Şriftin ölçüsü :

Saytın rəngi :

GÜNÜN NƏBZİ

 

    Strateji planlaşma davamlı və yüksək iqtisadi artımına xidmət etməlidir. 05.02.2021
   İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir. Vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzi yenə də diqqət mərkəzindədir. Bu, vətəndaşların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün çox vacibdir. Prioritetlərdə sağlamlığın və uzunömürlülüyün ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacağı bildirilir.
    Azərbaycanda XXI əsrin tələblərinə uyğun təhsilin təşkili də prioritetlər sırasındadır. Çünki dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. İnsan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə məhz təhsil vasitəsilə artırılmalıdır.
    Prioritetlərdə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməsi, bu regionun ölkənin ən abad guşələrindən birinə çevrilməsi də əsas yer tutur. Burada müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır.
   Düşmən üzərində qazandığımız qələbənin əbədiləşdirilməsi üçün vaxtilə öz doğma torpaqlarından köçkün düşmüş insanların yurd-yuvalarına qayıdışı böyük önəm kəsb edir. Bu böyük qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması ilə yanaşı, həmin ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında da bir körpü olacaq.
   Azərbaycan həmçinin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi nümunəyə çevriləcək. Bunun üçün ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Strateji dövrdə bu prioritet daxilində iki məqsədin səmərəli şəkildə reallaşdırılmasına nail olunmalıdır ki, bunlardan biri yüksəkkeyfiyyətli ekoloji mühit, digəri isə “yaşıl enerji” məkanıdır. Yəni ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Sözügedən dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin artacağı gözlənilir. Azərbaycanda da enerjidən səmərəli istifadə edilməsinə və yeni dayanıqlı enerji mənbələrinə üstünlük veriləcək. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi vacib sayılır.
   Qarşıdakı illərdə uzun müddət ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olacaq. İqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılacaq. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılacaq. Başqa sözlə, Azərbaycan başdan-başa çiçəklənən bağa çevriləcək.

      Azərbaycanda iqtisadi inkişafı üçün sistemli fəaliyyət planı hazırlanmalıdır. 04.02.2021
    Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” ölkə başçısının sərəncamının icrası üçün Baş nazirin sərəncamı ilə komissiya yaradılıb. 15 gün müddətində işçi qruplarını formalaşdırmalı olan komissiya 7 ay ərzində strategiya layihəsini hazırlayıb başa çatdırmalıdır. Regionun yeni siyasi-iqtisadi reallığı kontekstində hazırlancaq sənəd eyni zamanda milli prioritetlərin mütləq üstünlüyünü nəzərdə tutacaq. Eyni zamanda həmin fəaliyyətlərin səmərəliyinin ölçülməsi üçün konkret bençmarkların hazırlanması da məqsədəuyğundur. Vacib məqamlardan biri də qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanaraq iqtisadi inkişafa təkan verməsidir.
    Aydındır ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu məqsədlə konsepsiya neftdən asılılığın minimumlaşdırılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirir. Bu baxımdan da Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payının tədricən azaldılması və fiskal qaydaların tətbiqi vacibdir. Fiskal gəlirlərinin əhəmiyyətli hissəsinin qeyri-neft sektoru hesabına formalaşmasına nail olunmaq iqtisadiyyatın dayanıqlığı baxımdan mütləqdir. Bu həm də qiymətlərin aşağı və stabil olmasının təmin edilməsinə imkan yarada bilər.Bütövlükdə, yeni yaradılan komissiya növbəti 5 ildə Azərbaycanda iqtisadi inkişafın gücləndirilməsi üçün sistemli fəaliyyətlərin hazırlanmasını həyata keçirməlidir.Bu illərin həmçinin Böyük Qayıdış dövrü olacağını nəzərə alsaq, söhbət kifayət qədər strateji müddətdən gedir

 

 

 

    Prezident: Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! 04.02.2021
    Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada bütün işlərin planlı şəkildə həyata keçiriləcəyini bildirdi. Əsas diqqət göstərilən məsələlərdən biri də tarixi abidələrimizin bərpa olunmasıdır. Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Şuşanın hər bir məhəlləsi, hər bir daşı tarixdir.  Qarşıya qoyulan hədəflərə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun artırılması əsasdır. Bu isə öz növbəsində dövlət məmurlarının üzərlərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmələrini bir tələbə çevirir. Möhtərəm Prezidentimizin məmurlardan tələbi daim bu olub: Dövlət maraqları hər şeydən üstün olmalı, məmurlar xalq üçün yaşamalı, onların qayğıları ilə maraqlanmalı, məsuliyyət hissini unutmamalıdırlar. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi  məmurlara ciddi mesajdır. Möhtərəm Prezidentimiz hər zaman çıxışlarında bildirir ki, Azərbaycan hüquqi dövlətdir. Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur.

    Prezidentin bəzi məmurlara xəbərdarlığı. 04.02.2021
    Göründüyü kimi, bu yeni fəlsəfənin özü Azərbaycan iqtisadiyyatının önündə yeni üfüqlər açır. Eyni zamanda, təyin olunan yeni kadrların qarşısında yeni vəzifələr müəyyənləşdirir ki, bu da olduqca vacibdir. Azərbaycan Respublikasının Prezidenti inzibati resursların və məmurların iqtisadi proseslərə müdaxiləsini də sərt şəkildə tənqid etdi. Düşünürəm ki, bu da əslində nəticə çıxarmalı olan qurumlar və məmurlar üçün olduqca ciddi bir xəbərdarlıq idi. Həmçinin, Prezident iqtisadi müstəqilliyin əsas faktor və dövlətin siyasi müstəqilliyini təmin edən başlıca məqam olduğunu diqqətə çatdırdı. İqtisadiyyatı olmayan, özünü təmin edə bilməyən ölkə şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində də müəyyən təzyiqlərə məruz qalır ki, bu da eyni zamanda ölkənin müstəqil siyasi qərarlar qəbul etməsini məhdudlaşdırır. Azərbaycan üçün müstəqillik olduqca vacibdir, siyasi müstəqillik isə birbaşa iqtisadi müstəqilliklə bağlıdır.

 

 

    Pandemiya ilə mübarizə işinin təşkilində bütün imkanlar səfərbər olunmalıdır. 03.02.2021
   Peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görür. Azərbaycan vəziyyəti bütün dövrlərdə, yəni, bir il ərzində nəzarətdə saxlamağı bacardı. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlandı. Modul tipli xəstəxanaların sayı 13-ə qədər çatdırıldı.
    Görülmüş işlər sayəsində pandemiya ilə mübarizədə "Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərin siyasi gündəminə daxil oldu. Beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışıb. Ümumdünya Səhiyyə Təşkilatı "Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Dünyanın aparıcı rəy sorğusu şirkəti olan "Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.
   Azərbaycan pandemiya dövründə də öz "məsuliyyətli ölkə” statusunun qorunmasına müvəffəq oldu. Azərbaycan bütün lazımi tədbirləri reallaşdırdı. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib.
Ölkənin beynəlxalq təşəbbüsləri pandemiya dövründə də davam edir. Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etmişdir.

     İdarəetmədə çevikliyin və səmərəliliyin artırılması hədəflərə qısa zamanda çatmağı stimullaşdıracaq.  03.02.2021
   44 gün davam edən, amma bütün tarixboyu danışılacaq Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra artıq ölkəmizin həyatında yeni mərhələ-quruculuq, inkişaf, işğaldan azad edilmiş torpaqlarımızın bərpası dövrü başlayır.  Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev istər Vətən müharibəsi dövründə cəbhədən gələn qələbə xəbərlərini xalqa çatdırarkən, istər xarici mətbuata müsahibələrində, istər Azərbaycanın hərbi-siyasi Qələbəsinin təsdiqi olan 10 noyabr üçtərəfli razılaşmasından sonra, istərsə də Zəfər sevincini bölüşmək üçün işğaldan azad edilmiş şəhər və kəndlərimizə səfərləri zamanı bu əminliyi ifadə etmişdir ki, Qarabağ bölgəsində cənnət yaradacağıq. Xalqımız buna layiqdir. Böyük qayıdış proqramı hazırlanır. Tezliklə Azərbaycan xalqı və bütün dünya  işğaldan azad olunmuş, dirçəldilmiş şəhərlərimizi, kəndlərimizi görəcək, xarici qonaqlar bu ərazilərimizi ziyarət etməyə maraq göstərəcək, bir sözlə, inkişaf modeli daim dünyaya nümunə olan Azərbaycanın həyatında yeni mərhələ başlayacaq. Dağlıq Qarabağ münaqişəsi geridə qalmaqla Azərbaycanın yeni iqtisadi və sosial inkişaf konsepsiyasının hazırlanmasını və uğurlu icrasını şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bütün şəhərlərin, kəndlərin bərpası vahid konsepsiya əsasında həyata keçiriləcək: «Azərbaycanın hər bir bölgəsi kimi, işğaldan azad edilmiş ərazilərimiz də zəngin potensiala malikdir. Dövlətimiz tərəfindən həyata keçiriləcək tədbirlər, həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələlərini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatları, ənənəvi iqtisadiyyat sahələri, nəqliyyat qovşaqlarına, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq onların ixtisaslaşması nəzərdə tutulub. Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kimi aqrar sektor, kənd təsərrüfatı məhsullarının emalı və turizm sahələri müəyyənləşdirilib. Məlumdur ki, Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. İşin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələrarası mərkəz, mərkəzin nəzdində 16 işçi qrupu formalaşdırılıb. İşçi qruplarında 55 dövlət qurumunun nümayəndəsi iştirak edir. Bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir.

    AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTAN XƏZƏR DƏNİZİNDƏKİ “DOSTLUQ” YATAĞINA DAİR ANLAŞMA MEMORANDUMU İMZALAYIBLAR. 28.01.2021
    Bu gün Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
    Sənəd Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans formatında keçirilən görüşü çərçivəsində imzalanıb.
Görüşdəki çıxışında sənədin əhəmiyyətindən danışan Türkmənistan Prezidenti deyib: “Ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib”.
   Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Xəzər mövzusunda qarşılıqlı fəaliyyət Türkmənistan-Azərbaycan əməkdaşlığının ən mühüm istiqamətidir. Ölkələrimiz Xəzər dənizinin möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və səmərəli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verirlər.
   Prezident İlham Əliyev Anlaşma Memorandumunu tarixi sənəd adlandırıb. “Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək”, - deyə dövlətimizin başçısı vurğulayıb.
    Xəzərin mehriban qonşuluq və əməkdaşlıq dənizi olduğunu qeyd edən Azərbaycan Prezidenti əminliklə bildirib ki, “Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək”.

 

      Azərbaycan və Türkmənistan birgə işləyəcəkləri karbohidrogen yatağına bu adı təsadüfən verməyiblər. 26.01.2021
   Azərbaycan və Türkmənistan tərəflərinin bu yatağı “Dostluq” adlandırmaq barədə ümumi qərarı dərin rəmzi məna daşıyır. Söhbət iki ölkə arasında karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanmış yataqdan gedir.
    Bu sənədin imzalanması enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Azərbaycanın və Türkmənistanın enerji sahəsində zəngin potensialının birgə üzə çıxarılmasına, Xəzər dənizi regionunda energetikanın davamlı inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəldilib. Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında yanvarın 21-də videokonfrans formatında keçirilən görüş də məhz sözügedən Anlaşma Memorandumunun imzalanması ilə bağlı idi.
    2018-ci ilin avqust ayında beş sahilyanı dövlətin rəhbərləri tərəfindən Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması çoxtərəfli birgə işin nəticəsi oldu. Bu Konvensiya enerji sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. 2019-cu ildə Türkmənbaşı şəhərində keçirilmiş birinci Xəzər İqtisadi Forumunun gedişində  Azərbaycan və Türkmənistan çox məzmunlu və faydalı danışıqlar apararaq bir sıra mühüm razılaşmalar əldə etdilər.
   2020-ci ilin mart ayında Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı dövlətimizin başçısı ilə birlikdə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanları ətraflı müzakirə və təhlil olundu. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birinin birgə işlənməsi barədə razılaşma əldə edildi. Beləliklə, hazırkı Anlaşma Memorandumunun imzalanması iki ölkənin energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələdir. Çünki indi möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır. Həm Azərbaycanın, həm də Türkmənistanın milli iqtisadiyyatının dinamik inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəldilməsinə yeni təkan verilir.
    Ümumiyyətlə, son illər ölkələrimiz arasında münasibətlər müsbət dinamika ilə inkişaf edir. Ali səviyyədə qarşılıqlı səfərlərin xronologiyası da bunu təsdiqləyir. Belə ki, son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb. Müqayisə üçün deyək ki, qarşılıqlı münasibətlərin bütün tarixi ərzində imzalanan sənədlərin sayı 100-dən çoxdur. Yəni onların yarısı son 3 ilin payına düşür. Ən önəmlisi də odur ki, bütün bu sənədlərdə nəzərdə tutulanlar, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə edilən razılaşmalar müvəffəqiyyətlə yerinə yetirilir.
    Videokonfrans formatında keçirilən görüşdə Prezident İlham Əliyev Azərbaycanın və Türkmənistanın ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başladıqlarını vurğulayaraq demişdir: “Bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək... Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.
    Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov enerji sahəsindəki əməkdaşlığı yüksək dəyərləndirir: “Bu gün Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər”.
   Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov imzalamışlar.
    Hər iki ölkənin həyatında əlamətdar olan bu tarixi hadisə, qeyd edildiyi kimi, dostluğun və əməkdaşlığın daha da möhkəmləndirilməsinə istiqamətlənib. İmzalanan sənəd strateji istiqamətdə - enerji sahəsində Türkmənistan-Azərbaycan tərəfdaşlığında prinsipcə yeni səhifə açır. Bunun üçün zəruri olan bütün şərtlər mövcuddur, yəni həm siyasi iradə, həm yüksək səviyyəli texniki və texnoloji təchizat, peşəkar kadrlar və neft-qaz sahəsində zəngin iş təcrübəsi var. Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni isə Azərbaycan və türkmən xalqlarının çoxəsrlik möhkəm qardaşlıq telləridir ki, bu da iki dövlət başçısının videokonfrans formatında keçirilən görüşündə bir daha vurğulanmışdır.
   Ölkələrimiz digər sahələrdə də əməkdaşlığı və tərəfdaşlığı davam etdirirlər. Tərəfdaşlığın mühüm bir sahəsi nəqliyyat sferasıdır. Belə ki, Türkmənistan və Azərbaycan bu gün əfqanıstanlı, gürcüstanlı və türkiyəli tərəfdaşları ilə birlikdə Asiya ilə Avropa arasında ən mühüm kontinental magistrala çevrilməli olan Lapis-Lazuli nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üzərində ardıcıl iş aparırlar. Azərbaycan və Türkmənistan həm də Xəzər dənizi-Qara dəniz nəqliyyat yolu sisteminin yaradılmasının təşəbbüskarları sırasındadırlar.
   Nəqliyyat sahəsində əməkdaşlıq həm bu iki ölkə, həm də onların qonşuları üçün böyük perspektivlər açır. Prezident İlham Əliyevin dediyi kimi: “Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq”.
   Nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Azərbaycan və Türkmənistan Xəzər regionunda möhkəm sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və əməkdaşlıq şəraiti yaradılmasında xüsusi səylər göstərir və töhfələr verirlər.

    Son 17 ildə yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb. 21.01.2021 
   Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda genişmiqyaslı sənayeləşmə siyasəti həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin nəticəsidir ki, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələmişdir. Qarşıdakı illərdə də beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkəmizin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən və yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir". Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində son 17 ildə yüzlərlə müasir sənaye müəssisəsi, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib: "Burada əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Onu da xatırladaq ki, bu illər ərzində sənaye sektorunda çalışmaq istəyənlərin maraqlarını gerçəkləşdirmək məqsədilə sənaye parklarının yaradılması da diqqət mərkəzində saxlanılıb. Artıq respublikada bir sıra ixtisaslaşan sənaye və texnologiyalar parklarının fəaliyyət göstərməsi bunun məntiqi nəticəsidir. Bu strategiyanın uğurlarını isə biz bu gün Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada aydın şəkildə görə bilərik.Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox - 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib. Strategiya özündə gələcəyə aydın baxışı və daimi inkişafı ehtiva edir. Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası isə yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq, təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər də parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. Bu isə o deməkdir ki, Azərbaycan hökumətinin yürütdüyü müasir iqtisadi siyasət düzgün və səmərəli həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətində daha böyük uğurlar qazanılması günümüzün reallığıdır".

      AZƏRBAYCAN PREZİDENTİ: “AZAD EDİLMİŞ TORPAQLARDA HƏR ŞEY PLANLI ŞƏKİLDƏ, DÜZGÜN APARILMALIDIR”
    "Ölkəmizdə kadr islahatları, struktur islahatları, iqtisadi islahatlar, sosial sahədə islahatlar aparılır. Bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Siyasi sabitlik, xalq-iqtidar birliyi, əmin-amanlıq, coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, - bu, çox önəmlidir, - ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər, heç bir ölkə ilə problemin olmaması”.
     Prezident İlham Əliyev Sumqayıtda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
   “İndi mən ümid edirəm, müəyyən müddətdən sonra Ermənistan da deyəcək ki, onların da bizimlə heç bir problemi yoxdur. Çünki əsas məsələ bunda idi, onlar bizim torpağımızı işğal etmişdilər. Onlar bizə qarşı soyqırımı törədiblər. Onlar bizim şəhərlərimizi yerləbir ediblər. Biz, sadəcə olaraq, özümüzü müdafiə etmişik, lazımi səviyyədə müdafiə etmişik və işğalçıları torpaqlardan qovmuşuq”, - deyə dövlətimizin başçısı qeyd edib.
   Ölkəmizin inkişafı üçün yeni bir dövr başladığını vurğulayan Prezident deyib: “Bütün bu amillər ola-ola bu gün biz azad edilmiş torpaqlara qayıdaraq, o torpaqların potensialından istifadə edəcəyik. Orada çox böyük potensial - bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var. Yəni, bu bölgələr bir çoxlarının fikrinə görə, növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək. Mən də əlbəttə ki, bu fikri bölüşürəm. Sadəcə olaraq, azad edilmiş torpaqlarda hər şey planlı şəkildə aparılmalıdır, düzgün aparılmalıdır”.

    20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir.  21.01.2021
   Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 28 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
   Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular. Bakıda yanvarın 20-si saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi üzrə imzalanmış fərman səhər saat 5.30-da radio ilə elan olunmuşdur. Həmin vaxtadək 100-dən çox dinc sakin artıq qətlə yetirilmişdi. 1990-cı ilin yanvarında sovet qoşunlarının Bakıda həyata keçirdikləri qırğınlarda 131 nəfər  öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında 5 millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
    O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək  bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə faciəvi 20 yanvar hadisələrinə siyasi qiymət verdi.
    Yanvar faciəsində qətlə yetirilənlərin,  şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi.  20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun “20 Yanvar” stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu. 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksinin açılışı oldu. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

 

   "Qanla yazılmış  azadlıq"  20.01.2021
   1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.
   1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
    Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
    Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
    Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.
    Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib. Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.
   Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
   Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
   1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsiAzərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
   Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
    Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

    "Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb"
“Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu”.
     AzərTAc xəbər verir ki, Prezident İlham Əliyev bunu yanvarın 14-də Bülbül, Natəvan və Üzeyir Hacıbəylinin büstlərinin Şuşaya qaytarılmasına həsr olunmuş tədbirdə deyib.
“Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi.
Sonra müxtəlif vaxtlarda bəzi insanlar mənə müraciət etmişdilər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra gətirib öz yerlərində qoyacağıq və öz yerlərində də qoyduq.
    Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar. Biz qaytarmışıq onları, düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımızdan rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq...”, - deyə dövlət başçısı bildirib.

    Sözü imzası qədər qüvvətli olan lider!
    Prezident  İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”- deyirdi. Şuşa səfəri Milli Liderin sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu. Prezident 2010-cu il noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında  çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı.
     Separatçı rejiminin nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanıyıb Dağlıq Qarabağda öz səfirliyini açsa. Amma sən saydığını say, gör Azərbaycan Ordusu nə sayır! Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycana ordusunun parlaq zəfəri bu  iyrənc,  təkəbbürlü ifadələrin sahiblərini qorxaqcasına susmağa məcbur edir.
     Prezident çıxışlarının birində onu da demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq.
Bu sözlər də artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Azərbaycan güc, əzm, iradə, cəsarət, mətanət, milli ruh hesabına tarixi ədaləti bərpa etdi. Azərbaycan ancaq öz gücü hesabına öz torpaqlarını azad etməli idi və bunu da bacardı. Son olaraq Prezidentin məşhur fikirləri ilə yazını yekunlaşdırım: “Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Düşmən qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur oldu. Alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq”.

      Ulu Öndər demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görürdü. 18.01.2021
    Biz Şuşa, ümumilikdə Qarabağ haqqında danışarkən Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin də bu istiqamətdə göstərdiyi tarixi xidmətlərini də unutmamalıyıq. Məlumdur ki, Sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq Ulu Öndər Azərbaycanda milli şüurun yüksəldilməsi üçün ardıcıl addımlar atmışdır.
     Sirr deyil ki, 1920-c illərdə sovet bolşevik hakimiyyətinin Azərbaycanın daxilində tədricən partlayan mina kimi qoyduqları Dağlıq Qarabağ probleminin həlli üçün Ulu Öndər burda demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görüb.
     Məhz 1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolu çəkildi, Dağlıq Qarabağda yeni müəssisələr yaradıldı və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gətirildi. Ulu Öndərin bu uzaqgörən siyasəti nəticəsində  Dağlıq Qarabağda milli tərkib azərbaycanlıların xeyrinə xeyli dəyişmişdi. Təbii ki, Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi Molla Pənah Vaqifin şərəfinə məqbərənin tikintisində də özünü göstərib. Onun Şuşada olarkən məqbərə önündə çəkilən məşhur fotosu da tarixi fotolardandır.
    Məhz bu amilə toxunan Prezident deyib: “Xanın vəziri olan insanın şərəfinə o vaxt - sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. Eyni zamanda bununla Qarabağın tarixin bütün mərhələlərində azərbaycanlılara məxsus olması haqqında aydın mesaj verilirdi”.
    Prezident çıxışında o məqamda da toxunub ki,  Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb. Həqiqətən də 1982-ci ildə Heydər Əliyevi Bakıdan Moskvaya təyin etməsəydilər, burada separatizmin baş qaldırmasına imkan verməzdi.
      Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə  hakimiyyətə gəlməsi ilə  Azərbaycan iflasdan xilas oldu,  milli inkişafın, milli dövlətçiliyin yeni mərhələsi başladı.
Bu gün artıq 30 illik problem həll edilib,  müharibə bitib və qələbənin təmin olunmasında əvəzolunmaz xidmətləri olan qazilərə və şəhidlərin ailələrinə yüksək səviyyədə dövlət qayğısı göstərilir. Həqiqətən də bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunublar.
     Böyük bir plan var ki, şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək. Təbii ki, bu da öz yurd yuvalarına qayıdan məcburi köçkünlərin məskunlaşdığı binaların hesabına təmin ediləcək. Maraq üçün qeyd edim ki, birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər verib. Bundan başqa, şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldıki bu da təqdir ediləsi haldır. Bu gün döyüşlərdə yaralanmış hərbçilərimiz də dövlət tərəfindən yüksək qayğı ilə əhatə olunublar. Yaxın gələcəkdə əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi tam şəkildə öz həllini tapacaq. İkinci Qarabağ müharibəsində Qələbə münasibətilə yeni orden və medallar təsis edilərək Prezident tərəfindən müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçilər təltif edilməsi isə xalq olaraq hər birimizi qürurlandırır!

     Müharibədən cəmi iki ay vaxt keçsə də,  Azərbaycan dövləti  böyük quruculuq işlərinə start verib. 18.01.2021
    44 günlük Vətən müharibəmizdə əldə etdiyimiz tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən öncə lider və insan faktoru dayanır. Azərbaycanın müdrik Prezidenti, müzəffər Ali Baş Komandanı ilə yanaşı, onun bir əmri ilə özünü odun-alovun üzərinə ataraq torpaqları almağa hazır olan minlərlə vətənpərvər gəncinin də olduğu isbat edildi. Bütün bunlar qələbəmizi təmin edən əsas şərtlərindən idi. Elə ölkə başçısının Şuşaya səfəri zamanı diqqət çəkən incə nüanslar da bu amilləri bir daha ortaya qoydu.
    Müharibədən cəmi iki ay vaxt keçsə də, Azərbaycan dövləti artıq böyük quruculuq işlərinə start verib. Əslində elə torpaqlar azad olunan kimi ərazilərdə müəyyən bərpa və quruculuq işlərinə dərhal başlanmışdı. Amma indi daha böyük quruculuq işlərinə başlanmasının şahidi oluruq. Prezident yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərinin qoyması tarixi hadisə sayıla bilər.
    Maraq üçün qeyd edək ki, uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Təbii ki, strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanının təhvil verilməsi bir çox iqtisadi-soail prosesləri də surətləndirəcək. Çünki bu, azad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm  bir layihədir. Təsəvvür edin ki, qonaqlar, turistlər Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş  Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə  çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər. Şuşaya çəkilən yol da geniş və yüksək keyfiyyətli olacaq. Qısası, indiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroportların inşası vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır. Bundan başqa, həmin aeroportlar gələcəkdə daha böyük quruculuq işlərinin aparılmasında operativliyin və vaxt itkilərinin də azalmasını təmin edəcək.
   Təkcə bir maraqlı və vacib amili xatırladaq ki, vaxtında Gəncə, yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsi ötən il iyul hadisələrindən sonra Azərbaycanla birgə hərbi təlimlər keçən türk hərbçilərinin və təyyarələrinin gəlməsi üçün mühüm rol oynadı.
   Başqa qürurverici məqam da odur ki, azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək.

   Heydər Əliyev Şuşa haqqında xatirələrini söyləyəndə Vaqif türbəsi haqqında da fikirlərini söyləyib:   17.01.2021
   36 il öncə, 1982-ci ilin yanvarın 14-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. Təntənəli açılış mərasimində Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK-nın Siyasi bürosuna üzvlüyə namizəd Heydər Əliyev, Azərbaycanın  tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə Heydər Əliyev geniş nitq söyləyib, Vaqif türbəsinin açılışının  əhəmiyyətindən danışıb.
   Qeyd etmək lazımdır ki, erməni millətçiləri zaman-zaman Dağlıq Qarabağın, eləcə də Şuşanın milli simasını dəyişmək üçün bütün vasitələrə əl atıblar. Bu məsələ ilə bağlı yazıçı Anarın Şuşa ilə bağlı xatirələrində ciddi məqamlara rast gəlinir:
   “…Yadımdadır, 1952-ci ildə mən Şuşaya getmişdim. Bizi çox ağrıtdı ki, Şuşanın girəcəyində erməni qızının simvolik heykəli qoyulmuşdu. Şuşanın mərkəzində isə Nelson Stepanyanın heykəli var idi. Şuşada bir dənə də azərbaycanlı heykəli yox idi. Şuşa yavaş-yavaş Azərbaycan simasını itirməkdə idi. Heydər Əliyevin Azərbaycana o vaxt rəhbərlik etdiyi dövrdə Şuşada Üzeyir Hacıbəyovun heykəli qoyuldu, muzeyi açıldı, Natəvanın, Bülbülün heykəlləri qoyuldu, nəhayət, Şuşada Vaqifin böyük məqbərəsi ucaldıldı. Bütün bunlar Şuşanın simasını Azərbaycan şəhəri kimi dəyişdi. Böyük insanlar yetişmiş Şuşada Nəvvabın məzarı bərpa olundu…”.
  Heydər Əliyev hələ dövlət təhlükəsizlik orqanlarında xidmət edərkən Dağlıq Qarabağda erməni millətçilərinin murdar əməllərindən xəbərdar olub. O, həmin dövrdə DQMV Partiya Komitəsinin 1-ci katibi Melkumyanın  millətçi ermənilərə dəstək olduğunu da bilib.
   Nəhayət, 1969-ci ildə Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsinə seçiləndə süni surətdə erməniləşən Dağlıq Qarabağda bütün sahələrdə olduğu kimi ədəbiyyat və mədəniyyət sahəsində də ciddi dəyişikliklərə nail olub.
  Heydər Əliyev sonralar Şuşa haqqında xatirələrini söyləyəndə Vaqif türbəsi haqqında da fikirlərini söyləyib:
  “…Şuşanın bizim qədim şəhər olduğunu mən həmişə diqqət mərkəzində saxlamış və daim qayğı göstərmişəm. Mən 1967-ci ildə DTK-nın sədri olarkən, ermənilər tərəfindən Ərşad müəllimin yandırılması ilə əlaqədar Şuşaya gələndə ilk dəfə Vaqifin qəbrini ziyarət etdim. Elə o zaman fikirləşdim ki, şairin məzarı özünə qətiyyən yaraşmır. Və respublikanın rəhbəri olarkən orada həmin türbənin tikilməsinə göstəriş verdim…”.
Məqbərinin tikintisi 1977-ci ildə başlanıb, 1982-ci ilin yanvar ayında yekunlaşıb.
   Vaqif  türbəsi AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əmkdar memar, memarlıq namizədi E.İ.Kanukovun layihəsi əsasında tikilib. Türbə Şuşanın Cənub-Qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin faciəli surətdə həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucaldılıb.
   Yüksək professional səviyyədə tikilmiş Vaqif türbəsi Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirən abidələrdən biri olub.
   Erməni silahlı qüvvələri şəhəri 1992-ci ildə işğal etdikdən sonra məqbərəyə ciddi zərər dəyib və o, hal-hazırda dağılmış vəziyyətdədir.

"Bizim regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi"14.01.2021
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib: "Atəşkəs elan ediləndən sonra iki ay keçib və noyabrın 9-10-da Bəyanatı imzalamış üç ölkənin liderlərinin bu gün Moskvada toplaşması onu göstərir ki, biz nəticə əldə etmək, sentyabrda, noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik. Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.
Bütövlükdə demək istərdim ki, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir. Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib. Rusiya sülhməramlı missiyası öz işini səmərəli şəkildə yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla narahatlıq üçün ciddi əsas olmayıb. Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik".

 

Rusiya, Azərbaycan və Ermənistan liderləri Moskva görüşünün yekunları ilə bağlı birgə Bəyanat imzalayıb.13.01.2021


"Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:
1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
2. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
3. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları işçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
4. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək"

 

 

  “İmzalan bəyanat həm də regionda əbədi sülhün əldə edilməsi üçün atılan növbəti uğurlu addımdır”

12.01.2021
Yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir.
Dünən Moskvada imzalanan bəyanat bilavasitə 10 noyabr bəyanatında əksini tapmış məsələlərin həlli üçün konkret addımları müəyyənləşdirir. Daha dəqiq desək, Moskva bəyanatı 10 noyabr bəyanatında nəzərdə tutulmuş məsələlərin ardıcıllıqla həyata keçirilməsini özündə əks etdirir.  Bəyanatda kommunikasiyaların açılması üçün dəqiq vaxtın, qrafikin müəyyən edilməsi də ölkəmiz üçün mühüm önəm kəsb edir:
"Bu tarixi məsələnin effektiv həlli üçün hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır və İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xəttlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılıb. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir ki, bu da çox önəmli nəticədir”.
Prezident İlham Əliyev Moskvada keçirilən üçtərəfli görüşdən sonra mətbuata bəyanatında nəqliyyat kommunikasiyalarının bərpası məsələsinə xüsusi olaraq toxunub:
“Dövlət başçısı bəyan edib ki, “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.
Ümumilikdə isə, qalib tərəf kimi bəyanatın milli maraqlarımıza uyğun şəkildə hazırlanması və imzalanması, xüsusilə, Cənubi Qafqazda təhlükəsizliyin və əməkdaşlığın təminatı üçün önəmli imkanlar yaradır.

 

 

    Yeni reytinqə görə Azərbaycan.  10.01.2021   
   Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar, eləcə də ölkədə həyata keçirilən iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən qurumların diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir. Dünya Bankının “Doing Business 2020” hesabatı da bu baxımdan istisna deyil. Aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın “Doing Business 2020” hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılıb, ölkəmiz bir daha dünyanın ən islahatçı on ölkələri sırasına daxil olub.
AZƏRTAC xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
    Sədaqət Vəliyeva bildirib ki, bir sıra beynəlxalq reytinq təşkilatları Azərbaycana qarşı kifayət qədər obyektiv mövqe tutmayaraq ziddiyyətli informasiyalar yayırlar. Onlar Azərbaycanı müxtəlif bəhanələrlə tənqid etmək məqsədilə çoxlu süniləşdirmələrə yol verirlər. Buna dəfələrlə rast gəlinib. Həm də bu qərəzin fonunda Ermənistan haqqında şişirdilmiş və əsassız müsbət göstəricilər yazıblar. "Doing Business" hesabatı isə onlardan fərqlənir və ardıcıl mövqe tutmaqla hər hansı ölkə barədə həqiqi mənzərənin yaranması üçün ədalətli mövqe tutur. Elə dünyanın mühüm inkişaf institutu olan Dünya Bankı da ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlara daim dəstək verib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2020” hesabatında da Azərbaycanın ümumi reytinqdə yeni nailiyyətlərə imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan yaradıb. "Doing Business 2020" hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin yüksək şəkildə qiymətləndirilməsi bir daha belə deməyə əsas verir ki, öz reytinq və nüfuzuna görə ölkəmiz bir sıra aparıcı dövlətləri, xüsusilə də MDB ölkələrini geridə qoyur və bununla da öz iqtisadi qüdrətini bir daha sübut edir.

Azərbaycan koronavirusla mübarizədən şərəflə çıxır.  09.01.2021
Koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan bu sınaqdan şərəflə çıxır.
Görülən işlər:
· Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib;
· Laboratoriyalar alınıb;
· Həkimlər səfərbər olunub, koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqqılarının 3-5 misli həcmində maaş alırlar;
· Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi;
· Bu ay ərzində Azərbaycana peyvənd gətiriləcək, bütün kontraktlar imzalanıb;
· İnsanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq.
Ziyan dəymiş 9 mindən çox ev bərpa ediləcək.
Azərbaycan dövləti vətəndaşların itirilmiş əmlakının bərpası üçün vəsaitin verilməsini təmin edir.
Gəncə şəhərində Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılmış yaşayış binalarının əvəzinə yeniləri tikilməli, həmin binalar isə xatirə komplekslərinə çevrilməlidir.
Şəhərlər bərpa olunarkən hər bir şəhərdə dağıdılmış yerlər Ermənistan işğalının açıq səma altında muzeyi kimi qalmalıdır.
Azad olunmuş bütün şəhərlərdə memorial komplekslər, Zəfərimizi əks etdirən abidələrlə bərabər, işğal muzeyləri də yaradılmalıdır.
Həm Azərbaycan vətəndaşları bunu heç vaxt unutmasınlar, həm də xaricdən gələn qonaqlar görsünlər biz hansı vəhşilərə qarşı müharibə aparmışıq, öz torpağımızı və Cənubi Qafqazı hansı bəladan xilas etmişik.
Prezidentin göstərişi ilə, minaların təmizlənməsi ilə məşğul olan ANAMA yaxınlarda yenidən təşkil ediləcək, Ərazilərin Bərpası Agentliyi ilə birləşdirilə bilər.
Qurumun işçilərinin sayı artırılacaq, ən müasir texnika ilə təchiz ediləcək.
Müdafiə Nazirliyində ən azı ilkin mərhələdə iki istehkamçı tabor yaradılacaq.
Bütün ərazilərin, şəhərlərin bərpası ilə əlaqədar vahid konsepsiya olmalıdır. Hər şəhər üzrə vahid konsepsiya olmalıdır.
İlk növbədə, böyük yaşayış məntəqələri bərpası ediləcək.
Bu tarixi yaşayış məntəqələrində məskunlaşacaq insanlar öz ailə büdcələrini orada işləyərək təmin edə bilməlidirlər.
Azad olunmuş ərazilərdə torpaq islahatı yeni meyarlarla aparılmalı, hansı torpaqların dövlət torpaq fonduna, meşə fonduna veriləcyi dəqiq bilinməlidir.
Azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələri kənd təsərrüfatı, kənd təsərrüfatı emalı, turizm və dağ-mədən sahələri olacaqdır.
Ermənilər zəbt etdikləri yerlərdə məskunlaşsa da, heç bir infrastruktur yaratmayıblar, çünki nə iqtisadi və insani resurs, nə də istək olmayıb.

     2020-ci ilin ən mühüm yekunu.  08.01.2021
    Artıq tarixə qovuşan 2020-ci il Azərbaycan üçün bir sıra mühüm hadisələrlə yadda qalıb. Ölkəmizin gündəliyində duran vacib məsələlər sırasında yeni növ koronavirus pandemiyasına qarşı aparılan ardıcıl mübarizəni xüsusi qeyd edə bilərik. Daha mühümü isə ötən il Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad olunması, qazanılan böyük qələbədir. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir
     2020-ci ilin ölkəmiz, xalqımız üçün ən mühüm yekunu sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədir. Belə ki, 2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq. Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu məqamda Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsini şərtləndirən amillərə diqqət çəkmək yerinə düşər. Bu amillər sırasında son 17 ildə Prezident İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi bazanın formalaşmasının önəmini xüsusi qeyd edə bilərik. Burada dövlət başçımızın qatıldığı bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb.
     Son 17 ildə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Həyata keçirilən islahatlar inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib. Qürurverici haldır ki, bu gün respublikamız MDB məkanında ən rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Azərbaycan məhz özünün güclü iqtisadi imkanlarına əsaslanmaqla ordu quruculuğunu davamlı şəkildə diqqət mərkəzində saxlayıb. Hər il dövlət büdcəsindən Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi, döyüş hazırlığının artırılması məqsədilə bütövlükdə Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrılıb. Belə davamlı diqqət öz bəhrəsini verib. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, hazırda Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Vətən müharibəsində işğaldan təmizlənən ərazilərimizdə bərpa işlərinə start verilib.
    İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunması da gündəlikdə duran vacib məsələlərdəndir. Artıq bununla bağlı müvafiq dəyərləndirmə işlərinə və müxtəlif sahələri əhatə edən layihələrin hazırlanmasına başlanılıb.

Hazırda  bəzi ölkələrdə benzin və dizelin  qiyməti.
Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:
- Rusiyada 1,0 manat;
- Ukraynada 1,72 manat;
- Belarusda 1,14 manat;
- Gürcüstanda 1,12 manat təşkil edir.
1 litr üçün dizel yanacağının qiyməti;
- Türkiyədə 1,44 manat;
- Rusiyada 1,12 manat;
- Ukraynada 1,72 manat;
- Belarusda 1,21 manat;
- Ermənistanda 1,19 manat;
- Gürcüstanda 1,15 manat səviyyəsindədir;
- Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;
- Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

   Son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı yüksəldib. 08.01.2021
    Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində ucuzlaşma müşahidə olunur. İlin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması ilə əksər ölkədə məhdudiyyətlər nisbətən yumşaldıldı. Bu da enerji bazarında qiymət artımı ilə nəticələndi. Bu amil benzin, dizel yanacağının və digər neft məhsullarının qiymətinə təsir etdi.
    2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olub:
    “2020-ci il dekabrın sonunda artıq benzin bir litrə görə 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir. Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropa da özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. Tarif Şurasının son qərarından sonra (benzin və dizelin bahalaşması) da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Son illər Azərbaycana avtomobil idxalı benzinə və dizelə tələbatı yüksəldib. Ölkəyə avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. İdxalın artması ilə analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib”.
   Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 2013-cü ildə, Aİ-92 markalı benzin üzrə isə 2017-ci ildə aparılıb: "Həmin dövrlərdə ölkə üzrə orta aylıq əməkhaqqı uyğun olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əməkhaqqı 66%, pensiyalar 73% artıb. Ötən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əməkhaqqı 704,5 manat təşkil edib. Göründüyü kimi əhalinin gəlirlərində əhəmiyyətli artım qeydə alınıb”.
   Ekoloji mühitin yaxşılaşdırılması istiqamətində proqram xarakterli işlər görülüb. Neft emalı sənayesində yenidənqurma, modernləşdirmə işləri davam edir. Ümumiyyətlə 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur. Tarif tənzimlənməsində konservativ yanaşma mövcuddur. Enerji tariflərinin mümkün olan ən aşağı səviyyədə saxlanılması siyasəti həyata keçirilir. Əhalinin sosial müdafiəsi, istehsal subyektlərinin ucuz enerji ilə təmin edilməsi amilləri nəzərə alınıb

   Şuşa tarixdə olduğu kimi, bu gün də bütün regionun mədəni paytaxtına çevrilməlidir.
   İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin əsl siması bərpa olunmalıdır. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızı sürətləndirəcəkdir
   Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya dosyesinin hazırlanması istiqamətində işlərə başlanmışdır.
   1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir.
   Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Yuxarı və Aşağı Gövhərağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşa şəhərində ümumlikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən qeyd edilən tarix-memarlıq abidələrin vəziyyətinin öyrənilməsi ilə bağlı işlər aparılır.
   Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılmışdır. Sözügedən konvensiya Ümumdünya İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə  və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür.
   Azərbaycandan bu siyahıya  “Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçəri şəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.

    Dünya ölkələrində  yanacağın qiymətinin artımı.
   Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir.
   Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir:
Türkiyədə benzin qiyməti 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdüyü halda, indi 7,2 lirə (1,66 manat) civarındadlr -  yəni 32%-lik artım var.
Gürcüstanda martda 2,2 lariyə olan benzin ötən ay artıq 2,4 lari (1,25 manat) təşkil edirdi.
Ukraynada ötən ilin noyabr-dekabr aylarında yanacağın qiyməti 4% bahalaşıb.
Rusiyada yeni il qabağı Aİ-95 benzininin qiyməti 7% artıb.
   Ötən ilin sonundan etibarən bu tendensiya artıq Avropa da  özünü göstərməyə başlayıb. Noyabr-dekabr aylarında Avropada dizel yanacağının qiymətində 29% artım qeydə alınıb. İndi isə məlum olub ki, Almaniya vətəndaşları yeni ili yanacağın qiymətində artımla qarşılayıblar – həm benzin, həm dizelin litrinə görə almanlar 11 sent artıq xərcləməli olacaqlar. Həmçinin, ekoloji məsələlərə görə Almaniyada yeni ildən avtomobil sahiblərinin ödədiyi verginin miqdarında kəskin artım müşahidə olunur.  Pandemiya dövründə özünün sosial öhdəliklərini və sərmayə planlarını yerinə yetirmək üçün Almaniya hökuməti büdcəyə bu yolla əlavə vəsait cəlb etməyi düşünür. Almaniyanın ZDF telekanalının proqnozuna görə, bu ölkədə yanacağa olan qiymətdə artım 2021-ci ildə də davam edəcək.

   Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. 07.01.2021
   Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi   həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.
   Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbit mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir. Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu proseslə Azərbaycan Respublikası da fəal iştirak etməkdədir. Respublikada milli və bəşəri dəyərlərin sintezini, dünya təcrübəsi yönündə həyata keçirilən islahatlar dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmağa şərait yaradır. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür. Bu gün Azərbaycan Respublikasınəın beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair konkret siyasət həyata keçirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı üçün zəruri qərarlar qəbul edilmişdir. Dövlət aparatı, təhsil və 4 mədəniyyət institutları Avropa standartlarına uyğun qurulub. Milli-mədəni, intellektual qüvvələr özünün hərtərəfli fəaliyyəti ilə dövlət siyasətinin istiqamətini müəyyən etməyə kömək edirlər.

1. “Əmək pensiyaları haqqında” AR Qanununun 19-cu maddəsinin ləğv edilməsi
 Həmin maddədə nəzərdə tutulan əmək pensiyasının sığorta hissəsinə əlavələr pensiya təminatı sistemində sosial sığorta prinsiplərini zəiflədir və həmin əlavələrin maliyyələşdirilməsi prosesi həddən artıq mürəkkəbdir.
 Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud AR Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni AR Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur.
 Pensiya əlavələrinin ləğv edilərək, prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına təsir edəcək, eyni zamanda bu növ sosial təyinatların elektron icrasını sürətləndirəcəkdir.
2. Qanunun 19-cu maddəsinin ləğv edilməsi ilə dəyişikliklər edilməsi zərurəti yaranan NHA-lar
 “Sosial müavinətlər haqqında” AR Qanununa dəyişikliklər
 Ötən ildən qanunvericilik islahatları çərçivəsində başlanmış sosial müavinətlərin məbləğlərinin optimallaşdırılması və növlərinin unifikasiya edilməsinin davam olaraq şəhid ailəsi üzvlərinə, şəhid uşaqlarına, Müharibə, 1990-cı il 20 Yanvar və Çernobıl AES əlillərinin uşaqlarına ödənilən sosial müavinətlər ləğv edilərək, müvafiq kateqoriya üzrə AR Prezidentinin təqaüdlərinin məbləğinin artırılması təklif olunur.
 Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik
 AR Prezident təqaüdünün məbləğinin 1500 manatdan 1800 manatadək artırılması təklif olunur.
 Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik
 Şəhid ailəsi üçün (Əfqanıstanda həlak olanlar və 20 yanvar şəhidləri daxil olmaqla) AR Prezidentinin təqaüdünün məbləğinin 300 manatdan 500 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).
 Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması –  AR Prezidentinin Fərmanına dəyişiklik
 Müharibə ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 250 manatdan 400 manatadək, II dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 230 manatdan 350 manatadək, III dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün məbləğinin 210 manatdan 300 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar).
 Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması – AR Prezidentinin Fərmanına dəyişiklik
 Ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə AR Prezidentinin təqaüdünün 100 manatdan 130 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar ).
 Böyük Vətən Müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması– AR Prezidentinin Sərəncamına dəyişiklik
 Böyük Vətən Müharibəsi iştirakçılarına AR Prezidentinin təqaüdünün məbləğinin 150 manatdan 300 manatadək artırılması təklif olunur (bu şəxslər təqaüdlə yanaşı aylıq əsasda müavinət və ya pensiya da alırlar ).
3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsinin qəbul edilməsi ilə (19-cu maddənin ləğvi) qəbul edilməsi zərurəti yaranan normativ hüquqi aktlar
 I dərəcə gözdən əlilliyi olan şəxslərə yeni növ Prezident təqaüdünün təsis edilməsi
 Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat məbləğində pensiya əlavəsinin və 100 manat məbləğində Prezident təqaüdünün ləğv edilərək, həmin şəxslər üçün 210 manat məbləğində yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.
  “Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi
 Bu şəxslər üzrə (Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) 120 (fəlsəfə doktorları) və 200 (elmlər doktorları) manat məbləğində pensiya əlavəsini ləğv edərək, onun əsasında eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.
4. Yekun məlumat
 Qanunun 19.1.1, 19.1.3, 19.1.5 və 19.1.8-ci maddələri üzrə mövcud təyinatlarda pensiya əlavəsi ödənişinin davam etdirilməsi
 Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə 110 manat, şəhidlərin ailə üzvlərinə 93,5 manat, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə,  siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə,  Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin ödənişinin davam etdirilməsi təklif olunur.

Azərbaycan kreditlərin əlçatanlığı göstəricisi üzrə 190 ölkə arasında 1-cidir!
    Əmlakın qeydiyyatı sahəsində islahatlar aparmaq üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda və Nazirlər Kabinetinin 134 və 453 nömrəli qərarlarında müvafiq dəyişikliklər edilib. Bu sahədə aparılan islahatlar nəticəsində əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış elektron qaydada verilir. Əmlakını rəsmi qeydiyyata almaq istəyən şəxs müvafiq olaraq müraciət etdikdə çıxarışlar 1, 3, 7 və 10 iş günündə hazırlanır. Bundan başqa, daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı müstəqil və xüsusi müraciət mexanizmləri də yaradılıb. Əmlak Xidmətləri Məkanının istifadəyə verilməsi ilə bütün xidmətlər bir pəncərədən göstərilir.
  Kiçik investorların hüquqlarının müdafiəsi ilə əlaqəli olaraq “Mülki Məcəlləyə” və “Mülki Prosessual Məcəllə”yə edilən dəyişikliklər ilə səhmdarların keçirilən əməliyyatlar nəticəsində vurulan zərərə görə direktoru məsuliyyətə cəlb etmə, iddiaçının konkret sənəd göstərilmədən işə dair bütün sənədləri tələb edə bilməsi, yaranan fikir ayrılığı üzrə həll mexanizmi və bu kimi digər yeniliklər mövcuddur.
    Müqavilələrin icrası göstəricisi üzrə isə kompleks biznes islahatları çərçivəsində ədalət mühakiməsinin daha da təkmilləşdirilməsi məqsədilə məhkəmə-hüquq islahatları aparılıb. “Mediasıya haqqında” qanunun qəbulu ilə inzibatçılıq qaydaları qəbul edilıb, elektron məhkəmə sistemi daha da təkmilləşdirilib və məhkəmələrə elektron müraciət imkanları yaradılıb. Bundan başqa, məhkəmə-hüquq islahatlarının icrası ilə bağlı olaraq yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, məhkəmə qərarlarının səmərəliliyinin artırılması, şikayətlərə dair məhkəmə prosesi xidmətlərinin elektron formada aparılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi və digər tədbirləri mühüm yeniliklər olaraq qeyd etmək olar.
    Azərbaycanın bu il apardığı bir sıra islahatların növbəti “Doing Business” hesabatında nəzərə alınması proqnozlaşdırılır. Bunlara misal olaraq, tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması üzrə elektron müraciət sisteminin tətbiqi, hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət qurumları arasında inteqrasiyanın təmin edilməsi ilə cəmi 1 prosedurla 20 dəqiqə ərzində vahid platformada qeydiyyatın tamamlanması, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin təkmilləşdirilməsi əsasında cəmi 2 prosedurla 20 gün ərzində qoşulmanın həyata keçirilməsini qeyd etmək olar. Bundan başqa, “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi imkanının yaradılması, gömrük bəyannamələrinin doldurulmsının daha da sadələşdirilməsi, dövlət satınalmaları üzrə elektron satınalma portalının yaradılması, Vergi Məcəlləsinə bir sıra dəyişiklərin edilməsi və digər yeniliklərin də növbəti “Doing Business” hesabatında nəzərə alınacağı gözlənilir.
    Prezident İlham Əliyevin siyasi iradəsi ilə aparılan kompleks islahatlar nəticəsində “Doing Business” və digər beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin irəliləməsi ölkənin investisiya cəlbediciliyini artırmaqla, qeyri-neft sektoruna sərmayə qoyuluşunu asanlaşdırır. Azərbaycan 270 milyard ABŞ dollarından çox sərmayə cəlb etməklə hər nəfərə düşən sərmayə həcminə görə regionun lider dövlətidir. Bu ilin ilk 9 ayında da qeyri-neft-qaz sektorunda əsas kapitala yönəldilən vəsaitlər 8,9 faiz artaraq 6,3 milyard manatı ötüb. Sərmayə cəlbinin artması həm yeni iş yerlərinin yaradılması, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması deməkdir.”

Azərbaycan və Ermənistan ordularının müqayisəsi

     Ermənistan döyüş meydanında məğlub olaraq  kapitulyasiya Bəyanatı imzalamağa məcbur olmuşdur.
   Biz Ermənistanı döyüş meydanında məğlub edərək kapitulyasiya Bəyanatı imzalamağa məcbur etmişik. Ermənistan üçün alçaldıcı kapitulyasiya imzalamasının tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür. Ermənistanın əvvəlki rəhbərlərinin vaxtında nəticə olmasa da, danışıqlar gedirdi, Paşinyan danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etdi, onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız edi.
   Paşinyanın 7 şərtinə qarşı Azərbaycanın yeganə şərti işğalçının torpaqlarımızdan çıxması oldu. İkinci Qarabağ müharibəsinin gedişində də Azərbaycan tərəfinin yeganə şərti bu idi.
   Prezident İlham Əliyev haqlı olaraq deyib: “Paşinyan yalançıdır, indi də yalan danışmağa davam edir. Paşinyan Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır. Paşinyan səhv etdi və layiqli cəzasını aldı. O, bu alçaltmaya layiqdir. Ermənistan ordusu darmadağın edildi, ruhdan düşdü və artıq nəsə etmək üçün heç bir imkana malik deyildi. Sırvavi ermənilər zorla orduya cəlb edilmiş, əsgərlər qaçmasın deyə səngərlərdə bir-birinə zəncirlənmişdir. Xüsusi şəxslər Ermənistan qoşunlarının arxasında dayanaraq qaçmağa cəhd edən öz millətinin nümayəndələrini qətlə yetirirdilər”.
   Azərbaycan Ordusu məğlubedilməz olduğunu nümayiş etdirmiş, işğal olunmuş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində azad etmişdir. Üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra Azərbaycan döyüşü dayandırmışdır. Azərbaycan yalnız Vətən müharibəsi aparmışdır, etnik təmizləmə və ya başqa ölkənin ərazilərini tutmaq kimi heç bir hədəfi olmamışdır. Halbuki, Azərbaycan ordusunun potensialı buna tam imkan verir.
Prezident İlham Əliyev Vətən müharibəsindəki qələbəmizə diqqət çəkərək deyib: Azərbaycan Sarkisyan və Köçəryan ordusunu məğlub etmişdir. İşğalçıların Ermənistan ordusu və demək olar ki, erməni dövləti məhv olmuş, erməni millətçilərinin üzdəniraq “artsax” xülyaları dağıdılmışdır. Rusiya Prezidentinin müraciəti əsasında Azərbaycanın Kəlbəcərin boşaldılması üçün verdiyi əlavə 10 gün vaxtdan ermənilər qarət, vandalizm, vəhşilik, ekoloji terror məqsədilə istifadə etmişlər. Kəlbəcərdə meşələr, su elektrik stansiyaları, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda bütün yaşayış binaları, tarixi-mədəni abidələr dağıdılmışdır.
   Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri müharibə caniləridirlər. Gəncənin ballistik raketlə atəşə tutulması, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma hərbi cinayətlərdir. Bu cinayətlərin heç biri cavabsız qalmayacaqdır. Ermənistan Beynəlxalq hüquq çərçivəsində etdiyi hər bir hərəkətin cəzasını çəkməlidir. Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Artıq erməni işğalçılarının mülki əhaliyə, infrastruktura, dini və mədəni abidələrə vurduğu ziyanların müvafiq təhlili aparılır. Hər bir şey sənədləşdiriləcək və zəruri hüquqi addımlar atılacaq. Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. İşğal olunmuş ərazilərdə suriyalı erməniləri yerləşdirməyi planlaşdırırdılar və onlardan muzdlular kimi istifadə edirdilər. Əlimizdə ermənilərin istifadə etdiyi muzdlular barədə saysız-hesabsız faktlar var. Biz qələbə qazandıq. Çünki haqq-ədalət bizim tərəfdədir. Biz haqq uğrunda döyüşdük və qalib gəldik. Əgər Ermənistan faşizmi yenidən öz əməllərini davam etdirərsə, onun başını dəmir yumruqla əzəcəyik. Bu dəfə bu zərbə birdəfəlik məhv olmaları deməkdir. Azərbaycan dövlətinin erməni xalqı ilə problemi yoxdur. Bizim davamız işğalçılarladır, ərazimizi işğal edən cinayətkarlarladır. Bizim heç bir zaman dinc əhali ilə işimiz olmayıb olmayacaqda. Azərbaycan vətəndaşı olan ermənilər təhlükəsizlik şəraitdə yaşamlarını davam etdirə bilərlər. Dağlıq Qarabağın erməni icmasının güzəranı Azərbaycan idarəçiliyi altında daha yaxşı olacaq. Qondarma rejim öz erməni vətəndaşlarını səfalət içində, qul kimi yaşamağa məcbur etmişdir. Artıq Ağdam rayonunda Monitorinq Mərkəzi yaradılır. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür.
    Bundan sonra isə regiona yeni canlanma gətirilməlidir. Regionda yeni inkişaf olmalıdır. Azərbaycan buna hazırdır. Bəli Qarabağın bütün sərvətindən səmərəli şəkildə istifadə olunmalıdır. Burada işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri ancaq fayda qazana bilər. Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir. Gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcəksiniz! Biz öz sözümüzü hərb meydanında layiqincə dedik! Bundan artığınıda edə bilərik. Lakin biz şiddətə meyilli xalq, dövlət deyilik. Ancaq lazım gələrsə hər cür formada cavab verməyə hazırıq!

       Azərbaycan xalqı haqlı olaraq Minsk qrupunun fəaliyyətindən həmişə narazı olub.
     Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Ötən 28 il müddətində Minsk qrupu ona verilmiş mandat əsasında münaqişənin həllinə nail olmadı”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, dekabrın 12-də Prezident İlham Əliyev həmsədrlərlə görüşündə reallıqları qarşı tərəfin diqqətinə çatdırdı. Belə ki, ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirib.
      Millət vəkilinin sözlərinə görə, Minsk qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirildi.
     “Görüşdə Pezident İlham Əliyev bildirdi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib. Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Amma bunu etməyiblər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, müəyyən ideyalarla çıxış etməkdən, bir birinin təkrarı olan bəyanatlar səsləndirçəkdən başqa heç bir iş görməyiblər. Ona görə də, Azərbaycan xalqı haqlı olaraq Minsk qrupunun fəaliyyətindən həmişə narazı olub. Artıq bu məsələlər geridə qalıb. Cənab Prezidentin qeyd etdiyi kimi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Biz gələcəyə baxırıq. İşğaldan azad olunmuş bölgələrdə quruculuq işlərinin həyata keçirilməsi və insanların öz yurdlarına qayıtması qarşıda duran əsas vəzifədir. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə beynəlxalq müstəvidə də yerini və rolunu gücləndirdi.

        Qalibiyyət yürüşü!
       Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
    Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.
      Hələ bir neçə ay Ermənistanın məğlub olaraq vəzifəsindən istefa verən keçmiş müdafiə naziri D.Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Bəli, erməni tankları Bakıya gəldilər, amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi.
      Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.

 

 

       44 günün hər günü bizim şanlı tariximizdir.
     44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
    Qarabağ bizimdir!
    Qarabağ Azərbaycandır!
   Mərzəyeva Şəhanə Məmmədxan qızı.

Tahirə Məmmədova : "Azərbaycan elə qələbəyə, zəfərə imza atdi ki, bütün dünya həm daxili birliyə, həm də qazandığımız zəfərə heyran qalır"
30 ildən çox gözlədiyimiz gün axir ki gəlib çatdı. Dünyada ən güclü lider İlham Əliyev cənablarının hərbi siyasəti və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan elə qələbəyə, zəfərə imza atdi ki, bütün dünya həm daxili birliyə, həm də qazandığımız zəfərə heyran qalır. Qələbə paradının keçirilməsi, bu günün təntənəli qeyd olunması hər bir azərbaycanlı kimi məni də çox sevindirir. Bu sevinci sözlə ifadə etməkdə acizəm. Ali Baş Komandanımızın 44 günlük müharibə dövründə hər gün qələbə zəfərləri ilə xalqımızı sevindirirdi. Hər qələbənin sonunda dediyi sözlər xalqın dilində aforizmə çevrildi :"Yaşasın Azərbaycan!Qarabağ Azərbaycandır!" Cənab Ilham Əliyev bu zəfər bayramını,qələbə gününü bizə yaşatdığına görə mənə elə gəlir ki, hər bir azərbaycanlının qəlbində əbədi heykəli ucalır və ucalacaqdı, tarix yaşadıqca ucalacaqdır!    Mən bir Xocavənd sakini kimi Prezidentim ve müzəffər ordumla çox qürurluyam.Azərbaycan bütövləşdi,yeni tarix yazıldı.Mənim də rayonumun kənd və qəsəbələri mənfur düşməndən azad edildi.Sevincdən göz yaşlarımı saxlaya bilmədim.Bu sevinci bizə yaşadan Ali Baş Komandana vətənimi canından,qanından,anasından,övladından əziz tutan qəhrəman əskər və zabitlərimizə minnətdaram. Mübarizin mübarizliyi, Poladın dözümlülüyü, Xudayarın səsiylə şəhidlərimizin ruhu göylərdə, qəhrəmanlığı, igidliyi qəlblərdə əbədi yaşayacaqdı.
Ümummilli Liderimiz Ulu Öndərimizin vəsiyyətini ləyaqətlə yerinə yetirən,xalqın arzusunu gərçəkləşdirən mənim Prezidentim Zəfər bayramimiz mübarək olsun.Mən xoşbəxtəm ki, mən azərbaycanlıyam və mənim sizin kimi Liderim var.
Tahirə Məmmədova
Salakətin kənd tam orta məktəbinin müəllimi

 

 

 

 

Hərbi uğurumuzu bərkidən amil, uzun illər ərzində davam etdiyimiz diplomatik mübarizəmizdir.
Bu gün dünyada gedən proseslər müstəvisində Azərbaycanın qələbəsini daha yüksək səviyyədə qiymətləndirmək olar. Hesab  edirəm ki, dünyada hüquq, gücün yedəyində gedir, kim güclüdür, o haqlıdır.
Dünyanın ən mötəbər təşkilatı olan BMT-nin  Azərbaycanla bağlı məlum qərarları  28 ildir ki, kağız üzərində qalmışdı.  Dünyanın böyük təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, işğal faktını təsdiqləyir, amma işğalçını öz adı ilə çağırmırdı. Nəticədə arxasında güc hiss edən işğalçı dövlət,  Azərbaycana qarşı müharibəyə başlayır. Yeni torpaqlar işğal etmək niyyətini güdürdü. Belə bir vəziyyətdə Azərbaycan torpaqlarının müdafiəsinə qalxır və qələbə çalır. Bu sadə qələbə deyil. Azərbaycanın öz haqqını almağının qələbəsidir, dünya erməniçiliyi üzərindəki qələbəsidir. Bu, azərbaycançılıq ideologiyasının, erməniçilik ideologiyasi üzərində qələbəsidir. 200 ildən artıq xiristian ağuşuna sığışan, çar Rusiyası dövründən Qafqazdakı siyasəti reallaşdıran və forposta çevrilən bir dövləti, böyük dövlətin ağuşundan kənara çəkib ona qələbə çalmaq, adi qələbə deyildi. Bu böyük siyasi qələbə, diplomatik qələbə, mənəvi qələbə idi.  “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Qəhrəman, müzəffər Ordumuz dekabrın 10-da keçirilən böyük Qələbə Paradına yüksək səviyyədə hazırlaşdı. Bu tarixi hadisə, müstəqilliyimizin simvoluna çevrilmiş Azadlıq Meydanında reallaşdı.  Həmin gün Azadlıq Meydanı Qələbə meydanına çevrildi. Bütün Azərbaycanın  gözü, ruhu meydanda idi. Azərbaycan,qalib əsgərinin ayaq səsləri ilə titrətdi meydanı. Əsgərimizin əzəmətli yürüşü düşmənləri lərzəyə saldı, dostları sevindirdi. Əslində  bizim gücümüz dünyaya bir mesaj idi . Nə qədər ki, Türkiyə -Azərbaycan dostluğu, qardaşlığı mövcuddur biz hər zaman düşmənə göz dağı olacağıq.  Yaşasın Azərbaycan ordusu! Yaşasın Cənab Ali Baş Komandan! Yaşasın Türkiyə- Azərbaycan qardaşlığı!. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!!
Maya Gülmalıyeva
Salakətin kənd tam orta məktəbin müəllimi

Telli Alıyeva:"Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır" 11.12.2020
Azərbaycan xalqı 30 ildir öz torpaqlarının azad olunmasını səbirsizlikle gözləyirdi. Beynəlxalq təşkilatlar, BMT ve AŞ kimi qrumlar daima Azərbaycanın ərazi bütövlüyünü tanisalar da Ermənistanı bir işğalçı dövlət kimi tanımır torpaqlardan çıxmasını tələb etmirdilər.Lakin Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev öz ağıllı uzaqgörən siyasəti ilə nəyi nə vaxt, nə zaman və necə baş verəcəyini müəyyənləşdirərək düşmənə layiqli cavab vermək üçün öz hərbi hazırlığını aparırdı. Dəfələrlə düşmənin təxribatlarına cavab verməklə erməni qüvvələrini məhv edən ordumuz nəhayət 2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə təxribatın qarşısını almaq üçün əks-hücum əməlyatlarına başladı. 44 gün davam edən bu müharibə tariximizə "Vətən müharibəsi" kimi daxil oldu. Müzəffər ordumuz hər gün yeni-yeni zəfərlər, qələbələr əldə etdi işğal olunan torpaqlarımız - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut (Xocavənd) və Şuşa kimi namus tacımız azad edildi. Azərbaycan əsgəri və zabiti bir amalla vuruşurdu, mənfur düşməni məhv etmək, belini sındırmaq və ərazi bütövlüyümüzü bərpa etmək . XXI əsrin ən müasir  silah texnikalarına malik olan Azərbaycan ordusu düşmənin ordusunu məhv etdi, canlı qüvvələrini  darmadağın etdi. "Dəmir yumruq" ətrafında birləşən dövlət, xalq və ordumuz alınmaz qala sayılan Şuşa əməlyatı ilə tarixi döyüş taktikasını yaratdı.Ordumuz 44 günlük müharibədə zəfər çaldı,düşmənin xeyli sayda hərbi texnikasını məhv etməklə bərabər qənimət kimi götürdü. Bu qələbə dekabrın 10-da "Zəfər paradı"  kimi qeyd olundu. Parad möhtəşəm idi. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Təyyub Ərdoğan və onun dövlət məmurlarının bu paradda iştirak etməsi Azərbaycan Respublikasının zəfərini təsdiq etdi, dünyaya mesaj verdi. Zəfərli qələbələrimiz düşməni təslim olmağa məcbur etdi, təslim aktını imzalamaqla məğlubiyyətini təsdiqlədi.Həm döyüşdə, həm də diplomatik cəbhədə qələbə çalan Ali Baş Komandanımızın hansı gücə biliyə və siyasətə malik olduğunu bütün dünya dərk etdi.
"Ədalət zəfər çaldı, tarixi torpaqlarımız azad edildi, biz erməni ordusunu məhv etdik,belini qırdıq"-deyən Prezident İlham Əliyevin bu çıxışı ilə bitirmək istəyirəm fikrimi: "Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi-yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz! Fəxr edirik xalqımızla, ordumuzla!..
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
TELLİ ALIYEVA
YAP XOCAVƏND RAYON TƏŞKİLATI QADINLAR ŞURASININ ÜZVÜ

 

 

   Prezident İlham Əliyev: Bundan sonra bölgədə təhlükəsizliyin qarantı Azərbaycan Ordusu olacaq   05.12.2020
    Onsuz da biz Laçını, Kəlbəcəri, Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var. Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı.
     Bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində söyləyib.
   Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən canlarını qurtaracaqlar”.
     Prezident əlavə edib ki, bundan sonra bölgədə təhlükəsizliyin qarantı Azərbaycan Ordusu olacaq. Əgər bu bölgənin coğrafiyasına hər kəs baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində dəhliz birləşdirir.

 

 

   Biz qayıtdıq Laçın! 04.12.2020
   Gözün aydın, anam, bacım, gözün aydın, atam, qardaşım, gözün aydın ürəyi nisgilli, könlü yaralı millətim! 28 ilin həsrətinə son qoyub Laçına döndük, doğma yurda qayıtdıq. O müqəddəs torpağına qədəm qoyduq, dizimizin taqəti, gözümüzün nuru oturdu. Ətir qoxuyan təmiz havanı udduq, durnagözlü bulaqlarının suyunu içdik, canımıza qeyri-adi bir rahatlıq doldu, ürəyimiz qürurla döyündü.
   Bağışla bizi, Laçınım, sənin 28 il düşmən tapdağında qalmağına dözə bildik. Bu 28 ildə nələr çəkdiyimizi, necə ağır məhrumiyyətlərə tablaşdığımızı bir Allah bilir. Hər il işğal  günlərini qeyd edəndə min dəfə ölüb-dirilirdik. Qisas hissi, intiqam istəyi içimizdə ocaq kimi yansa da, xəcalətdən baş qaldırıb bir-birimizin üzünə baxa bilmirdik. Hamımız günahkar idik. Səni qoruya bilməmişdik. Uğrunda şəhid olub qovuşmaq bizə nəsib olmamışdı. Bu da bir alın yazısıydı, Allahın qismətiydi yaşadıq. Yaşadıq və nə xoş ki, bu günü gördük.
   Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik diplomatiyası, müzəffər sərkərdə hünəri, şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində Laçın erməni işğalından azad edildi. Dövlət başçısı bu əlamətdar tarixi hadisə, şanlı qələbə münasibətilə xalqa müraciət etmişdir. Müraciətin ilk cümləsində deyilir: "Əziz həmvətənlər, böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
    Prezidentin hər cümləsində qürur doğuran, xoş ovqat yaradan müraciəti laçınlıların kompakt yaşadığı Ağcabədi rayonu ərazisindəki Taxta Körpü qəsəbəsində böyük coşqu doğurmuşdur. Burada salınmış, Laçının ayrı-ayrı kəndlərinin adını daşıyan obalarda məcburi köçkün kimi məskunlaşmış əhali Qələbə sevincini paylaşmaq, bir-birilərini təbrik etmək, gözaydınlığı vermək üçün bir araya gəlmişdilər.
    Böyük izdihamda dövlətimizin və qardaş Türkiyənin bayraqları əzəmətlə dalğalanırdı. Aksiya iştirakçıları bu parlaq qələbənin baş memarı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin portretlərini qürurla başları üzərinə qaldırmışdılar. Telli sazdan, qara zurnadan qopan döyüş ruhlu havalar ətrafa yayılırdı. Hər ilin nisgilini Qələbə sevincinin dalğası əlçatmaz uzaqlara aparmışdı.
    Laçınlılar 28 il idi ki, belə bir qələbə sevincinin təşnəsiydilər. Meydandakı adamların gözlərindən sonsuz sevinc hissləri yağırdı, üzləri gülürdü. Hərbi geyimli bir gəncin məğrur duruşu, qartal baxışları diqqət çəkir! Yaxınlaşıb tanış oluruq və öyrənirik ki, Vətən müharibəsinin qazisi, Laçın rayon sakini, Abiyyədin Əliyev müqəddəs Qarabağ savaşında böyük igidlik göstərib, düşmənə qan uddurub. Müsahibim qələbə sevincini bizimlə həvəslə bölüşür:
   - Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz şanlı tarix yazdı. Biz Laçına qalib kimi dönürük. Qarabağın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub əbədiyyətə qovuşan şəhidlərimizin müqəddəs ruhları bu gün bir rahatlıq tapır. Qələbə sevincinin işığına yığışan insanların çöhrəsinə diqqətlə baxın. Hamı gülür, sevinir. Sevincdən ağlayanlar da çoxdur. Bizim davamız haqq davası idi. Biz müharibə istəmirdik. Amma torpaqlarımızın işğal altında qalması ilə də barışa bilməzdik. Düşmənlərimizin təhdidlərinə qətiyyətlə cavab verib "Qarabağ Azərbaycandır. Nida işarəsi” - deyən dövlət başçısı bu fikrin döyüş meydanında təsdiqinə müdrikliklə nail oldu. Bu illər ərzində camaatımız çox acılar çəkib. İndi Qələbənin dadını çıxarırıq.
    Bu mərasimin iştirakçısına çevrilmək, bütün ağrı-acıları unudub özünü dünyanın xoşbəxti sayan insanların arasında olmaq qeyri-adi bir könül rahatlığıdır. Ömrün ixtiyar çağını yaşayan Ağayar İsmayılov, Şərqiyyə Vəliyeva, Ağaxan Nəzərov, Osman Həsənov, Əmiraslan Məmmədov və başqaları taleyin onları bu cür xoş anlarla qovuşdurduğuna görə çox məmnundurlar.

 

   Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-siyasi yolla 44 günə bitirdi.03.12.2020
   Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.
    Azərbaycan Respublikası dekabrın 1-də Ermənistanın işğalı altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı.
Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
    Laçın iqtisadi cəhətdən Azərbaycan üçün mühüm rol oynayırdı.
   Beləliklə, Azərbaycan sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini  hərbi-siyasi yolla 44 günə bitirdi. Azərbaycan Vətən müharibəsinin 44 günü (27 sentyabr – 9 noyabr) ərzində 4 rayonumuzu – Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlını, həmçinin Şuşa şəhəri, Hadrut qəsəbəsi və Dağlıq Qarabağdakı bir çox torpaqlarımızı hərbi yolla işğaldan azad etdi,  düşməni darmadağın etdi və Ermənistanı dərin böhrana saldı. Bu müharibə Ermənistan üçün sosial və iqtisadi yöndə çox ağır başa gəldi.
    Onsuzda borcun içində üzən bir dövlət dahada pis vəziyyətə düşdü. Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz silah sursatın dəyəri milyardlarla dollar dəyərindədir. Hər kəsə məlum idi ki, bunlar Ermənistana hansı yollarla gəlir və pulsuz olaraq silahlandırılırlar. Lakin bu bizim üçün heç nəyi dəyişmədi. Azərbaycan öz gücünü istər siyasi istərsədə hərb meydanında layiqincə göstərdi və sübuta yetirdiki biz öz ərazi bütövlüyümüz uğrunda canımızdanda keçməyə hazırıq və bunuda əldə etdik.
   Tənəzzül yolunda irəliləyən Ermənistanın torpaqlarımızı boşaltmaq üçün hazırlanmış bəyanata qol çəkməkdən başqa çıxış yolu yox idi. Üçtərəfli bəyanata əsasən, Azərbaycan atəşkəsin elan edildiyi noyabrın 10-dan dekabrın 1-dək keçən 22 günə siyasi yolla daha əvvəl  Ağdam və Kəlbəcəri azad etdi, indi isə Laçın rayonunu nəzarəti altına keçirir. Amma düşmən öz xoşuna çıxmadı, rayondan çıxmağa məcbur edildi.
    Azərbaycan tərəfinə 17 il ərzində dəfələrlə müxtəlif xarici dairələrdən yalnız beş rayonun qaytarılmasına razılaşmaq üçün təzyiq edilsə də, Ali Baş Komandan iqtisadi, hərbi, diplomatik baxımdan güclənərək Vətən müharibəsi modelini seçməyi üstün tutdu,  bu model özünü doğrultdu, Azərbaycan yeni hərbi-siyasi  reallıq yaratdı. Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycanın məhz özünün döyüşərək, hərbi-siyasi yolla geri alması möhtəşəm tarixi Qələbəmizin daha bir təntənəsi, düşmənin hərbi kapitulyasiyasının növbəti təsdiqidir.
    Ermənistan tərəfi bütün Laçın rayonunun onlara dəhliz kimi verilməsinə israr edirdi və bəzi qərb dairələridə buna dəstək olurdu. Lakin cənab Prezident ilham Əliyevin təkidi ilə bunun olmayacağını anladılar və Laçın rayonu tam olaraq bizimdir. Düzdür Ermənistanın Laçın rayonunu qaytarmaq fikri olmayıb elə buna görədə orada qanunsuz məskunlaşma həyata keçiriblər. Ancaq bu heçnəyi dəyişmir Laçın rayonu əzəli Azərbaycan torpağıdır və bizimdir. Cənab Prezident çıxışlarında dəfələrlə qeyd edib ki, Laçın, Kəlbəcər, Şuşanın qaytarılması haqqında razılıq olmasa heç bir sazişdən söz belə gedə bilməz. Elə bu mövqedə xarici ölkələrdə bir çoxlarını qıcıqlandırdı.

Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.  28.11.2020

    Xalqın özünüdərkində əvəzsiz xidmətlər göstərmiş, müstəqillik əldə edildikdən sonra demokratik dövlət quruculuğunun əsasını qoymuş Ulu Öndər Heydər Əliyev siyasətinin alternativsizliyi dünyanın nüfuzlu təşkilatları və dövlət xadimləri tərəfindən də birmənalı təsdiqlənmişdir. Çünki Ümummilli Liderin mənalı ömrünün hər anı xalqına, vətəninə bağlı olmuşdur. Bu böyük şəxsiyyətin misilsiz xidmətlərini saymaqla qurtarmaz və ən əsası isə, Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bünövrəsini qoymuşdur.
    Ötən əsrin 70-ci illərində Azərbaycanda başlamış sosial-iqtisadi, mədəni inkişafın dalğaları ucqar dağ rayonlarının da həyatında öz əksini tapmışdır. Bəzi dairələrdə perspektivsiz bölgə kimi qiymətləndirilən, hətta əhalisinin aran rayonlarına köçürülməsi və yalnız yaylaq məqsədilə istifadə olunması məsləhət bilinən Kəlbəcər üçün bu inkişaf xüsusi əhəmiyyətə malik idi. Çünki hələ ötən əsrin 50-ci illərində ermənilərin və onların Moskvadakı havadarlarının, respublikanın uzağı görmək bacarığı olmayan bəzi rəhbərlərinin Kəlbəcər əhalisini köçürmək təşəbbüsündə olmaları (təbii ki, ermənilərin təkidləri ilə) rayonun taleyini dəfələrlə təhlükə altında qoymuşdu. Yalnız o zaman Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyevin uzaqgörənliyi bu məkrli məqsədlərin həyata keçirilməsinə mane olmuşdu. 1969-cu ilə qədər bu məsələ, necə deyərlər, gündəmdə qalırdı və respublika rəhbərliyindən çoxları rayon əhalisinə göstərişlər, "məsləhətlər” verməyə çalışır, hətta bəzən dilə də tuturdular. Yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçiləndən sonra dağ rayonlarının, o cümlədən Kəlbəcərin də üzərinə işıq düşdü.
    Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1977-ci il dekabrın 8-də qəbul edilmiş "Kəlbəcər rayonunun iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmək tədbirləri haqqında” 428 saylı birgə qərarından sonra təşəkkül tapmışdır. Vaxtilə perspektivsiz qiymətləndirilən Kəlbəcər ötən əsrin 80-ci illərində respublika, hətta ozamankı    İttifaq miqyasında sürətlə inkişaf edən bir rayona çevrildi”.
      Beləliklə, iqtisadiyyatı çiçəklənən, 1985-ci ildən sonra sosial-mədəni quruculuğu da yeni vüsət alan Kəlbəcər rayonu nəhəng tikinti meydanına çevrildi. Şəhərin "Yuxarı düz” sahəsində XXI əsrin şəhəri adlandırılan "Yeni Kəlbəcər” massivinin tikintisinə başlanıldı. Şəhər əhalisi, idarə-müəssisə işçiləri yeni şəhərin salınması təşəbbüsünü böyük razılıqla qarşıladı. Hətta tikintidə sürət və keyfiyyəti təmin etmək məqsədilə iməciliklər keçirmək barədə təşəbbüs qaldırıldı. Qısa vaxt ərzində hər biri 32 mənzilli, dördmərtəbəli yaşayış binaları, 10 ailə üçün nəzərdə tutulmuş beşmərtəbəli yaşayış evi, 60 yerlik müasir tipli mehmanxana, mükəmməl tibb avadanlığı ilə təchiz olunmuş 280 çarpayılıq mərkəzi xəstəxana, kitabxana, musiqi məktəbi, rabitə evi, son dərəcə dəqiq cihazlar quraşdırılmış seysmik stansiya, 5 min tamaşaçı tutan stadion,
1 milyon manat smeta dəyəri olan istilik sistemi və kanalizasiya xətti, Kəlbəcər-Basarkeçər yüksəkgərginlikli elektrik xətti, şahmat məktəbi, 60 yerlik məişət evi, 147 yerlik uşaq bağçası, 7 milyon manat dəyəri olan ümumi abadlıq işləri və digər sosial obyektlərin tikilməsi məhz Ulu Öndər Heydər Əliyevin Kəlbəcərə və onun əməksevər əhalisinə doğma münasibəti, qayğısı idi.
     Ümummıllı Liderin Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri ilə görüşündə təkcə onun inkişaf etmiş dağ rayonu, əhalisinin isə əməksevər olmasından deyil, bu əlçatmaz zirvənin zaman-zaman erməni məkrinin qurbanına çevrilməsinin qarşısının alınmasından da söz açdı. Kəlbəcərin işğalına aparan yoldan, satqınların vətənə xəyanətindən danışdı. O gün bir daha kəlbəcərlilərin yaddaşına əbədi olaraq həkk edildi ki, yurd-yuvası Ermənistan tərəfindən darmadağın edilən məcburi köçkünlərə Ümummilli Lider Heydər Əliyevin diqqəti və xüsusi qayğısıdır ki, onların bir qrup ziyalısı ilə görüşür, Ulu Öndər Kəlbəcərin tarixi keçmişinə və strateji əhəmiyyətinə öz münasibətini bildirirdi: "...Kəlbəcər rayonu üç il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna görə, onun sakinləri yerlərindən, yurdlarından didərgin düşüblər və respublikanın müxtəlif şəhərlərində, rayonlarında yaşayırlar. Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən başlayaraq, Azərbaycana qarşı etdikləri hərbi təcavüz respublikamıza çox böyük zərbələr vurubdur. Təəssüflər olsun ki, həmin müddətdə ərazimizin bir qismi işğal olunmuş və orada yaşayanlar, o torpaqların sahibləri didərgin düşüblər. İşğal olunmuş rayonlardan biri də Kəlbəcərdir. Kəlbəcərin işğalından üç il keçir. İnsanlar, adətən, bayram günlərini, müsbət hadisələri qeyd etmək üçün görüşürlər, eyni zamanda, milli adət-ənənələrimizə görə, tariximizdə olan bəzi faciəvi halların da ildönümünü, yaxud həmin günləri qeyd etmək üçün görüşürlər. Ona görə bizim bu görüşümüz də birinci növbədə, Kəlbəcər rayon sakinlərinin vəziyyəti ilə mənim şəxsən tanış olmağım məqsədi daşıyır. Siz üç ildir ki, yerinizdən-yürdunuzdan olmusunuz, didərgin düşmüsünüz. Bu günü xatırlamaq lazımdır...”
    Ulu Öndər ilə kəlbəcərlilərin daha geniş tərkibdə növbəti görüşü bir ildən sonra, Kəlbəcərin işğalının 4-cü ildönümündə, Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki yataqxanaların birində, aprel ayının 2-də keçirildi. Kəlbəcərin Azərbaycan üçün strateji əhəmiyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev dedi: "...Mən əminəm ki, xalqımız, o cümlədən kəlbəcərlilər keçmişi təhlil edərkən ötən günləri dərin müzakirə edərək daha sıx birləşəcək, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması üçün öz səylərini göstərəcəklər.
     Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar dağ rayonu olmaqla bərabər, Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah Kəlbəcərə hər cür nemətlər - gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, vətənimizin təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri, həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir”.
     Kəlbəcərin 27 il yarımdan sonra düşməndən azad edilməsi xəbərini eşidən hər bir azərbaycanlı kimi, kəlbəcərlilərin də sevincinin həddi-hüdudu olmadı. Bu müqəddəs günü səbirsizliklə gözləyən kəlbəcərlilərin noyabrın 15-dən 25-dək olan on günün hər anını xəyalən Kəlbəcərlə yaşadılar. Doğma yurdumuzu düşmən əsarətindən xilas edən Müzəffər Ordumuzun Ali Baş Komandını, Azərbaycan Prezidenti İlham Əliyevə kəlbəcərlilərimiz adından dərin təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, Ümummilli Liderin vaxtilə Kəlbəcər və kəlbəcərlilərə olan diqqət və qayğısını heç kim unutmayıb. Bu gün yaşından asılı olmayaraq hər bir kəlbəcərlinin yaşadığı sevinci ifadə edəcək söz tapa bilmirəm. 25 noyabr 2020-ci il tarixi kəlbəcərlilərin bugünkü nəslinin yaddaşına Qələbə ilə yazıldı. Müzəffər Azərbaycan Ordusuna təhvil verilən Kəlbəcər erməni vandalları tərəfindən tarmar edilib yandırılsa da, doğma yurdumuza qayıdışdan doğan sevinclərini əlindən ala bilməz.
    Bakı şəhərində, eləcə də kəlbəcərlilərin daha çox məskunlaşdıqları ulu Gəncədə keçirilən bayram əhvali-ruhiyyyəli yürüş-tədbirləri, Şəhidlər xiyabanını ziyarət bir daha xalqımızın Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birliyini nümayiş etdirdi. Kəlbəcərlilərin bir arzusu da Ali Baş Komandanımızın Kəlbəcəri də ziyarət edərək üçrəngli bayrağımızı orada öz əlləri ilə ucaltmasıdır. Çünki Kəlbəcər Azərbaycanın, o cümlədən Qarabağın qala qapısıdır. Axı, 30 ilə yaxındır bağlı qalan bu qalalar məskəninin qapısını məhz Ali Baş Komandanımız açdı. Qələbəmiz, Zəfərimiz mübarək! Kəlbəcər Qarabağ, Qarabağ Azərbaycandır!

Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. 27.11.2020


Demokratiyanı öldürənlər, onu təsir mexanizminə çevirib başqalarının başının üstündə qılınc kimi oynadanlar məhz demokratiyadan daha çox dəm vuran böyük dövlətlərdir. Biz bunu öz dövlətimizə, Azərbaycana uzun müddət göstrilən münasibətdə və haqq mübarizəmizə yanaşmalarda aydın görürük.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin vətən, xalq, haqq-ədalət yolunda, torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizəyə, ordumuzun şanlı qələbəsinə mane olmağa qüvvəl çalışanr. Bəzi dövlətlər demokratiyadan təsir vasitəsi kimi istifadə edərək müstəqil dövlətlərin daxili işlərinə qarışır, mənafeyi təmin olun halda müxtəlif yollarla qarşıdurmalar, münaqişələr yaradırlar. Bəzilərinə görə, Azərbaycan müstəqil dövlət olsa da, guya hələ də demokratik ölkə imici qazanmamışdır. Səbəbi də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müstəqil siyasət yürütməsi, heç kimin diktəsi ilə işləməməsidir.
Azərbaycandan fərqli olaraq, Ermənistan dövlətinin və ölkə vətəndaşlarının əksəriyyətinin nəzərlərində demokratiya - təcavüzdür, xəyanətdir, terrordur, öldürmək, araqarışdırmaqdır. Ermənilər və havadarları üçün bu siyasi fəaliyyət tərzidir. Əgər belə olmasaydı, uzun illər fəaliyyət göstərən və minlərlə insanı məhv edən erməni terör təşkilatlarının, siyasi partiyaların bəşəriyyətə ziddax əməllərinə vaxtında qiymət verilər,, biroks. Başqalarını demirəm, erməni daşnaklarının, faşistlərinin xalqimizin başına gətirdikləri faciələr - soyqırımlar, sui-qəsdlər, vəhşiliklər haqda əldə minlərlə faktlar, sənədlər vardır. Uzun illər Azərbaycan torpaqlarının 20 faizi işqal altında saxlanıldı, bir milyon soydaşımız qaçqın və köçkün həyatı yaşadı, əzab-əziyyət çəkdi. BMT Təhlükəsizlik Şurasının, ATİT-in, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının mühüm qərar və qətnamələrinə erməni təcavüzkarları məhəl qoymadılar, İşgal etdikləri əraziləri boşaltmaq əvəzinə, əksinə, həmin torpaqlarda məskunlaşdırma siyasəti apardılar, əlavə torpaqlar İşgal etmək niyyətinə düşdülər, beynəlxalq hüquq normalarını, sulh təşəbbüslərini qulaqardına vurdular. Ermənistan faşizmi, teröru dövlət siyasətinə çevirdi, insan qatillərinə heykəl ucaltdı, yazarları əsərlər yaratdı. Parlamentdə öz deputatlarını öldürdülər, dövlət çevrilişi etdilər. . İslam Əməkdaşlıq Təşkilatının mühüm qərar və qətnamələrinə erməni təcavüzkarları məhəl qoymadılar, İşgal etdikləri əraziləri boşaltmaq əvəzinə, əksinə, həmin torpaqlarda məskunlaşdırma siyasəti apardılar, əlavə torpaqlar İşgal etmək niyyətinə düşdülər, beynəlxalq hüquq normalarını, sulh təşəbbüslərini qulaqardına vurdular. Ermənistan faşizmi, teröru dövlət siyasətinə çevirdi, insan qatillərinə heykəl ucaltdı, yazarları əsərlər yaratdı. Parlamentdə öz deputatlarını öldürdülər, dövlət çevrilişi etdilər. . İslam Əməkdaşlıq Təşkilatının mühüm qərar və qətnamələrinə erməni təcavüzkarları məhəl qoymadılar, İşgal etdikləri əraziləri boşaltmaq əvəzinə, əksinə, həmin torpaqlarda məskunlaşdırma siyasəti apardılar, əlavə torpaqlar İşgal etmək niyyətinə düşdülər, beynəlxalq hüquq normalarını, sulh təşəbbüslərini qulaqardına vurdular. Ermənistan faşizmi, teröru dövlət siyasətinə çevirdi, insan qatillərinə heykəl ucaltdı, yazarları əsərlər yaratdı. Parlamentdə öz deputatlarını öldürdülər, dövlət çevrilişi etdilər. .
Əksinə, bir çox ölkələr "erməni demokratiyası” nı alqışladılar, əli azərbaycanlıların qanına batmışlara, yeni torpaqlar işğal etmək niyyətinə düşənlərə mötəbər kürsülərdə yer verdilər.
Ermənistanın Azərbaycana qarşı törətdiyi fəlakətlər, müharibə dövründə dinc əhalinin qadağan olunmuş silahlardan, raketlərdən atəşə tutulması, Onlarca insanın qətlə yetirilməsi, yüzlərlə Mülki obyektin dağıdılması və bu gün düşmən ölkədə baş verən hadisələr, qarşıdurmalar, repressiyalar, qətllər nədənsə demokratiyadan bol-bol Danışan dövlətlərin, beynəlxalq təşkilatların diqqətindən kənarda qalır, beynəlxalq aləm bu faciələrə seyirçi mövqedən yanaşırlar. Cənab İlham Əliyev adi bir hadisə üstündə ölkəmizə qarşı çıxanlara kəskin mövqeyini bildirərək sual edir: "Avropa hüküm, Avropa Parlamenti, qeyri-hökumlarınət təşkilatları, böyük Avropa ölkələriını, buyük Avropa ölkələriını, niyük Avropa ölkələriını" Dövlətimizin rəhbəri qətiyyətlə bildirir ki, lazım olduqda düşmənin, işğalçının, diktatorun cəzasını biz özümüz verəcəyik və haqq mübarizəmizdə heç bir qüvvə bizə mane ola bilməz. Təcavüz etmək, yalan danışmaq, evlər yıxmaq, insanlar qətlə yetirmək, xəyanət, riya demokratiyadırmı? Bu, insan haqlarını qorumaqdırmı? Bu, beynəlxalq normalara sədaqətdirmi? Bu, insanlığa, bəşəri dəyərə məhəbbətdirmi? Təcavüzkar, insan qatili, millətçi heç vaxt demokrat ola bilməz. Vəzifə şan-şöhrət qazanmaq üçün xalqını fəlakətə, bəlalara düçar edənlər insanlıqdan, demokratiyadan çox uzaqdırlar. Ozunu ən Demokratik dövlət hesab edən, ancaq faşizmi, nasizmi həyat amalına çevirən, soyqrımlar, sui-qəsdlər törətməklə öyünən Ermənistana daimi dəstək verən Fransanın keçmişinə nəzər SALİB ONUN müstəmləkəçilik siyasətini, bəşəri dəyərlərə xəyanətini araşdırsaq və Bugünkü mövqeyini nəzərdən keçirsək, gözlərimiz qarşısında insan faciələri, zülm və əzabları ilə zəngin bir mənzərə canlanar. Fransanın işğal edib müstəmləkəyə çevirdiyi, varını-yoxunu taladığı neçə-neçə ölkədə yaşattığı zülm, ədalətsizlik tarixin qara səhifələridir və bu, bütün dünyaya məlumdur. Yaxın Şərqin bir neçə dövləti illərlə Fransanın əsarəti altında inləmişdir. Atlantik okeanındakı adalar, Dominikandan Qrenadaya qədər hamısı Fransa tərəfindən istismar olunmuşdur.

 

Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi.  27.11.2020


Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır.
Bəyanatın imzalanmasının səbəblərindən biri  Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir.
Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi.
İqtisadi gücümüz  qələbəni əldə etmək potensialımızı təmin etdi.  Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.
Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.
BMT Nizamnaməsi özünümüdafiə hüququnu bəxş edir və Azərbaycan xalqı bu hüquqdan istifadə edir. Danışıqlar tamamilə səmərəsiz olduğu üçün Azərbaycan bu hüquqlarına müraciət etməyə məcbur oldu.
Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir.
Sitat: Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir.
Sitat: Siyasi müxalifət  bu dövrdə yüksək şüur nümunəsi göstərdi.
Sitat: Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz.
Qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Müharibədən sonra bəzi məqamlara açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığını şahidi olacaq.

 

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. 25.11.2020
"Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirib.
Prezident qeyd edib ki, bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır: "Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik.
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Deyə bilərəm ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə - bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmışdır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm. Onu da bildirməliyəm ki, son illər ərzində mənim göstərişimlə Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü yerləşdirə bildik. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır".

 

Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək  öz yurisdiksiyasına qaytarır.24.11.2020

Azərbaycan xalqı illərdən bəri dərin intizarla gözlədiyi hadisənin - torpaqlarımızın azad olunmasının sevincini yaşayır. Bu sevinci bizə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, rəşadətli Azərbaycan Ordusu yaşatdı.
2020-ci ilin 27 sentyabrından başlayaraq dövlətçilik tariximizin ən şərəfli səhifələri yazıldı, düşmən üzərində qələbə qazanıldı. 44 günlük Vətən savaşında ordumuzun hərbi peşəkarlığı, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, kənd və qəsəbələrimiz, strateji yüksəkliklərimiz əsl sahiblərinə qaytarıldı. Noyabrın 8-də xalqımızın mədəniyyət məbədi, musiqi beşiyi Şuşanı 28 illik işğaldan sonra ordumuz azad etdi. Ardınca isə noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi oldu. Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi.
Noyabrın 20-də xalqa müraciətində Ağdamın işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən, onların artıq məcburi köçkün olmadıqlarını, doğma dədə-baba torpaqlarına qayıdacaqlarını bildirən dövlət başçımız, Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, işğalçı öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı: "Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”.
Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi, düşmən BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur oldu. O qətnaməni ki, hələ 1993-cü il iyulun 29-da keçirilən iclasında qəbul olunmuşdu. Sənəddə bütün hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrin Ağdam rayonundan dərhal, tam və qeyd-şərtsız çıxarılmasını tələb edirdi.
Lakin ötən 27 ildə Ermənistan bu qətnamənin tələblərini yerinə yetirmədi. Məsələyə məsul ATƏT-in Minsk qrupunun həmsədrləri qətnamənin icrasına əməl etməyən işğalçının əməllərinə biganə qaldılar. Haqq savaşına qalxan Azərbaycan işğalçını, azğın düşməni BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini güc yolu ilə yerinə yetirməyə məcbur etdi. Döyüş meydanında parlaq Qələbə qazanan Azərbaycan siyasi meydanda da istəyinə nail oldu. Cəbrayıldan, Füzilidən, Zəngilandan, Qubadlıdan, Şuşadan sonra artıq Ağdam da Azərbaycandır.
Ölkə başçımızın qeyd etdiyi kimi: “Heç kim bizim qabağımızda dura bilməz, bizə şərt qoya bilməz. Bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə”.
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən Savaşı qələbə ilə başa çatdı. İşğalçı Ermənistan təslim olmağa məcbur edildi. Döyüş meydanında, diplomatiya sahəsində qazanılan qələbə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.
Elə ölkə başçımızın qətiyyəti, cəsarəti, Ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevriləcək. Azərbaycanın dövlətçilik tarixinə şərəflə yazılan hərbi, siyasi, diplomatik qələbələrimizdən sonra bütün işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatımız da öz sözünü deyəcək.

 

Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.  23.11.2020


İyirmi yeddi illik həsrətdən sonra Ağdam rayonunun erməni işğalından azad edilməsi Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və yenilməz Azərbaycan əsgərinin rəşadəti sayəsində mümkün olub. Bu, 44 gün davam edən, Azərbaycanın tarixi qələbəsi və düşmən ölkənin faktiki kapitulyasiyası ilə başa çatan Vətən müharibəsindən sonra diplomatik müstəvidə qazandığımız növbəti zəfərin göstəricisidir. Bu gün Ağdamda dalğalanan şanlı bayrağımız hər birimizdə sonsuz fəxarət və sevinc hissi yaradır.
Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi “Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir” qeyd edilən sənədin xalqımızın milli maraqlarına tamamilə uyğunluğu arqumentini bir daha təsdiq etmiş oldu. Bu isə, işğal altında olan bütün ərazilərin əzmkar liderimizin güclü siyasi iradəsi nəticəsində əldə olunmuş razılaşma çərçivəsində geri qaytarılacağına böyük əminlik yaradır.
Rektor işğal edilmiş rayonlar arasında əhalinin sayına görə ən böyük rayon olan Ağdamın dirçəldilməsi və bərpa edilməsi istiqamətində görüləcək işlərin bütövlükdə düşmən tapdağından azad olunmuş ərazilərin hərtərəfli inkişafında mühüm paya sahib olacağına inamını ifadə edib: “Sözlə ifadə olunması mümkün olmayan erməni vandallığı nəticəsində tamamilə dağıdılmış Ağdamın yenidən qurulması doğma Qarabağımızın incilərindən olan bu rayonda yeni dövrün başlanğıcını qoyacaq”.

 

 Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir.20.11.2020

Azərbaycan Prezidenti düşməndən təmizlənmiş ərazilərdəki müşahidələrini belə ifadə etdi: "Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın”.
Açığını deyək ki, Ermənistanın qeyri-qanuni şəkildə Kəlbəcərdə məskunlaşdırdığı və indi münaqişənin həlli ilə bağlı razılaşmaya uyğun olaraq rayondan çıxmalı olan ermənilərin biabırçı hərəkətlərini görəndən sonra daha belə dağıdıcı əməllərə təəccüblənmək də olmur. Çünki onlar dağıdıcılığı özlərinə bir tale seçiblər. Bunu milli mahiyyətləri kimi dünyaya sərgiləməkdən utanc hissi keçirmirlər.
Kəlbəcərdə ona məxsus olmayan evin unitazına qədər söküb aparandan sonra quru divarlara da od vuran, meşələri yandıran, işıq dirəklərini sökən və başqa ağlasığmaz vəhşiliklər edən ermənilər bununla öz çirkin xislətlərini büruzə verirlər.
Belə barbarlıq aktları aktiv hərbi əməliyyatların gedişində baş vermir. Hərbi əməliyyatlar başlayana qədər sıravi şəxslər öz gündəlik həyatlarını yaşayıblar. Onlar zəhmət adamı cildində təsərrüfatla, heyvandarlıqla, əkinçiliklə, müəllimliklə məşğul olublar. Bununla belə yenə də xarakteri gizlətmək olmur. An yetişən kimi daxildəki vandallıq, dağıdıcılıq xisləti üzə çıxır.
Məktəbi yandıran müəllim... Bunu təsəvvür etmək belə ağlasığmazdır. Amma Kəlbəcərdə bir məktəb direktorunun dünənə qədər başqa müəllim həmkarları ilə birgə dərs dediyi məktəbə də od vurub yandırdığını gördük. Məktəbi yandırmaq nə deməkdir?! Müəllimin maarif, təhsil ocağına od vurmasını nə ilə izah etmək olar?! Bunun üçün bəşəriyyətə nifrət hissin hansı səviyyədə olmalıdır ki, belə bir cinayət əməlinə əlin qalxa. Bir müəllimin məktəbə od vurub yandırması o xalqın gələcəyə münasibətidir, cəmiyyətin gələcəyini odlamaqdır. Bu ağlasığmaz hərəkətlər yalnız ermənilərə məxsus ola bilər. Bunları tarixdən oxuya-oxuya, eşidə-eşidə, görə-görə gəlmişik. Belə bədnam əməlləri özünə rəva görən xalqın heç bir ciddi gələcəyi ola bilməz. Özünə hörmət edən heç bir müəllim bu cür dağıdıcı bir xalqa mənsubluğundan qürur duymaz. 

Güc və həmrəylik rəmzi olan dəmir yumruq 20.11.2020

Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qarabağ Qələbəsini böyük qürur hissi ilə qeyd etməkdədir. İşğal altında olan torpaqlarımızın əsarətdən qurtulması böyük bir salnamədir. 27 illik işğalın acısını cəmi 44 gün ərzində çıxarmağa müvəffəq olmuş müzəffər Azərbaycan Ordusu bütövlükdə 300-dən çox yaşayış məntəqəsini azad edərək öz sahibinə qaytardı.
Şuşanın işğaldan azad edilməsi isə Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərən şanlı Qələbənin rəmzidir. Bu hadisə müasir hərb tarixinin parlaq bir səhifəsidir.
Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürməsi düşmənə, nəhayət, bir dərs oldu. Paşinyan və onun terror komandasının məhv edilməsi ilə həm də Ermənistanın əvvəlki rəhbərliklərinin də Qarabağ xülyaları puç oldu. Bütün bunlar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi sayəsində və güc və həmrəylik rəmzi olan dəmir yumruq kimi öz lideri ətrafında birləşmiş xalqın qəhrəman övladlarının canı-qanı bahasına başa gəlmişdir.
Bu, haqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsidir. Cənab İlham Əliyevin söylədiyi kimi, “Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir”.
Azərbaycanın Qələbəsi eyni zamanda güclü olduqlarını dünyaya göstərmək istəyən ermənilərin miflərinin sonu deməkdir.
Qələbə günündən cəmi bir neçə gün keçəndən sonra artıq Alxanlı kəndindən Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə başlanması azad edilmiş ərazidə böyük quruculuq işlərinin ilk layihəsi kimi çox əlamətdar hadisədir. Bu onu göstərir ki, Azərbaycan hökuməti tezliklə bu bölgələrin vacib infrastrukturunun qurulması və abad bir məkana çevrilməsi üçün ciddi  addımlar atmaqda israrlıdır. Ona görə də Azərbaycan xalqı əmin olmalıdır ki, Qarabağın əvvəlki şan-şöhrəti tezliklə özünə qayıdacaq.
Multikulturalizm prinsiplərinə və tolerant  inanclara sədaqəti vahid Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı və mütərəqqi dövlət kimi inkişaf etməsinə zəmanət verir. Ona görə də Azərbaycanda yeni salınacaq və bərpa olunacaq kənd və şəhərlərdə milli, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar mehribanlıq və sülh şəraitində azad və firavan yaşayış imkanları əldə edəcəklər.
Lakin təəssüf ki, bu gün hadisələri yaxından izləyən bəşəriyyət işğal etdikləri ərazilərdə hər şeyi dağıdan, talan edən və Azərbaycanın mədəni, tarixi, dini irsinı silməyə çalışan ermənilərin vandallığına şahidlik etməkdədir. Şübhəsiz, Ermənistan yürütdüyü məsuliyyətsiz və faşist məzmunlu siyasətin nəticəsi olan bütün bu hərəkətlərinə görə Azərbaycan xalqına və dövlətinə beynəlxalq hüquq çərçivəsində cavab verməli, maddi və mənəvi təzminat ödəməli olacaq.

 

Prezidentin məsuliyyətli davranışını və mülki əhaliyə qarşı müharibənin aparılmadığını zəiflik kimi qiymətləndirənlərə cavab 20.11.2020
              Prezidentin hərbi əməliyyatların başlandığı ilk saatlarda təcavüzkardan konkret qrafik əsasında Azərbaycan torpaqlarını boşaltmasını tələb etməsi bəzilərinə nə qədər qeyri-real görünsə də, İlham Əliyev bu mümkünsüzü də mümkünə çevirdi.
Hərbi yürüşlə azad etdiyimiz yaşayış məntəqələrinin sırasına Prezidentin diplomatik istedadı hesabına Ağdam, Kəlbəcər və Laçın qısa müddətdə qansız-qadasız əlavə olunacaq!
Ümumiyyətlə isə, bu savaş İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətini dəfələrlə nümayiş etdirdi.
Prezident -
- Qarabağ cəbhəsində məğlub və qalib dövlət-xalq yerdəyişməsi etdi;
- Qarabağda yeni status-kvo, yeni hərbi-siyasi reallıq yaradaraq təmas xətti anlayışını birdəfəlik dəf etdi;
- Sülhməramlı statusda məhdud kontingentlə əraziyə yerləşəcək tərəf yalnız Rusiya olmayacaq, qardaşımız Türkiyə də möhtəşəm hərbi gücü ilə sülhyaratma missiyasının həmtəminatçısına çevriləcək;
- Naxçıvanın blokadadan azad olunması, Ermənistan ərazisi ilə dəhlizin yaradılması vəzifəsi Rusiyanın üzərinə qoyuldu;
- Hərbi, iqtisadi böhran məngənəsində olan Ermənistanı böyük siyasi xaosa sürüklədi;
- Ermənistanın fövqəldövlətlər timsalında olan havadarlarının hərbi əməliyyatları dayandırmaq tələbinə əhəmiyyət verməyərək sonadək getdi və hər addımda milli dəyanətimizi göstərdi;
- Onilliklər boyu erməni lobbisi tərəfindən formalaşan çox güclü anti-Azərbaycan informasiya məkanını təkbaşına darmadığın etdi;
- Qafqazın iqtisadi gücü olan Azərbaycanı artıq bütün bölgənin şəriksiz liderinə, yeganə söz sahibinə, qüdrətli "hami ata”sına çevirdi.
İlham Əliyevin qələbələri bu gün Ermənistanı səfil, xaos içində olan, vətəndaş müharibəsi girdabına sürüklənən, hərbi məğlubiyyət yaşayan, tənəzzülə uğrayan ölkəyə çevirib.
Dünən səhərdən etibarən bütün Ermənistan qan çanağına dönüb. Paşinyanın kabineti, parlament binası, digər dövlət strukturları dağıdılıb, spiker ölümcül döyülüb...…
Paşinyanın harda olduğu bilinmir, iqtidar komandası ondan imtina edib...…
Müxalifət hakimiyyətin hərbi xuntaya verilməsini tələb edir...…
Hərbçilər dövlət çevrilişi hazırlığındadırlar...…
Xalq - bədbəxt ermənilər isə küçələrə tökülüşərək əslində, artıq nəyi istəmələrini də bilmirlər...…
Ermənistan tənəzzüldə, erməni xalqı çarəsizlikdə, İlham Əliyev - Azərbaycan isə tarixi qələbəsini bayram etməkdədir!
Bu, hələ başlanğıcdır! Yeni başlanğıc!..
Azərbaycan tarixinin, həm də elə erməni tarixinin yeni başlanğıcı!
Biri zəfərlə, digəri isə məğlubiyyətlə yazılır!..
İlham Əliyevin yazdığı tarix həmişə möhtəşəm idi, amma indi daha da əzəmətlidir!
Qarabağı Azərbaycana qaytaran Sərkərdəyə millət olaraq borcumuz, şükranlığımız isə əbədidir...

 

Qələbəni şübhə altına salmaq istəyənlərə mesaj.20.11.2020

Qələbə sevincini bizə bəxş edən Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna təşəkkür edirik. Biz bu müharibəyə illərdir hazırlaşırdıq. Biz bu proseslərin sülh yolu ilə həllində maraqlıydıq. Amma təəssüf ki, nankor, yaramaz və nadan qonşularımız və onları dəstəkləyən qüvvələr məsələnin sülh yolu ilə həllində maraqlı olmadılar. Bu uzun müddət ərzində ATƏT-in Minsk qrupu Azərbaycanı aldatmaqla məşğul oldu. Azərbaycana qarşı çoxsaylı təzyiqlər olundu. Bütün bu dövrdə isə cənab Prezident müasir, güclü və qəhrəman bir ordu yaratdı. Bunun üçün dövlət büdcəsindən vəsaitlər ayrıldı, digər məsələlər həll olundu. Sanki 17 ildir ki, cənab Prezident bu şanlı vətən müharibəsinə hazırlaşırdı. Çünki bizə başqa çıxış yolu qoymamışdılar. Bu müharibə xalqımızın şərəf və ləyaqət müharibəsi idi. Azərbaycan Prezidentinin qətiyyəti, milli maraqlara xidmət edən dəyişməz mövqeyi və siyasi iradəsi və rəşadətli, qorxmaz və qəhrəman Azərbaycan Ordusu bizi belə bir Möhtəşəm qələbəyə gətirib çıxardı. Bu gün hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanımızla və Qüdrətli Ordumuzla qürur duyur.Amma son günlər özlərini siaysətçi hesab edən, lakin bəzi şəxslər cəmiyyəti çaşdırmaqla qələbəmizə kölgə salmaq istəyirlər. Onlar həqiqətə uyğun olmayan fikirlər səsləndirməklə “Azərbaycanda Rusiya Hərbi Bazası yerləşdirilir, suverenliyimizə təhlükə var”, və s. fikirlər ifadə edirlər.Əvvəla sülhməramlı missiyanı həyata keçirən kontingent – hərbi baza deyil. Hərbi baza iki dövlət arasında bağlanmış uzunmüddətli müqavilə ilə həyata keçirilir ki, belə müqavilələr həmin ölkələrin parlamentləri tərəfindən təsdiqlənir. Sülhün bərqərar olmasını tənzimləyəcək digər dövlət və dövlətlərin də başçılarının iştirakı ilə sülhə xidmət edən bəyanat müqavilə deyil, öhdəlikdir. Siyasi bir sənəddir. Milli münaqişə ilə təzahür edən müharibələr zamanı sülhməramlı qüvvələr həmişə olub və olacaqdır. Rusiya sülhməramlılarını əsas götürərək möhtəşəm qələbəmizə kölgə salmaq istəyənlərin nə istədiklərini yəqin ki, heç özləri də bilmirlər. Yalançı vətənşüvənlikdən əsl vətənpərvərliyə keçməyin zamanıdır. Baş verən proseslər və əldə olunan Möhtəşəm Qələbə göstərdi ki, ən böyük vətənpərvər Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusudur.“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”, - söyləyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, hər bir hərbçinin Ali Baş Komandanı olduğunu sübut etdi.Azərbaycan ordusu ilə döyüş meydanında məsuliyyətli davranışı iləqələbənin mənəvi çəkisini daha da artırmış oldu. Bu, ilk nöbədə cənab Ali Baş Komandanın beynəlxalq hüquq normalarına hörmətindən irəli gələn siyasi və hərb mədəniyyətinin təzahürüdür. Çünki, erməni əsgərindən fərqli olaraq mülki əhaliyə atəş açmayan, məsuliyyətli davranış nümayiş etdirən, eyni zamanda, humanist dəyərləri qoruyan bu ordu bölgəyə sülhün və tərəqqinin təminatçısına çevrilmiş güclü dövlətin ordusudur.Bu səfər zamanı Xudafərin körpüsünü ziyarət etməsi ölkə başçısının şərəfli Azərbaycan tarixinə və mədəni irsinə münasibəti baxımından simvolik məna daşıyır və ibrətamizdir.Ali Baş Komandanın ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbəni şübhə altına salmaq istəyən bədxahlara sanballı bir ismarıc kimi bütün mülahizələrə nöqtə qoymuş oldu.

 

Prezident İlham Əliyevin“Biz birlikdə güclüyük” şüarıbu gün xalqın qalib ruhunun güzgüsüdür.19.11.2020
Öz haqqını qorumaq, pozulmuş hüquqlarını təmin etmək bugünkü ziddiyyətli və dəyişkən beynəlxalq münasibətlər sistemində hər dövlətə nəsib olan imkan deyil. Yaxın, uzaq coğrafiyamızda kifayət qədər ölkə göstərmək olar ki, haqsız şəkildə təzyiq və təsirlərə məruz qalıb, ərazi bütövlüyü pozulub, vətəndaşları hansısa xarici maraqların qurbanına çevrilib. Ələlxüsus güc amilinin beynəlxalq hüquqdan önə keçdiyi indiki şəraitdə bir çox dövlət beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin formalaşdırdığı vəziyyətlə sadəcə barışmalı olub.1990-cı illərin əvvəllərində torpaqları işğal olunan Azərbaycan da bu taleyi yaşamışdı. Sonrakı illərdə aparılan danışıqlar elə beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin səmərəsiz fəaliyyətlərinin yekunu olaraq nəticəsiz qalmışdı. Amma Azərbaycan dövləti bu illərdə heç vaxt həmin vəziyyətlə barışmamış və istənilən yolla torpaqlarını işğaldan azad edəcəyini bəyan etmişdi. Artıq zaman yetişdi və Ordumuz 44 gün ərzində işğal altında olan rayonlarımızın böyük bir qismini, Qarabağın ürəyi Şuşanı azad etdi. Azərbaycan öz qələbəsi ilə həm də Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Ermənistanın kapitulyasiyasının təsdiqi olan bəyanata əsasən bu gün Kəlbəcər rayonu Azərbaycan Ordusunun nəzarətinə keçir. Noyabrın 20-dək Ağdam, dekabrın 1-nə qədər isə Laçın rayonundan işğalçı qüvvələrin qalıqları çıxarılacaq.Bu qələbə ilə bağlı çox danışılacaq. Üstündən illər, onilliklər, hətta yüzillər ötsə də, Azərbaycanın bu tarixi qalibiyyətinə müraciət ediləcək, bir dövlətin, bir xalqın öz haqq işi uğrunda mübarizəsi bütün dünyada nümunə kimi göstəriləcək. Bu qələbə həm də tədqiq ediləcək və böyük olmayan dövlətin belə möhtəşəm uğura nail olmasının səbəbləri tarix boyu ciddi öyrəniləcək, araşdırılacaq.

Qalib Azərbaycan Ordusu.19.11.2020

27 il idi işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı rayonlarında indi Azərbaycan bayrağı dalğalanır. Tərtərin, Xocavəndin, Laçının, Xocalının bir sıra kəndləri 44 günlük döyüşlərdə işğaldan təmizləndi. Nəhayət noyabrın 9-da Şuşanın azad edilməsindən sonra işğalçı Ermənistan Azərbaycanın şərtləri daxilində kapitulyasiyaya məcbur oldu.

44 gün ərzində ordumuz işğal altında olan 300-ə yaxın kəndi, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri azad etdi. Qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda saxlayan Ermənistanın hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Atəşkəs ərəfəsində işğalçı ordu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırladırdı.Prezident İlham Əliyev hələ hərbi əməliyyatların başlandığı ilk günlərdən Ermənistan qarşısında şərtlərini açıqlamışdı. Bu şərtlərə əsasən, düşmən işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarının çıxarılması ilə bağlı qrafik verməli idi. Əgər vaxtında Ermənistanın siyasi-hərbi rəhbərliyi bu şərtləri qəbul etsəydi, döyüş meydanlarında minlərlə erməni əsgəri həlak olmazdı. İndi Ermənistanda bu məğlubiyyətə görə baş nazir N.Paşinyanı vaxtında düzgün qərarlar verməməkdə ittiham edirlər. Xüsusən müxalifət təmsilçiləri bildirirlər ki, Ermənistanın Azərbaycan qarşısında məğlubiyyətinin qaçılmaz olduğu bilinəndə baş nazir müharibənin dayandırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin şərtlərini qəbul etməliydi.
Amma artıq gecdi. Bu gün Dağlıq Qarabağ probleminin həlli ilə bağlı tamamilə yeni reallıq yaranıb. Hətta müharibənin əvvəli və sonu arasında reallıqlar fərqlidi. Ermənilərin Dağlıq Qarabağda respublika yaratmaq iddialarına tama 

 

 

Qələbənin rəmzi.19.11.202

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi olduBu gün hər bir Azərbaycan vətəndaşı inanır ki, zəbt olunmuş 

ərazilərimiz mənfur təcavüzkarın tapdağından tamamilə təmizlənəcək, məcburi köçkünlərimiz öz torpaqlarına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, doğma Qarabağda həyat davam edəcək.Məlumdur ki, müharibə heç vaxt itkisiz olmur. Polad iradəli Azərbaycan oğulları Vətən uğrunda canlarını qurban verir, şə hidlik zirvə

sinə ucalırlar. Otuz ilə az qalır ki, işğalçı Ermənistan havadarlarının sayəsində tarixi ərazilərimizdə, Qarabağ və onun ətrafındakı digər məkanlarımızda xalqımıza qarşı 

etnik təmizləmə siyasəti aparıb. Biz səbirlə dözmüşük. Çünki dövlətimizi və ordumuzu inkişaf etdirmək əsas məsələlərdən idi. Xalqımızın səbri tükənsə də, dözdü, dayandı, çirkin niyyətlilərin zamanı gələndə layiq olduqları cavabı alacaqlarına olan inamı azalmadı.Hələ 2003-cü ildə Prezident kimi andiçmə mərasimində cənab İlham Əliyev vəd etmişdir ki, ölkəmizdə bir dənə də çadır şəhərciyi qalmayacaq, qalmadı! Ermənistanın təcavüzkarlığı nəticəsində doğma torpaqlarından məcburi köçkün düşmüş soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması sosial siyasətin prinsiplərindən biri kimi daim diqqət mərkəzində saxlandığı da göz qabağındadır.Ali Baş Komandan ona da əmin idi ki, xalq-dövlət-ordu birliyi işğalda qalan tarixi ərazilərimizi tam azad edəcək və həmin yerlərə yeni nö

vraq gələcək. Bütün bunların isə zamana ehtiyacı var idi. Bu gün bu vədin də gerçəkləşdiyinin xoşbəxt şahidləriyik! Müstəqil dövlətimizin şanlı zəfər tarixini yazan Ordusu Ermənistanın təcavüzkarlığına layiqli cavab verir! Qələbə sevincləri bir-birinin ardınca yaşanır. Ali Baş Komandan İlham Əliyevdən eşitdiyimiz qələbə xəbərləri ermənilərin və onların havadarlarının canına üşütmə salıb. 2016-cı ilin aprelində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, eləcə də zəfər salnaməmizin yazıldığı Lələtəpənin düşməndən azad edilməsi ilə təsdiqləmişdik ki, bir qarış torpağımız yağı tapdağında qalmayacaq! Təcavüzkar Ermənistanın istər diplomatiya, istərsə də döyüş meydanlarındakı məğlubiyyəti daha özünü gizlədə bilmir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin telemüsahibələrində səsləndirdiyi fikirlər dünya ictimaiyyətində birmənalı şəkildə kimin haqlı, kimin haqsız olmasını ortaya qoydu. O da bir daha aydın oldu ki, münaqişənin bu qədər müddətə uzadılmasında kimlərin məqsədi var: Ermənistanın və onları müdafiə edən ATƏT-in Minsk qrupu üzvlərinin!
Bəli, aradan keçən 28 il ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh danışıqları yolu ilə həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi tərəfləri qarşı-qarşıya gətirdi. Ötən müddət ərzində münaqişə tərəflərinin sülhə nə qədər yaxın-uzaq olması dəfələrlə özünü göstərdi. Ermənistanın hər dəfə atəşkəsi, hətta, dövlət sərhədini pozaraq, dinc sakinlərimizi, mülki əhalimizi, ön cəbhədən xeyli uzaq (Tovuz, Gəncə, Mingəçevir şəhərlərini, Abşeron, Siyəzən, Yevlax, Bərdə rayonlarını və s.) yaşayış məntəqələrimizi ağır artilleriyadan, eləcə də ballistik raketlərdən atəşə tutması nəticəsində xeyli itkilər, dağıntılarla üzləşdik. Lakin bütün bunlar xalqımızı nə qorxudur, nə də çəkindirir.
Azərbaycan Ordusunun qələbə müjdələri davam edir. Düşmən artıq özünün məğlubiyyətini etiraf etdiyi halda, onun havadarlarının əndişəsi nə xalqımızı, nə də ordumuzu haqq yolundan çəkindirə bilər!

Prezidentin Füzuli və Cəbrayılrayonlarına səfəri qələbənin nidasıdır.18.11.2020
Müzəffər Ali Baş Komandan doğma Qarabağımıza qalib sərkərdə kimi qədəm qoydu. Ali Baş Komandan məğrur Füzuli yurduna qonaq oldu, cənnət Qarabağın mələyi Cəbrayıldan salamladı bizi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular, min illərin şahidi Xudafərin körpüsünə baş çəkdilər.
Dövlət başçısı və birinci xanım bu ərazilərdə yolboyu mənfur ermənilərin yurdumuza qarşı necə vəhşiliklər, vandallıqlar törətdiklərinə bir daha şahidlik etdilər, bu dəhşətli mənzərələrə təəssüf hissi ilə baxdılar. Sükan arxasında belə bu faşist xislətli varlıqlara qarşı qəzəbini boğa bilməyən cənab Prezident söylədi ki, bütün dünya bunu görüb bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik: "Baxın, baxın Cəbrayıl şəhərini nə günə salıb mənfur düşmən. Bütün dünya bunu görsün, görsün və bilsin, hansı yaramaz düşmənlə biz üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, heç vaxt bundan sonra burada azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyub. 30 il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək. nə günə salıblar Cəbrayıl şəhərini”
Ali Baş Komandan elə Cəbrayıldan bu vəhşilikləri törədənlərin tezliklə beynəlxalq məhkəmələrdə cavab verəcəklərini bəyan etdi.
"Biz qayıtmışıq”

 

Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır. 18.11.2020
Daşına, torpağına qurban olum, ana Vətən.
Amma yanılmışdılar, cılız ağılları ilə anlaya bilməmişdilər ki, Qarabağ Azərbaycandır! Bu torpağın suyu-torpağı ilə yoğrulan xalqımın qəlbindən Qarabağ sevdasını yox etmək mümkün deyil və heç bir zaman dilimi bu hökmə qabil deyil, hətta 30 illik uzun bir ayrılıq olsa belə. Azərbaycan Ordusunun bir-bir azad etdiyi yurdlarımızın çəkiliş kadrlarına baxdıqca, o viranə qalan yurdlarımızı gördükcə bir ağızdan "can” dedik, "daşına, torpağına qurban olum, yaralı yurdum, tezliklə yaralarına məlhəm olmağa gələcəyik”, "səni dardan qurtardıq, indi abadlaşdırmağa, yenidən cənnət-məkana çevirməyə gələcəyik” söylədik.
Dağılan məscidlərimizdən ucalan azan səsini eşitdikcə ruhumuz şad oldu, ümidlərimiz, arzularımız dirçəldi, qollarımıza qüvvət gəldi. Şuşada, Gövhər ağa məscidində sıra-sıra düzülüb dua edən igid əsgərlərimizə qoşulduq, "şükür sənə, İlahi, bizə Qarabağımızın azadlığını görməyi nəsib etdin” deyib əl açdıq göylərə.
Hələ 2016-cı ildə yağı tapdağından azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilmişdi. Bu müqəddəs ocağın inşası ilə işğalçı Ermənistana və beynəlxalq aləmə həm də mesaj verilmişdi, işarə edilmişdi ki, gün gələcək, Şuşadakı məscid də bərpa ediləcək və oradan ucalan azan səsi Qarabağımızda, bütün Azərbaycanda əks-səda verəcək.
Bütün bu arzularımızın bir andaca çin olması, öləziyən ümidlərimiz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində həyata keçdi. Dövlət başçısı indi xoşbəxtliyini yaşadığımız bu günlərin şah memarı oldu, bizə qalibiyyət, qələbə sevinci bəxş etdi. Vətəni, xalqı qarşısında götürdüyü bütün öhdəlikləri yenə də layiqincə yerinə yetirdi, söz verdiyi kimi, yüz minlərlə məcburi köçkünün vətən həsrətinə son qoydu.

 

Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu.18.11.2020
Dövlət başçısı: “Qələbə günündən 8, Ermənistanın kapitulyasiyasından isə 6 gün keçəndən sonra artıq Şuşaya avtomobil yolu çəkilir”“Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün keçəndən sonra və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdə Alıxanlı qəsəbəsində Şuşaya avtomobil yolu çəkilir”.Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı layihənin icrası ilə tanış olan zaman bildirib.Dövlət başçısı deyib ki, bu yol çox rahat, geniş olacaq: “Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək. İkinci Qarabağ müharibəsi bizim Şanlı Qələbəmizdir. İşğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Hazırda düşmən tərəfindən vurulmuş ziyan hesablanır və dəqiq hesablanacaq. Bütün zərərçəkmiş insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu gün işləri biz planlı şəkildə aparacağıq. İlk olaraq ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa və yenidənqurma işləri görüləcək”.

 

 

Hər zaman xalqın yanında olan Prezident.18.11.2020 

Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər 

Ali Baş Komandan İlham Əliyev Ermənistanın hazırkı və keçmiş rəhbərlərinin xalqımıza qarşı törətdikləri cinayətlərdən danışarkən səsləndiribDövlətimizin başçısı sözünə davam edərək deyib: "Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qa

rabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta "qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına v

urduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi”.Bu qələbənin güc və birlik hesabına, igidlərimizin və şəhidlərimizin hesabına əldə olunduğunu vurğulayan Prezident deyib: "Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar

 

Azərbaycanda radikal müxalifətin Qarabağ mövzusunda spekulyasiyalar.16.11.2020

Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyəti dondurduğunu elan edən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycan qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir.Radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Kampaniyanın əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.Bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları  itirmişdir.Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur.
Nəticə
Azərbaycan hərb yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi;
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları  alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı.  Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.  Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Ermənistanda daxili vəziyyət. 15.11.2020

“Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir”
“Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın növbəti hərbi təxribatına toxunub. Dövlət başçısı öz çıxışında bir sıra önəmli tezislər söyləyib”.
Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar mütəmadi xarakter alıb: “Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında Ermənistan tərəfi növbəti təxribat törədib, qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bunun nəticəsində dörd hərbçimiz şəhid olub.
Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilmədilər. Son dövrlər bu istiqamətdə intensivliyin artması bizə belə deməyə əsas verir ki, bu təxribat uzun müddət ərzində düşünülmüş planı tərkib hissəsi idi. Bu təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Tovuz istiqamətinin seçilməsi heç də təsadüfi deyil. Bunun ardınca, ermənilərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə və KTMT-nin Baş katibinə müraciət etməsi məsələnin əsl mahiyyətindən xəbər verir. Bildirmək istəyirəm ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma sürükləyir. Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin bariz təzahürüdür”.
İlyas Hüseynov əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizin keşiyində cəsarətlə dayanacaq: “Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.
Dövlət başçısı öz çıxışında bir daha bildirdi ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər.
Qeyd etmək lazımdır ki, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alır. Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar erməniləri çox narahat edir. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub. Digər tərəfdən, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar onların təbliğatını alt-üst edir. Xüsusilə vurğulamaq lazımdır ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər”.
Onun sözlərinə görə, Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edir: “Bu təxribatın digər səbəbi kimi son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atmasını göstərə bilərik. Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox ölkə dəstəkləyib, Ermənistan isə bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü bütündünyadan təcrid edib.
Əminliklə demək olar ki, beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Ermənistanda daxili vəziyyət kifayət qədər gərgindir. Dünən baş verən hadisə təxribatdır və heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Azərbaycan bütün imkanlardan istifadə edib düşmənə yenidən öz yerini göstərəcək. Ölkəmizin keşiyində duran və dövlət sərhəddini qoruyan hərbçilərimizin vətənpərvərlik hissi ən yüksək səviyyədədir”.

 

Birgə bəyanat. 14.11.2020

Azərbaycan Respublikasının Prezidenti,  Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır.
Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıbAzərbaycan Prezidenti bundan əvvəl də bəyan etmişdi ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır.Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır.Noyabrın 15-i Kəlbəcər, 20-si Ağdam, dekabrın 1-i isə Laçın azad edilir. Ermənistan bu rayonlardan öz qoşunlarını Ermənistan istiqamətində çıxarır.Təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər.Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib.Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel .şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir.Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla əlaqənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil.Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi.Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaqlar. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.

 

Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu 13.11.2020
Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu.44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz.

