Şriftin ölçüsü :

Saytın rəngi :

"Şuşa ili"nə həsr olunmuş "Tariximizə baxış" adlı bilik yarışı keçirilmişdir.

13 may 2022 | 15:50
   "Şuşa ili"nə həsr olunmuş "Tariximizə baxış" adlı bilik yarışı keçirilmişdir.
   Xocavənd Rayon İcra Hakimiyyəti başçısının "Şuşa ilinin qeyd edilməsi" haqqında 26 yanvar 2022-ci il 04 saylı Sərəncamının icrası ilə bağlı olaraq "Tariximizə baxış" adlı bilik yarışı keçirilmişdir. Bilik yarışının sualları Azərbaycanın tarixinin qədim, orta və yeni dövrləri, Qarabağ həqiqətlər, 44 günlük Vətən Müharibəsi, Zəfərdən sonrakı quruculuq işləri və digər mövzuları əhatə edirdi. VIII-XI sinif şagirdlərindən ibarət komandalar arasında keçirilən yarışda Salakətin kənd tam orta məktəbin “Şuşa Fatehi ” komandası I, "Komando" komandası II, "052" komandası isə III yerə layiq görülüb.
  Gənclərin Azərbaycan tarixinə dair biliklərinin dərinləşdirilməsi, intellektual vərdişlərinin inkişafı məqsədi keçirilən yarışda qalib komandalar diplomla təltif olunublar.
Keçidlər