Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon Salakətin kənd tam orta məktəbində Birinci Qarabağ müharibəsində şəhid olmuş Əfqan Hacağa oğlu Yəhyayevin ailə üzvləri ilə görüş keçirilmişdir.

29 oktyabr 2022 | 15:28
  29 oktyabr 2022-ci il tarixdə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində Birinci Qarabağ müharibəsində şəhid olmuş Əfqan Hacağa oğlu Yəhyayevin ailə üzvləri ilə görüş keçirilmişdir.
  Görüşdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, şəhidin ailə üzvləri, Xaçmaz rayon Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi, şəhidin döyüş yoldaşları iştirak etmişdir.
Tədbirdə çıxış edənlər şəhid Əfqan Yəhyayevin qısa, amma şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açdılar. Bildirildi ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edir, onların əziz xatirəsini daim uca tuturuq.
  Tədbirin sonunda məktəbin şagirdləri Vətənə, qəhrəman döyüşçülərimizə həsr olunan şeirlər söylədilər.
Keçidlər