 

Azərbaycan və erməni xalqlarının mənəvi keyfiyyətlərinin müqayisəsi 14.11.2020

Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizimlə zarafat edə bilməz.
Paşinyan bəyanatı qapalı bir yerdə, kameralardan uzaq bir yerdə qorxaqcasına, namərdcəsinə imzalayacaq. Azərbaycanın dəmir yumruğunun hesabına imzalayır!
Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə  yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Amma ermənilər qaçıb getdilər.Azərbaycan müharibəni humanitar hüquq normaları ilə aparmışdır, ermənilərin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Çünki biz mülki obyektlərə atəş açmamışıq. Mənfur düşmən Şuşanı işğal altında saxlamaqla mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi.
Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur.Erməni tərəfdə qarışlıqlı ittihamlar baş alıb gedir. Artıq onlarla şəxs vətənə xəyanət ittihamı ilə, hərbi qanunlarla mühakimə olunub, onlarla şəxs yüksək postlardan uzaqlaşdırılıb.Azərbaycan xalqı   27 il ərzində həmişə Ümummilli Lider Heydər Əliyevin, sonra isə prezident cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib. Ermənistanda indiyədək az qala bütün hakimiyyət dəyişikləri qanla, gülləboranla və ya küçədə həll olunub.
Azərbaycan xalqı qələbə bayramı qeyd edir, ermənilər parlament və hökumət binalarını dağıdır.
Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli!
Bu günlərdə bütün Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz!
Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələricəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.Ermənistan monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Xocalı qurbanlarının da qisasını aldıq, şəhidlərimizin də qisasını aldıq. Şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq.  Azərbaycan xalqı böyük xalqdır, vətənpərvər xalqdır, dəmir iradəyə malik olan xalqdır.  İntiqamımızı düşməndən aldıq, işğalçıdan aldıq. Mülki vətəndaşlarla bizim işimiz olmayıb və olmayacaq.

 

 

 

Bəyanatın üstünlükləri 13.11.2020

• Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı;
• Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır;
• Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir.  Azərbaycana  maksimum sərf edən sənəddir;
• Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır.Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi;
• Bəyanat uzun illər davam edən işğala son qoyur;
• Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur.Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir;
• Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatınınuğurlabitməsinin təsdiqidir;
• İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq;
• BəyanatlaErmənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür (işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çoxsəviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb);
• Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.  Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək.  Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır;
• Bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir;
• Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir.   Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur;
• Başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.
Bəyanatın əldə olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və   Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirilməlidir. Münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb.Biz düşməni məcbur edə bilmişik. Mən onlara ultimatum vermişəm. Demişəm ki, çıxmalısan, çıxmasan sona qədər gedəcəyəm.Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq və işğaldan azad edilmiş digər bütün torpaqlarda həyat qaynayacaq. Mən böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı.

Daxili həmrəyliyimiz, milli birliyimiz gücümüzdür.12.11.2020

Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Siyasi müxalifət  bu dövrdə yüksək şüur nümunəsi göstərdi.Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz. Qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Müharibədən sonra bəzi məqamlara açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığını şahidi olacaq.
Bəyanata əsasən:
1. Bu gün Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında  bütün hərbi əməliyyatlar tam dayandırılır. Azərbaycan və Ermənistanhazırda tutduqları mövqelərdə qalacaqlar;
2. Noyabrın 20-dək Ağdam, noyabrın 15-dək  Kəlbəcər,  dekabrın 1-dək Laçın rayonunları Azərbaycan Respublikasına qaytarılır;
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir;
4. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır;
5. Növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur;
6. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır;
7. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir;
8. Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir.

Noyabrın 10-u  ölkəmiz üçün tarixi bir gündür.11.11.2020

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm.İyirmi səkkiz ili yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazanır. 2020-ci il noyabrın 8-Azərbaycan tarixində əbədi qalacaqdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Şuşada o dəstə başçısınınözünə andiçmə mərasimi keçirməsi, Ermənistan baş naziri gedib orada iştirak etməsi Azərbaycana sataşmaq idi. Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi. İşğalçıları  torpaqlarımızdan iti qovan kimi qovmuşuq. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!Qələbəyə aparan yolu Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır.Bəyanatın imzalanmasının səbəblərindən biri  Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir.Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi.İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi.  Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq.Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi. BMT Nizamnaməsi özünümüdafiə hüququnu bəxş edir və Azərbaycan xalqı bu hüquqdan istifadə edir. Danışıqlar tamamilə səmərəsiz olduğu üçün Azərbaycan bu hüquqlarına müraciət etməyə məcbur oldu. Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.


Daxili siyasi mühit və islahatlar haqqında.06.11.2020

Azərbaycandasiyasi sistem və siyasi proses səmərəlidir. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Biz müasir, yeni siyasi prosesə başladıq.Prezidentin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaqüçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud  52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir.Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib.Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəricilərinormaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır.Azərbaycanda ciddi daxili problemlər yoxdur.Azərbaycan özünü demokratiya nümunəsi kimi göstərmir. Özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə etirazçıları qətlə yetirirlər. Prezidentin yanaşması belədir ki, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Eyni zamanda islahatların aparılması üçün partiyalararası dialoq vacibdir. Vətən müharibəsi də dialoqu zəruri edir. Bu zaman dialoqdan yayınanlar Vətən müharibəsimodelinə qarşı çıxan qüvvə kimi qəbul olunmalıdır.Avropada etirazçıları  atlarla döyür, itləri gətirir və bu, demokratiya hesab olunur.“Sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlanıb. Etirazlardan keçən müddət ərzində polislə qarşıdurmada 10-dan çox adam qətlə yetirilib,26 nəfər gözünü itirib, 5-inin əli qopub və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Euronews"fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir.Digər araşdırmaya görə, il ərzində Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı polis tərəfindən törədilən 12 mindən çox zorakılıq qeydə alınır.

Beynəlxalq vasitəçilər və yeni vasitəçilik haqqında 05.11.2020


ATƏT-in Minsk qrupunun həmsədrləriBMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər.  Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi.Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, ona qulaq assın, lakin belə mesaj verilməyib.ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz.Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir.Azərbaycanistənilən halda torpaqlarını azad edəcək. Prezident bir neçə müsahibəsində vasitəçi kimi digər ölkələrin də qatıla biləcəyini və ATƏT Minsk qrupunun fəaliyyətininsəmərəsizliyini qeyd edib. Bunun ictimaiyyət tərəfindən də müzakirə edilməsi məqsədəmüvafiq olardı.Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var.Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər.  “Amnesty International”, “Human Rights Watch” və indiyədək Azərbaycanın tənqidi ilə məşğul olan  çoxsaylı beynəlxalq təşkilatların ifşası üçün  onların son günlər tutduğu mövqe, yenə ikili standartdan çıxış etməsi faktı qabardılmalıdır. Bununla yanası,“Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrininistifadəsi qadağan olunmuş kasetli raketlərləBərdəyə zərbələr endirdiyini təsdiqləmələri, bununla bağlı hesabat vermələri təqdir olunmalıdır. Həmin hesabatlar əsasında beynəlxalq məhkəmələrə müraciət edilə bilər.  Bu diplomatik qələbə də yalnız cənab Prezidentin sözügedəntəşkilatları israrla Azərbaycana dəvət etməsindən sonra mümkün olub, onlar müharibə başlayan zaman uzun müddət Azərbaycana səfər etmək istəməyiblər.
Azərbaycan tərəfinin şərtləri
Yeddi rayon Azərbaycana qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar;Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması  oraya qayıtmalıdır.Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə  təklif etdikləri, ola bilsin, artıq öz qüvvəsini itirib.İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb.Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon işğaldan azad edilib.  Ona görə də həmin plan köhnəlmiş sayılır.Azərbaycanlılar və ermənilər birgə yaşamalıdır,bu, asan olmasa da, biz öyrənməliyik.Müharibəni dayandırmağın yeganə yolu: Ermənistanın öz məğlubiyyətiniqəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir.Azərbaycan Dağlıq Qarabağ münaqişəsinəhər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir.Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır.Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir. Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür.Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir.

Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub.04.11.2020


Birinci hərbi təxribatiyul ayında törədilmişdir. İkinci hərbi təxribatavqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir.Üçüncü hərbi təxribatsentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar.Atəşi ilk açanErmənistandır, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir.Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur. Azərbaycan düşmənə yalnız  döyüş meydanında cavab verir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub.
Azərbaycan həmişə sülh planına sadiq olub. Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir.Azərbaycanınkifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır. Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 31-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun məlumatı:91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb; -Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.Müdafiə Nazirliyi ilə razılaşdırılmış şəkildə ayrı-ayrı əsgər və zabitlərin qəhrəmanlığını əks etdirən təbliğati materiallar işlənə bilər. Prezidentin Ermənistanın silahlandırılması barədə dedikləri müstəqil ekspertlər tərəfindən inkişaf etdirilməlidir.

    Rəsmi İrəvanın siyasəti artıq ifşa olunub. 31.10.2020

    Siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirən Ermənistan hakimiyyəti. Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir.Atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır.Rəsmi İrəvan hərbi cinayətkardır. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması. Nikol Paşinyan "küçə inqilabı" vasitəsilə hakimiyyətə gələndə ermənilər çox sevinirdilər. Lakin daha ağıllı olanları bu prosesin mənfi nəticələr verə biləcəyini xatırladırdılar. İndi baş verənlər ehtiyatlı olmağı məsləhət görənlərin haqlı olduğunu təsdiqləyir. Hazırda Ermənistanın bir sıra siyasətçiləri və ekspertləri erməni xalqının təhlükə qarşısında qaldığından və siyasilərin ağıllı davranmalı olduqlarından bəhs edirlər. Onlar müəyyən çağırışlar edirlər. Hesab edirlər ki, cəmiyyət "klan prinsipi" üzrə parçalanır. Bu proses təhlükəli miqyas alıb və situasiya tam nəzarətdən çıxa bilər. Həmin sırada Dağlıq Qarabağdakı ermənilərin də etirazları ekspertlərin marağına səbəb olub. Bu prosesin nəticələri ilə bağlı təhlillər aparılır. Maraqlıdır ki, əksər ekspertlər ermənilərin artıq xilaskar kimi Azərbaycanı görməyə başladıqlarını ifadə edirlər. Bunun geosiyasi nəticələri üzərində geniş dayanmağa ehtiyac görürük.
    Nikol Paşinyanın "küçə demokratiyası"nın acı bəhrələrini artıq erməni xalqı dadır. Vəziyyət getdikcə bütün sahələrdə daha da kriminallaşır. Sahibkarlar ölkəni tərk edir, siyasi dairələr repressiyaya məruz qalır və hətta əsrlərlə siyasətlə iç-içə olan kilsə ilə hakimiyyət arasında ziddiyyət dərinləşir. Əvvəllər görünmədiyi səviyyədə sadə insanlar dini katolikosun istefasını tələb edirlər. General Manvel Qriqoryan isə Eçmiədzində şlaqbaumlar quraşdırıb, hakimiyyətə qarşı hərəkətə keçə biləcəyini bəyan edib. Çünki N.Paşinyan M.Qriqoryanın mer olan oğlunu işdən çıxarmaq istəyir.
    Bütövlükdə erməni ekspertlər ölkədə siyasi repressiyaların aparıldığını və bunun fonunda yeni inqilab dalğasının yarana biləcəyini proqnozlaşdırırlar. Getdikcə daha çox siyasətçi N.Paşinyanın hərəkətlərindən narazılıq ifadə edir. Yeni baş nazir yüksək vəzifəli məmurları işdən azad etməklə yanaşı, onları həbsə atmağı da planlaşdırır. Bu tendensiya Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma rejim ətrafında yeni oyunun başlaması kontekstində maraqlı məzmun kəsb edir.
     Xankəndində iki klan arasında əsl müharibə başlayıb. Serj Sarkisyan N.Paşinyana məhz Qarabağda zərbə vurmaq istəyir. Orada oyuncaq rejimin başında duran separatçı Bako Saakyanı vəzifədən çıxarmaq planı mövcuddur. Buna qarşılıq S.Sarkisyan tərəfdarları da hərəkətə keçiblər. Qarşıdurma getdikcə gərginləşir. Son olaraq İrəvandan göndərilən təhlükəsizlik əməkdaşları yerli camaatı döyüb və 15 nəfəri həbs edib.
     Tez-tez təkrar olunan bu kimi hallar getdikcə daha geniş miqyas alır. Maraqlıdır ki, proses ermənilərin siyasi şüurunda müəyyən dəyişikliklər yaratmaqdadır. O sırada artıq Ermənistan cəmiyyətinin monolit siyasi mövqe tutduğunu demək çox çətindir. Ermənilər eyni məsələlərə fərqli münasibət göstərirlər.

Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir.30.10.2020

Xüsusilə son 2 il ərzində Azərbaycan Ermənistanla sərhəddində sərhəd qoşunlarının infrastrukturunu xeyli təkmilləşdirib, yenilənib, burada yeni mühəndis qurğular salınıb, yeni texnika ilə təmin olunub.Azərbaycan öz torpaqlarında olan nəzarətini bir çox istiqamətlərdə bərpa edib. Əlbəttə ki, ermənilərin gözü bunları götürmür. Nəinki götürmür, onlar tez-tez bu haldan istifadə etmək, yararlanmaq istəyirdilər. Belə yararlana bilmirlər. Çünki Azərbaycana qarşı adekvat addımlar ata bilmirlər. Buna görə də, onlar başladılar müxtəlif təxribatlara əl atmağa. Təxribatlar ona hesablanıb ki, Azərbaycan güya ermənilərin torpaqlarını işğal edir, mənimsəyir və beləliklə Ermənistanın suverenliyini pozur. Bildiyiniz kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və bu məsələ KTMT nizamnaməsində xüsusilə qeyd olunub. Yəni, hər hansı bir dövlət KTMT-yə üzv ölkəyə, onun suverenliyinə xələl yetirirsə digər üzv ölkələr ona yardım göstərməlidir. Ermənilər Azərbaycanın addımlarını əsas tutaraq KTMT dövlətlərini məsələyə cəlb etmək istəyirlər və Azərbaycanı KTMT ilə və təşkilatın ayrı-ayrı ölkələri ilə üz-üzə qoymaq niyyətindədirlər. Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var.Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır.Paşinyanın siyasəti Ermənistanın suverenliyinə təhlükələr yaradır. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir. Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu.Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır

Xalq öz Ali Baş Komandanınainanır və ona etimad göstərir. 22.10.2020

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirir, müasir hərb tarixində yeni qələbələrlə dolu səhifələr açır. Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri  düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur. Ermənistanın özününküləşdirmə, tarixi saxtalaşdırma siyasətinə son qoyulur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyinin sonunu yaxınlaşdırır.Haqq yolunda vuruşan Azərbaycan ordusu isə  tam üstünlüyə malikdir. Hər ötən gün işğaldan azad edilmiş torpaqlarımızın sırasına yeniləri əlavə olunur, torpaqlarımızın işğaldan tam azad ediləcəyi tarixi sürətlə yaxınlaşdırır. Cəbhənin bütün istiqamətlərində rəşadətli  Ordumuzun  düşməni darmadağın edərək irəliləməsi  regionda sülh və sabitliyə ciddi təhlükə yaradan işğalçı erməni hakimiyyətinin təxribatçı əməllərinin birdəfəlik sonu olacaqdır. Azğın düşmən dinc əhalini – uşaqları, qadınları, qocaları qətlə yetirməklə, soyqırımı törətməklə insanların iradəsini, Qələbə əzmini sındırmaq istəsə də, heç nə alınmadı. Vətən mücadiləsinin ilk günündən Qələbə üçün zəruri şərtlərdən olan mənəvi bütövlük və üstünlük də qazanıldı. İndi Ali Baş Komandan hər gün maddi Qələbəmizin müjdələrini verir. Oktyabrın 20-də Azərbaycan  Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edərkən önəmli zəfər xəbərlərini xalqımıza çatdırdı. 24 yaşayış məntəqəsi ilə yanaşı, Azərbaycanın Zəngilan rayon mərkəzinin də düşmən işğalından azad edildiyini müjdələyən dövlət başçımızın bu müraciəti  sözün həqiqi mənasında Azərbaycan xalqının  sabaha – yəni Şuşanın, Xankəndinin işğaldan azad edilməsinə olan inamını birə min qat artırır.Azərbaycan  ordusunun  qələbə  marşı davam edir. Qəhrəman ordumuz  torpaqlarımızı azad edir, düşmənin  çoxsaylı texnikasını məhv edir və  hərbi qənimət kimi götürür.  Azərbaycan xalqı Böyük  Qayıdış   astanasındadır.  Xalq öz Ali Baş Komandanına inanır və ona etimad göstərir. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.  Cənab prezidentin öz müraciətində vurğuladığı kimi, “İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaq, Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır”.

 

Status-kvoartıq yoxdur. 21.10.2020

Tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın 27-dən Ermənistanın növbəti təxribatına cavab olaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. Artıq Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarla kənd, strateji yüksəkliklər ordumuzun nəzarətindədir. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu əməliyyatlar sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən mükəmməl döyüş qabiliyyətinə malik olan hərbi gücüdür. Eyni zamanda, cənab Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, bu münaqişə dondurulmuş qala bilməz və Azərbaycan istənilən an status-kvonu dəyişmək iqtidarındadır. Artıq bu gün status-kvo yoxdur və Azərbaycan siyasi və hərbi şərtləri diktə edən tərəfdir.
Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində Ermənistanın danışıqların formatını dəyişdirmək kimi iddialarının üzərindən birdəfəlik xətt çəkildi, Paşinyan artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətində qalıb: “Bu günədək atılan addımlar və sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının “Biz nəyi nə zaman edəcəyimizi yaxşı bilirik” fikirlərinin tam əsaslı olduğunu təsdiq etdi. Hazırkı reallıq ondan ibarətdir ki, artıq münaqişənin "hərbi yolla həlli yoxdur” fikri alt-üst olub, status-kvo dəyişib. Cənab Prezident İlham Əliyev mükəmməl siyasi gedişlərlə regionun geosiyasi mənzərəsini yenidən formalaşdırdı. Beləliklə də bundan sonrakı istənilən proseslər Azərbaycanın maraqlarını təmin etməlidir. Əgər Ermənistan bu günə qədər baş vermiş hərbi əməliyyatlar nəticəsində yaranmış mənzərədən nəticə çıxarmasa, danışıqlar yolu ilə işğalçı siyasətinə son verməsə, təcavüzkarın hərbi yolla cəzalandırılması davam edəcək”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  xalqa müraciəti.29.10.2020

Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma siyasəti aparır. Bu yaxınlarda Livan ermənilərindən ibarət bir neçə ailə Dağlıq Qarabağa, o cümlədən Azərbaycanın qədim şəhəri olan Şuşaya yerləşdirildi. Bu, hərbi cinayətdir. Bu, Cenevrə Konvensiyasına tamamilə ziddir. Bu cinayətə görə Ermənistan cavab verəcəkdir. Bu, bizə qarşı növbəti təxribatdır. İşğal edilmiş torpaqlarda məskunlaşma aparmaq cinayət hesab olunur və bu siyasət Ermənistan tərəfindən uzun illər ərzində aparılır. İş burasındadır ki, Ermənistanda mövcud olan ağır iqtisadi, siyasi və sosial vəziyyətə görə ölkə əhalisi azalır. Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir. Bununla paralel olaraq, bizdə olan dəqiq məlumata görə, bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir.Eyni zamanda, işğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər bizim üçün Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir.Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır. BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi və dostudur, amma sadəcə siyasi dəstək verir 29.10.2020

Türkiyə Azərbaycana siyasi dəstək verir. Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə böyük ölkə tərəfdaşıdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var.Türkiyənin müharibə çağırışı yoxdur. Qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır.Azərbaycan məsələnin diplomatik həllinə inanır.Əks halda Azərbaycan 17 il ərzində danışıqlarda iştirak etməzdi. Əgər müharibəyə Azərbaycan başlayıbsa, niyə 17 il gözləyirdi? Azərbaycan Ordusu artıq azı 10 ildir ki, yaxşı hazırlaşıb. Ona görə də, diplomatik həll masa üzərindədir.Azərbaycan arzu edir ki, hərbi həll bu gün dayansın və danışıqlar masasına keçilsin. Əfsuslar olsun ki, bu hərbi amil çoxlu ziyan və qurbanlara səbəb olur. Ona görə də, substantiv danışıqlara, – bütün bu illər ərzində Ermənistanın etmək istədiyi kimi imitasiyaya yox, - substantiv danışıqlara nə qədər tez başlanılsa, həll yolu bir o qədər tez tapılar. Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır.Münaqişə ərzində Azərbaycanın bütün səyləri aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb. Azərbaycan münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinədir. Ermənistanın etmək istədiyi məhz budur. Onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Azərbaycan başqa ölkələrin müdaxilə etməsinə qarşıdır.Rusiyanın hərbi bazası Ermənistandadır, Dağlıq Qarabağda yox. Onlar ruslardan Dağlıq Qarabağa qoşun göndərmələrini xahiş edirdilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar.Ermənistan enerji xətləri və infrastrukturlarını hədəf seçir.Ermənistanın yüksək rütbəli rəsmilərinin bəyanatlarını var ki, onlar Azərbaycanın strateji neft infrastrukturumuza, o cümlədən kəmərlərə və Bakının Səngəçal qəsəbəsində ən böyük neft-qaz terminalına hücum edəcəklər. Azərbaycandan Avropaya və dünyaya neft-qaz təchizatını pozmaq Ermənistanın planları idi.Azərbaycan özünü müdafiə edir. Bakıdan Aralıq dənizinə neft kəməri 2006-cı ildə istismara verilib və heç bir fasilə olmadan işləyir. Azərbaycandan Türkiyəyə qaz kəməri 2007-ci ildə istismara verilib. Ona görə də, kəmər artıq qorunduğu halda, niyə kəməri qorumaq üçün müharibəyə başlamalıyıq. Kəməri dayandırmaq və Azərbaycana iqtisadi ziyan vurmaq istəyən Ermənistandır. Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var .Azərbaycan Prezidenti İlham Əliyev Baydenlə dörd il bundan əvvəl Vaşinqtonda Prezident Obama tərəfindən təşkil olunan Nüvə Sammitində görüşüb. Cənab Baydenlə ikitərəfli görüşləri olub. İkitərəfli münasibətlərin bir çox məsələlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edib.ABŞ-ın xarici siyasət komandasından gələcəkdə də bitərəf və obyektiv olmağı gözləyirik. İndi nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir.
Bu, təkcə Azərbaycandan asılı deyil. Çünki müharibəni bir ölkə aparmır. Bu, birtərəfli proses deyil. Azərbaycan Cənubi Qafqaz regionunun dərindən inteqrasiya olunmasını, digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanla strateji münasibətlərimizin gələcəkdə müəyyən vaxtda Azərbaycan və Ermənistan arasında münasibətlər üçün müəyyən mənada örnək ola biləcəyini düşünür. Çünki bütün müharibələr dayanır və sülh gəlir.

Ermənistan hökuməti dezinformasiya yayır.29.10.2020

Türkiyənin F-16 qırıcı təyyarələri ona görə Azərbaycandadır ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, onlar səmada deyillər. Ermənistanın Su-25 təyyarəsi dağa çırpılmışdır və onlar bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışırdılar. Lakin bu, münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.Türkiyə əsla münaqişəyə cəlb edilməyib və Azərbaycanda muzdlular yoxdur Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək, beynəlxalq hüququn norma və prinsiplərinə dəstək verirlər. Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, dezinformasiyadır. Bu, müəyyən ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur.Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycana əcnəbilər lazım deyil, çünki Azərbaycanın 100 min nəfərdən ibarət nizami ordusu var, müasir avadanlığı var, 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanları var.Hətta tam səfərbərlik belə elan edilməyib. Döyüşdə əlavə insan lazım olsa, daha artıq qüvvə çağırılar.Azərbaycana hərbi avadanlığı ən çox təchiz edən Türkiyə və İsrail deyil. Bu, Rusiyadır. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan aldığı silahlara görə pul ödəyir. Ermənistan Rusiyadan silahları pulsuz əldə edir. Əlbəttə ki, bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə kömək edən müasir silahları almaq imkanı var.İranın narahat olmasına artıq ehtiyac yoxdur.İranın rəhbərləri, Azərbaycan, həm də Ermənistan tərəfi ilə danışmışlar. Çünki toqquşmalar İranla sərhəd olan Araz çayının yaxınlığında gedirdi və təsadüfən mərmilərin bəziləri sərhədi keçmişdir. Lakin bu gün Azərbaycan-İran sərhədi erməni işğalçılarından tamamilə təmizlənib. Buna görə orada artıq heç bir toqquşma baş vermir və Araz çayının o biri tərəfində - İranda olan qardaşlarımız üçün artıq heç bir narahatlıq olmayacaq.Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupu həmsədrləri kimi vasitəçiliyə davam edirlər.ATƏT-in Minsk qrupu həmsədr ölkələri 28 ildir ki, heç bir nəticə olmadan vasitəçilik etməyə və tərəflərə həll yolunu tapmağa kömək etməyə çalışırlar. Bu üç ölkə, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvləridir, daimi üzvləridir. Onlar Azərbaycanın istinad etdiyi və erməni qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul etmişdir. Lakin əfsuslar olsun ki, onlar işğal olunmuş əraziləri boşaltmaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək üçün Ermənistana kifayət qədər beynəlxalq təzyiq göstərməyiblər. Buna görə Ermənistanın hərbi hücumundan sonra Azərbaycan özünü müdafiə etməli və ədaləti güc yolu ilə qorumalı idi. Bunu da uğurla edirik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  xalqa müraciəti.28.10.2020

“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur.
Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür.Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı. Mən bu barədə demişəm, bir daha demək istəyirəm, əgər bizim istəyimiz olsaydı, hərbi döyüşləri Ermənistan ərazisinə keçirə bilərdik. Ancaq bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur və belə olan halda bir neçə gündən sonra atəş dayandırılmışdır.Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə, Azərbaycan torpaqlarının işğalı onların planındadır və onlar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, danışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür və bu məqsədlər onlar üçün əsas məqsədlərdir.İyul ayında Azərbaycan düşmənə layiqli cavabını verdi, öz ərazi bütövlüyünü qorudu və bir daha göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır. Əfsuslar ki, bu, onlar üçün dərs olmadı. Halbuki mən iyul təxribatından sonra demişdim ki, Ermənistanın bu acı məğlubiyyəti onlar üçün dərs olmalıdır.
Avqust ayında Ermənistan növbəti hərbi təxribata əl atdı. Bu dəfə Azərbaycana diversiya qrupu göndərilmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışdır və hazırda ifadələr verir. Bu ifadələrdə açıq-aydın göstərilir ki, bu planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar.” Bu sözləri söyləyən ölkə rəhbəri xalqı bir daha əmin edib ki, Azərbaycan ordusu cəbhədə düşmənə qan uddurur, siyasi arenada isə ölkə başçısı baş da olmaqla dipomatiyamız əsgərlərimizlə birlikdə Vətən savaşında.

 

 

Hərbi əməliyyatlara Ermənistan başlayıb. 28.10.2020

Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər.Ermənistan strateji enerji infrasturkturunu ələ keçirmək istəyirdi.Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər.Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi.Lakin əfsuslar olsun ki, növbəti ay - avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər.Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı Azərbaycanın üstünə atmaqdan, danışıqların tamamilə pozmaqdan, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Azərbaycan onlara yalnız adekvat cavab verdi.Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional mərkəzə çevrilib.Azərbaycanın infrastruktur layihələrinə yatırdığı sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnmişdir. Əlbəttə ki, hər şey enerji infrastrukturu ilə başladı, Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Azərbaycaninformasiya texnologiyaları  sektoruna böyük sərmayələr yatırır. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bu sahədə çox inkişaf etmiş şirkətlər, özəl şirkətlər var. Onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir.Uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilib.Hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat verilir. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Ermənistan döyüş meydanında məğlub olur və onlar qaçmaq məcburiyyətindədirlər. Artıq İranla beynəlxalq sərhəd bərpa edilib. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə döyüş meydanında çoxlu işlər görülüb və bu, davam edir.Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, Azərbaycanın mövqeyidir. Onlar dayanmasa torpaqların azad olunması davam edəcək.

 

Hərbi əməliyyatlara Ermənistan başlayıb və məqsədi danışıqlar prosesini tamamilə pozmaq idi.28.10.2020

 

Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi.Ermənistan avqustda hərbi Azərbaycanın mövqelərinə nüfuz etmək, mülki şəxslərə və hərbi qulluqçulara hücum etmək üçün diversiya qrupu göndərdi. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur.Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsini azad edilib.Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır. Azərbaycanın verdiyi reaksiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Azərbaycanın verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur.Sülh planında muxtariyyət yox idi.Vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi, muxtariyyət əsla yoxdur.Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, - bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, - Azərbaycana qaytarılması deyilir.Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfər qovulmuşdur.Azərbaycan müharibədə məğlub olmamışdı.Azərbaycan müharibədə məğlub olmamışdı, döyüşü uduzmuşdu. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.Ermənistana açıq xarici dəstək verilirdi. Azərbaycan müharibəyə başlamayıb. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir. Dağlıq Qarabağda yaşayan ermənilər vətəndaşlarımızdır, onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içindəyaşayacaqlar. Azərbaycan humanitar atəşkəs şərtlərinə əməl edir. Azərbaycan atəşkəsə hazır idi. Oktyabrın 10-da Moskvada Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi.Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. Çünki atəşkəs barədə iki dəfə razılaşma əldə edilmişdi. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur.Azərbaycan yenidən atəşkəsə hazırdır.Azərbaycan atəşkəsə hazırdır. Bu ölkə prezidenti tərəfindən dəfələrlə dilə gətirilib. Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur Azərbaycan atəşkəs və torpaqlarınınqaytarılmasını istəyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir.Lakin bu onu demir.İşğalçılıq siyasətini davam etdirirlər.

 

Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir. 26.10.2020

Ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub. Bununla bağlı məhdudiyyət yoxdur. İnternet azaddır.Siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Ali Baş Komandanın yürütdüyü siyasəti tam dəstəkləyir.İki siyasi partiya (Xalq Cəbhəsi və Müsavat)hökumətin siyasi dialoqla bağlı təklifini qəbul etmədi. Hökumət bu təklifi bir neçə ay bundan əvvəl etmişdi. Normal dialoqa ehtiyac var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyac var. İndi 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Siyasi dialoqun çox aktiv fazasındayıq.Birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizinitirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat.Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların demək olar ki, 30 ildir rəhbərləridir. Heç kim demokratiyadan danışmır, heç kim onların bu vəzifədə demək olar ki, 30 il ərzində necə qaldıqları barədə danışmır. Buna görə hökuməti tənqid etmək istəyənlər yaxşı olardı ki, güzgüyə baxsınlar.Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var. İlham Əliyev hakimiyyətə gəlmədən əvvəl uzun illər 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü olub. Milli Olimpiya Komitəsinin prezidentivə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı olub. Aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini kimi fəaliyyət göstərib. Baş Nazir olub.Birinci vitse-prezident Mehriban xanım Əliyevanın parlaq siyasi karyerası var.Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2005-ci ildən bəri parlamentin üzvü olub. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal iştirak edib. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidentidir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır.

Birinci və ikinci humanitar atəşkəsin pozulmasının səbəbkarı Ermənistandır. 25.10.2020

Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar.Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan şəhəri və bir çox kəndlər azad edildi.Atəşkəs humanitar zəmində elan olunmuşdur. Moskva bəyannaməsində substantiv danışıqlara və danışıqlar formatının dəyişməz olaraq qaldığına da istinad var idi. Bu isə Ermənistan tərəfindən qondarma “Dağlıq Qarabağ hökumətini” danışıqlara cəlb etmək cəhdlərinin artıq olmayacağı deməkdir. Bu, Azərbaycan və  Minsk qrupu tərəfindən rədd edilmişdir.Ermənistandan yeddi rayonu boşaltmağa öhdəlik götürməlidir.Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə.Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki,danışıqlar başlayacaqdır.Azərbaycanın işğal olunmuş bütün əraziləriqaytarılmalıdır.Beynəlxalq müşahidəçilərin və ya sülhməramlıların kim olacağına Azərbaycan və Ermənistan razılıq verməlidir.Beynəlxalq müşahidəçilər və ya sülhməramlı qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin bu, sonuncu hissədir. Buna görə, Azərbaycan danışıqlar çərçivəsində bu məsələni ciddi müzakirə etməyib. Minsk qrupunun həmsədrləri olan üç ölkə, əlbəttə, öz adından bu müşahidəçilərin tərkibi, sayı, onların nə zaman və hara göndəriləcəyi ilə bağlı təkliflərini verəcəklər.Bu, həm də texniki nöqteyi-nəzərdən vacibdir. İndi döyüş əməliyyatlarının aktiv fazasıdır. Bu müşahidəçilər və ya sülhməramlılar harada yerləşdiriləcək? Onların həyatı risk altında ola bilər. Onların mandatı necə olacaq? Onlara mandatı kim verəcək? Aydındır ki, bu barədə danışanda, Azərbaycan ərazisi barədə danışırıq. Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla bağlı həlledici sözü Azərbaycan deməlidir.

ATƏT-in Minsk qrupu həmsədr ölkələrin vasitəçiliyi.24.10.2020

Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi vəziyyət dəyişmişdir;Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli  görüş keçirilə bilərvBu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır.Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır.Buna görə də Azərbaycan Ermənistan hökumətinə sübut etməli idi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər. Azərbaycan onların cəzasını yerində verir, əraziləri azad edir, demək olar ki, hər gün mən Ermənistanın işğalından azad olunmuş yeni şəhər və kəndləri elan edilir.

 Ermənistan ciddi şəkildə silahlanır və bu bölgə təhlükəsizliyi pozur.22.10.2020

Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir.Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır.Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır. Yeri gəlmişkən, bütün bu məlumatlar mətbuatdavar. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Rusiya tərəfinə bildirilib ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyü güman edilir. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmaq çətindi.Bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi. Minsk qrupunun həmsədrlərinin heç bir nəticəyə nail olmamaları haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar. Lakin Minsk qrupu səy göstərib, təkliflər verib, irəliyə çox böyük addımlar atılıb.Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə Azərbaycanı bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsi müzakirə edilirdi.Sadalanan bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib.Paşinyan Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası “Çıxış” adlanır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir.Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər. Buna görə də Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür.Rusiya ilə münasibətlərimiz hər zaman inkişaf edir.Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklərboyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşdı. Bu da Azərbaycanın mövqeyinin göstəricisidir.

Döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil. 22.10.2020

Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir.Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq".Prezident İlham Əliyev bu barədə xalqa növbəti müraciətində bildirib .Dövlətimizin başçısı deyib: “Xalqımız döyüş meydanından, cəbhə bölgəsində səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin”.Prezident qeyd edib ki, eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhə boyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. “Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün mülki əhaliyə qarşı cinayət törədir, bütün dünyanın gözü qarşısında və bütün dünya görür ki, Azərbaycan öz doğma torpaqlarını hansı mənfur, vəhşi düşməndən azad edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

   

  Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır. 21.10.2020

     Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır;Ermənistan humanitar atəşkəsə əməl etmir.Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi.Azərbaycan nizamlama prinsipinə hər zaman sadiq olub.Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır.Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib.Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır.Ermənistanın işğal etdiyi ərazilər geri qaytarılmalıdır.Hərbçilər arasında əlaqələr məsələsibaza prinsiplərində dəqiq müəyyən edilib və Azərbaycan baza prinsiplərinə sadiqdir, Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb.Azərbaycanın şanlı Ordusu status-kvonu dəyişdi. Bu gün status-kvonuAzərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur,təmas xətti yoxdur.

Azərbaycan ordusunun qələbə salnaməsi 21.10.2020

        Azərbaycan ordusunun qələbə marşı davam edir.20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonununDördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng(Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar. Düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikası: düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir: Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır.Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri:  Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur.Döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil:Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir.

  Xalq və rəşadətli ordumuz öz qələbə salnaməsin yazır. 20.10.2020

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənabları oktyabrın 17-də xalqa müraciəti zamanı cinayətkar Ermənistan hakimiyyətinin növbəti faşist əməlləri barədə dünya ictimayyətini xəbərdar etdi. Cənab Prezident müraciətində bildirmişdir ki, “Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Bu bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goronboy, Agcəbədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağılıb, ya da ki, bu evlərə böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra milməz”.
Dünya bir daha  Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda olan Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itgisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55-dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumibəşəri dəyərlərə  və insanlığa qarşı cinayətdir. Cənab  Prezident müraciətində bildirmişdir ki, düşmənin bu cinayətkar əməllərinə Azərbaycanın Qəhrəman Ordusu döyüş meydanında cavab verir. Azərbaycan düşmənin qisasını mülki əhalidən almır. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar. Xalq və rəşadətli ordumuz öz qələbə salnaməsini yazır. 17 oktyabr tarixində Fizuli rayonunun  Qoçəhmədli kəndi, Çimən kəndi, Pirəhmədli kəndi, Cuvarlı kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib. Füzulinin azad olunması böyük qələbənin müjdəsidir. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Strateji nöqteyi-nəzərdən  Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması ordumuza  yeni strateji üstünlüklər qazandırmışdır. Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq  səhifələrindəndir. Füzuli uğrunda gedən döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Yüksək  peşəkarlıq, məharət, şücaət, qəhrəmanlıq, fədakarlıq nümayiş etdirən ordumuz haqqı, ədaləti bərpa edir. Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldə edən qəhrəman Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın dəyəri təqribən 2 milyard dollar səviyyəsindədir.Müzəffər Azərbaycan ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ali  Baş Komandan  İlham Əliyev cənablarının rəhbərliyi ilə  tezliklə işğal altında olan bütün torpaqlar  Şanlı Ordumuz tərəfindən işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. 

 

Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. 19.10.2020

Bütün sivil dünya qüvvələri rəsmi Yerevanın Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sıxışmayan əməllərin şahididir. Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları oktyabrın 17-də xalqa müraciəti zamanı cinayətkar Ermənistan hakimiyyətinin növbəti faşist əməlləri barədə dünya ictimayyətini xəbərdar etdi. Cənab Prezident müraciətində bildirib ki, “Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Bu bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki,bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Agcəbədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağılıb, ya da ki, bu evlərə böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz”. Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu. Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda olan Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub: 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55-dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir. Cənab Prezident müraciətində bildirmişdir ki, düşmənin bu cinayətkar əməllərinə Azərbaycanın Qəhrəman Ordusu döyüş meydanında cavab verir. Azərbaycan düşmənin qisasını mülki əhalidən almır. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar. Xalq və rəşadətli ordumuz öz qələbə salnaməsini yazır. 17 oktyabr tarixində Fizuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Pirəhmədli kəndi, Cuvarlı kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri işğalçılardan azad edilib. Füzulinin azad olunması böyük qələbənin müjdəsidir. Füzuli əməliyyatı rəmzi məna daşıyır. Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması ordumuza yeni strateji üstünlüklər qazandırmışdır. Aparılan döyüşlər ordumuzun qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir. Füzuli uğrunda gedən döyüşlər haqqında kitablar və əsərlər yazılacaq. Yüksək peşəkarlıq, məharət, şücaət, qəhrəmanlıq, fədakarlıq nümayiş etdirən ordumuz haqqı, ədaləti bərpa edir. Azərbaycan ordusu döyüş meydanında tam üstünlüyə malikdir. Strateji məntəqə və yüksəklikləri əldə edən qəhrəman Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın dəyəri təqribən 2 milyard dollar səviyyəsindədir. Müzəffər Azərbaycan ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlar şanlı Ordumuz tərəfindən işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz.

 

 Status-kvo artıq yoxdur, Azərbaycan status-kvonu dəyişdi  19.10.2020

   Status-kvo torpaqların işğal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbuledilməzdir
    Biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. Nəhayət, təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi - status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu alqışladıq. Ancaq təəssüf ki, bir neçə dəfə verilən bu açıqlama və açıqlamalar havada qaldı.
    Prezident İlham Əliyev bu barədə Türkiyənin “Haber Global” telekanalına müsahibəsində aparıcının “Bundan sonra Bakı tərəfindən necə bir status-kvo qurulacaq” sualını cavablandırarkən danışıb.
    “Ondan sonra biz nə eşitməyə başladıq? Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədən geriyə addım atdılar. İndi nə deyirlər? İndi deyirlər ki, status-kvo dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. Status-kvo dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan. Status-kvo dayanıqlı deyil, yəni sabit deyil o deməkdir ki, sadəcə olaraq onlar bunu fakt kimi göstərirlər. Ona görə belə olan halda, status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olan təmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdır. Ermənistanın o zaman heç bir hərbi bilikləri yox idi. Bunu biz açıq etiraf etməliyik. Yəni, Ermənistanın nüfuzunun az olması onlar üçün çox ciddi bir problem yaradır. Onlar üçün təmas xətti çox qısa olmalı idi, düz olmalı idi. Onu da etdilər. Onların buna ağlı çatmazdı. Onlara məsləhət verənlər bunu etdilər, - deyə mövzunu davam etdirən dövlətimizin başçısı vurğulayıb.

 Azərbaycanın haqlı və ədalətli mübarizəsi dəstəklənir. 18.10.2020

Prezident İlham Əliyevin  həyata keçirdiyi xarici siyasətin prioritetini Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli təşkil  edir. Dövlət başçısının bütün xarici səfərləri zamanı  keçirdiyi görüşlərinin və nüfuzlu beynəlxalq tədbirlərdəki çıxışlarının əsasını münaqişənin ədalətli həlli, Ermənistanın bu gün də işğalçılıq siyasətindən əl çəkməməsi təşkil edir. Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə münaqişənin nizamlanması ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini  ölkəmizin dünya birliyində artan reytinqinin nəticəsi kimi dəyərləndirdi. Dedi ki, bu da beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçılıq siyasətindən təngə gəlməsinin nəticəsidir , son dövrlər  beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif səviyyələrdə səslənən bəyanatlar, qəbul edilmiş sənədlər  də bunu təsdiqləyir: “Bir neçə faktı diqqətə çatdırmaq istərdim. Bu ilin iyulunda Avropa İttifaqı – Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədində  “Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə hörmət  əsasında, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərinin razılaşdırılması öz əksini tapdı.  Elə həmin ay  NATO  dövlətlərinin Brüssel Zirvə toplantısının yekununda qəbul edilən bəyanatda növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə  olundu.  Bir qədər sonra Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri  çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi mətbuat konfransında  səsləndirdiyi fikri də xatırlatmaq yerinə düşərdi.  Kansler dedi ki, Almaniya münaqişənin həlli istiqamətində səylərini BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında davam etdirəcək”.Deputat Almaniya Federativ Respublikası  hökumətinin  Bundestaqdan ona ünvanlanan suala cavabını da xatırlatdı və bildirdi ki, həmin cavabda  AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində  olan Dağlıq Qarabağı, yeddi ətraf rayonu Azərbaycanın tərkib hissəsi  kimi qəbul edir. Bundan başqa, Almaniya  qondarma  “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını da bəyan edib.Ç.Qənizadə dedi ki, ATƏT-in Minsk qrupu həmsədrlərindən  olan ABŞ-ın dövlət rəsmilərinin Ermənistan–Azərbaycan,  Dağlıq Qarabağ  münaqişənin ədalətli  həlli kontekstində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vacibliyini əsas gətirmələri birbaşa ölkəmizin mövqeyinin dəstəklənməsi deməkdir. Deputat ABŞ-ın Ermənistandakı səfiri, həmişə ermənipərəst mövqeyi ilə tanınan Riçard Millsin işğalçı ölkənin kütləvi informasiya vasitələrinə  verdiyi müsahibəsini də xatırlatdı. Dedi ki, diplomatın münaqişənin həllinin “sülh naminə torpaq” prinsipinə və işğal olunmuş ərazilərin azad edilməsinə əsaslandığını bəyan etməsi Ermənistana ciddi zərbə oldu: “Beynəlxalq ictimaiyyətin münaqişənin ədalətli həllinə tərəfdar çıxmasını digər bir fakt da təsdiqləyir. Ermənistanın ev sahibliyi ilə keçirilən Frankofoniya sammitində  yekun bəyanatda  münaqişənin həllinin əsaslarını Helsinki Yekun Aktının təşkil etdiyi qeyd olunması,  Ermənistanın bir sıra  təkliflərinin yekun bəyanatına daxil edilməməsi bu ölkənin işğalçı siyasətindən əl çəkməməsinin nəticəsidir. Bütün bunlar bir daha təsdiqləyir ki, Ermənistan işğalçı siyasətini davam etdirdikcə, beynəlxalq aləmdən təcrid olunur”.Deputat qeyd etdi ki, artıq  Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşüb. Bu ölkədəki siyasi gərginlik, iqtisadi böhran, aclıq və səfalət təxribatçı əməllərin, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin  davam etdirilməsinin, atəşkəs rejiminə riayət edilməməsinin nəticəsidir. Ermənistanın öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasından başqa çıxış yolu qalmayıb. Əgər bu baş verməzsə,  işğalçı ölkənin vəziyyəti daha pis olacaq.

