Şriftin ölçüsü :

Saytın rəngi :

"Uşaq Hüquqları Aylığı" ilə bağlı növbəti tədbir Qaradağlı kənd tam orta məktəbində keçirilib.

11 noyabr 2022 | 09:53
   "Uşaq Hüquqları Aylığı" ilə bağlı növbəti tədbir Qaradağlı kənd tam orta məktəbində keçirilib.
  11.11.2022-ci il tarixində Qaradağlı kənd tam orta məktəbində "Uşaq Hüquqları Aylığı" ilə bağlı tədbir keçirildi. Xocavənd rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxana əməkdaşlarının da iştirak etdiyi tədbirdə bildirilib ki, hər il olduğu kimi 2022-ci oldə də Uşaq Hüquqları haqqında Konversiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq Hüquqları Aylığı" elan edilir. Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin əsas üzvü olan uşaqların xususi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir. Həmçinin qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz işğalda olan əzəli Azərbaycan torpaqlarını azad etmiş, 44 günlük Vətən Müharibəsində zəfər çalmışdır. Bu müharibə dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10 dan çox uşaq həlak olmuş 50-si yaralanmış, bir çox uşaq isə öz valideyinlərini itirmişdir. Habelə, mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil səhiyyə, müəssisələrinin dağıdılması uşaqların təhsil, səhiyyə və digər hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bununla yanaşı atılan intensiv atəşlər uşaqların pisxoloji sarsıntı keçirməsinə səbəb olmuşdur. Uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər. Bununla yanaşı, həmin müharibə cinayətləri nəticəsində qurbana çevrilmiş uşaqların pozulmuş hüquq və azadlıqları ilə bağlı beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müvafiq bəyanat və müraciətlər göndərilmişdir.
  Sonda məktəbin şagirdlərinin hazırladıqları kompozisiyalar nümayiş olunmuşdur.
Keçidlər