Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD AİLƏLƏRİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

10 iyul 2022 | 18:12
   ŞƏHİD AİLƏLƏRİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB.
  Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Xocavənd rayonunda “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş şəhid Fərəcov Zülfüqar Müseyib oğlunun və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, ”İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid Quliyev Şirxan İsmixan oğlunun ailə üzvləri ilə görüşüb.
  Şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının daim diqqət mərkəzində saxlanıldığından, onlara göstərilən qayğılardan söhbət açılıb. İdarə rəisi şəhidlərin ailə üzvlərinin Qurban bayramını təbrik edib, maddi və mənəvi dəstək ifadə etmişdir.
Keçidlər