 

 Ermənistan hərbi cinayət törədir. 17.10.2020

Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bu birinci Qarabağ savaşında da müşahidə edilib. Məhz Xocalı soyqırımını törədənlər həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı yolundan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz;
Mülki şəxslər arasında insan itkisi davam edir, Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə hücumlar oldu. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün bərpa edilməsişErmənistan məğlub olduğunu görüb atəşkəs istədi
Ermənistan görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər;
Ancaq görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə bu namərd hücumu təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə bu, onların taktikasıdır.Ermənistan ordusu müharibədə qısa zamanda əridi, yox oldu.Ermənistan itkiləri hər gün dəyişən bir statistikadır. 200-dən çox tank məhv edilib, 33 tank qənimət kimi götürülüb, hava hücumuna qarşı 35 OSA sistemi,iki S-300 sistemi məhv edilib.Təqribən 170 karqo maşını ya məhv edilib yaxud ələ keçirilib. Həmçinin 16 komanda mərkəzi məhv edilib. Hesablamalara görə, bu günlər ərzində Ermənistan ordusuna təxminən 2 milyard dollar ətrafında ziyan dəyib və bu, davam edir

 

Azərbaycanda xaricdən gələn muzdlular yoxdur 17.10.2020

Azərbaycanda hər hansı xarici hərbi iştiraka ehtiyac yoxdur. Bizim orduda 100 mindən çox döyüşçü var. Zərurət yaranarsa, səfərbərlik hesabına bu rəqəm bir neçə dəfə artırıla bilər. Bu gün malik olduğumuz silahlı dəstələr onların qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə tam qadirdir. Erməni hərbi texnikasının məhv edilməsi kadrları internetdə əlçatandır. Əlbəttə, heç bir muzdlunun bu dərəcədə ixtisası və belə texniki imkanları yoxdur. Biz təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv etmişik. Buraya bizim malik olduğumuz başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Bizim nəyə malik olduğumuz heç kəs üçün sirr deyil. Buna görə bizim əlavə hərbi qüvvələrə ehtiyacımız yoxdur. Azərbaycan beynəlxalq terrorizmə qarşı həmişə ardıcıl mübariz olub. Əlbəttə, hansısa terror təşkilatlarının bizim ərazimizdə yuva salmalarına, xüsusən bizim xalqımız və qonşularımız üçün təhdid mənbəyi olmalarına heç vaxt imkan verməyəcəyik. Biz buna heç vaxt imkan verməyəcəyik. Azərbaycan ərazisində indiki hərbi toqquşmalarda iştirak edən xarici silahlı dəstələrin mövcudluğu barədə heç kəs bizə heç bir sübut təqdim etməyib. Bizim rəsmi mövqeyimiz belədir ki, bizdə heç bir əcnəbi muzdlu yoxdur deyə ölkə rəhbəri verilən suallara tam dəqiq və net cavab olaraq bildirmişdir.
Döyüş əməliyyatlarının nəticələri Azərbaycan Ordusu üçün çox uğurludur. Ordu düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail oldu. Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. İşğalçılar Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarılıb və ölkənin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyat davam edir.
Azərbaycan təkcə pilotsuz zərbə uçuş aparatları vasitəsilə düşmənin 1 milyard dollardan artıq dəyərində hərbi texnikasını məhv edib. Buraya başqa vasitələr daxil deyil. Azərbaycan Ordusunun potensialı məlumdur. Azərbaycanın nəyə malik olduğu heç kəs üçün sirr deyil. Buna görə əlavə hərbi qüvvələrə ehtiyac yoxdur.

 

Hərbi əməliyyatlara Ermənistan başlayıb 16.10.2020

Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna məruz qalıb. Bu, son üç ay ərzində birinci hücum deyildi. İyul ayında dövlət sərhədində buna bənzər, lakin nisbətən kiçik miqyaslı hadisə baş vermişdi. O vaxt həmin hücum dəf edildi. Sonra avqust ayında Azərbaycanın dinc əhalisinə və hərbi qulluqçularına qarşı terror aktları törətmək üçün Ermənistan tərəfindən təxribat qrupu göndərildi və bu qrupun başçısı saxlanıldı. Hazırda o, ifadə verir. Sentyabrın sonunda bizim yaşayış məntəqələrimiz yenidən artilleriya atəşlərinə məruz qaldı. Elə ilk saatlarda bizdə həm dinc əhali, həm də hərbi qulluqçular arasında tələfat oldu. Bu günə qədər bizdə dinc əhali arasında 43 nəfər həlak olan və 200-dən çox yaralı var, təmas xəttinə yaxın kəndlərdə və şəhərlərdə 2 minə yaxın ev ya tamamilə dağıdılıb, ya da zərər çəkib. Təəssüf ki, atəşkəs parametrləri razılaşdırıldıqdan sonra da Ermənistan tərəfindən artilleriya atəşləri davam edir, o cümlədən Gəncə şəhərinin vəhşicəsinə bombardman edilməsi nəticəsində 10 nəfər dinc sakin həlak olub və 40-a yaxın adam yaralanıb.
Döyüş meydanında itkilərə gəldikdə isə bizdə olan məlumata görə erməni tərəfin itkiləri bizim itkilərdən xeyli çoxdur. Biz hərbi qulluqçular arasında itkilərimizi münaqişənin qaynar fazası başa çatandan sonra elan edəcəyik. Döyüş əməliyyatlarının nəticələrinə gəldikdə, onlar Azərbaycan Ordusu üçün çox uğurludur. Biz düşmənin dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmağa nail olduq. Bəzi sahələrdə hətta 4 müdafiə xətti vardı. Lakin ərazinin relyefi, dağ relyefi, əlbəttə, müdafiə olunmaq üçün əks-hücumla müqayisədə daha münasibdir. Bu günə qədər onlarca yaşayış məntəqəsi, o cümlədən Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun kəndlərinin çox hissəsi, Füzuli rayonunun kəndlərinin əksəriyyəti, strateji əhəmiyyətli Suqovuşan qəsəbəsi işğaldan azad edilib. Biz işğalçıları Murovdağ silsiləsindəki strateji yüksəkliklərdən çıxarmışıq və ölkəmizin ərazi bütövlüyünün bərpası üzrə uğurlu əməliyyatı davam etdiririk deyə vurğulayıb ölkə başçısı.
Azərbaycan prinsiplərə sadiqdir.Minsk qrupu çərçivəsində əldə edilən prinsiplər uzun illər ərzində işlənib hazırlanıb. Azərbaycan Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində mövqelərin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdi. Bu, çox mürəkkəb məsələ idi. Danışıqlar istənilən halda, xüsusən belə mühüm məsələdə mürəkkəb prosesdir. Buna baxmayaraq, hər iki tərəf siyasi nizamlama yolu ilə getmək arzusu nümayiş etdirirdi;
Paşinyan hökuməti əldə edilən prinsipləri qəbul etmədi.Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı. Üstəlik, danışıqların formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı danışıqlara cəlb etməyə cəhd göstərdi. Bu cəhd Azərbaycan və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən rədd edildi.İşğal altındakı torpaqlarımız geri qaytarılmalıdır.Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulur. Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır.

            

Türkiyə hər zaman olduğu kimi, bir daha bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəklədi. 16.10.2020

Türkiyə hər zaman olduğu kimi, bizi bu məsələ ilə bağlı bir daha açıq və birmənalı dəstəklədi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama verib. Digər ölkələr də belə açıqlamalar edib.
Prezident İlham Əliyev bu barədə “Haber Türk” televiziya kanalına müsahibəsində Ermənistanın Gəncəyə hücumuna beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin reaksiyası haqqında danışarkən bildirib.
“Ancaq deyə bilmərəm ki, bu, dünya miqyasında geniş vüsət almışdır. Halbuki hər kəs üçün bu, gün kimi aydındır. Atəşkəs rejimi haqqında açıqlama verilir, ondan bir gün keçməmiş belə namərd hücum təşkil edilir və bir daha onu göstərir ki, atəşkəsi kim istəmir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycanın məqsədinin işğal edilmiş bütün torpaqlara öz vətəndaşlarını qaytarmaqdan ibarət olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Bildirmişdim ki, atəşkəs imkan verəcək ki, artıq hərbi müstəvidən bu, siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Diplomatik müstəvidə danışıqlar masası arxasında bu məsələ həll olunsun və Ermənistan digər hələ də işğal altında olan torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ancaq görünür ki, Ermənistanın planları tam başqa idi. Onlar hesab edirdilər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, zaman qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Mən demişdim ki, əgər Ermənistan müsbət davranış göstərməsə peşman olacaq və haqlı idim”.

 

Bu gün Türkiyə dünya miqyasında güc mərkəzidir və bu, Qərbi qıcıqlandırır. 15.10.2020

Geosiyasi reallıqlar dəyişib. 1992-ci illə bugünkü vəziyyəti müqayisə etmək olmaz. Bu gün Türkiyə nəinki bölgədə, dünya miqyasında güc mərkəzidir. Bunu Qərbdə bir çoxları qəbul etmək istəmirlər, bu onları qıcıqlandırır.
Onlar öyrəşiblər, təəssüf ki, keçən əsrdə bəzi hallarda onların sözü Türkiyə siyasətində çox böyük dəyər təşkil edirdi. Ancaq bu gün Türkiyə tam müstəqil siyasət aparır və dünya miqyasında gücə çevrilib. Hansı məsələ bizim bölgəmizdə Türkiyəsiz həll olundu? Baxın, Suriyada, Liviyada, Orta Şərqdə, bizim bölgədə Türkiyə söz sahibidir və bu, reallıqdır. Onunla hesablaşmaq lazımdır.
Prezident İlham Əliyev bunu “Haber Global” telekanalına müsahibəsində Türkiyənin bölgədə və dünyada oynağı rolu şərh edərkən bildirib. Dövlətimizin başçısı deyib: “İndi müzakirələr nə zaman başlayacaq, mən bunu deyə bilmərəm. Çünki Ermənistan bir halda ki, bu atəşkəsi pozur, inanmıram danışıqlarda da səmimi olsun. Ancaq istənilən halda de-yure, ya da de-fakto Türkiyə mütləq bu problemin həllində olmalıdır və onsuz da var. Çünki bu gün sirr deyil ki, biz Türkiyə ilə müntəzəm olaraq məsləhətləşmələr aparırıq. Bu proseslər başlayandan - 27 iyuldan bu günə qədər biz daim əlaqədəyik. Türkiyənin yüksək səviyyəli vəzifəliləri bir çox ölkələrin dövlət və hökumət başçıları ilə sıx təmasdadırlar. Ona görə bu, artıq reallıqdır. Sadəcə olaraq, biz de-fakto reallığı de-yure reallığa çevirməliyik”.Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında mütləq fəal rol oynamalıdır. Mən onu da bilirəm, Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni, bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi.“Danışıqlar bu günə qədər Minsk qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı. Ona görə mən də tam haqlı olaraq dedim, bir halda ki, Minsk qrupu 1992-ci ildə formalaşdı və o zaman hansı əsaslarla formalaşdı, bu haqda bizdə heç bir məlumat yoxdur. Əgər Minsk qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var. Onların orada mövcudluğu formal xarakter daşıyır”, - deyə dövlətimizin başçısı vurğulayıb
Azərbaycan Prezidenti sözünə davam edərək deyib: “Əgər biz bu münaqişənin həll olunmasını istəyiriksə, elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. İndi Minsk qrupunun həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Yəni, bu nə qədər ədalətlidir? Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk qrupunun üzvüdür. Ona görə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var”.

 

Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır.14.10.2020

Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır. Biz orada şəhərlər quracağıq, biz oraya həyatı qaytaracağıq. Biz bütün dağılmış yerləri bərpa edəcəyik. Ora indi bizim ordumuzun nəzarətindədir. Artıq işğaldan azad edilmiş torpaqların bəzilərinə bizim mətbuat nümayəndələri də gedirlər. Bəzilərində isə hərbçilər özləri videoya çəkirlər, görürlər ki, orada bir dənə də salamat bina yoxdur. Yəni, bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək.
Prezident İlham Əliyev bunu Türkiyənin “Haber Global” telekanalına müsahibəsində bildirib. Dövlətimizin başçısı qeyd edib ki, ermənilər bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını səkkiz aya qurduq. İndi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var. Bütün o torpaqları biz cənnətə çevirməliyik. O torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq.
“Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər”, - deyə Prezident vurğulayıb. Ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz.

  Biz öz torpağımızdayıq 13.10.2020

"Ermənilər öyrəşiblər ki, dünya meydanında onlara daim dəstək veriləcək. Dünya erməniliyi, onların havadarları, islamofob dairələr, təəssüf ki, dünyada kifayət qədər güclü mövqelərə malikdirlər. Onlar hər zaman Ermənistanı və onların bizə qarşı təcavüzkar siyasətini dəstəkləyirdilər, onları müdafiə edirdilər. Azərbaycan haqqında olmazın yalanlar yayırdılar, azərbaycanlıları təcavüzkar kimi göstərmək istəyirdilər".
Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib. “Ancaq bugünkü dünyada, internet dövründə bunu etmək onlar üçün artıq çox çətindir. Çünki artıq qeyri-ənənəvi mətbuat vasitələri var, internet var və məlumatın çatdırılması o qədər də çətin məsələ deyil. Ona görə bu gün onlar informasiya mübarizəsində də əvvəlki mövqelərə sahib deyillər. Biz isə haqq yolundayıq. Həm beynəlxalq hüquq baxımından, həm tarixi ədalət baxımından biz haqlıyıq. Biz öz torpağımızdayıq, öz torpağımızda vuruşuruq. Erməni əsgəri bizim torpaqlarımızdan çıxarsa, bu münaqişəyə də son qoyulacaq”.
       Ermənistan bütün cəbhə boyu məğlubiyyətə uğrayır. Ona görə də ermənilər öz acısını dinc əhalidən çıxarmağa çalışır. Gəncəni bombalamaq əmri şəxsən Paşinyanın əmridir və bu da acizlikdən və ağır psixoloji durumdan doğan əmrdir.
Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsinin yox olduğunu   vurğulayan  dövlətimizin başçısı deyib: “Biz göstərdik  kim kimdir. Ona görə bu reallıqlarla gərək  həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək”.

Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü. 13.10.2020
    İki həftəlik ağır döyüşlərdən sonra dünən ilk dəfə Azərbaycan və Ermənistan rəsmiləri bir masa arxasında oturaraq müəyyən təmaslar qurdular. Rusiyanın vasitəçiliyi ilə reallaşan danışıqlarda hər iki ölkənin xarici işlər nazirləri qısa müddətli humanitar atəşkəsin elan olunması ilə bağlı razılıq əldə etdi. Moskva görüşünün nəticələrindən məlum oldu ki, Azərbaycan hərbi üstünlüyünü diplomatiya meydanına daşıya bildi.Tərəflər arasında razılaşma uzunmüddətli atəşkəs rejimi haqqında deyil, məhz humanitar xarakterli müvəqqəti atəşkəsdir. Razılaşma hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır. Bu, təmaslarda birinci mərhələ, hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınması deməkdir. Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində ciddi addımlar atmayacaqsa, hərbi əməliyyatlar bərpa oluna bilər.humanitar atəşkəs
            Ermənistan üçün torpaqların tərk edilməsində son şans olmalıdır. Çünki, bütün dünya Azərbaycan xalqının əzmini gördü. Azərbaycan Ordusu 13 gün ərzində Ermənistanın 30 ildə havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Bundan sonra Ermənistana 10 illiklər lazım olacaq ki, özünə yeni ordu qura bilsin.
          Rusiyanın vasitəçiliyi ilə elan olunmuş atəşkəs humanitar xarakter daşıyır və bu sadəcə olaraq adi bir razılaşmadır. Moskvada əldə edilən razılaşmaların nəticəsi budur ki, hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradılacaq. Yəni indiki silahların yerə qoyulması ilə bağlı humanitar addım o demək deyil ki, erməni ordusunun bundan sonra da torpaqlarımızda mövcudluğuna razı olacağıq. Əgər Ermənistan qarşıdakı günlərdə və ya aylarda yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar həmən bərpa oluna bilər. Biz dəfələrlə bir məsələni xüsusi olaraq qabartmışıq ki, bu da rəsmi Bakının beynəlxalq aləmə, təşkilatlara, Minsk Qrupuna Ermənistanın qrafik təqdim etməsi ilə bağlı şərtidir. Bu gün də deyilir ki, xüsusi qrafik əsasında erməni hərbçiləri beynəlxalq qanun və hüquqlarla təsbit edilmiş Azərbaycan torpaqlarından rədd olmalıdır. Özü də bu proses birdəfəlik həyata keçirilməlidir. Hansısa qismən boşaldılmalar və s. bizi qane etmir. İndi yeganə məqsəd, tələb və şərt torpaqların dinc yolla azad olunması, yaxud güc yolu ilə təmizlənməsidir.

11 saat ərzində davamlı olaraq danışıqların aparılması prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir 12.10.2020

Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.
      Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur.  Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.
           Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi.  Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
          Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi. Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.
      Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi.  Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf olan Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir. Ermənistan baş naziri artıq 7 şərt irəli sürmür, ona diqtə edilən şərtləri qəbul etmək zorundadır. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diqtə edir və şərt irəli sürür.
      Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclası zamanı bildirib: “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.
Bu günədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu təsdiq edir. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırır.

Diplomatiyada səhvə yol verilməsi hərbi üstünlüklərimizin də əldən çıxmasına səbəb ola bilər. Humanitar atəşkəsə Azərbaycanın birtərəfli qayda da yox deməsi Ermənistanın mövqeyini gücləndirmiş olardı.  11.10.2020
    Sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində başlayan döyüşlər və ordumuzun düşməmə ağır zərbələri, bir sıra yaşayış məntəqələrin işğaldan azad etməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsinə və diplomatik müstəvidə Azərbaycanın böyük üstünlük əldə etməsinə gətirib çıxardı.
    Prezident İlham Əliyev ötən gün xalqa müraciətində Azərbaycanın qəti mövqeyini bir daha səsləndirdi, atəşkəsin və danışıqlar prosesinin bərpa olunması şərtlərini bəyan etdi.
    Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəticəsində verilən bəyanat və atəşkəsin elan olunması Azərbaycanın şərtləri nəzərə alınmaqla baş tutub. Elə 11 saat ərzində davamlı olaraq danışıqların aparılması da prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir. Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü.
     Bir məsələni də nəzərə almaq lazımdır ki, bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.
     Ermənistan tərəfi bu hərbi əməliyyatlar zamanı böyük itkilərə məruz qalaraq heç zaman unuda bilməyəcəyi bir dərs aldı və Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qaldı. Xarici işlər nazirlərinin görüşü nəticəsində verilmiş bəyanatın 4-cü bəndi də (Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər) bunu təsdiqləyir. Belə ki, Ermənistan tərəfinin danışıqlar formatını dəyişmək və Dağlıq Qarabağdakı qondarma rejimin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq cəhdləri baş tutmadı və məcburi şəkildə Azərbaycanın şərtlərini qəbul edərək danışıqlar formatının dəyişilməzliyini təsdiq etdi.
    Lakin hazırda elan olunmuş humanitar atəşkəs uzun müddət davam edə bilməz və münaqişənin Azərbaycanın qoyduğu şərtlər daxilində həlli ilə bağlı qəti addımlar atılmadığı halda hərbi əməliyyatlar yenidən bərpa oluna bilər. Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Əgər bundan sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər.
    Ona görə də münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu bilməlidir ki, mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Çünki artıq təmas xətti deyilən anlayış yoxdur, status-kvo Azərbaycan tərəfindən dəyişdirildi və münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.
     Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.
     Bütün bunları nəzərə alaraq vasitəçilər bilməlidirlər ki, bu, Ermənistana verilən son şans idi. Vasitəçilər qətiyyətli addım atmalı və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılmasını təmin etməlidir. Əks halda hərbi əməliyyatlar yenidən başlaya bilər və bu dəfə Ermənistanı heç kim xilas edə bilməyəcək.

    Azərbaycan xalqı şərəfli anları yaşayır. 07.10.2020

   Xalqımızınhaqqı bərpa olunacaqdır. Xalqımıztarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır.
Xalqımız mütləq zəfər çalacaq. Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun   doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!
Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş             
      Komandanı İlham Əliyev xalqa müraciətində bildirib.Müraciətdə deyilir: “Dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır”.
“Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”, - Prezident vurğulayıb.

Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var. 07.10.2020

Lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir.
“Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır Lakin mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir”.
    Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.
    “Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünki 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır”, - Prezident bildirib.
   Ölkə başçısının sözlərinə görə, Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir:
     “Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Dediyim kimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir”.

Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qalıb  06.10.2020
      Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə! Yıxılıb diz çöküb yalvarırsan ki, atəşkəs bərpa olunsun. Atəşkəs Ermənistanın baş nazirinin xahişi ilə 2 il ərzində bərpa olunmuşdu.
   Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bildirib.
    "Məndən xahiş etmişdi ki, daxildə vəziyyət ağırdır, oradan-buradan məni sıxırlar, mənə vaxt verin, mən bu məsələni həll edəcəyəm, mən yeni fikirlərlə gəlmişəm. Mən keçmişdə nə olub hamısının üstündən xətt çəkmişəm, imkan verin, vaxt verin. Dedim yaxşı. Nə oldu? Bir ildən sonra çıxış edib deyir ki, “Qarabağ Ermənistandır”. İndi desin “Qarabağ Ermənistandır”. İndi mənə olan zənglər və zənglər əsnasında gedən söhbətlər əlbəttə ki, konfidensial xarakter daşıyır və bəzi hallarda indi soruşurlar bəs, sizin şərtiniz nədir? Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə.
   Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam" deyə, Prezident əlavə edib.

Ermənistan müzakirələri pozan tərəfdir. 06.10.2020

Son iki ildə “inqilab”dan sonra Ermənistanın nə bəyan etdiyinə nəzər salındığında görünür ki, onlar həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərə və hərbi mövqelərə hücum ediblər;
Azərbaycanın Ermənistanın ərazisində heç bir hərbi məqsədi yoxdur. Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır və bu diversiya qrupunun başçısı yaxalanmışdır;
        Ermənistan ötən bazar günü başlayan atışmada ölənlərin sayını gizlədir, Azərbaycan Prezidenti İlham Əliyev belə hesab edir.
"İndi onlar ölənlərin sayını gizlədirlər. Amma bizdə operativ məlumat var. Bəzi ölən erməni hərbçilər haqqında məlumatı biz vermişik, onlar gizlədirdilər. Biz məlumatı verəndən sonra onlar onu etiraf etdilər", - bu sözləri Prezident İlham Əliyev iyulun 15-də keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı deyib.
Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur, İlham Əliyev deyib.
O söyləyib ki, Ermənistan iyulun 12-dən Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən atışmaların səbəbkarı kimi "Azərbaycanı göstərməyə cəhd edib", lakin bu, "heç bir məntiqə sığmır".
Prezidentin sözlərinə görə, bir neçə il əvvəl sərhədin qorunması sərhəd qoşunlarına həvalə olunması Azərbaycanın Ermənistanla dövlət sərhədində "hər hansı hərbi planının olmadığını" göstərir.
Onlar Azərbaycanı günahlandırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. Səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır;

Azərbaycan hər zaman ədalətli danışıqların tərəfdarı olub  05.10.2020

      Beynəlxalq  hüquqa sığınan Azərbaycan münaqişə boyunca diplomatik üsullara müraciət edib və danışıqlara hazır olduğunu bildirirdi.
Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının  torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu, bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır.
    Bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bildirib.
   Beynəlxalq təşkilatların problemə münasibətinə toxunan dövlətimizin başçısı deyib: “Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir. İyirmi yeddi il ərzində biz bütün dövrlərdə - danışıqların bütün dövrlərində konstruktiv mövqe göstərmişdik, ədalətli mövqe göstərmişdik. Ancaq bunun müqabilində nə gördük? Təcavüzkar daha da azğınlaşıb. Təcavüzkarın tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. Ondan sonra nə oldu? Ondan sonra bəyan etdilər ki, bir qarış torpağı Azərbaycana qaytarmayacağıq”.

   BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqdadır.  05.10.2020

     Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır.
     Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Dediyim kimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. "Ermənistanı qətnamələrin tələblərinə əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakin mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir".
     Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində deyib.
     "Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir.
     Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünki 1993-cü ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi, əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır", - deyə İlham Əliyev qeyd edib.
      Prezidentin sözlərinə görə, Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir:
      "Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Dediyim kimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Bildiyiniz kimi, bəzi hallarda Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir".

     "Makronun fikirləri Fransanın həmsədrliyini şübhə altına qoyur"  02.10.2020

     Sentyabrın 30-da Fransa prezidenti Emmanuel Makron tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verilən bəyanat və orada ifadə olunan fikirlər, təəssüf ki, Fransanın bu çətin və gərgin mərhələdə Ermənistan tərəfinin mövqeyini dəstəklədiyini göstərir".
     ."Bu, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi icra etdiyi funksiyasını ciddi şəkildə şübhə altında qoyur. Hesab edirəm ki, Fransanın müvafiq rəsmi dairələri bu ölkənin vasitəçi kimi hansı mövqedən fəaliyyətini davam etdirəcəyi barədə açıqlama verməlidir.
      Eyni zamanda son günlər bir sıra Qərb media vasitələri, o cümlədən BBC, "Reuters" "Guardian" tərəfindən guya Suriyadan Azərbaycana muzdlu əsgərlərin gəlməsi barədə uydurma və heç bir tutarlı mənbələrə əsaslanmayan xəbərlər yayılır. Təəssüf ki, bəzi Qərb mediası Azərbaycana qarşı bu qərəzli mövqeyi 100 ildir ki, nümayiş etdirir. Hələ 1905-ci ildə Çar Rusiyası zamanı ermənilərlə azərbaycanlılar arasında çaxnaşmalar başlayan zaman həmin hadisələrlə bağlı Qərb mediasında islamofobiya və türkofobiya yönümlü tendensiya müşahidə olunmuşdu. Qərb media nümayəndələri yaxşı bilir ki, Azərbaycan dünyəvi ölkədir. Terrora qarşı ABŞ və digər ölkələrlə sıx əməkdaşlıq edir və beynəlxalq təhlükəsizliyin möhkəmlənməsində Azərbaycanın töhfəsi tutarlıdır. İndiki halda, yəni Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq öz işğal olunmuş torpaqlarını azadetmə əməliyyatları apardığı zamanda ölkəmizə qarşı belə qərəzli mövqe Qərb institutları, o cümlədən media qurumlarının fəaliyyətini, onların peşəkarlığı və obyektivliyini şübhə altına alır.
    Digər bir məsələ ondan ibarətdir ki, bir sıra beynəlxalq qurumlar və ölkələr Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar səsləndirir. Bu məqamda sual olunur: Hansı danışıqların bərpasından söhbət gedir? Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar formatının dəyişdirilməsi barədə tələb irəli sürür. 10 ildən çoxdur müzakirə olunan və razılaşdırılmış Madrid Prinsiplərini rədd edir. Belə olan halda, deyə bilərik ki, bu günki gərgin vəziyyətlə bağlı bütün məsuliyyət məhz Ermənistan rəhbərliyinin üzərinə düşür".

   Vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi;
- Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu;- 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə Fransanın Minsk Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi. Makronun son bəyanatı əyani sübutdur ki, biz yanılmışıq;
- Makronun “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” bəyanatının bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq;
- Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir.” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır;

 

 

Makronun Fransası - tərəfkeş həmsədr dövlət təcavüzkarı dəstəkləyir  02.10.2020
   Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğaldan azad edilməsi istiqamətində əks -hücum əməliyyatı davam edir.
   30 ilə yaxındır bu münaqişənin həllinə vasitəçilik missiyasını üzərinə götürənlərin yarıtmaz fəaliyyəti nəticəsində Qarabağdakı separatçılar və Ermənistanın iştahası böyüdü.
   Sepratçılıq və işğalı davam etdirən ermənilərin ən böyük havadarı rolunda Fransa da çıxış edir. Azərbaycan ərazisinə qanunsuz olaraq keçən Parisin “Le Mond” qəzetinin jurnalistinin yaralanması hadisəsindən Ermənistan və Fransa şou qurub. Jurnalistin yaralanması xəbərinin doğru olub-olmadığı hələ məlum deyil. Bundan başqa, əks-hücum əməliyyatı keçirilən ərazidə Azərbaycan xarici jurnalistlər üçün şərait yaradıb. Odur ki, “Le Mond”un əməkdaşı da qanuni şəkildə Azərbaycan tərəfdən döyüşləri izləyə bilərdi. Ona görə də belə bir sual yaranır: “Le Mond”un əməkdaşının Qarabağda nə işi var? O, Qarabağ ərazisinə daxil olmaq üçün vizanı hansı dövlətdən alıb?
    Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, mülki şəxslərə və obyektlərə atəş açmır. Deməli, jurnalistin yaralanması oyundur. Bunu Fransa prezidenti Emmanuel Makronun çıxışından da görmək olar.
   O bildirib ki, Qarabağda yaralanmış jurnalistin arxasınca təyyarə göndərmək niyyətində olduğunu açıqlayıb.
   Son illərin hadisələrindən məlumdur ki, Ermənistan bu sayaq hadisələrdən yaralanır. 1988-ci ildə Spitakda zəlzələ baş verəndə xaricdən Ermənistan xeyli humanitar yardım göndərildi. Sonrakı dövrdə məlum oldu ki, "humanitar yardım"ların arasında hərbi mahiyyətli yüklər də olub. Odur ki, Fransa prezidentinin göndərmək niyyətində olduğu təyyarədə başqa naməlum yükün olmayacağına təminat yoxdur.
    Məsələnin başqa tərəfi də var. Ən əsası isə rəsmi Bakının icazəsi olmadan bu təyyarənin Qarabağa uçuş etməsi Azərbaycanın hava məkanının pozulmasıdır. Başqa sözlə, bu aksiya Fransanın Azərbaycan sərhədini bilərəkdən pozması, təcavüz kimi qiymətləndirilməlidir.
   Emmanuel Makronun Ermənistanı birmənalı şəkildə dəstəkləməsinə dair başqa fakt da var. O, sentyabrın 27-də “hücumu Azərbaycanın başladığını” iddia edib.
  Ermənistanı müdafiə edən Emmanuel Makron daha sonra deyib:
“Ermənistanın müstəqillyi və əhalisinə hörmət göstərilməlidir“.
    Görünür, Fransa prezidenti həmsədr dövlətin lideri kimi münaqişəylə o qədər "yaxından" maraqlanır ki, Dağlıq Qarabağın yerini bilmir. Əks halda Ermənistanın suverenliyindən, onun sakinlərindən danışmazdı. Dağlıq Qarabağ  Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda Azərbaycanın suveren hüquqları pozulub, Azərbaycan vətəndaşları qaçqın düşüb. Azərbaycanın 19 mülki vətəndaşı Ermənistanın açdığı atəş nəticəsində şəhid olub.
     Emmanuel Makron əslində erməniləri çox sevdiyindən belə canfəşanlıq etmir. O, 2022-ci ilin aprelində keçiriləcək prezident seçkisinə indidən hazırlıq görür. Ona görə də ermənilərdən bu məsələdə istifadə etməyə çalışır.
    Fransa 300 ilə yaxındır anti-islam, anti-türk ovqatının körüklənməsində katalizator rolunda çıxış edir. Afrikada və Orta Şərqdə müsəlman ölkələrində Fransanın törətdiyi insanlıqdan uzaq əməllərinin tarix unutmayıb.
   “Şarle-Hebdo”da müsəlmanların heysiyyatının təhqi edilməsi bunu təsdiqləyir. Fransa ASALA, PKK kimi terror təşkilatlarının bazasına çevrilib.
   Makron da ermənilərin yalanını dəstəkləyərək Qarabağda Azərbaycan tərəfdən guya Suriyadan gətirilən terrorçuların döyüşdüyünü iddia edib. Emmanuel Makron və onun kimi düşünənlər, bu yalanı tirajlayan dövlət rəsmiləri Azərbaycan əhalisinin öz torpaqlarının azad etmək üçün keçirdikləri hissi, göstərdikləri əməli fəaliyyəti görmür. On minlərlə gənc könüllü döyüşə gedib, torpaqları işğaldan azad etmək üçün hərbi komissarlıqlara müraciət edir.
   Odur ki, Makronun və onun kimi düşünən dövlət rəsmilərinin əlində bir fakt belə olsaydı onu indi çoxdan əlaltıları olan KİV vasitsəi ilə yaymışdı. Əlllərində fakt olmadığından bu yolla Fransa prezidenti Azərbaycanı şantaj yolunu tutub.
   Makronun sülhsevərlik damarı yalnız ermənilərə çatanda atır. Əlcəzairdə Fransanın törətdiyi soyqırımı Emmanuel Makron nə tez unudub? Fransa kimi demokratik bir dövlətin başçısının bu sayaq xristian təəssübkeşliyii, habelə siyasi ambissiyasını gerçəkləşdirmək üçün ermənilərdən istifadə etməsi çox gülünc görünür.
   Nəhayət, Fransa ATƏT-in Minsk qrupunun 3 həmsəsr dövlətindən biridir. Münaqişənin həlli ilə bağlı bu ölkə tərəfsiz mövqedən çıxş etməlidir. Ancaq əfsuslar olsun ki, Emmanul Makronun çıxışları, Ermənistanı və erməniliyi müdafiə etməsi Fransanın daşıdığı missiyaya ziddir. Qarabağa məsələsində Fransa vasitəçi deyil, işğalçının tərəfkeşi rolunda çıxış edir.

  02.10.2020

Prezident: "Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir"
   Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür".
  Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı səsləndirib.
   “Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”, - dövlət başçısı deyib.

 

  Azərbaycan Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında verdiyi müsahibədə Paşinyanın yalanlarını da, özünü də ifşa etdi

Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Fəal döyüş əməliyyatları aparılır.
   Ermənistan hakimiyyətinin təcavüzkar və faşist-diktatura mahiyyəti dünya üçün getdikcə daha aydın şəkildə açılır, Azərbaycan diplomatiyasının ədalətli və beynəlxalq hüquqa söykənən mövqeyi işğalçını təklənmiş vəziyyətə salır.
  Ölkəmiz üçün önəmli və taleyüklü bir dövrdə Rusiyanın "Rossiya 1” telekanalına müsahibə verərək təxribat nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdıran Prezident İlham Əliyev bir daha Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasəti haqqında Rusiya ictimaiyyətini geniş şəkildə məlumatlandırdı.
Ermənistan dinc əhaliyə qarşı müharibəyə başlayıb
   Rusiyalı jurnalistlərin suallarını ətraflı şəkildə, dəqiq detallara toxunmaqla cavablandıran cənab İlham Əliyev cəbhədə vəziyyətin gərgin olaraq qaldığını söylədi və hər zaman olduğu kimi, bu dəfə də Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını, əsas hədəfinin yaşayış məntəqələri, mülki əhali olduğunu bildirdi.
   Prezident bununla bağlı faktları söylədi: "Ermənilərin sentyabrın 27-də başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var”.
Əlbəttə ki, bu vəziyyətdə heç bir dövlət seyrçi mövqe nümayiş etdirə bilməzdi. Odur ki, Azərbaycan da təcavüzkara adekvat cavab vermək, xalqını və torpağını müdafiə etmək məcburiyyətində qaldığı üçün işğalçının hücumlarını dəf edib, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasına qərar verdi. Artıq bir sıra yaşayış məntəqələri işğaldan azad edilib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklər tutulub. Hazırda fəal döyüş əməliyyatları aparılır.

İ   lham Əliyev Türkiyənin maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi.
   Maraqlıdır ki, bundan sonra rusiyalı jurnalistlərin suallarının əsas hissəsi Türkiyə ilə bağlı oldu: Türkiyənin hərbi əməliyyatlarda rolu, Ermənistan hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması və Suriyadan gətirilən muzdluların Azərbaycan tərəfdən savaşması...
Yalnız bir sual danışıqların yenidən bərpa olunması ehtimalı barədə idi.
    Prezident isə Türkiyə ilə bağlı suallara dəqiq və səlis cavab verərək jurnalistlərin diqqətinə çatdırdı ki, Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır və dost, qardaş ölkə olaraq Azərbaycanı hər zaman dəstəkləyib.
   Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazilərini hələ də işğalda saxladığını xatırladan dövlətimizin başçısı Türkiyənin Azərbaycana mənəvi dəstək verdiyini, Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələrin təxribat xarakteri daşıdığını, "feyk-nyus” olduğunu vurğuladı. İlham Əliyev bildirdi ki, Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut mövcud deyil və buna zərurət də yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır.
    Həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin döyüş əməliyyatlarında iştirakı ilə bağlı erməni tərəfinin iddialarını puça çıxaran Prezident xatırlatdı ki, bugünkü müasir texnologiyalar dövründə, peyk müşahidələri imkanları olduğu halda bu cür faktları gizlətmək mümkün deyil: "Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.
    Erməni yalanını növbəti dəfə puç edən cənab İlham Əliyev Rusiyanın aparıcı mediasında Türkiyənin də maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi.
Eyni şəkildə suriyalı muzdlularla bağlı sualı cavablandıran dövlət başçısı Azərbaycanın əhali potensialının yüksək olduğunu, 10 milyonluq ölkənin xaricdən muzdlu gətirməyə ehtiyacının olmadığını vurğuladı.
    Bu gün Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanlar orduya çağırılır: "Bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.
     Prezident Ermənistanın növbəti təxribatını tutarlı faktlarla ifşa etdi
    Jurnalistin "bu qədər genişmiqyaslı və qanlı qarşıdurmaya təhrik edən nə olub” sualını cavablandırarkən cənab İlham Əliyev əsl həqiqəti söylədi: "Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır”.
Prezident bir daha Ermənistanın iyul ayında Tovuz istiqamətində həyata keçirdiyi hərbi təxribatlarını xatırlatdı və bildirdi ki, bu gün baş verənlər eyni ssenarinin davamıdır.
Çünki bu təxribatdan sonra erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və Şuşa şəhərində məskunlaşdırılmasını elan etdi. Sonra isə Şuşada - Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin "başçısının” qondarma inauqurasiyası keçirildi.
    Təbii ki, bütün bunlar müharibə cinayətidir. Bu, açıq-aşkar Cenevrə Konvensiyasının pozulması deməkdir. Bütün bunlar əlbəttə, Azərbaycana qarşı şüurlu təxribatlar, ölkəmizi münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etmək idi. Lakib buna baxmayaraq, Azərbaycan tərəfi yenə də təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi, lakin onların niyyətləri baş tutmayanda bu cür çirkin oyunlara cəhd göstərdilər.
    Cənab İlham Əliyev təxribatların digər səbəbinin isə Ermənistanda mövcud olan daxili siyasi böhrandan qaynaqlandığını dedi: "Axı, bu gün Ermənistanda Soros rejimi mövcuddur. Belarusda baş tutmayan çevriliş iki il bundan əvvəl Yerevanda baş tutub. Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu adam çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində, ölkə böhran içindədir”.
    Yəni, Paşinyana bir xarici amil, necə deyərlər qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın. Köhnə xələflərinin yolunu gedən baş nazir də Azərbaycan xalqına qarşı təcavüz etməyə çalışır.

BMT-nin gücləndirilməsinəvə islahata ehtiyac var. 23.09.2020
Sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclas keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev iclasda videoformatda çıxış edib.
İclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı videoformatda çıxış edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı sayca altıncı idi. Dünya üzrə 182 ölkə arasında Azərbaycanın dövlət başçısının sayca altıncı çıxış etməsi şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.
Dövlətimizin başçısı çıxışını iki hissədə - Qoşulmama Hərəkatının sədri və Azərbaycan Prezidenti kimi etdi.
“Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması və beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.”
Bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir. Qlobal iqtisadi idarəçilikdə müvafiq rolu oynamaq üçün təşkilat çərçivəsindəki proseslərə, multilateralizmə və onun təməl dəyərlərinə sadiqlik baxımından bütün üzvlərin siyasi iradəsi olduqca əhəmiyyətlidir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv olmuşdur. Müstəqillik ən yüksək dəyərdir. Təqribən 30 illik müstəqilliyi dövründə Azərbaycan müxtəlif sahələrdə çox böyük tərəqqiyə nail olmuşdur;
- Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir.
- Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir;
- Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır;
- Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib;
- Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu;
- Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir;
Ermənistan müharibəyə hazırlaşır
- Ermənistanın baş naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış mülki könüllülər dəstələrinin yaradılmasını elan etmişdir. Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir;
Ermənistanda faşizm dövlət səviyyəsində təbliğ edilir
- Nasizmin şöhrətləndirilməsi Ermənistanın dövlət siyasətidir. Mənfur nasist general QareginNjde milli qəhrəmana çevrilib. Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub;
- Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür;
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
- Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

   Xalqı narahat edən istənilən məsələ Prezidentin gündəliyində birinci olur.

