Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayonunda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.

19 yanvar 2023 | 16:26
   Xocavənd rayonunda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir.
   Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar Xocavənddə anım mərasimləri keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında təşkil olunan tədbirlərdə 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Tuğ kənd tam orta məktəbində keçirilən anım tədbirində qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, zaman-zaman xalqımıza qarşı törədilmiş bu müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Keçidlər