiz - Zəfər günü” adlı tədbir keçirilib. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub. Tədbirdə 44 gün davam edən və ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi qeyd edilib. Bildirilib ki, 8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, qəhrəman şəhidlərimizin fədakarlığının nəticəsidir.
  Tədbirin sonunda məktəblilərin ifasında Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən şeirlər dinlənilib.
Keçidlər