23.09.2020
   Bu günün reallığı göstərir ki, Azərbaycan hazırda iki cəbhədə mübarizə aparmaqdadır. Cənab İlham Əliyev bir tərəfdən qlobal pandemiyaya qarşı mübarizə tədbirləri, digər tərəfdən işğalçı Ermənistanın hərbi-siyasi təxribatlarına layiqli cavabın verilməsi istiqamətində qətiyyətli qərarlar qəbul edir, inamlı, cəsarətli addımlar atır.
Pandemiya ilə uğurlu mübarizənin nəticəsidir ki, bu gün ölkədə həm virusa yoluxma istiqamətində müsbət dinamika müşahidə olunur, həm də xalqın sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı müxtəlif layihələr reallaşdırılır. Prezidentin ölkə iqtisadiyyatının 2,8 faiz azalması fonunda təqdim etdiyi sosial dəstək paketi çərçivəsində həyata keçirilən proqramların 5 milyon insanı əhatə etməsi bunu təsdiqləyir.
   Cənab İlham Əliyevin böhran şəraitində həyata keçirdiyi siyasət bununla yekunlaşmır. Bütün dövrlərdə olduğu kimi, Azərbaycanın mənafeyinə təsir edən hər bir məsələni xüsusi nəzarətində saxlayan, bununla əlaqədar istənilən ölkə, beynəlxalq qurum qarşısında məsələ qaldıran və onların həllinə nail olan, milli maraqları qətiyyətlə, xüsusi prinsipiallıqla müdafiə edən İlham Əliyev ənənəsinə sadiqlik nümayiş etdirir. Ölkə ictimaiyyəti İlham Əliyevin milli maraqlar naminə ciddi addımlar atdığına və istənilən dövlət başçısı ilə müzakirələrdə Azərbaycan üçün ümdə sayılan məsələləri qaldırdığına daim şahidlik edir. Bu da, əlbəttə ki, hər kəsdə fəxarət hissi yaradır.
    Son aylarda Ermənistanın aşkar şəkildə Dağlıq Qarabağda həyata keçirdiyi qeyri-qanuni məskunlaşma tədbirləri, eləcə də həmsədr ölkə tərəfindən işğalçının silahlandırılması Azərbaycan xalqının haqlı narazılığına, ciddi etirazına səbəb olub. Baş verən hadisələr işğalçı Ermənistanın beynəlxalq konvensiyaların şərtlərini pozduğunu və həmçinin müharibəyə hazırlaşdığını göstərir. Çünki heç bir beynəlxalq təşkilat, xüsusən də ATƏT-in Minsk qrupu Ermənistana təzyiq göstərmir. Hər zaman olduğu kimi, seyrçi mövqe nümayiş etdirilir. Bu da bir daha ikili standartlar prinsipinin davam etdiyini təsdiqləyir.
    Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir.Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanımışdır

     Azərbaycan multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə açıq və güclü dəstək verir. 23.09.2020
Dünya düzənini qoruyub saxlamaq, beynəlxalq hüququn aliliyini təmin etmək və qlobal inkişafa nail olmaq yönündə BMT-nin potensialı tükənməyib və Azərbaycan Prezidenti də məhz bu potensialdan tam istifadə olunması üçün səylərin göstərilməsinın vacibliyini qeyd etdi:
  "Dünyanın 120 ölkəsini öz sıralarında birləşdirən və BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan qısa zamanda kifayət qədər təşəbbüskar bir mövqe sərgiləyib. Xüsusilə, dünyanı cənginə almış COVİD-19 pandemiyası ilə mübarizədə qlobal səylərin birləşdirilməsi istiqamətində təşkilat çərçivəsində mühüm olan işçi mühitinin yaradılmasına nail olub. Məhz effektiv idarəçilik və qlobal liderlik bacarıqlarını ortaya qoyan Azərbaycan Prezidenti bu gün beynəlxalq səviyyədə sözü eşidilən dövlət başçısı kimi yüksək kürsülərdən dünyaya səslənir.
   Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından bir daha bəyan etdi ki, narahatlıq doğuran yeni sahələr və çağırışlar meydana gəlib. "Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqan kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq” - deyə, Azərbaycan Prezidenti bildirdi”.
   Prezident İlham Əliyevin dayanıqlı inkişafa nail olunması məqsədilə BMT-nin qlobal iqtisadi idarəçiliyi əhatə etmək və qlobal iqtisadi idarəçilikdə rolunun gücləndirilməsi ilə bağlı təşəbbüsü xüsusi önəm daşıyır: "Yeni cağırışların yarandığı bir dövrdə qlobal təsisat olaraq BMT-nin yeni yanaşmalar nümayiş etdirməsi və siyasi iradə göstərməsi problemlərin öhdəsindən gəlmək üçün imkan yaradacaq. Bu mənada BMT-nin işinin canlandırılması, islahatların aparılması və gücləndirilməsi məsələsinin qlobal gündəliyin aktual mövzusuna çevrilməsi əhəmiyyətlidir.
   Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan bu prosesdə öz fəal iştirakı və qlobal əməkdaşlıq çərçivələrini təşviq etməklə BTM-nin işinin səmərəliliyinin artırılması üçün böyük töhfə vermiş olacaq”.

Taleh Mirzəyev; “Qəhrəmanlıq nümayiş etdirən peşələr var ki, onlardan biri də neftçi peşəsidir.” 22.09.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
    “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi ilə  Azərbaycan öz neft-qaz strategiyasında mühüm hadisəyə  imza atır. Azərbaycan artıq neft ölkəsindən qaz ölkəsinə keçid alır. Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Azərbaycan Prezidenti SOCAR-da 9 il şirkətin vitse-prezidenti kimi xarici əlaqələrə rəhbərlik etmiş   və əsas kontraktların hazırlanmasında, imzalanmasında fəal rol oynamışdır
    Prezident İlham Əliyevə “Abşeron” yatağında quraşdırılacaq dayaq blokları və digər sualtı qurğular barədə məlumat verildi.
    Bildirildi ki, “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğular SOCAR-ın “BOS Şelf” şirkəti tərəfindən tikilib. Tikinti işlərinə ümumi çəkisi 10 min tona yaxın olan əsas və köməkçi dayaq bloklarının, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. “Abşeron” layihəsi üzərində iş zamanı “BOS Şelf” şirkəti Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi üsulunu tətbiq edib. Yataqdan qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə nadirdir. Belə ki, platformanı kənardan, yəni, “Neft Daşları”nda yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanıb. “Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” texnologiyası tətbiq olunacaq.
    “Abşeron” yatağının həm kəşfi azərbaycanlı mütəxəssis Xoşbəxt Yusifzadə tərəfindən edilib, həm də istifadə edilən bütün qurğular  Azərbaycanda istehsal olunub. Beləliklə, Azərbaycan sadəcə xammal hasilatı ilə kifayətlənmir, neft-qaz kəşfiyyatında,  karbohidrogen daşıyıcıları hasilatı üçün tələb olunan texnika istehsalında da öz ənənələrini qoruyur və inkişaf etdirir.
   Qəhrəmanlıq nümaiş etdirən peşələr varki onlardan biridə neftçi peşəsidir.Neftçilərin əməyi əsl qəhrəmanlıqdır.
   Azərbaycanın uğurlu inkişafında neftçilərin çox böyük rolu vardır. Azərbaycanın uğurlu gələcəyi də neftçilərin peşəsindən, onların nailiyyətlərindən böyük dərəcədə asılı olacaqdır.

Asim Rüstəm: " Ermənistan hökuməti hələ də beynəlxalq hüquq normalarına zidd addımlar ataraq, işğalçılıq siyasəti yürütməyə davam edirlər . "  22.09.2020
Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsi zamanı dediyi kimi, Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətləri reallaşdırmağa imkan vermirdi. Həqiqətən də, Ulu Öndər Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bir qarış da torpağımız işğal olunmazdı
Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə erməni separatçılarına qarşı mübarizə aparmışdı: “Onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması hər bir azərbaycanlı üçün qürurverici hadisə idi. Çünki o, həmişə öz xalqına arxa-dayaq idi. Lakin Mixail Qorbaçov və onun ətrafındakı Aqambekyan, Şahnazarov, Volski kimi "müşavirləri" Heydər Əliyevə və onun həm Sovetlər İttifaqında, həm də beynəlxalq arenada yüksək nüfuzuna çox qısqanclıqla yanaşırdılar. Ulu Öndərimizi vəzifəsindən uzaqlaşdırmaq üçün hiyləgər planlar hazırlayırdılar. Heydər Əliyev Moskvada yüksək vəzifədə işləyərkən, böyük nüfuz qazanmışdı. Hesab edirəm ki, bu xəyanətkar planlar nəticəsində Heydər Əliyevin Moskvadan ayrıldıqdan sonra Qarabağın qara günləri başladı”.
           Son günlərdəki məlum hadisələrə baxarsaq , görərik ki, Ermənistan hökuməti bir tərəfli olaraq işğalçı niyyətlərindən əl çəkmir. Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Prezidentin də dediyi kimi : “Paşinyan səriştəsiz adamdır və onun dövlət idarə etmək, normal danışıqlar aparmaq təcrübəsi yoxdur. Görünən odur ki, Paşinyan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. O, təxribatçı əməlləri ilə öz xalqını uçuruma aparır. Danışıqlar prosesinin formatını dəyişdirmək cəhdi, işğal olunmuş torpaqlarımıza qanunsuz səfərləri və səsləndirdiyi destruktiv bəyanatlar, Tovuz istiqamətində hərbi təxribat və həyat yoldaşı Anna Akopyanın məlum son "şouları" hərəkətləri onu göstərir ki, Paşinyan qətiyyən sülh danışıqlarının tərəfdarı deyil. Ümumiyyətlə, tarixən ermənilər vətəni olmayan insanlar olublar. Onlar azərbaycanlıların torpaqlarını zəbt etmək hesabına özlərinə “vətən” yaratmağa çalışıblar”.
Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir. İyul hadisələrinə nəzər salarsaq görərik ki Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. Bu qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edir? Ermənistanla faktiki olaraq danışıqlar getmir. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir.
Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz.
İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub. İyul təxribatından sonra avqust tayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub.
Prezident qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir.
“Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. “
Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir.
“Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik.”
“Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır.”
“Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir . Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur.”
“Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu , BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. “
“Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır .”
“Ermənistan təcavüzkar dövlətdir. Ermənistan terrorizmə sponsorluq edən ölkədir “Ermənistan bizim üçün daim təhlükə mənbəyidir.” bu sözləri vurğulayaraq cənab prezident Azərbaycan hökumətinin necə qəti və net bir siyasət yürütdüyünü Ermənistanın siyasi mövqelərinin hər halükarda məhv olacağına dair bir mesaj vermişdir .
Beləliklə beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupu Ermənistanın işğalçı və son dövrdə açıq şəkildə nümayiş etdirdiyi təxribatçı əməllərinə hələ də adekvat münasibət bildirmir: “Prezident İlham
Əliyev də yerli televiziyalara müsahibəsi zamanı Minsk qrupunun fəaliyyətindən narazılığını ifadə etdi. Görünən odur ki, Minsk qrupu və həmsədrlər münaqişənin ədalətli həlli istiqamətində əməli addımlar atmır. Azərbaycan xalqının ATƏT-in Minsk qrupuna etibarı və inamı tamamilə itib. Onların fəaliyyəti ancaq münaqişənin uzadılmasına xidmət edir. Ermənilər və onların havadarları hesab edirlər ki, məsələnin həlli uzandıqca, bəlkə də, Azərbaycanda yetişən yeni nəsil Qarabağı unudacaq, lakin onlar çox yanılırlar. Təcavüzkar Ermənistan bilməlidir ki, bura bizim dədə-baba torpaqlarımızdır, Qarabağda köklərimiz çox dərindir. Biz heç vaxt bir qarış torpağımızı da düşmənə pay vermək niyyətində deyilik. Bizə bunu tariximiz, əcdadlarımız və şəhidlərimiz bağışlamaz! İyul ayında baş verən Tovuz hadisələri bir daha göstərdi ki, 30 ilə yaxın vaxt keçsə belə, vətəndaşılarımız əzəli torpaqlarımızı unutmayıb və onun azadlığı uğrunda döyüşmək üçün sadəcə Ali Baş Komandanın əmrini gözləyirlər. Azərbaycan xalqı anlayır ki, Ermənistan yeni təxribatlara hazırlaşır və beləliklə, yeni torpaqlar işğal etməyə cəhd edirlər. Lakin düşmən unutmasın ki, onun qarşısında güclü Azərbaycan ordusu var və bu cəhdlər onların özlərinin sonu olacaq.

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Ermənistanın yeni müharibəyə hazırlığı və təxribatçı əməlləri ilə bağlı həm Ermənistana, həm də onun havadarlarına çox ciddi və açıq mesajlar verdi.  22.09.2020
Təcavüzkar Ermənistan Azərbaycanı yeni müharibə, yeni əraziləri işğal edəcəyi ilə hədələyir və durmadan silahlanır. Ermənistanın faşist rəhbərliyi nəinki Azərbaycanı, həm də bütün bölgəni təhdid edən siyasət yütüdür. Təcavüzkar Ermənistanın növbəti soyqrımlar törətməsinə qətiyyən imkan vermək olmaz. Buna görə də Ermənistan dövləti rəşadətli Azərbaycan Ordusu tərəfindən vaxtında susdurulmalı, ərazilərimiz işğaldan tam azad edilməli, bölgədə sülh və tərəqqi təmin edilməlidir. Ermənistan unutmamalıdır ki, Azərbaycan heç zaman torpaqlarının işğal altında qalması ilə razılaşmayacaq. Azərbaycan mütləq öz ərazi bütövlüyünü bərpa edəcək və işğal edilmiş ərazilərimizi erməni terrorçularından təmizləyəcək. Cənab Prezident İlham Əliyev bununla bağlı çox açıq mesaj verərək bəyan etdi ki, “biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Qədim, tarixi torpaqlarımıza mütləq qayıdacağıq”. Ermənistan bu mesajdan nəticə çıxarmalıdır, əks halda onu ağır nəticələr gözləyir.

 

 

 

 

 

Prezident: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik   22.09.2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib.
   Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.
“Biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. 1990-cı illərin əvvəllərində Azərbaycanda hakimiyyətdə olmuş insanların xəyanəti, satqınlığı nəticəsində biz müvəqqəti olaraq Dağlıq Qarabağı itirdik”.
  “Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”.
  “Bu gün mövcud olan Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bu barədə kifayət qədər tarixi sənədlər var. Biz heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

 

     Nicat Şirinov:"Postpandemiya dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində Azərbaycan dünyanın ən dayanıqlı iqtisadiyyatına malik ölkələri sırasında qərarlaşıb" 16.09.2020
    “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı və Pirallahı Sənaye Parkının idarəedici təşkilatıdır. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti 11 may 2012-ci ildə dövlət qeydiyyatına alınmışdır.
   14.09.2020-ci il tarixdə Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışnda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verilib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var. Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.
    Açılışda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və daxili tələbatımızı təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir. Daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs göstərən şirkətlərə həm rezident statusu verilməlidir, eyni zamanda, dövlət tərəfindən onlara kömək göstərilməlidir, güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılığı maksimum dərəcədə azalsın. Çünki hər bir ölkə buna çalışır və xüsusilə əhalisi artan ölkə - Azərbaycan buna mütləq çalışmalıdır.
    Cənab Prezident İlham Əliyev həmçinin qeyd edib ki, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur.
   Prezident xaricdə yaşan Azərbaycanlı iş adamlarına səslənərək bildirmişdir ki, gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar.  Bütün bu amillər düzgün istiqamətə səfərbər edilsə, onda Azərbaycana investisiya axını dayanmayacaq. Əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq.
Nicat Şirinov
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini

   Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensiala və zəngin ənənələrə malikdir.

  Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda geniş miqyaslı sənayeləşmə siyasəti həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır.

   Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmışdır. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın müasir nailiyyətləri ölkəmizin mühüm sənaye mərkəzi olan Sumqayıtın sosial-iqtisadi həyatına da yüksək sürət və keyfiyyət gətirib.Ümumilikdə 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 276 milyon manatı - təqribən 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda (5,7 milyard manat) xüsusi çəkisi 9,3 faiz, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracında (910 milyon manat) xüsusi çəkisi 20 faiz təşkil edib.Hazırda Parkda fəaliyyət göstərən müəssisələrdə 5500-dən çox insan daimi işlə təmin olunub. Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışı da bu məqamı aydın şəkildə göstərdi.
   Dövlət başçısı İlham Əliyev açılışdakı çıxışı zamanı, Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamikanın mövcudluğunu xüsusi olaraq vurğuladı.
    Prezident İlham Əliyev vurğulayıb ki, daxili tələbat mümkün qədər yerli məhsullar hesabına təmin edilməlidir. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Bu il Sumqayıtda fəaliyyətə başlayacaq şüşə istehsalı zavodu da mühüm fəaliyyət sahəsi olacaq. Tikinti sektoru pandemiya ilə əlaqədar, bir qədər tənəzzülə uğrasa da, bərpa edilir və ediləcəkdir.
    Harada idxaldan asılılıq daha böyükdür, lakin onu əvəzləmək mümkündürsə və bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir. Belə təşəbbüs nümayiş etdirən şirkətlərə həm rezident statusu verilməli, həm də dövlət tərəfindən yardım edilməlidir. Onlara güzəştli kreditlər ayrılmalıdır ki, idxaldan asılılıq maksimum dərəcədə azalsın.
    Dövlət başçısı çıxışında təbliğat işlərinin düzgün qurulmasının əhəmiyyətinə də toxunub. Prezident İlham Əliyev qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Bu Parkın ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur.
    Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq bu şəraitdə də dövlət başçısının uzaqgörən və ağıllı siyəsəti nəticəsində Azərbaycan elə addımlar atır ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında ola bilsin. Nəticədə, Azərbaycan vaxt itirmədən bütün sahələrdə yeni inkişaf dinamikasına sahib olacaq.

Əkbərli Ziya :"Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir".
     Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər özünün ən qürurverici anlarını yaşayır. Sevindirici haldır ki, tarixən bu iki dövlət arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilmədi, əksinə hər iki ölkə və millətimiz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirirlər. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir.
     Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlar törətdiyi bir vaxtda da Türkiyə Azərbaycanın haqq mübarizəsinə qoşuldu, haqlı mövqeyimizi dəstəkləyərək Ermənistanın işğalçılıq və terrorizm siyasətini ifşa edən açıqlamalar verdi. Türkiyə dəfələrlə bildirib ki, Azərbaycan tək deyil, onun ərazi bütövlüyünün bərpası istiqamətində bütün siyasi və hərbi qərarlarını dəstəkləyir. Eyni zamanda Azərbaycan da Türkiyəyə qarşı eyni münasibəti sərgiləyir.
    Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimlərinin keçirilməsi, birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyətinin və hərbi müdafiə vasitələrinin cəlb edilməsi ikitərəfli sıx əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə olduğu kimi, hərbi sahədə də yüksələn xətlə davam etdirildiyini göstərir.  Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər və bu təlimlərin əhəmiyyəti hər zaman yüksək qiymətləndirilir.
Bu ilin fevralın 25-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin imzalanması da hərbi əməkdaşlığın əhəmiyyətinə verilən yüksək diqqətin və bu əməkdaşlığın bundan sonra davam etdirilməsi üçün səylərin birləşdiriləcəyinin bariz nümunəsidir.
    Azərbaycan-Türkiyə münasibətləri eyni zamanda NATO ilə əməkdaşlıq sənədləri, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr çərçivəsində, yəni NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir, hərbi kadrların hazırlanması, maddi-texniki təchizat, müdafiə sənayesi sahələrində yeni birgə əməkdaşlıq uğurla davam etdirilir.
    Ermənistan ərazilərimizi işğal edib, Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Bu gün dünyada və regionda sülhə, təhlükəsizliyə əsaslı manelər Ermənistanın təxribatları, terror aktları nəticəsində baş verir. Hətta bunu bir neçə gün bundan öncə Azərbaycanın təmas xəttini keçmək istəyərkən saxlanılan erməni zabiti də etiraf edib. O, işğalçı Ermənistanın hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güddüyünü bildirib. Təkcə Ermənistan deyil, onun işğalçılıq siyasətinə dəstək verən bütün xarici qüvvələr bu işdə məsuliyyət daşıyır. Belə bir məqamda Ermənistana silah yardımı edərək dünya sərhədlərinin təhlükəsizliyinin pozulmasına yönələn bütün hərəkətləri qətiyyətlə pisləyir, həmin qüvvələrin beynəlxalq hüququn norma və prinsiplərini pozduqlarını açıq şəkildə bəyan edirik.
   Perspektivdə Azərbaycan və Türkiyə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. İşğalçı dövlət və onun havadarları umutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. Azərbaycan haqlı mövqeyindən bir an belə olsa geri çəkilməyəcək, torpaqlarını işğaldan mütləq azad edəcək. O gün isə uzaqda deyil.
    Əkbərli Ziya Elxan oğlu
    Xocavənd könüllüsü

Genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib
05.09.2020

       Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Ordu.az-a bildirilib ki, sentyabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay təlimi izləyiblər.
     Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimə hazırlıq barədə raport verib.
     Əməliyyat taktiki təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birləşmə, hissə və bölmələrinin şəxsi heyəti arasında təcrübə mübadiləsinin genişləndirilməsindən, eləcə də Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, “Naxçıvan” Əlahiddə Əməliyyat briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili və idarəetmənin təmin edilməsindən ibarətdir.
      Planla tanışlıqdan sonra təlimə start verilib.
    Təlimin ssenarisinə əsasən döyüş atışlı mərhələ düşmənin mülki əhali arasında çaxnaşma yaradan və dövlət sərhədində təxribat törədən kəşfiyyat-diversiya qruplarının “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Çevik Hərəkət Taboru və Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilməsi ilə başlayıb. Düşmən təxribatlarına cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun raket və artilleriya birləşmə və hissələri tərəfindən düşmənə atəş zərbələri endirilib. Naxçıvan Qarnizonu Qoşunları Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə hücuma keçərək düşmənin dayaq məntəqələrində canlı qüvvəsini, atəş vasitələri və zirehli texnikalarını məhv edib, hakim yüksəkliklərdə və əlverişli hədlərdəki mövqelərini ələ keçirib. Hücumun gedişində düşmənin aviasiyası məhv edilib, kiçik ölçülü pilotsuz uçuş aparatları zərərsizləşdirilərək dərinlikdən hərəkət edən ehtiyatlarına aviazərbələr endirilib.
     Təlimin gedişində mühəndis, təminat və təxliyə qrupları qətiyyətli fəaliyyət göstərərək hücum edən qoşunlarımızın maneəsiz hərəkətini təmin ediblər. Əlahiddə Əməliyyat Briqadası tərəfindən düşmənin kəşfiyyat-diversiya qrupları məhv edilib. Mülki Müdafiə Alayının pirotexniki taqımı ələ keçirilmiş mövqeləri və hərəkət marşrutlarını minalardan, partlayan və partlamayan maneələrdən təmizləyib. Təyin edilmiş rayonlara taktiki və hava desantı endirilib. Təlimdə Azərbaycan və Türkiyə birləşmə və hissələri arasında əməliyyatların birgə planlaşdırılması, bölmələrin vahid mərkəzdən idarə olunması, qarşılıqlı əlaqənin və qoşunların hərtərəfli təminatının təşkili üzrə qarşıya qoyulmuş məqsədlərə nail olunub. Şəxsi heyətin birgə fəaliyyəti zamanı xəbərdaretmə, idarəetmə, qarşılıqlı əlaqə, qarşılıqlı tanınma və hədəf göstərmə üzrə tapşırıqların eyni qaydada icrasına nail olunub, komandirlər arasında təcrübə mübadiləsi aparılıb.
     Sonda döyüş təyyarələri və helikopterlərin keçidi ilə Azərbaycan və Türkiyə respublikalarının dövlət bayraqları, eləcə də kanatla desantın daşınması nümayiş etdirilib.
Təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radio-kəşfiyyat vasitələrinə baxış olub.

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri iki dövlət arasındakı birliyin, qardaşlığın növbəti təzahürü oldu
2020-09-05

     Bir millət, iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün bütün dünya dövlətlərinə əsl örnək, iki dövlət arasında bütün sahələr üzrə olan əməkdaşlıq isə hər kəs üçün nümunədir. Qardaş ölkə olan Türkiyənin Azərbaycana bütün sahələrdə dəstək olması, xüsusilə də Ermənistanın Azərbaycana qarşı olan işğalçılıq siyasətini daim pisləməsi, bu sahədə bütün imkanlarını səfərbər etməsi, sözün əsl mənasında, tam dəstək olması qürurverici olmaqla yanaşı, bir daha onu sübut edir ki, doğurdan da Azərbaycan və Türkiyə dövlətləri arasında olan qardaşlıq münasibəti sarsılmazdır.
     Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi də bunu bir daha nümayiş etdirdi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi.
    Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.
    Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş cari ilin iyulun 2-də qüvvəyə minmişdir.
     İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
- Birincisi, NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
- İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr;
- Üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlayıb;
     İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
      Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.
    İki ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı prioritet sahələrdən biridir. Bu istiqamətdə ciddi planların olduğu bildirilir.

 

Prezident İlham Əliyevdən Yunanıstan səfirinə: “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük.”

Cənab səfir, mən sizinlə açıq danışacağam. Sözsüz ki, diplomatların özlərinə məxsus ünsiyyət üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil almışam. Ona görə də mən diplomatik dilin nə olduğunu bilirəm. Lakin zənnimcə, yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və necə irəli getməyimizlə bağlı aydın anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi bilək.
Mənim sizinlə qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı narahatlığımızdır. Ermənistan Azərbaycanın düşmənidir və bu, onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirilib. Bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.
Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə ki, hər bir ölkə nəyi doğru düşünürsə, onu da edir. Buna görə biz bunu bloklamaq və ya istənilən şəkildə qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ olduğunu məndən eşitməyiniz yaxşıdır və bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini işğal edib. Bu da bütün beynəlxalq təşkilatların sənədlərində öz əksini tapıb.
Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq.
Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik. Lakin əlbəttə ki, bu, Yunanıstan hökumətinin siyasəti və mövqeyindən asılı olacaq. Bununla çıxışımı bitirirəm və sizə nəyin doğru olduğunu düşündüyünüzü söyləməyə imkan verirəm.

     Azərbaycan hökumətinin açıq sözlü olub düşmənləri və düşmənə dəstək olan dövlətləri ifşa etməsi , onlarda narahatlıq yaradaraq , təşvişə salıb .

    Son günlərdə olan hadisələr bir daha sübut etdi ki , Azərbaycanın dostu kimdir,düşməni kim . Biz bir ölkə olaraq, insanlığa sığmayan,hərəkətləri hər zaman qınamış , dürüst vicdanlı olmaqdan yana olub, haqqın ədalətin yanında olmuşuq . Bu proses Azərbaycan hökumətinin , siyasi görüşləri içində də başda yer alan bir ənənəvi haldır . Çünkü idarəçilik sistemində , lider dediyin şəxs vicdanlı , qərəzsiz bir siyasət sürdürerək, hem daxili birliyi sağlam tutar güclü edər , həmdə başqa dövlətlərə ,xalqlara nümunə olar .
     Azərbaycan hökumətinin yürütdüyü bu siyasət ,düşməni hər zaman qıcıqlandırmaqdadır.
Gözlə görünən əyani olaraq bildiyimiz düşmən Ermənistan dövləti olsa da , əslində Ermənistana dəstək olan hər bir dövlət bizi istəməyən , inkişaf etməyimizi, güclü olmağımızı  götürməyən dövlətlərdir .
   Ermənistan nəyə,kimə güvənir deyəndə əlbətdə ilk ağla gələn Rusiyadır ,sonra ise onlara havadarlıq edən Serbiya, kimi yaxşılıq ,dürüstlük , ədalətli olma prinsiplərindən xəbərsiz olan dövlətlərdir .
Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir.
    Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra -iyulun 17- dən avqust ayının 4- nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7reis silah danışıb . 
Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb;
   Təssüflər olsun ki, hər zaman yaxınlıq etdiyimiz , dəstək olduğumuz  bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər.
Bu səbəbdəndir ki ən böyük dəstəyi Rusiyadan alan Ermənistan işğalçılıq siyasətin sürdürməkdə davam edir .
    Ölkə başçısı cənab prezident İlham Əliyevin Rusiya prezidentinə herbi sursatları Rusiyadan Qazaxıstan üzərindən Ermənistana göndərilməsinin açıqlamasını  istəməsi , Rusiya sizinlə də hesablaşacağıq  deyərək bir mesaj verməkdir əslində . Sadəcə hər şeyin vaxtın gözləyən Azərbaycan hökuməti, öz təmkinliyin qoruyaraq , hər bir halda düşmənə və düşmənə dəstək olan ölkələrin  qarşısında duraraq onlara dərs verməkdə davam edəcəkdir..
    Serbiya da , Azərbaycan hökumətinin onlara olan xoş niyyətli əməllərnii ,siyasətini görməzdən gələrək Ermənistana silah sursat yardımı edərək, təxribat törədən bir ölkəyə dəstək oldu .
Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib;
  - Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.
    Son olaraq əminliklə  onu da deyə bilərəm ki, haqq ədalət hər zaman gec-tez öz yerini tapır . Bu dünyanı yaxşılıq ,xoş niyyətlər xilas edəcək . Azərbaycan xalqı , hər zaman ölkə rəhbərinin yanında və , düşmənin məhv edilməsinə dair sadəcə bir kəlimə "döyüşə " əmrin gözləyir . Bu gün gedən proseslərin tək açıqlaması var , Azərbaycan bir mənalı olaraq ərazi bütövlüyünü tam təmin etməli və edəcəkdir.
  Xocavəndli gənc fəal Asim Rüstəm

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Ermənistanın silahlanması region üçün ciddi təhlükədir. 14.08.2020
   Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır. Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb. Almaniyada fəaliyyət göstərən “Bonn International Center for Conversion” (BICC) təşkilatının hazırladığı “Global Militarisation Index'” məruzəsinə görə Ermənistan Avropada ən çox silahlanmış dövlətdir. Məruzə hazırlanarkən, əhalinin hər min nəfərinə düşən hərbçi sayı, Ümumi Daxili Məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb.Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib.Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib. Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilib. Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb.Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Qeyd edək ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər. Son günlərdə Rusiya Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir. Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir. Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlətimizin başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
   Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

    Erməni işğalçılarının Rusiyadan silah alması növbəti təxribatların törədilməsinə zəmin yaradır.  04.08.2020
    Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-də Ermənistanın atəşkəsi pozmasından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb.
   Gürcüstan silahların özünün hava sərhədindən daşınmasına icazə vermədiyi üçün təyyarə reysləri Rostov-Minvod-Aktay-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb.
    Qeyd edək ki, bu ölkələrdən Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq Azərbaycana düşmən olan Ermənistana göndərilən silahların  özlərinin hava məkanı üzərindən daşınmasına razılıq veriblər.
    Son günlərdə Rusiya Ermənistana xeyli silah verib. Bu silahlara radio elektron mübarizə vasitələrindən “Krasuxa”, “Avtobaza”, “Nebo-M” daxildir. Bu texnika ilə hədəf ölkənin radio danışıqlarını “söndürmək”, dinləmək və pilotsuz döyüş aparatlarına qarşı istifadə etmək mümkündür.
    Rusiya Ermənistana satdığı silahları dünya silah bazarı qiymətinə deyil, daxili bazar qiymətinə satır ki, bu da Ermənistana olduqca ucuz başa gəlir.
    Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı məlum deyil. Belə ki, silah satışı haqqında müqavilənin nə vaxt imzalandığı haqqında hər iki ölkənin KİV-də heç bir məlumata rast gəlinmir.

 

 Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.  14.08.2020
   Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub.
     Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əsasını 15 may 1992-ci ildə Daşkənddə Qazaxıstan istisna olmaqla Mərkəzi Asiya Respublikaları, Rusiya və Ermənistan qoymuşlar.
1993-cü ilin sentyabr ayında Azərbaycan, dekabr ayında isə Gürcüstan və Belarus müqaviləyə qoşulmuşlar. Ratifikasiya prosesi başa çatdıqdan sonra müqavilə 1994-cü ilin aprel ayında qüvvəyə minmişdir. İlkin mərləhədə KTMT-nin məqsədi yeni müstəqil respublikaların qarşılaşdıqları fundamental hərbi-siyasi problemlərin kollektiv şəkildə həllinə nail olmaq idi. Müqavilənin əsas maddələri KTMK-ə üzv olan hər hansı ölkəyə qarşı təcavüz zamanı qarşılıqlı məsləhətləşmələri və hərbi yardımı nəzərdə tutan 2-ci və 4-cü maddələrdir. Müqavilə həm üzv ölkələrin öz aralarındakı, həm də digər dövlətlərlə olan anlaşılmazlıqların Avropa və Asiyadakı kollektiv təhlükəsizlik sistemlərinin komponenti kimi sülh yolu ilə həllini məqbul hesab edir. Azərbaycan, Gürcüstan və Özbəkistan Müqavilədə iştiraklarını öz təhlükəsizliklərinə qənaətbəxş təminat hesab etməyərək, 1999-cu ildə onu prolonqasiya etməkdən imtina etdilər. Bu tamamilə doğru və vaxtında atılmış addım idi. Çünki 1992-ci illə bugünkü situasiya arasında təhlükələrin mənbələri və həlli imkanları arasında böyük fərqlər yaranmışdır.
     Müqavilə hərbi-siyasi sferada inteqrasiya, terrorçuluğa və narkotik qaçaqmalçılığına qarşı mübarizə, miqrasiya proseslərinin tənzimlənməsi, mütəşəkkil cinayətkarlığa, silah qaçaqmalçılığına qarşı birgə mübarizəni nəzərdə tutur.
      2002-ci ilin may ayında Moskvada keçirilən yubiley sessiyasında təşkilatın inkişafında yeni dönüş mərləhəsi oldu. Belə ki, onun adının KTM-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) çevrilməsi qərara alındı. Bununla əlaqədar qəbul olunmuş siyasi bəyannamədə deyilirdi: «Kollektiv Təhlükəsizlik Müqaviləsinin yeni statusu (beynəlxalq regional təşkilata çəvrilməsi) Müqavilənin tarixində bütün üzv ölkələrin və ümumilikdə beynəlxalq ictimaiyyətin maraqları naminə onun sabit inkişafında yeni dönüş nöqtəsi olacaqdır».
XXI əsrdə Avrasiyada təhlükəsizlik prioritetlərinin dəyişməsi KTMT-nin inkişafı, regional sabitlik və təhlükəsizliyin qorunub-saxlanılması, təşkilatın rolunun artırılması sahəsində Rusiyanın diplomatik səylərinin intensivləşməsinə səbəb olmuşdur.
     2003-cü ilin sentyabr ayında Kollektiv Təhlükəsizlik Müqaviləsi altı üzv ölkənin hər birinin parlamentində (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) ratifikasiya olunduqdan sonra KTMT Nizamnaməsi qüvvəyə mindi. Nizamnamədə aşağıdakı məsələlər öz əksini tapmışdır:
•Üzv dövlətlər KTMT-nin məşvərətçi proseduralarını və mexanizmlərini istifadə etməklə beynəlxalq və regional təhlükəsizlik problemlərində öz xarici siyasət mövqelərini koordinasiya edirlər;
•KTMT üzvü olan ölkənin ərazisində müqavilə üzvü olmayan dövlətin qoşunlarının və ya hərbi infrastruktur elementlərinin yerləşdirilməsinə dair qərar digər KTMT üzvləri ilə təcili məsləhətləşmələr vasitəsilə razılıq əldə edildikdən sonra verilir;
•Xarici İşlər, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şurası Katibliklərinin yalnız məşvərətçi deyil, həmçinin icraedici orqanları olan strukturlar kimi hüquq və vəzifələri vardır;
•Üzv dövlətlərin bu orqanların hər hansı bir qərarını yerinə yetirməməsi və ya öz öhdəliyinin icrasından boyun qaçırması KTMT üzvlüyünə moratorium qoymaqdan tutmuş təşkilatdan tamamilə xaric olunmayadək müxtəlif üsullarla cəzalandırılıa bilər.
     2004-2005-ci illər KTMT üzvləri arasındakı münasibətlərin nisbətən intensivləşdiyi dövrdür. Buna səbəb beynəlxalq terror təhlükəsinin artması olmuşdur.
     KTMT-nin 2006-cı ilin iyun ayındakı Minsk sessiyası bir sıra mühüm qətnamələrin qəbulu ilə yadda qaldı. Bunlardan ən əsası, Mərkəzi Asiyanın nüvə silahından azad zona elan edilməsi təklifidir. Terrora və narkotik qaçaqmalçılığına qarşı birgə mübarizə haqda mühüm sənədlər imzalandı. Lakin ən mühüm hadisə Özbəkistanın KTMT üzvlüyünə yenidən bərpa olunması oldu. Habelə, Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlıq qərarı da Minsk sessiyasının mühüm qərarlarından biri idi. Qeyd etmək lazımdır ki, 2003-cü ilin əvvəlləri Rusiyanın Mərkəzi Asiya regionunda mövqelərinin güclənməsi dövrü kimi xarakterizə oluna bilər. Bu, özünü KTM-nin KTMT-ə transformasiyası, kollektiv çevik qüvvələrin yaradılması və birgə hərbi təlimlərin keçirilməsində büruzə vermişdir. Eyni zamanda Rusiya region ölkələrində öz iqtisadi mövqelərini gücləndirmiş və investisiya fəallığını intensivləşdirmişdir. Rusiya Cənubi Qafqazdakı dövlətlərarası və etnik münaqişələri, Mərkəzi Asiyada dini ekstremizm, narkotika ticarəti və terrorçuluğun artmasını öz cənub sərhədlərindəki əsas təhlükə mənbələri kimi görür. Həmin təhlükəli regionlar 2000-ci ilin oktyabr ayında Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv dövlətlər tərəfindən də Rusiyanın liderliyində birgə fəaliyyət arenası kimi dəyərləndirilmişdir. Bu barədə plan MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi dövlətləri sammitinin sonunda 2000-ci ilin oktyabrında Bişkekdə bəyan edilmişdir. Birgə mətbuat konfransında altı üzv dövlətin prezidentləri (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Tacikistan) bəyan etmişlər ki, onlar üç regional təhlükəsizlik sistemi çərçivəsində fəaliyyət göstərəcəklər. Bu qrup Rusiya-Belarus, Rusiya-Ermənistan və Rusiya-Mərkəzi Asiya (Qazaxıstan, Qırğızıstan, Tacikistan) dövlətlərindən ibarətdir.
Ermənistan 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub. 15 may 1992-ci ildə Rusiyanın təşəbbüskarı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olub. Eyni zamanda bu ölkənin ərazisində Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir. Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb.
     Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır.

Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu 13.08.2020 

Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistan son illərdə silahlanma tendensiyasını davam etdirərək regional təhlükəsizliyi ciddi təhdid altında qoyur. Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan rəsmi İrəvan silahlanma prosesini qeyri şəffaf şəkildə həyata keçirir. Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biri odur ki, döyüş başlamadan bir neçə gün əvvəl və toqquşmaların gücləndiyi dövrdə Ermənistana Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Serbiyanın hərəkətləri Azərbaycan cəmiyyətində anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu. Başqa cür ola bilməzdi. Həqiqətən də, çətin günlərdə Serbiya həmişə Azərbaycanın dəstəyini hiss edib. Bir neçə ay əvvəl rəsmi Bakı koronavirusla mübarizə üçün Belqrada humanitar yardım göndərdi. Bundan əlavə, Azərbaycan Kosovonun müstəqilliyini tanımır və dəfələrlə Serbiyanın suverenliyinə, ərazi bütövlüyünə birmənalı dəstəyini bəyan edib.  Bu faktla əlaqədar olaraq, Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici İşlər Nazirliyi tərəfindən Serbiyanın Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf doğurduğu bildirilib. Serbiyanın Ticarət və Telekommunikasiya naziri Rasim Ljajic bildirib ki, Bakının beynəlxalq təşkilatlardakı səsi Serbiya üçün olduqca vacibdir. Biz indi Azərbaycan hakimiyyətinin nümayəndələriylə danışmalı və bu vəziyyətin hər hansı bir şəkildə əlaqələrimizə xələl gətirməsinə imkan verməməliyik, əlimizdən gələni etməliyik ki, gələcəkdə bənzər hallara yol verilməsin. Avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Bu çərçivədə Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət edib. O jurnalistlərə deyib ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Eyni zamanda bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik və həssas informasilayarın mübadiləsi, terrorizmlə mübarizə və digər mühüm istiqamətlər üzrə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik.

Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. 09.08.2020

    Artıq dünya pandemiyanın ikinci dalğasına hazırlaşır: Son bir neçə gün ərzində Böyük Britaniya, Almaniya, Estoniya, Fransa da daxil olmaqla, dünyanın bir çox ölkəsi payızda ikinci dalğanın xəbərdarlığını etməkdədir. Azərbaycanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi son sərt karantin tədbirlərinin artıq müsbət nəticələrini görürük. Yoluxma sayı kəskin azalıb, gündəlik sağalanlar isə yoluxma sayını bəzi günlər 2-3 dəfəyə qədər üstələyir. Avqustun 5-dən başlayaraq, sərt karantin rejiminin yumşaldılması qərarı da bununla bağlıdır
    Cənab Prezident  lham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə ölkədə karantin rejiminin yumşaldılması məsələsinə də toxunub. Bildirib ki, koronavirusla bağlı mübarizədə addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək. Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır. Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır. Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək, postpandemiya dövrünə hazırlıq gəlir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıtmaq mümkün ola bilər.
    Buna baxmayaraq, dövlətimiz növbəti dalğanın mümkünlüyü ehtimalına qarşı tədbirlər görməkdədir. İki Olimpiya-İdman Kompleksinin müvəqqəti olaraq xəstəxanaya çevrilməsi, modul tipli xəstəxana tikintisinin davam etdirilməsi, tibbi maska istehsalının genişləndirilməsi üçün avadanlıqların gətirilməsi ilə paralel olaraq ən çox ziyan çəkən sahələr və aztəminatlı ailələrə dəstəklə bağlı növbəti yardımların göstərilməsinə hazırlıq başlayıb.

Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdi.

