Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü münasibətilə məktəblilərin Heydər Əliyev Mərkəzinə və Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edilib.

02 noyabr 2022 | 10:47
   Zəfər Günü münasibətilə məktəblilərin Heydər Əliyev Mərkəzinə və Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edilib.
  Vətən müharibəsinin ikinci ildönümünün qeyd olunması ilə bağlı “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Xocavənd Rayon İcra Hakimiyyəti başçısının 28 oktyabr 2022-ci il tarixli 64 saylı Sərəncamına uyğun olaraq rayon ərazisində silsilə tədbirlər keçirilir. Növbəti tədbir 2 noyabr 2022-ci il tarixdə rayon orta ümumtəhsil məktəblilərinin iştirakı ilə Beyləqan rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə və Tarix Diyarşünaslıq Muzeyinə ekskursiyanın təşkili olmuşdur. Tədbirdə şagirdlər ilk öncə Heydər Əliyevin Beyləqan rayonu ərazisində ucaldılmış abidəsini ziyarət etmiş, Ulu öndərə ehtiramlarını bildirmişlər. Mərkəzlə tanış olan şagirdlərə Heydər Əliyevin həyatı, dövlət idarəçiliyindəki fəaliyyəti, eyni zamanda Azərbaycan xalqı qarşısında xilasgarlıq missiyası haqqında ətraflı məlumat verilmişdir. Sonra şagirdlər Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Muzey barədə ətraflı məlumat verən muzeyin direktoru Mehriban İsgəndərova, mərkəzdə Beyləqan rayonun tarixini özündə əks etdirən eksponatları nümayiş etdirmişdir.
Keçidlər