09.08.2020

     Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların rahat işləmələri üçün ən çox islahatlar aparan ölkələrdən biridir. Bunun nəticəsidir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti genişlənir, özəl bölmənin ümumi daxili məhsulda xüsusi çəkisi artır. Bu isə o deməkdir ki, respublikamızda sahibkarlar təbəqəsinin formalaşması, onların cəmiyyətdəki mövqelərinin güclənməsi, iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməsi diqqət mərkəzindədir.
      Məlum olduğu kimi, hazırda dünya koronavirus pandemiyasına qarşı mübarizə aparır. Belə bir çətin şəraitdə də dövlətimiz sahibkarlara öz köməyini əsirgərmir. Belə ki, onlar  üçün müxtəlif dəstək mexanizmləri işə salınıb. Təkcə bir faktı qeyd edək ki, cari il iyulun 1-dək muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait ayrılıb. Üstəlik, sahibkarlara dəyən zərərin ödənilməsi məqsədi ilə bir sıra qanunvericilik aktlarında dəyişikliklər edilib. Məsələn, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad ediliblər. Həmin sahibkarlara, 2020-ci ilin nəticələrinə görə, mənfəətdən 75 faizlik güzəştin verilməsi nəzərdə tutulub. Mikrosahibkarlar üçün Vergi Məcəlləsində mövcud olan 2 faizlik sadələşdirilmiş verginin dərəcəsi bu il 1 faizə endirilib.
     Prezident İlham Əliyevin qəbul etdiyi humanist qərarlar iş adamlarının güzəştli kredit almaq imkanlarını genişləndirib. İndi daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün onlara da kreditlər verilir. Yeni mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir.
     Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Sahibkarlara veriləcək yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlərı dair faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi kimi yeni mexanizmlər də işə salınıb.
    Yeri gəlmişkən qeyd edək ki, qəbul edilmiş vergi və sosial güzəştlər paketinin ümumi maliyyə dəyəri 130 milyon manatdır. Güzəştlər pandemiyanın təsirinə məruz qalan mikro, kiçik və orta sahibkarlıq subyektlərini, bəzi dəyişikliklər isə bütövlükdə hər bir vergiödəyicisini əhatə edir. Şübhəsiz, bütün bunları  pandemiya dövründə sahibkarlara göstərilən əsaslı dəstək hesab etmək olar. Unutmayaq ki, bu gün  qeyri-neft sektorunda məhsul istehsalının 80 faizindən çoxu sahibkarlar tərəfindən istehsal olunur. Odur ki, dövlət belə çətin dönəmdə də  sahibkarlara arxa çıxır, onlara hər cür maddi və mənəvi kömək göstərir.
    Bir neçə gün öncə isə Nazirlər Kabineti Prezidentin tapşırığına əsasən, sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir.
    Avqustun 6-da Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə demişdir ki, sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada davam etdiriləcək. Prezident, həmçinin sahibkarlarla bağlı öz iradını da bildirmişdir. Qeyd etmişdir ki, sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə alsın, həm daxili bazarı, həm xarici bazarı: “Çünki burada da boşluqlar var. Baxmayaraq ki, dövlət tərəfindən sahibkarlara güzəştli kreditlər, eyni zamanda, metodiki tövsiyələr verilir, bəzi hallarda təqdim edilən layihələr tam təhlil edilmir. Ona görə bu məsələyə də mütləq baxmaq lazımdır”

Prezident İlham Əliyevin rəhbərliyi ilə avqustun 6-da keçirilən sosial-iqtisadi müşavirə kölgə iqtisadiyyatının əhatə dairəsinin daha da azaldılması istiqamətində növbəti addım hesab edilməlidir.

     09.08.2020
   Dövlət şirkətlərində korporativ idarəetmə sisteminə və standartlarına keçid, iqtisadiyyatın liberallaşdırılması, dövlət xərclərinə müxtəlif istiqamətlərdən nəzarətin daha da artırılması kölgə iqtisadiyyatının əhatə dairəsinin azalmasına yönələn addımdır.Prezident İlham Əliyev dövlət şirkətlərində səmərəli və çevik idarəetmənin tətbiqi ilə bağlı mövzuya bir neçə dəfə toxunub və bu istiqamətdə xüsusi tapşırıqlar verib. Tövsiyə və tapşırıqlar əsasında dövlət şirkətlərində korporativ idarəetmə standartlarının tətbiqi ilə əlaqədar ilkin qanunvericilik bazası formalaşdırılıb. Cənab Prezident müşavirdə  bir daha bu mövzua diqqət çəkib:"Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri biz maraqlandırmalıyıq. Ancaq bu yolla bu müəssisələr işə salına bilər. Çünki Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər. Ekoloji standartları tam gözləmək şərti ilə şəhərsalma ilə əlaqədar burada böyük layihələr icra oluna bilər. İnvestorları cəlb etmək lazımdır. Öz puluna ərazini abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac var və bu, biznesi canlandıracaq. Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidi".
    Qeyd edək ki, iqtisadi islahatların davamlılığını təmin etmək, sahibkarlığın inkişafı və sağlam rəqabət mühitinin formalaşdırılması istiqamətində işləri sürətləndirmək, yerli və xarici investisiyalar cəlb etmək yolu ilə diversifikasiya olunmuş, rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin idarə olunmasında şəffaflığı artırmaq məqsədilə 2016-cı ilin sentyabrın 5-də “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Bu istiqamətdə, həmçinin paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını da vurğulamaq olar.
   Paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyətlər, məhdud məsuliyyətli cəmiyyətlərdə korporativ idarəetmə standartlarının tətbiqi qısa və ortamüddətli dövrdə əmək haqlarının düzgün hesablanması və uçotu, tender və satınalmalarda şəffaflığın artırılması, fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi (“Performance Based Remuneration System”) əsasında hüquqi şəxslərin idarəetmə orqanlarının üzvlərinə bonus ödənişinin verilməsi və sair məsələlərin həllinə birbaşa müsbət təsir edəcək. Bundan əlavə, korporativ idarəetmə standartlarının tətbiqi ilə götürülən borcların səmərəli və nəticə əsaslı istifadəsinə şərait yaradacaq. Uzunmüddətli dövrdə isə tətbiq olunan qabaqcıl idarəetmə sistemləri nəticəsində dövlət şirkətlərinin daxili və ya xarici investorlar tərəfindən özəlləşdirilməsi mümkün olacaq. İnvestor tərəfindən qoyulan kapital üçün əsas zəmin mövcud təsisatların şəffaflığı və hesabatlılığıdır. Korporativ idarə qaydalarının tətbiqi ilə həmin şirkətlərdə müşahidə və audit komitələrinin məsuliyyəti və səlahiyyəti əvvəlkinə nisbətən daha çox olacaq. Bu da şirkətin şəffaflığını, uçotların düzgün aparılmasını, borcların idarə edilməsi istiqamətində hesabatlılığını artıracaq.
   Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın liberallaşdırılması çağırışı isə postpandemiya dövrü üçün zəruri əhəmiyyət daşıyır: Biz pandemiya dövründə dünyanın qabaqcıl ölkələrində belə proteksionist siyasət meyillərinin artmasını, qarşılıqlı ticarət münasibətlərində məhdudiyyətlərin əvvəlkinə nisbətən artımını müşahidə edə bilirik. Bu nöqteyi-nəzərdən liberallaşdırma önəmlidir. Liberallaşdırma nəticəsində dövlət şirkətlərinin özəlləşdirilməsi də birbaşa xatırlanan idarəetmə sistemindən asılıdır”.
   Beləliklə, Prezident İlham Əliyev tərəfindən müşavirədə qeyd edilən istiqamətlər üzrə aparılacaq islahatlar son nəticədə kölgə iqtisadiyyatının əhatə dairəsini zəiflədəcək, iqtisadi artımı dəstəkləyəcək. Bundan əvvəl də aparılan tədqiqat və təhlillər göstərir ki, son illər uçot və bəyan etmələrin şəffaflaşdırılması kölgə iqtisadiyyatı miqyasını azaldıb, büdcə yığımlarında artıma səbəb olub. Büdcə gəlirlərinin artması ilə ölkəmizdə aparılacaq sosial layihələrin əhatə dairəsinin genişlənməsi üçün maliyyə mənbəyi formalaşacaq.

 Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb.

08.08.2020
   Avqustun 6-da ölkə Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi  müşavirədə COVID-19-la  mübarizənin nəticələrindən, sosial və iqtisadi fəsadların aradan qaldırılmasından bəhs etmişdir.
    “Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb” söyləyən Prezident İlham Əliyev bildirib ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib.
Sözsüz ki, dövlətimiz tərəfindən həyata keçirilən islahatlar Azərbaycanın sosial dövlət olduğunu təsdiqləyir. Bu da təsadüfi deyil. Çünki insanların sosial şəraitinin yaxşı­laşdırılması iqtisadi-sosial islahatların həyata keçirilməsinə, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etməyə müsbət təsir göstərir.
     Bu məqamda onu da qeyd edə bilərik ki, bu ilin ilk yarısında bütün sosial ödənişlər vaxtında, hətta bir sıra hallar­da cədvəl üzrə nəzərdə tutulduğundan həyata keçirilib. Sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilib. Pensiyala­rın indeksasiyası ilə bağlı müvafiq qərara əsasən 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılıb. Bunun nəticəsində isə orta pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 297 manata, yəni, faktiki olaraq 300 manata ya­xınlaşıb. Eyni zamanda, pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər də vaxtından əvvəl ödənilib. Bu məqsədlər üçün ötən ilin 6 ayı ilə müqayisədə 151 milyon manat və ya 45 faiz artıq vəsait xərclənib. Habelə pensiya, müavinət, təqaüd ödənişlərinin elektronlaşdırılması xüsusi karantin rejimində əhalinin mobilliyinin azal­dılması baxımından çox böyük önəm kəsb edib. Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur. Sosial ödənişlərin digər vacib bir istiqaməti isə məhz sosial təminatla bağlıdır və burada da dövlət başçısının tapşırığına uyğun olaraq ünvanlı sosial yardım proqramının ödənişinin, prosedur qaydalarının sadələşdirilməsi üzrə genişmiqyaslı iş aparılıb. Artıq hazırda 84 min ailənin 350 min üzvünə ünvanlı sosial yardım ödənişləri həyata keçirilir. Pandemiya dövründə artım 14 min ailənin 58 min üzvünü əhatə edib və orta məbləğ burada 225 manata bərabər olub.
    Sosial təminatın digər bir istiqaməti məcburi köçkünlər, aztəminatlı ailələrə dəstək layihələri və şəhid ailələrinə, müharibə əlillərinə mənzil, habelə avtomobillərin verilməsi proqramı oldu ki, bu da uğurla davam etdirilir. Prezident İlham Əliyevin çıxışında onu da qeyd edib ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda - 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir.
    Koronavirus infeksiyasına qarşı mübarizə şəraitində sosial rifah və məşğulluğa dəstək Tədbirlər Planının icrası ilə bağlı aparılan həm dəstək, həm də inzibati tədbirlər nəticəsində müsbət dinamika əldə edilib. Belə ki, dövlət sektoru üzrə 900 min iş yeri qorunub, onların hər birinin əməkhaqqı ödənilib. Eyni zamanda 760 min insana isə lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir. Bütün bunlarla yanaşı, işsizlər və xüsusi karantin rejimi dövründə gəlirini itirən qeyri-formal işləyən şəxslərlə bağlı bir sıra tədbirlər də reallaşdırılıb. Həmçinin ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Bununla da  sərt karantin rejimin tətbiq edilməsi ilə bağlı ödənişlər aprel, may, iyun aylarında tam şəkildə icra olunub. Karantin rejiminin uzadılması ilə əlaqədar olaraq Prezident İlham Əliyevin ölkəmizdə görülən mübarizə tədbirləri və sosial-iqtisadi vəziyyətlə bağlı avqustun 6-da videoformatda keçirdiyi müşavirədəki tapşırığına əsasən birdəfəlik ödəmələr cari ayda da davam etdiriləcək. Belə ki, növbəti sosial dəstək tədbiri kimi avqust ayında sərt karantin rejimi tətbiq edilən 13 şəhər və rayon üzrə (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları) 190 manat birdəfəlik ödəmə 278 min nəfəri əhatə edəcək ki, bunun üçün də 53 milyon manat vəsait ayrılıb.
    Digər bir istiqamət olaraq, işsiz və qeyri-formal işləyən şəxslər üçün xüsusi olaraq yaradılan haqqıödənilən ictimai işlər proqramı idi. Belə iş yerlərinin sayı da 90 minə çatdırılıb. Xatırladaq ki, ilin əvvəlində 38 min belə ictimai iş yaradılmışdı və əlavə olaraq da pandemiya dövründə işsizlər üçün  52 min ikiaylıq iş yerləri açıldı. Bu proqram da uğurla icra olunur. Davamlı iş yerlərinin 95 faizi, ikiaylıq iş yerlərinin isə 50 faizi tam şəkildə komplektləşdirilmişdir.
    İşsizlərə dəstək proqramının növbəti hissəsi özünüməşğulluq proqramı idi ki, bu proqrama da Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, yerli banklarımız qoşuldu. Dövlət qurumlarımızdan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”in yanında ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yəni çox geniş bir əhatə dairəsi yaradaraq kiçik və mikrosahibkarlığın, əhalinin məşğulluğunun təşkil edilməsi baxımından bu proqramın icrasına başlanmışdır.
  Göründüyü kimi, bu ağır pandemiya dönəmində Azərbaycanda sosial layihələrin heç biri ixtisara düşmədi. Bununla da Azərbaycan Prezidenti bir daha sübut etdi ki, dövlətimizin siyasətinin mahiyyəti dəyişməzdir və davamlıdır. Çünki Azərbaycan dövlətinin siyasətinin mərkəzində hər zaman onun vətəndaşı və vətəndaşının yüksək rifah vəziyyətinin yaradılması məqsədi dayanır.

Bəhruz Məmmədov: "Ölkəmizdə pandemiyaya qarşı mübarizə xalq-iqtidar birliyinin gücünü bir daha nümayiş etdirir"  07.08.2020

     COVİD-19 pandemiyası bütün dünya üçün bir nömrəli problem olaraq qalmaqdadır. Bir çox ölkənin sarsılmaz görünən iqtisadiyyatı iflasa uğradı. Pandemiya aparıcı Avropa ölkələrinin səhiyyə sisteminin acizliyini üzə çıxardı. Koronavirus pandemiyası “domino effekti”nə səbəb oldu və aparıcı ölkələrin iqtisadiyyatı və sənayeləri tənəzzülə uğradı. Onu vurğulayaq ki, COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Şübhəsiz ki, indi hər bir ölkə öz vətəndaşlarını böhrandan az itki ilə çıxartmağa çalışır. Hökumətlərin atdığı addımların səmərəliliyi xalqın gələcək etimadı anlamına gəlir.
    Azərbaycan dövləti  əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirir. Bu olduqca təhlükəli virusdan Azərbaycan əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir.
     Prezident İlham Əliyev  koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda keçirdiyi müşavirədə pandemiyaya qarşı mübarizənin müsbət nəticələrinə toxunub.Bildirib ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
Dövlət başçısı həkimlərimizin əməyini yüksək qiymətləndirərək bildirib ki,  məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub, modul tipli xəstəxanaların tikintisi təşkil edilib. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi.
     Vətəndaşlarımız hər bir atılan addımların, təhlükəsizlik tədbirlərinin onların sağlamlığının qorunması məqsədi daşıdığını yaxşı başa düşürlər. Respublikamızın bütün bölgələrindən vətəndaşlarımız tərəfindən Prezident İlham Əliyevə ünvanlanan çoxsaylı minnətdarlıq məktubları bunu əyani təsdiq edir. Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür. Təxirəsalınmayan genişmiqyaslı tədbirləri, ölkə başçısının uzaqgörən fəaliyyətini, respublikamızın hər bir vətəndaşına göstərilən diqqət və qayğını minnətdarlıqla alqışlayırıq. Möhtərəm Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışı ilə bu təhlükəli infeksiyaya qarşı mübarizədə Azərbaycan xalqı məsuliyyət, yüksək nizam-intizam və ən başlıcası, milli həmrəyliyə, hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirdi.Ümumiyyətlə, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadı mövcuddur.Hər şey xalq üçündür, hər şey vətəndaşların rifahı, qayğısız, xoşbəxt gələcəyi üçündür. Tarix sübut edir ki, güclü və müdrik lider hər bir xalq, hər bir dövlət üçün çox mühüm amildir. Biz bunu müstəqil Azərbaycanımızın timsalında da görmüşük və bu gün də görürük. Ulu öndər Heydər Əliyev ölkəmizi, xalqımızı fəlakətdən necə xilas etmişdisə, möhtərəm Prezidentimiz İlham Əliyev də bu gün Azərbaycanı böyük bəlalardan qoruyur. Son vaxtlar yaşanan hadisələr bunu bir daha sübut edir. Onun vaxtında atdığı uğurlu addımlar, verdiyi müdrik qərarlar sayəsində ölkəmiz koronavirus pandemiyası ilə qətiyyətlə mübarizə aparır və əminik ki, bu mübarizədən qalib ayrılacaqdır.
Behruz Məmmədov
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri
Həmkarlar İttifaqının Xocavənd rayon komitəsinin sədri

 

 

Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmrini gözləyir  03.08.2020

   Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazırıq. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız qəhrəmancasına mübarizə aparırlar. Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir.
  Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz əhəmiyyətli rolu oynayır. Bizim Silahlı Qüvvələrimiz müharibə vaxtı yaradılıb, Azərbaycan xalqı bununla fəxr edir. Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır.  
  Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə nümunədir.
  Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır. Məhz aprel döyüşləri sayəsində azad olunan Lələtəpə və Talış yüksəklikləri bu rayonlarda yaşayan insanlarımızı təhlükədən qurtardı. Həm də işğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi.
  Aprel döyüşləri ermənilərin məğlubedilməz ordu mifini sındırdı və bir daha göstərdi ki, Silahlı Qüvvələrimizin hərəkətə keçərsə, ermənilər darmadağın olacaqlar. Qısa bir zamanda, yəni 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi.
  2018-ci ildə Şərur rayonunun işğal altında olan Günnüt kəndi və ətraf ərazilər uğurlu əməliyyat nəticəsində düşmən tapdağından azad edildi, 11 min hektar torpağa ordumuzun nəzarəti təmin olundu. Nəticədə, Əlahiddə Ümumqoşun Ordu düşmənin mühüm strateji yollarına nəzarəti ələ aldı, onun üzərində böyük üstünlük qazandı. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirildi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkildi, 60 kilometrdən artıq yararsız yollar bərpa edildi. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri quruldu. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis istehkam tədbirləri görüldü, postlar arasında dayanıqlı rabitə əlaqəsi quruldu, yeni səngərlər qazıldı. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradıldı. Eyni zamanda bu hərbi üstünlük ordumuzun şəxsi heyətinin döyüş ruhunu daha da artırdı. Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan üçrəngli, şəhid qanı ilə boyanmış müqəddəs bayrağımız ucaldıldı.
  Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan–Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edib. Halbuki bu, heç bir məntiqə sığmır. Azərbaycanın Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədi yoxdur. Ermənistan işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Amma Silahlı Qüvvələrimizin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək hazırlığı sayəsində Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi. Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə qarşı vuruşurdu. Düşmən 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını itirdi. Prezident,  Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən xalqımız, ordumuz bu təlatümlü günlərdə onun yanında oldu, dəstəklədi. Ali Baş Komandan vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir.
  İyulun 15-də Prezident cənab İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışıb. Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbr diləyib. Ali Baş Komandan qeyd edib ki, vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.
  Ali Baş Komandan general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər. Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcəklər. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib.
  Tovuz rayonunda atəşkəsin Ermənistan tərəfindən pozulması zamanı Silahlı Qüvvələrimiz bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Silahlı Qüvvələrimizin şanlı tarixində öz yeri olacaq. 
  Artıq dövlətlər 25-30 il bundan əvvəl olduğu kimi Ermənistanın və erməni diaspor təşkilatlarının yaydıqları informasiyalara etibar etmirlər. Eyni zamanda Azərbaycan diasporu da formalaşıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan haqq səsinin eşidilməsi üçün fəaliyyət göstərirlər.
  14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirilib. Xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə göstərib. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi kömək göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55.130-dan çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçiblər və müraciətlər davam edir.

01.08.2020

Sevda İbrahimova:"Vəzifəsindən, tutduğu peşədən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşı üç rəngli yenilməz bayrağının daima ucalarda dalğalanması üçün canından keçməyə hazırdır"
    Azərbaycan xalqı hər zaman vətəninə, torpağına bayrağına olan sevgisi ilə seçilib.Bunu xalqımız dəfələrlə göz önünə sərərək subut edib.Bunun ən son nümunəsi 12 iyulda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücüma keçməsi zamanı gördük.Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generalarımız vətənini, torpağını millətini canlarından keçərək qorudular.Qüvvəti və gücü ilə qurur duyduğumuz ordumuz düşmənin 100 nəfərə yaxın canlı qüvvəsini və texnikasını məhv etdi.Azərbaycan Respublikasının Birinci xanımı Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən şəhid ailələri hər zaman fond tərəfindən nəzarətdə olacağı bildirilib.Prezident İlham Əliyev döyuş zamanı qəhrəmancasına şəhid olmuş general- mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışıb və dərin hüznlə başsağlığı onlara Allahdan rəhmət diləyib.
   14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü keçirildi və sevindirici hal olaraq bildirimki hər kəs öz ordusunun və Ali Baş Komandanının yanında olduğunu göstərdi.Silahli Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55.130-dan çox vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətində qeydiyyatdan keçiblər və müraciətlər davam edir.
   Hər zaman öz sadiq dostluğu ilə Azərbaycanın yanında olan qardaş Türkiyə cümhuriyyəti Azərbaycanı tək buraxmadı.Azərbaycan və Türkiyə ordusunun birgə keçirdikləri hərbi təlim düşməni hər zamankı kimi qorxuya salıb.Digər xarici ölkələrdə yaşayan həmvətənlərimiz bir daha sübut etdilərki Prezident İlham Əliyevin yanındadırlar və onu dəstəkləyirlər.Türkiyə-Azərbaycan Dostluq,Əməkdaşlıq və Həmyerlik Fondu və Dünya Türk Birliyi təşkilatı,Latviyada yaşayan soydaşlarımız,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi,Ukraynadakı Türkiyənin icma nümayəndələri,Belorusda yaşayan Azərbaycanlılar da öz vətənlərinə dəstəklərini göstərib,erməni işğalını lənətləyiblər.Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq”, Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi və Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə keçirilən mitinqdə “Erməni təcavüzünü dayandır’’, “Qarabağ- Azərbaycandır”, “Ermənistan beynəlxalq hüquqa etinazlıq göstərir”, “Ali Baş Komandan biz sizin əsgərlərinizik”kimi şüarlar səsləndiriblər.
   Sonda qeyd etmək istərdimki yaşından ,vəzifəsindən tutduğu peşədən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşı üç rəngli məğrur yenilməz bayrağının daima ucalarda dalğalanması üçün canından keçməyə hazırdır.Düşmən bilib agah olsunki bu torpaqda daha çox general-mayor Polad Həşimov,polkovnik İlqar Mirzəyev kimi oğullarımız var və olacaqdır.
Sevda İbrahimova
Qaradağlı kənd tam orta məktəbinin müəllimi

 

Bu gün Silahlı Qüvvələrimizin dünya reytinqində 50-ci pillədə qərarlaşır   01.08.2020
    Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.
     Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimiz hər bir vətəndaşın qürur mənbəyidir. Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir.
    Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması ötən əsrin 90-cı illərində başlanmasına baxmayaraq, qısa zamanda Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır və beynəlxalq reytinqlər də bunu göstərir. Azərbaycan xalqı bununla fəxr edir.
Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir. Bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimiz  əhəmiyyətli rol oynayır.Silahlı Qüvvələrimizin döyüş ruhu yüksəkdir, ordumuz istənilən vaxt verilən əmri yerinə yetirməyə hazırdır.
     Bu gün  torpaqlarımızı işğaldan azad etmək, qəhrəman oğullarımızın yolunun davamçısı olmaq  gənclərimizin ən böyük arzusudur. Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətən uğrunda, Torpaq uğrunda ölümdən qorxmadan döyüşənlər, şəhidlik zirvəsinə ucalanlar əbədi yaşayırlar. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə, hər bir Vətən oğluna nümunədir.
     Silahlı Qüvvələrimizin 2016-cı ilin şanlı aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi yüksəklik alındı.
     Aprel döyüşləri ermənilərin məğlubedilməz ordu mifini sındırdı və bir daha göstərdi ki, Silahlı Qüvvələrimizin hərəkətə keçərsə, ermənilər darmadağın olacaqlar.
    Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Hər bir vətəndaşımız da rahat, sabitlik şəraitində yaşayır və Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Xalqımızın ordumuzu güvənc yeri bilməsi qəlbi Vətən eşqi ilə döyünən vətəndaşlarımızın əsgərlərimizə sevgi və ehtiramının göstəricisidir. Göründüyü kimi, əldə olunan uğurların, qazanılan zəfərlərin arxasında xalq-ordu birliyi dayanır. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.

Aygün Məmmədova: Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı bu gün də bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar    01.08.2020

İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə , obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır.Lakin vətənpərvərlik təkcə vətəni sevmək deyil, vətənpərvərlik həm də vətəni naminə çalışmaq , vətəni qorumağa hər an hazır olmaq , onun yolunda qəhrəmanlıq , fədakarlıq göstərməkdir
Vətən bizim varlığımızdır, fəxrimizdir.Tarix boyu neçə -neçə qəhrəmanımız torpaqlarımız uğurunda canlarından keçib.
Vətən uğrunda ,onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar hec vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar.
Torpaq  uğrunda ölən varsa ,Vətəndir.
Vətənə ,doğma torpağa məhəbbət dastanlarımızda , bayatılarımızda yaşadılır.
Hər bir xalqı dünyada tanıdan, aparıcı söz sahibinə çevirən amillərdən biri onun ordusu , silahlı qüvvələridir. Bəli, güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Ona görə də təsadüfi deyil ki,ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə güclü ordu formalaşdırılması üçün  tədbirlər həyata keçirdi.
Heydər Əliyevin ordu quruculuğu ilə bağlı ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən çox böyük fədakarlıqla həyata keçirilir.
Biz ordumuzun nələrə qadir olduğuna 2016-cı ildə Aprel döyüşləri , 2018- ci ildə Günnüt əməliyyatı və son günlər yaşadığımız Tovuz rayonu istiqamətində gedən döyüşlərdə  tam əmin olduq. Aprel döyüşləri tarixə ordumuzun gücünün ,xalqla ordu birliyinin ,vətənpərvərliyinin göstəricisi kimi daxil oldu. Aprel qələbəsi bir daha sübut etdi ki ,ordumuz torpaqlarımızı azad etməyə qadirdir.
Hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən , milli ruhundan asılıdır.Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərində dövlətinin yanındadır.
Son günlər  Tovuz rayonu istiqamətində baş verən məlum  hadisələr sübut etdi ki , Azərbaycan gənci  daim öz dövlətinin, ordusunun yanındadır. Hal-hazırda yüzlərlə Azərbaycan gənci könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək istədiklərini bildirirlər. Bu, ordu və xalq birliyinə ən bariz nümunədir.
Hər bir Azərbaycan vətəndaşı ordumuza dəstək olmalıdır. Orduya dəstək təkcə ön cəbhədə olmaq istəyi deyil. Bu gün Kütləvi İnformasiya Vasitələrində Azərbaycan ordusunun nələrə qadir olduğu haqqında nə qədər müsbət məqamlara toxunulsa da, bəzi hallarda ordumuz haqqında qərəzli ,dezinformasiya xarakterli məlumatlara da rast gəlirik. Bu gün Azərbaycan ordusunun yanında olan hər bir vətəndaş öz mövqeyini bildirməli və yalan məlumatlara inanmamalıdır.
Ordumuzun müasir vəziyyəti göz önündədir.
Biz vətənə borcumuzu bu gün gələcəyin əsgəri olan şagirdlərimizə dərin vətənpərvərlik duyğusu aşılamaqla ,onlarda milli dəyərlərimizi formalaşdırmaqla qismən də olsa yerinə yetiririk.Bu yolda addımlamaq bizim üçün şərəfli iş ,vətəndaşlıq borcudur.Vətən bizdən bu gün hünər və rəşadət gözləyir
Xocavənd rayon 4 saylı tam orta  məktəbin tarix müəllimi Aygün Məmmədova

 

 

 

 

 

Hörmətli həmvətənlər!

     Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
     Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.
     Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.
    Əziz bacı və qardaşlarım!
    Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.
Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
     Qurban bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2020-ci il.

 

 

 

 

 

 

  Su həyatdır,həyatımız  isə öz əlimizdədir

    Müasir dövrdə dünya bir sıra yeni problemlər ilə üz-üzə dayanmışdır. Bu problemlərin içərisində özünün mövqeyinə, statusuna, yer kürəsinin 2/3 hissəsinin və bütün canlıların yaşaması üçün ən əhəmiyyətli qaynaqlardan hesab edilən su mənbələri mühüm yer tutur. Elm və texnika sürətlə inkişaf etdikcə su təsərrüfatının nəqli və istismarı sahəsində yeni, eləcə də müasir tələblərə cavab verən infrasturukturların yaradılması dövlətimizin rəhbəri, cənab İlham Əliyevin meliorasiya və su təsərrüfatının inkişafı ilə bağlı müxtəlif sərəncamlarında öz əksini tapmışdır. Su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən biri hesab olunur. Su təchizatı hər bir ölkə üçün strateji əhəmiyyət daşıyır.
Son illərdə ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infra-struktur layihələri arasında ölkənin etibarlı su təchizatına nail olunması ilə bağlı reallaşdırılan layihələr xüsusi yer tutur. Ölkə Prezidenti mütəmadi olaraq dövlət büdcəsindən ayrı-ayrı şəhərlərin su təchizatının yaxşılaşdırılması üçün vəsaitlər ayırıraraq suvarma və içməli su ilə bağlı problemlərin zamanında aradan qaldırılması, eləcə də infrastrukturun yenilənməsi tədbirlərinin həyata keçirilməsinə nail olur.
   İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirəsi keçirilmişdir. O, öz çıxışında 2004-cü ildə Azərbaycanda içməli su ilə təminatın 40 faiz səviyyəsində olduğunu bildirmiş və bu problemin ötən 16 il ilə müqayisədə 30 faiz artaraq ölkə miqyasında 70 faizə çatmasını vurğulamışdır. Ölkəmizdə bu sahədə catışmazlıqların aradan qaldırılması istiqamətində mühüm tədbirlər planının tətbiqi nəticəsində nail olunduğu mümkün olmuşdur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının tətbiqi meliorasiya və su təsərrüfatının inkişafından da yan keçməmişdir. Bununla bağlı regionlarda əhalinin içməli suya olan tələbatı 9 faizdən 63 faizə, Bakı şəhərində isə içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faizdən 82 faizə çatdırılmışdır. Cənab prezident öz çıxışında suvarma suyu ilə bağlı görülmüş işlərin diqqətdə saxlanıldığını və ölkə üzrə su problemi ilə bağlı təminatın 100 faizə çatdırılmasını tapşırmışdır.
Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişmişdir. Bu da Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi, paytaxtımızın su təchizatında əhəmiyyətli dərəcədə dönüş yaratmışdır. Böyük həcmdə təmiz içməli su Bakı şəhərinə çatdırılmış və Oğuz-Qəbələ-Bakı su kəməri Abşeron yarımadasının içməli su təchizatı istiqamətində həyata keçirilən ən iri layihə hesab olunur. Bu layihələrin realaşdırılması ilə müxtəlif su anbarlarının tikilməsi ilə su ehtiyatının təminatına da nail olunmuşdur.
  Bundan başqa Taxtakörpü su anbarının tikintisi də tarixi layihədir. Bu layihə regionların sosial-iqtisadi inkişafına olduqca vacib töhfədir və müstəqillik illərində reallaşdırılan çox vacib layihələrdən biridir. Taxta körpü anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr həcmindədir. Buradan su təqribən 30 min hektar ərazinin su təminatının həyata keçirilməsinə imkan verir. Taxta körpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilmişdir. Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsi,    Bakı şəhərinə keyfiyyətli suyun verilməsi nəticələnmişdir.
Şəmkirçay su anbarı da öz növbəsində mühüm əhəmiyyətli qurğulardan olub, su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonunun suya olan tələbatlarını ödəməkdədir. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları bu qəbildən olan müasir qurğulardan hesab olunur. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetr təşkil edir.     Ölkə başçısı bir daha vurğulamışdır ki, suya qənaət olunmalı və yeni layihələrin həyata keçirilməsi üçün dünya praktikası öyrənilməli, eləcə də müasir tələblər əsasında yeni layihələrin həyata keçirilməsi üçün həm yerli, həmdə xarici mütəxəssislərin köməyindən istifadə edilməlidir.
  Cənab prezident su təminatının gələcək inkişafı ilə bağlı çıxışında nöqsanlara da yer ayırmışdır. Suyun çatışmazlığı iqtisadiyyatımızın, kənd təsərrüfatının inkişafının, fermerlərin gəlirlərinin azalmasına səbəb olduğunu vurğulanmış, itkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlərin görülməsini zəruri hesab etmişdir. İtkilərin əsas mənbəyi kimi torpaq kanallarından istifadə nəticəsində yaranması göstərilmişdir. Bu nöqsanların aradan qaldırılmasında yerli və mərkəzi icra orqanlarının, hüquq mühafizə orqanlarının birgə fəaliyyətini də zəruri hesab etmişdir.
   Gələcəkdə 22 kanalın yenidən qurulması planlaşdırılır. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatının tam həll ediləcəyi nəzərdə tutulur. Su ehtiyatlarımızın qiymətləndirilməsində və dəyərləndirilməsində alimlər mütləq iştirak etməli, bu işlərə ekologiya üzrə mütəxəssislər cəlb olunmalıdır. Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Bu işləri səmərəli şəkildə davam etdirmək üçün vahid idarəetmə mexanizmi işlənməlidir. Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum vardır: “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun. Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək, yeni kanalları inşa etmək və su anbarlarını yaratmaq Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir.
   Yer üzündə milyonlarla canlı su sayəsində həyatını davam etdirir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Susuz həyatın mövcud olması mümkün deyildir. Su həyat deməkdir. Bu həyatı qorumaq və gələcək nəsillərə ötürmək isə bizim əlimizdədir.
      Xocavənd könüllüsü  Oruclu Aytac Ramiz qız

 

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. 26.07.2020

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən ölkə başçısı qeyd etmişdir ki, ölkəmizdə ardıcıl şəkildə icra edilən infrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratdı ki, biz nəinki özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək. Bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir. Qazlaşdırma 96 faizə çatıb ki, bu da dünya miqyasında ən yüksək göstəricilərdən biridir.
    Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Təbii ki, bu infrastruktur layihələrin arasında içməli su və meliorasiya layihələri öz yerini tapıbdır. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi, bu gün bu rəqəm 63 faizdir,  Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır.
    Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir.  Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir.
Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir.  Şəmkirçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır.
     Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.
Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir, xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə böyük ziyan vurur. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır, bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir.
    İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. 22 kanalın yenidən qurulması nəzərdə tutulur. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək.
     Bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd qurum var - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Ona görə bu qurumlara bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası, Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.

          Azərbaycanda son 17 il ərzində infrastruktur layihələri uğurla həyata keçirilib.

          26.07.2020
       Azərbaycanda son 17 il ərzində infrastruktur layihələri uğurla həyata keçirilib. Bu isə ölkəmizin müasirləşdirilməsinə, qeyri-neft sektorunun, xüsusən də regi­onların inkişafına mühüm təsir göstərib, işsizlik probleminin həllində, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasnda böyük rol oynayıb.
      Bu müddətdə energetika, nəqliyyat sahələrində qarşıya qo­yulan bütün vəzifələr uğurla yerinə yetirilib. Çox mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara buraxılıb. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin icrasında müsbət göstəricilər əldə edilib. Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində önəmli tədbirlər həyata keçirilib.
      Dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları, Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri infrastruktur layihələri gerçəkləşdirilib. Aqrar sektorun innovativ əsaslara keçirilməsi, o cümlədən aqroparkların yaradılması da bu hədəflər arasında yer alıb.
     Son illərdə ölkəmizin tran­zit potensialının reallaşdırılması istiqamətində də bir sıra infrastruktur layihələri real­laşdırılıb. Avropa-Qafqaz- Asiya nəqliyyat dəhlizinin fəaliyyəti gücləndirilib, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə ma­gistral yolların tikintisi uğurla davam etdirilib, Bakı-Tbilisi- Qars dəmir yolu işə salınıb. Beləliklə, görülən işlər nəticəsində Azərbaycan ərazisindən keçməklə daşı­nacaq yüklərin həcmləri əhəmiyyətli dərəcədə artmağa başlayıb. Bu da, öz növbəsində, qeyri-neft sektorunun inkişafını sürətləndirib.
      Azərbaycan Prezidenti İlham Əliyev iyulun 23-də videoformatda keçirilən su təsərrüfatının vəziyyətinə həsr olunan müşavirədə yuxarıda qeyd edilən məsələlərlə bərabər, respublikada içməli su və meliorasiya layihələrinin də hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib: “Son illərdə bu sahədə də böyük işlər görüldü. Bu sahə diqqətdən kənarda qalmadı. Sadəcə olaraq, bir neçə rəqəmi ictimaiyyətin diqqətinə çat­dırmaq istərdim. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbul edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıbdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu, ilk növbədə, insanların sağlam­lığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik”.
      Dövlətimizin başçısı çıxışında bütün bunlarla yanaşı, sözügedən sahədə qarşıya qoyulan məqsədə hələ tam nail olunmadığını qeyd edib. Buna görə də indən sonra içməli su və meliorasiya layihələrinin gündəlikdə ən vacib məsələlər kimi duracağını diqqətə çatdırıb.
     Azərbaycan Prezidenti müşavirədə su təsərrüfatı və meliora­siya sistemində nəzərə çarpan, ciddi narahatlıq doğuran səhvlər barədə ətraflı bəhs edib, bundan sonrakı illərdə isə buraxılan çatışmazlıqların aradan qaldırılması, vahid idarəetmə mexanizminin işlənilib hazırlanma­sı və ardıcıl şəkildə qısamüddətli, ortamüddətli və uzunmüddətli fəaliyyət planının icrası zəruriliyini diqqətə çatdırıb. Dövlətimizin başçısı çıxışında Azərbaycanda içməli su və suvarma suyu ilə təminatın 100 faiz olacağına əminliyini ifadə edib.
     Ölkə rəhbəri son illərdə həyata keçirilən nəhəng su layihələri, o cümlədən Oğuz-Qəbələ-Bakı su kəməri barədə də məlumat verib. Bu kəmərin mühüm önəm daşıdığını, onun vasitəsilə böyük həcmdə təmiz içməli suyun Bakı şəhərinə çatdırıldığını və bununla da paytax­tın su probleminin çox kəskinləşə biləcəyinin qarşısının alındığını xatır­ladıb. Eyni zamanda, bütün bu işlərin neft gəlirləri hesabına görüldüyünü deyib.
    Prezident İlham Əliyev çıxışında Taxtakörpü, Ceyranbatan, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarını tikintisinin hazırda mühüm önəm da­şıdığını, əksər şəhərlərdə içməli su və kanalizasiya layihələrinin uğurla icra olunduğunu da xatırladıb.

    Ölkədə su qıtlığı probleminin həlli üçün kompleks tədbirlər görüləcək.  26.07.2020

    Azərbaycanı su sarıdan bəxti gətirən ölkə hesab etmək olmaz. Baxmayaraq ki, Kür və Araz kimi iri, Girdiman, Türyançay, Qudyalçay kimi dağ çaylarımız var, Azərbaycan həmişə sudan az və ya çox dərəcədə korluq çəkib. Təkcə yerləşdiyimiz Qafqaz regionundakı su ehtiyatlarının təxminən 11 faizinin ölkəmizin payına düşdüyünü xatırlatmaq yetər ki, bu sahədəki problemlərimizin obyektiv səbəbi məlum olsun.
    Amma dərd bununla da bitmir. Məlum olduğu kimi, artıq neçə ildir dünyada və təbii ki, o cümlədən Azərbaycanda quraqlıq hökm sürür. Təkcə bu üzdən Azərbaycanın onsuz da çox olmayan su ehtiyatları 15 faiz azalmışdır. Lakin bu da hələ hamısı deyil. Mütəxəssislərin hesablamalarına görə, quraqlıq bu sürətlə və bu həddə davam edərsə, su resurslarımızın daha 15 faiz azalacağı qaçılmaz olacaq. Quraqlığın davam etmək ehtimalı isə az deyil. Ekoloqlar deyirlər ki, əgər əvvəllər quraqlıq 2-3 il olurdusa, indi artıq 8 ildir davam edir. Üstəlik, müşahidələr göstərir ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da yağıntılar zaman və məkan üzrə bərabər paylanmır və nəticədə bir yerdə torpaq susuzluqdan cadar-cadar olanda, digər ərazidə sel aləmi yuyub aparır.
İqlimin dəyişməsi, daha doğrusu, yayda havaların normadan artıq isti, qışda isə şaxtasız və yağmursuz keçməsi çayların suyunu azaldır ki, bu da su qıtlığını yaradan əsas səbəblərdən sayılır. Yenə də rəqəmlərə müraciət edək: Kür və Qanıq çaylarında sululuq normaya nisbətən 2019-cu ildə 29,2, son 6 ayda 45,8 faiz azalmışdır. Yağıntılar isə norma ilə müqayisədə 2019-cu il üzrə 17, 2020-ci ilin ötən dövründə 25 faiz az olmuşdur. Əsas dağ çaylarımızın formalaşdığı ərazilərdə də son 10 ildə yağıntının miqdarı orta hesabla nə az, nə çox - 8,7 dəfə aşağı düşmüşdür. Belə bir reallığın fonunda su qıt olmasın, neyləsin?! Su isə bütün dövrlərdə bol məhsul, təmizlik, sağlamlıq, bir sözlə, dəfələrlə təkrarlandığı kimi həyat sayılıb.
    Bu baxımdan Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müzakirənin keçirilməsinin əhəmiyyəti böyükdür. Videoformatda keçirilmiş müşavirədə Prezident Administrasiyasının və müvafiq mərkəzi icra qurumlarının rəhbərlərinin iştirakı isə əvvəlcədən tədbirin işgüzar şəraitdə keçəcəyindən xəbər verirdi.
     Əslində su ilə bağlı belə formatda işgüzar müşavirənin keçiriləcəyi gözlənilən idi. Çünki Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 6 ayın sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında əsasən quraqlıq səbəbindən ölkədə yaranmış su problemindən ətraflı danışılmış və bu sahədə təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyi qeyd edilmişdir. Odur ki, iyulun 23-də keçirilən müşavirəni hökumətin son iclasında ölkənin su təsərrüfatlarındakı mövcud vəziyyətlə bağlı qaldırılmış problemlərin həlli istiqamətində görülən və görüləcək işlərin müzakirəsi də hesab etmək olar.
    Əvvəl görülmüş işlər barədə. Prezident İlham Əliyevin müşavirədəki nitqində vurğulandığı kimi, Azərbaycanda 2004-cü ildən - ilk regional inkişaf proqramı qəbul ediləndən bəri ölkənin həm təsərrüfat, həm də içməli su ilə təchizatının yaxşılaşdırılması üçün vacib tədbirlər həyata keçirilmişdir. Məhz həmin tədbirlər nəticəsində ölkə üzrə içməli su ilə təchizat 40 faizdən 70, o cümlədən bölgələrdə 9 faizdən 63 faizə çatmışdır. Paytaxta gəldikdə, burada fasiləsiz su ilə təchizat 29 faizdən 82 faizə yüksəlmişdir.
   "Bu, doğrudan da tarixi nailiyyətdir. Biz bunu ilk növbədə insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik” - deyən dövlət başçısı təbii ki, əldə edilənlərlə qənaətlənməyərək sözügedən sahədə hələ çox işlərin görülməli olduğunu diqqətə çatdırmışdır: "Ancaq bununla bərabər, bu rəqəmlər onu göstərir ki, biz istədiyimizə tam nail ola bilməmişik. Buna görə bundan sonra içməli su layihələri, meliorasiya sahələri bizim gündəliyimizdə ən vacib məsələlər kimi duracaq”.
     Qeyd edək ki, Prezidentin bu qərarı təsadüfi deyil. Baxmayaraq ki, ötən illər ərzində ölkədə Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri çəkilib, 270 milyon kubmetr su tutumu olan Taxtakörpü, 165 milyon kubmetrlik Şəmkirçay, eləcə də Göytəpə və Tovuzçay su anbarları tikilib, Ceyranbatan su anbarı yenidən qurulub, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına yeni beton kanal çəkilib və digər mühüm tədbirlər görülüb, son illər yaşanan su qıtlığı göstərdi ki, bu sahədə bütün işlər heç də istənilən səviyyədə deyil.
     İlk növbədə həm təsərrüfat, həm də içməli su sahələrində itki həddən artıq çoxdur. "Bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir” - deyən dövlət baçşısı itkinin nəticələrinin ölkə iqtisadiyyatı, xüsusən kənd təsərrüfatı üçün mənfi təsirlərindən söz açmışdır: "Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir”.
    Amma Prezidentin müşavirədəki nitqindən məlum olur ki, mərkəzi su təsərrüfatları qurumlarının fəaliyyətlərindəki nöqsanlar təkcə yüksək itki faizi deyilmiş. Bu sahədə ən böyük və ən ciddi problem ölkədə indiyəcən su balansının olmamasıdır: "İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər”.
      Aydın olmaq üçün su balansının nə olduğunu qısaca izah edək. Deməli, hər bir ölkə, o cümlədən Azərbaycan öz su ehtiyatlarının həm mövcud, həm də gələcək vəziyyətini öyrənməlidir, bilməlidir ki, onun yeraltı və yerüstü su ehtiyatları nə qədərdir. Bundan sonra həmin ehtiyatlar qiymətləndirilməlidir. Su balansının olması artezian quyularının qazılması zamanı da vacib şərt sayılır. Çünki artezian quyuları harada gəldi qazıla bilməz. Bunun üçün ərazi seçilərkən artezianın torpağa təsiri mütləq öyrənilməlidir. Bütün bunları nəzərə aldıqda, dövlət başçısının müşavirədə indiyəcən ölkədə su balansının tərtib edilməməsini əlaqədar qurumların rəhbərlərinə ciddi irad tutması başadüşüləndir.
     Məlum olduğu kimi, bu ilin aprelində Prezidentin sərəncamı ilə ölkənin su təchizatı ilə məşğul olan mərkəzi icra qurumlarının fəaliyyətini koordinasiya edən komissiya yaradılmışdır. Komissiyaya rəhbər Baş Nazirin müavini Şahin Mustafayev təyin olunmuşdur. Müşavirədə də qeyd edildiyi kimi, komissiya qısa vaxtda xeyli iş görmüşdür. Ən əsası, su ehtiyatları barədə operativ məlumat sistemi qurulmuş, aidiyyəti qurumlardan alınan məlumatlar təhlil edilmiş, sudan səmərəli istifadə ilə bağlı verilmiş tapşırıqların gündəlik nəzarəti təmin edilmişdir. Bunlardan əlavə, mövcud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 580 mindən çox əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunmuş, eləcə də suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mənbələr üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı tədbirlərin görülməsinə başlanmışdır.
    Komissiyanın yaxın gələcək üçün nəzərdə tutduğu tədbirlər (Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması; qrunt və təmizlənmiş tullantı sularından, eləcə də Xəzər dənizinin suyundan istifadə imkanının araşdırılması; subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiqlənməsi; kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviqi; suvarma suyundan güzəştli istifadə ilə bağlı yeni mexanizmin hazırlanması) də diqqət çəkir və onların reallaşacağı halda sahədəki bir çox problemlərin həllinə önəmli yol açacağı şübhə doğurmur.
    İçməli su sarıdan korluq çəkən rayonlar da var və onların sırasında Neftçaladakı vəziyyət daha kritikdir. Hətta o dərəcədə ki, indi rayon mərkəzinə içməli su maşınlarla daşınır. Amma problem Prezidentin nəzarətindədir və müşavirədə dövlət başçısına Neftçalanın su məsələsinin ən qısa zamanda həll ediləcəyinə söz verilməsi də bu nəzarətin hesabınadır.
    Əslində susuzluq bəlkə də problemdən çox, bəladır. O üzdən son vaxtlar dünyanın başına gələn bəlaların üstünə quraqlığın da əlavə olunması yaxşı heç nə vəd etmir. Nə etmək olar, yəqin ki, insanın öz əməlləridir virus, quraqlıq, aclıq şəklində çıxır qabağına.
    Amma dərd varsa, dərman da var, deyiblər. Götürək ölkəmizi. Az vaxtda hansı qlobal problemlərimizi həll etməmişik ki... Prezidentin müşavirədə dediyi kimi: "Necə ki, enerji təhlükəsizliyi məsələləri həll olundu, nəqliyyat təhlükəsizliyi məsələləri həll olundu. İndi biz ərzaq təhlükəsizliyi məsələlərinin həllinə yaxınlaşırıq. Su təhlükəsizliyi məsələsi də öz həllini tapmalıdır”.

   Prezident: Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək
   25.07.2020

      Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub.
    Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bu barədə danışan Prezident İlham Əliyev “Paşa Holdinq”in vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edildiyini və orada 4 minə yaxın köçkün ailəsi məskunlaşdığını diqqətə çatdırıb.
     Şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin böyük hissəsini dövlətin öz üzərinə götürdüyünü bildirən dövlətimizin başçısı deyib: “Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki siyasət düz, niyyət xoş ola bilər, amma əgər bunu icra etmək üçün imkan yoxdursa, onda niyyət elə niyyət kimi qalacaq”.   

 

 

 

 

 

Şəhid ailələrinin və müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir
25.07.2020

    Şəhid ailələrinin və müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir. Onların mənzil-məişət və iş problemlərinin həlli, avtomobillərlə təminatı, aylıq təqaüdün və birdəfəlik ödəmələrin vaxtlı-vaxtında verilməsi göstərilən qayğının əyani təzahürləridir.
    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin ardıcıllığının nəticəsində şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranların problemləri kompleks şəkildə həllini tapır. Bu günədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə isə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil artıq təqdim olunub. Xatırladım ki, 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunmuşdu. 2020-ci ildə isə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Ümumilikdə isə müharibə əlillərinə 6900 avtomobil təqdim olunub. Eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelində təxminən 100 faiz artırılıb. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə sosial siyasət ardıcıl, düşünülmüş şəkildə həyata keçirilir.
     İyul ayının 12-dən başlayaraq Tovuz rayonu istiqamətində xaincəsinə təxribat həyata keçirən Ermənistanın artilleriya hücumu nəticəsində şəhid olan hərbçilərimizin də ailələri bu gün dövlətin diqqətindədir. Tovuz təxribatının qarşısının alınması zamanı şəhid olmuş zabitlərin ailələrinə mənzillərin verilməsi də diqqət və qayğının daha bir nümunə idi. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirməsi diqqət və qayğının ardıcıllığının göstəricisidir. Biz sözlə, bu qəbildən olan ailələr, insanlar daim dövlətin və cəmiyyətin diqqəti mərkəzində olub, bundan sonra da belə olacaq.

 

 

Mehriban Əliyeva: “İnsan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram.”

     24.07.2020
      Əziz həmvətənlər!
      Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib.
Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.
    Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər.
Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.
      Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub.
      1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib.
O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb.
      Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub.
Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb.
İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub.
      Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir.
     Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər.
Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar?
     Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur.
Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?
Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır.
      Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər.
      Əziz qardaşlar və bacılar!
     Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir.
Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır.
     Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir.
     Hər bir səsin əhəmiyyəti var!
     Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır.
      Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm.
      Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi  bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.
       Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!

     KTMT-nin işğalçı dövləti müdafiə etməsi üçün hüquqi əsası yoxdur.

24.07.2020
     Əgər hər hansı ölkə KTMT-nin üzvü olan dövlətlərdən birinə hücum edərsə, nə baş verər? İlk baxışda cavab göz qabağındadır. Bu təşkilatın Nizamnaməsinə görə belə hərəkətlər eyni vaxtda həmin bloka daxil olan bütün ölkələrə qarşı təcavüz hesab edilir. Bu, təşkilatın adından da görünür.
     Məsələn, hamıdan çox və tez-tez KTMT-də üzv olmasını xatırladan Ermənistan həmin blokun arxasında "qoçaqcasına” yumruqlarını silkələyir (xatırladaq ki, 1914-1918-ci illərdə Anadolunun işğal edilmiş hissəsində rus əsgərlərinin arxasında türk və kürd qadınlara və uşaqlara qarşı "igidliklə” döyüşən ermənilər də layiqli cavablarını alana qədər eyni hərəkətlə məşğul idilər). Erməni siyasi texnoloqları uzun illər boyu inandırmağa çalışırdılar ki, əgər Azərbaycan "öz müqəddəratını təyin etmiş Arsaxa qarşı təcavüz edərsə” KTMT üzrə müttəfiqlər erməni xalqının köməyinə gələcək. Həmin müttəfiqlərin isə bundan heç xəbəri də yox idi. Təbii ki, tarixdə belə səfehliyin analoqlarını tapmaq çətindir! Azərbaycan tərəfi adətən buna belə cavab verirdi ki, Bakı Ermənistana hücum etməyə hazırlaşmır, KTMT-nin öhdəlikləri isə Qarabağın işğal edilmiş ərazisinə şamil olunmur.
      Lakin son günlərin hadisələri bütün dünyaya göstərdi ki, münaqişə Qarabağda hərbi əməliyyatlar meydanından uzaqda da baş verə bilər. Bundan sonra KTMT mövzusu yenidən gündəliyə qayıtdı. Ermənistanda yenidən Moskvaya və təşkilatın digər üzvlərinə onların "öhdəliklərini” xatırlatmağa başladılar. İş o yerə çatdı ki, Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan hadisələrin elə ilk günündə bu təşkilatın baş katibi ilə əlaqə yaradaraq ondan kömək istədi. Lakin bu məsələ belə sadədirmi? Müttəfiq ölkələr bütün hallarda hərbi kömək göstərməyə borcludurlarmı?
Əslində KTMT-nin Nizamnaməsində yazılmasa da BMT-nin Nizamnaməsindən, daha dəqiq desək, bu sənədin 51-ci maddəsindən irəli gələn istisnalar var.
Məlum olduğu kimi Ermənistanın dörd qonşusu var. Bu qonşulardan birinin ərazisini Ermənistan silahlı qüvvələri işğal edirlər – indi bu faktı hətta erməni lobbisinin üstünlük təşkil etdiyi ABŞ Konqresi də tanıyıb. Ermənistana İran, Türkiyə və ya Gürcüstan tərəfindən hipotetik hücum ediləcəyi halda KTMT həqiqətən Ermənistanın köməyinə gəlməyə və onu müdafiə etməyə borcludur (köməyə gəlib-gəlməyəcəyi başqa məsələdir).
     Lakin Ermənistan ilə Azərbaycan arasında müharibə halında bu qayda işləmir, çünki Ermənistanın silahlı qüvvələri ARTIQ Azərbaycanın ərazisindədir. Mnatsakanyanın bu yaxınlarda KTMT-dən aldığı rədd cavabı buna sübutdur. Onun ölkəsinin çağırışı səhrada fəryad kimi cavabsız qaldı. Hətta Azərbaycan Ermənistan-Azərbaycan sərhədinin hər hansı hissəsində əks-hücuma deyil, təhrik edilməmiş adi hücuma keçəcəyi halda belə "hamıya qarşı hücum” konsepsiyası qüvvədə olmayacaq və KTMT-dən Ermənistana kömək gəlməyəcək, çünki Azərbaycan ərazisi özü müttəfiqlərindən köməyə gəlmələrini xahiş edən blok üzvü tərəfindən təcavüzə və işğala məruz qalıb. Axı Ermənistan Azərbaycanın sərhədlərini tanımırsa, hətta onun ərazisinin bir hissəsini işğal edirsə, onda Azərbaycan nə üçün Ermənistanın sərhədlərini tanımalı və hər hansı başqa sahədə Ermənistanın bir hissəsini işğal etmək niyyətindən çəkinməlidir?
      Bu dünyada hər şey qarşılıqlıdır. KTMT-nin kollektiv təhlükəsizlik barədə öhdəlikləri hərəkətin birtərəfli olduğu küçə deyil. Müttəfiqlər tərəfindən köməyə ümid bəsləmək üçün ölkə özü beynəlxalq hüquqa riayət etməli və başqa dövlətin ərazisini işğal etməməlidir, halbuki o, blok üzvlərindən məhz həmin başqa dövlətin təcavüzündən onu müdafiə etmələrini xahiş edir. Kömək yalnız o halda gələ bilər və bəlkə də gələr ki, məsələn, Azərbaycan qoşunları ermənilər Qarabağı azad edənə qədər deyil, bütün dövlət sərhədi bərpa olunandan sonra Ermənistana hücum etsin və Vedibasarı, Göyçəni və ya Qərbi Qazaxı tutsun. Belə halda bəli, Yerevan KTMT-dən kömək istəyə bilər. Lakin bu ölkə özü Qarabağı işğal etdiyi şəraitdə BMT-nin Nizamnaməsinə görə Azərbaycanın işğalçı dövlətin istənilən nöqtəsinə, onun paytaxtını tutana qədər zərbə endirmək üçün hər cür hüququ var. İkinci Dünya müharibəsi illərində müttəfiqlər məhz belə edir, Almaniya şəhərlərini bombalayırdı. KTMT öz üzvünü – başqa dövlətin ərazisini işğal edən təcavüzkar dövləti müdafiə edə bilməz və etməməlidir, həmin başqa dövlət, öz növbəsində, bütün tədbirləri görür, KTMT üzvünü çoxillik işğala son qoymağa məcbur etmək məqsədilə onun ərazisinə cavab hücumu da edə bilər.
      Azərbaycanın Dağlıq Qarabağ regionunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldıqca Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə görə Ermənistan ərazisinin istənilən hissəsinə cavab zərbələri və onun ərazisinin hər hansı hissəsini taktiki baxımdan tutmaq, o cümlədən hazırda işğal altında olan Aşağı Əskipara, Yuxarı Əskipara, Barxudarlı, Bağanis-Ayrım və Kərki kəndlərinin Azərbaycan ordusu tərəfindən tamamilə qanuni şəkildə azad edilməsi də daxil olmaqla özünümüdafiə hüququna malikdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalına son qoymayınca onun KTMT tərəfindən hər hansı köməyə ümid bəsləməyə haqqı yoxdur, çünki əks halda bu, artıq Ermənistanın bütün ölkələr tərəfindən kollektiv müdafiəsi deyil, Ermənistanın Azərbaycana qarşı təcavüzündə onların kollektiv iştirakı hesab ediləcək və onların heç biri Qarabağın işğalını uzatmaqda ona köməkçi rolunda çıxış etməyi arzulamır və arzu etməyəcək, onlardan heç biri heç vaxt belə bir sənədi "imzalamayıb”.
      "Hamıya qarşı hücum” prinsipi yalnız o halda qüvvəyə minir ki, Ermənistan Qarabağı azad etsin və bir müddətdən sonra Azərbaycan birdən-birə, gözlənilmədən Ermənistana hücum etməyi qərara alsın. Lakin Ermənistan qonşusunun ərazisini artıq işğal etdiyi vəziyyətdə qarşı tərəfin onun ərazisinə taktiki hücum edəcəyi halda müttəfiqlərin köməyə gələcəyinə ümid etməyə dəyməz.
Bizdən müdafiə olunmaq istəyirsənsə, özünü yaxşı apar. Ermənistan kömək üçün müraciət edəndən sonra KTMT ona məhz belə ismarıc göndərib. Buna görə də əgər Azərbaycan Vanadzoru tutarsa və bu ölkənin şimalında həyati əhəmiyyətli bütün, o cümlədən dəmir yolu, avtomobil və enerji kommunikasiyalarını kəsərsə, qoy Ermənistan isterikaya düşməsin. İşğaldan əziyyət çəkən Bakı BMT Nizamnaməsinə əsasən cavab tədbirləri görmək üçün bütün hüquqlara malikdir və Yerevan Qarabağın işğalını davam etdirərsə qonşusuna qarşı təcavüzdə müttəfiqlərin kollektiv şəkildə iştirak edəcəyinə ümid bəsləməsə yaxşıdır.

 Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib   24.07.2020

    Bütün dünya bilir ki, nəinki Cənubi Qafqazda, hətta MDB məkanında sürətli iqtisadi-sosial inkişafa malik olan Azərbaycan qısa müddətdə güclü hərbi potensial yaratmaqla qüdrətli ordu sahibinə çevrilmişdir. Məhz belə bir məqamda işğalçı Ermənistana öz hərbi gücünü göstərmək üçün son bir neçə ildə xeyli imkanlar yaranıb. Xüsusilə 2016-cı ildə şanlı Aprel döyüşlərində Ermənistan ordusu Silahlı Qüvvələrimiz tərəfindən ağır zərbələr alaraq məğlubiyyətə uğradı.
   İkinci belə bir zəfər döyüşü isə 2020-ci ilin iyulun 12-də erməni hərbi qüvvələrinin Tovuz rayonu istiqamətindəki təxribat xarakterli hücumunun qarşısı alınmaqla qarşı tərəfə əks-zərbə vurulanda baş tutdu. 100-dən çox hərbçisini və onlarla hərbi obyektləri məhv edilən Ermənistan silahlı qüvvələri hətta səngərləri qoyub qaçmağa başladılar. İyulun 21-də Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə bu barədə deyib: “Mən sizin və Azərbaycan xalqının diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Yəqin siz eşitmişdiniz ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-yə 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-də üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-ni necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-yə yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”.
      Burada bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə bərabər, onun geosiyasi üstünlüyünü də açıq şəkildə göstərmiş oldu. Belə ki, KTMT-nin bir neçə üzvünün ölkəmizin haqlı mövqeyinin dəstəkləməsindən sonra Türkiyə, Pakistan, Ukrayna və hətta İtaliya kimi bəzi Avropa ölkələri Azərbaycanın işğala məruz qaldığını bildirməklə kifayətlənmədilər, ölkəmizə hər cür dəstək verə biləcəklərini bildirdilər. Məhz ölkəmizə bu xarici dəstəkdən sonra Ermənistanın cəmiyyətində ciddi xaos hiss olunmağa başladı. Tovuz döyüşlərinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını Ermənistanın hərbi ekspertləri də etiraf edirlər. Ermənistanın “komandos” ləqəbli generalı, keçmiş müdafiə naziri Arkadi Ter-Tadevosyan İrəvandakı “İmpuls 106.5” FM radiosuna verdiyi müsahibəsində bildirib ki, Azərbaycan Ordusu bu döyüşlərdə öz hədəfinə çatdı. Onlar Ermənistanın bəzi hərbi obyektlərini darmadağın etməklə bərabər, həm də bizim əsas hərbi obyektlərimizin bir çoxunun yerini təsbit etməklə gələcək döyüşlərdə böyük üstünlüklər qazanmağı bacaracaqlar. Bu və digər ağır nəticələrə görə deyə bilərəm ki, Tovuz döyüşlərində Ermənistan ordusu məğlub tərəfdir.” Bir məsələni də qeyd etmək lazımdır ki, hətta Rusiyanın bir çox ictimai-siyasi xadimləri, o cümlədən ermənipərəst jurnalist Vladimir Solovyov Ermənistanı yalançılıqda, dezinformasiya yaymaqda günahlandırdı. O, erməni siyasi rəhbərlərinin Azərbaycanın guya “UAZ” markalı avtomobillə Ermənistan sərhədini yarıb hücuma keçməsi iddiasını gülünc adlandırdı. Bildirdi ki, bu gün Azərbaycanda ən müasir silahlarla təchiz olunan güclü ordu var. Belə bir ordunun məhz “UAZ”la Ermənistana hücum etməsi sizin ən biabırçı və qeyri-ciddi hərbi düşüncənizin məhsuludur.
   Bir sözlə, Tovuz döyüşləri Ermənistanın hərbi gücsüzlüyünü, onun geosiyasi nüfuzunun zəifliyini və Azərbaycan Ordusu qarşısında bundan sonra da məğlub olacağını bir daha göstərmiş oldu.

        Şəhid ailələrinə dövlət qayğısı Azərbaycanın daxili  siyasətində prioritetdir 24.07.2020

        Son illərin təcrübəsi onu deməyə əsas verir ki, təbii fəlakət, düşmənin hərbi təxribatları və digər bu kimi müxtəlif çətinliklərlə üzləşən vətəndaşların problemləri məhz dövlət tərəfindən aradan qaldırılıb, bu məsələlər şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub. Prezident İlham Əliyev də hər zaman sosial sahəyə diqqətin artırılmasını, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, rifahının yüksəldilməsinə imkan verən sosial layihələrin icrasını önə çəkir, bu layihələrin reallaşa bilməsi üçün ölkənin maliyyə imkanlarının, valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artırılması istiqamətində addımlar atılmasını qarşıya məqsəd kimi qoyur.
       Dövlət başçısının xüsusi diqqət və qayğısının nəticəsidir ki, pandemiya dövründə də Azərbaycan güclü sosial siyasəti ilə seçilir. Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri, vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi günümüzün reallığına çevrildi. Əhalinin sağlamlığının qorunması və sosial rifaha dəstək istiqamətində atılan məqsədyönlü və genişmiqyaslı tədbirlər Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq etdi. Dövlətimizin başçısının rəhbərliyi ilə koronavirus pandemiyası şəraitində reallaşdırılan sosial müdafiə tədbirləri “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” fikirlərinin təsdiqi və bütün bunların əməli işlərlə tamamlandığının sübutu oldu.
      Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi  isə Azərbaycanın daxili siyasətində prioritetdir. Bu, Ümummilli liderimiz  Heydər Əliyevin müəyyənləşdirdiyi  siyasi-mənəvi yoldur.Xatırladım ki, Ulu öndərimizin təşəbbüsü ilə “Şəhid adının əbədiləşdirilməsi haqqında” qanun qəbul olunmuşdu və bu qanun  məhz Heydər Əliyevin  1993-cü il 3 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bütövlükdə, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısı xüsusi yer tutmuşdur.
        Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. 2003-cü ildən indiyə qədər bu istiqamətdə görülən işlər bunu sübut edir.  2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk Fərman şəhid ailələri ilə bağlı oldu. Yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilir. Şəhid övladlarının  təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı Prezident təqaüdü verilir. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi ilə bağlı addımlar atılır, onların əziz xatirəsi  daim yad edilir.Şəhid ailələrinə birdəfəlik yardım göstərilir (hər ailəyə 11 min manat olmaqla). Şəhid ailələri dövlət hesabına evlə təmin edilir (indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib).
       Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları da öyrənilir və onların həlli istiqamətində addımlar atılır.  Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq.
        Dövlət tərəfindən atılan addımlar təbii ki, vətəndaşlar, sadə insanlar tərəfindən rəğbətlə qarşılanır. Onlar son illər dövlətin qayğısını, himayəsini daha artıq hiss etməyə başlayıblar. Sosial problemləri həll olunduqca, rifah halı yüksəldikcə, vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə o da töhfəsini vermək istəyir. Bu güvənc, bu inam isə nəticədə dövlətlə vətəndaş arasında bir doğmalıq, sarsılmaz bağlılıq yaradır.

 

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır 23.07.2020
Bu bir həqiqətdir ki, hər bir dövlətin əsas məqsədlərindən biri əhalinin sosial müdafiəsini təşkil etmək, sosial rifah halını yaxşılaşdırmaqdır. Bu gün real faktordur ki, Azərbaycan dövləti daima öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.
    Dövlət başçımız İlham Əliyev cənablarının son 17 il prezidentlik fəaliyyəti dövründə xalqımız bunun şahididi. Xüsusi ilə də, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı altındadır. Bu günlərdə bu kateqoriyaya aid olan insanlara mənzil və avtomobillər verilir, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər. Hər zaman hər bir azərbaycanlının yanında olan, onların dərd-səri, problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb.
    Son günlər Azərbaycanın Tovuz rayonu istiqamətində yerləşən dövlət sərhədi boyunca Ermənistan hərbi qüvvələri tərəfindən törədilən təxribatçı və beynəlxalq hüququn normalarına sığmayan təhrikedici hərəkətlər şiddətli döyüşlərə səbəb oldu. Bu döyüşlər düşmənin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydi.
    Dəymiş ziyanın aradan qaldırılması istiqamətində Möhtərəm Prezident cənab İlham Əliyevin 20 iyul 2020-ci il tarixli imzaladığı “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı vaxtında verilmiş qərardır.”
Həmin rəsmi sənədə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi nəzərdə tutulur.
    Bildiyimiz kimi Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır. Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib.
Son illər möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçımızın xüsusi olaraq nəzarətindədir. Dövlətimiz Azərbaycanının ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.
    Tovuz rayonu istiqamətində döyüşlərdə də şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verildi.
    Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələrinin Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələri ilə görüşlər keçirməsi diqqət və qayğının ardıcıllığının göstəricisidir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıldı. Bütün bunlar isə bu kateqoriyadan olan insanlara nə qədər böyük qayğı, hörmət və ehtiram göstərildiyini sübut edir.
    Artıq Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Dövlət başçısı qeyd edilən Sərəncamla bir daha hər bir vətəndaşın yanında olduğunu, onun sosial durumunun yaxşılaşdırılması istiqamətində çalışdığını təsdiqlədi. Bu, Azərbaycanda baş verən yeganə hal deyil.
    Məlumat üçün qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutmaları nəticəsində mülki əhalinin həlak olması və yaralanması ilə yanaşı, bir çox evlərə də ciddi ziyan dəymişdi: “Hadisədən dərhal sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə təmas xəttinə gələrək cəbhəboyu zonada vəziyyətlə yerində tanış olmuş, sakinlərlə görüşmüş, dağılmış evlərə baxmışdı.
    Prezident İlham Əliyev tamamilə dağılmış evlərin yerində yeni evlərin inşası, həmçinin ziyan dəymiş evlərin və sosial obyektlərin təmiri ilə bağlı konkret tapşırıqlar vermiş və 2016-cı ilin mayında imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılmış 3 milyon manat vəsait hesabına ümumilikdə, rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilmiş və 8 ev bərpa olunmuşdur. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülmüşdür.
   Bu gün insanlarımızın erməni qorxusu olmadan yaşadığı Cocuq Mərcanlı da məhz 2016-cı ildə dövlət başçısının imzaladığı müvafiq Sərəncam əsasında yenidən qurulmuşdu. Bu Sərəncamın tələblərinə uyğun olaraq həyata keçirilən quruculuq-abadlıq işləri həm də torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin ruhunun şad olması deməkdir.
Dövlət başçısının məlum Sərəncamı həm də onu deməyə əsas verir ki, Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır və Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq.
   Həm Aprel döyüşləri, həm də bu günlərdə Tovuz rayonu istiqamətində yerləşən dövlət sərhədi boyunca Ermənistan hərbi qüvvələri tərəfindən törədilən təxribat zamanı mülki əhliyə dəymiş ziyanın qısa zamanda aradan qaldırılması ilə bağlı dövlətimizin başçısının imzaladığı sərəncamlar bir daha sübut edir ki, Azərbaycan dövləti həmişə öz vətəndaşlarının problemlərinə xüsisi hassaslıqla yanaşır, onların təhlükısizliyinin təmin olunmasını, rifahının yüksəlməsini ali vəzifəsi hesab edir.

Əsas ziyan Tovuz rayonunun 6 kəndinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib
Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyev müvafiq Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələri, habelə Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup yaradılıb.
Vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə mütəxəssislər Tovuz rayonuna ezam olunublar. Bu məqsədlə mütəxəssislər tərəfindən hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən ziyan çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, müvafiq müayinə və ekspertiza işləri aparılır. Yaradılmış komissiya araşdırma aparacaq və bundan sonra fərdi yaşayış evlərində, yardımçı tikintilərdə və təsərrüfatlarda görüləcək işlər müəyyənləşdiriləcəkdir.
Dəymiş zərərin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin qısa müddətdə başa çatdırılması üçün mütəxəssislər qrupuna bütün zəruri dəstək göstərilir. İşlərin gedişi dövlətimizin başçısının şəxsi nəzarətindədir. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Əsas ziyanın Tovuz rayonunun altı yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəydiyi məlumdur. İlkin qiymətləndirmələrə görə bu kəndlərdə dinc əhaliyə məxsus 35 ev və yardımçı tikililərin, habelə vətəndaşların şəxsi əmlakının və əkin sahələrinin müxtəlif dərəcədə ziyan gördüyü müəyyən edilib.
Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 16-da kəndlərinə atılmış çoxsaylı mərmilərdən ikisi Quşçu kənd sakini Həzi Vəliyevin həyətinə düşüb. Mərmilərin təsir gücündən yaşayış evinin arxa divarı uçub, evin döşəməsində böyük oyuqlar açılıb, pəncərə və şüşələr sınıb, dəmir çardağın dam örtüyü dəlik-deşik olub, yardımçı təsərrüfat tamamilə dağılıb, həyətyanı sahəsindəki təsərrüfatına ciddi ziyan dəyib.
Dondar Quşçuya atılmış mərmilərdən biri isə kənd sakini Tariyel Abdullayevin evinə düşüb. Mərmi həyətdəki evlərdən birini tamamilə dağıdıb, digər evə isə böyük ziyan vurub.
Kəndə atılan mərmilərdən daha biri sakin Zeynal Rüstəmovun həyətindəki qarğıdalı əkini sahəsinə düşüb və mərminin təsir gücündən təsərrüfat yararsız hala düşüb.
Həmin əmlaklarda fərdi qaydada yerində inventarlaşdırma və qiymətləndirmə işləri aparılır, məlumatların lazımi qurumlara təqdim edilməsi üçün dəymiş ziyan aşkar edilir. Qısa müddətdə bu obyektlərin bərpa edilməsi və təmir-tikinti işlərinin sürətləndirilməsi üçün plan tərtib edilir.
İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Bu əsasən kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

 

Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq
"Mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci.
Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik.
Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq "Mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci.
Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik.
Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq".
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev

 

       Azərbaycan Prezidenti Tovuz rayonunun atəşə tutulması nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncamının icrasına başlanılıb
       İyulun 20-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam imzalayıb.
      Sənəddə Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydiyi bildirilib.
Sərəncamda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini İqtisadiyyat Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib bu barədə məlumatları Nazirlər Kabinetinə təqdim etsin.
      Nazirlər Kabinetinə isə dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
        Sərəncamın icrası ilə bağlı  İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq

 

 

      Azərbaycanın uğurlu inkişafının əsas şərti – xalq-iqtidar birliyidir.
     2020-ci il iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda cənab Prezident İlham Əliyev dərin məzmunlu geniş nitq söyləyib. Həmin nitqdə cənab Prezident ictimai-siyasi vəziyyətin və son günlərdə baş verən hadisələrin geniş təhlilini verərək qarşıda duran əsas vəzifələr və həmin vəzifələrin həlli istiqamətində həyata keçiriləcək işlər barədə konkret tapşırıqlar verib.
         Cənab Prezident nitqində qeyd etmişdir:
      Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmışdır.
    İyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Azərbaycan   Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar.    Bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmizdir.
       Azərbaycan dövləti və Azərbaycan Ordusu hər bir vətəndaşını qoruyur və qoruyacaqdır.
      Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.
      Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər.
      Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir.
    Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın.
Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır.
        Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır.
       Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər.
       XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi.
Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.
      Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.
       Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük.
     Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük.
      Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Özündə 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib.
Bu gün xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas şərtidir və ölkədə sabitliyin təminatçısı Azərbaycan xalqıdır.
      Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi.
      Azərbaycanı anarxiyaya sürükləmək mümkün deyil.
     Ordumuzun düşmən hücumunu qəhrəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu.
       Vətən, torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar. Onlar, eyni zamanda, bu qəhrəmanlıqları ilə gənclərimizdə vətənpərvərlik hissini daha da artırır, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hücum əmrini gözləyirlər. İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olmasına bir daha işıq saldı. Bu, kimliyindən, siyasi əqidəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün qürürvericidir.

       Heç bir qüvvə Azərbaycandakı sabitliyi poza bilməz.
     Ermənistanın dövlət sərhədimizin Tovuz istiqamətindən başlatdığı hərbi təcavüzünün qarşısını rəşadətlə alan Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vurdu. Döyüş meydanında baş verənlər bir daha Azərbaycanın artan hərbi qüdrətini, silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətini, ordumuzun şəxsi heyətinin mübarizliyini, eyni zamanda da təcavüzə məruz qalmış kəndlərimizdə yaşayan insanların qranit kimi möhkəm əzmini nümayiş etdirdi.
     Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Paşinyan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Ermənistanın baş naziri hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.
      Lakin Aprel döyüşlərində olduğu kimi, Ermənistanın bu təxribatı da öz başında çatladı. Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan xalqını bu təxribata çəkən Ermənistan başından zərbə aldı. Bəli, erməni hərbi birləşmələri sarsıdıcı zərbə alaraq geri otuzduruldu, təxribatının qarşısı qətiyyətlə alındı və onların əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilmədilər.
      Digər tərəfdən, məntiqlə Ermənistanın üzvü olduğu KTMT dərhal bu məsələyə baxmalı idi. Amma üstündən neçə gün ötsə də, Ermənistanın iyulun 12-dən etdiyi müraciət cavabsız qalıb. Bu da onu göstərir ki, Ermənistan üzvü olduğu təşkilatlarda belə ciddi qarşılanmır. Həm də sübut olundu ki, ölkəmizin KTMT üzvü olan ölkələrlə dostluq münasibətləri kifayət qədər dərindir və onlar heç vaxt Azərbaycana təcavüz edən Ermənistanın müdafiəsinə qalxmayacaqlar. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu barədə çox doğru olaraq dedi: "KTMT-nin Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır.
      Ən əsası iki gün ərzində davam edən hərbi əməliyyatlar Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hünərini, yüksək döyüş əzmini, dərin vətənpərvərlik hisslərinə malik olduğunu göstərdi. Döyüşlərdə generalımızın, yüksək rütbəli zabitlərimizin qəhrəmancasına həlak olması hər birimizi kədərləndirdi. Bütün dünya gördü ki, Azərbaycan Ordusunun generalı, polkovniki öz əsgərləri ilə birlikdə ön xətdə vətənin müdafiəsindədir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bu gün onların ruhu rahatdır, çünki qanları yerdə qalmadı. Ordumuz şəhid olan bütün hərbçilərimizin qisasını layiqincə aldı.
       Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri olan Milli Ordumuzla fəxr edir. İyulun 14-də Bakıda ordumuza dəstək məqsədilə yürüşün keçirilməsi də silahlı qüvvələrimizə, əsgərimizə ehtiramın ifadəsi idi. Orduya dəstək yürüşü xalqımızın milli həmrəyliyinin, Azərbaycan vətəndaşlarının möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin təcəssümü idi. Bu yürüş həm də bütövlükdə xalqımızın daşıdığı vətənpərvərlik hisslərini, torpaqlarımızın işğalı faktı ilə heç vaxt barışmayacağını nümayiş etdirdi. Aksiya iştirakçılarının səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bu yürüşü xalq-iqtidar birliyini göstərən mənzərə adlandırdı: "Bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi”.
Təəssüf ki, orduya dəstək aksiyası zamanı yaradılmış şəraitdən sui-istifadə edən bir qrup ünsür tərəfindən məqsədyönlü, əvvəlcədən planlaşdrılmış şəkildə təxribat törədildi. Belə ki, iyulun 15-nə keçən gecə aksiya iştirakçılarının bir qisminin Milli Məclisin inzibati binasına daxil olaraq vandallıq etməsinin, parlament binasının mülkiyyətini, inventarını dağıtmasının ordumuza və silahlı qüvvələrimizin həyata keçirdiyi əməliyyatlara dəstəklə heç bir əlaqəsi yox idi. O cümlədən asayişin keşiyində dayanan polis əməkdaşlarına qarşı zorakılıq edilməsi, onların xidməti polis avtomobillərinin yararsız hala salınması ordumuzun uğurlu əməliyyatlarına və şəhidlərimizin ruhuna ən böyük hörmətsizlik idi.
      Bu qanunsuz hərəkət bütün mahiyyəti ilə təxribatçılıq və cəmiyyətdə çaşqınlıq yaratmaq cəhdi idi. Bu hadisə antimilli ünsürlərin Azərbaycanı yenidən ötən əsrin 90-cı illərinin əvvəllərinə qaytarmaq niyyətlərindən qaynaqlanan çirkin əməl idi.
       1990-cı illərin əvvəllərində ölkəmizdə baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Unutmalı deyilik ki, məhz həmin dövrdə ölkədə yaranmış xaotik durum az qala yenicə qazanılmış müstəqilliyimizin itirilməsi ilə nəticələnəcəkdi. Yalnız Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlişindən sonra Azərbaycanda xaosa, anarxiyaya son qoyuldu, müstəqilliyimizin qorunaraq dövlətçiliyimizin inkişafı tam olaraq təmin edildi.
       Digər tərəfdən, son dövrlərdə bu tip hadisələrin bir sıra dövlətlərin cəmiyyətlərinə və onların xalqlarına vurduğu maddi və mənəvi zərbələri də yaddan çıxarmalı deyilik. Bu mənada iyulun 15-nə keçən gecə həmin məlum hadisələri törədənlərin, o cümlədən sosial şəbəkələrdə saxta profillər üzərindən yalan məlumat yayanların məqsədi Azərbaycanı xaosa, anarxiyaya sürükləmək idi. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında həmin qüvvələrin hansı qaragüruh qrupu təmsil etdiklərini açıqladı. Onların öz məqsədləri naminə pozuculuq fəaliyyəti ilə məşğul olmaları, düşmən dəyirmanına su tökmələri sadəcə təəssüf doğurur. İclasda qeyd olunduğu kimi, həmin insanlar müəyyən olunaraq sərt şəkildə cəzalarını alacaqlar.
       Bu gün heç kimin Azərbaycanda daxili sabitliyi pozmağa ixtiyarı, haqqı yoxdur. Çünki biz bu sabitliyi qanımız, canımız bahasına əldə etmişik. Ümumiyyətlə isə, Azərbaycan öz yüksəlişinin elə bir mərhələsindədir ki, heç bir qüvvə ölkəmizi xaosa, anarxiyaya sürükləyə bilməz. Bundan əvvəl də respublikamızda siyasi sabitliyin pozulmasına cəhdlər olub. Lakin hər dəfə xalq-iqtidar birliyi və güclü Azərbaycan dövləti öz sözünü deyib, bütün antimilli cəhdlərin qarşısını alıb.
      Bu gün Azərbaycanda güclü milli həmrəylik mövcuddur və xalqımız Prezident İlham Əliyevi və onun yürütdüyü siyasi kursu yekdilliklə dəstəkləyir. Bunu son günlərdə dövlətimizin başçısının ünvanına gələn məktublar da təsdiqləyir. Çünki Azərbaycanın yüksəlişi, dövlətimizin daha da qüdrətlənməsi, o cümlədən işğal olunmuş ərazilərimizin azad olunmasına aparan yol məhz bu siyasətin davam etdirilməsindən keçir. Xalq-iqtidar birliyi əbədidir və sarsılmazdır.

      Siyasi Partiyaların bəyanatları milli həmrəyliyimizin nümayışıdır.
    Düşmən tərəfindən Dövlət sərhədlərimizin pozulması ilə əlaqədar siyasi partiyaların imzaladıqları bəyənatlar onlar tərəfindən Milli Həmrəyliyə doğru atılmış bir addımdır. Ermənistan -Azərbaycan-Dağlıq Qarabağ arasında olan münaqişəsi davam etdiyi illər ərzində heç vaxt bu sayda siyasi partiyalar Azərbaycan Prezidenti, Ali Baş Komandanının yanında olduqları barədə bəyənat verməmişlər.İlk dəfə olaraq müxtəlif proqramı, platforması və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər.Bu o deməkdir ki, çoxdan arzuladığımız digər ölkələrin siyası mədəniyyətində qibtə ilə izlədiyimiz an yetişmişdir.
      43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.”;
     Siyasi partiyaların hazırki vəziyyəti düzgün qiymətləndirmələri son hadisələrin  təsadüfi olmadığını, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin təsdiq edilməsi baxımından əhəmiyyətlidir.Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısının alması xalqımız tərəfindən böyük coşqu ilə qarşilanmışdır.Bir daha xalq ilə ordumuz arasındakı həmrəylik nümayiş olunmuş, bu məqsədlə çoxsaylı insanlar yürüş etmişlər. Təəssüf ki,bu hadisələr zamanı yenə də bəzi siyası çevrələr bu təlatümlü günlərdə də hadisələrə münasibət bildirməyərək hadisələrə kənardan müşahidə etməyə üstünlük vermişlər.

 

Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar  Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər.
     Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair bəyanatı qəbul edilib. bu əslində gözlənilən idi.Çünki Prezident İlham Əliyev IV çağırış Milli Məclisin 10 mart 2020-ci il tarixli birinci iclasındakı çıxışında bildirmişdi ki, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlar nəticəsində Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Bu isə siyasi partiyaların ölkənin həyatında fəal sosial iştirakçılılığının, məsuliyyətliliyinin artırılmasını tələb edir. Milli maraqlar və dövlət təhlükəsizliyi məsələlərində siyasi partiyalar bir mövqedən çıxış etməlidirlər. Prezident İlham Əliyevin təşəbbüsü ilə Prezident Administrasiyasının nümayəndələri demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçiriblər. Bu təşəbbüs heç bir şərt qoymadan keçirilir və öz müsbət nəticələrini göstərir.
     Bu günlərdə siyasi partiyalar Ermənistanın Tovuz istiqamətindən Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış hərbi təxribat törətdiyi, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirib və Ali Baş Komandanın yanında olduqlarını bəyan ediblər:
      Bu onu göstərir ki, ölkədə aparılan islahatlar yeni siyasi təfəkkürün və mədəniyyətin formalaşmasını təmin edir və partiya mənsubiyyəti, fikir ayrılıqları kənara qoyulub, eyni səngərin əsgərləri kimi dövlətə, vətənə qarşı təhlükəni dəf etmək üçün bütün siyasi qüvələr də bir yumruq kimi birləşiblər. Azərbaycanın bu yeni siyasi gerçəkliyi də düşmənlərimizə sarsıdıcı zərbədir. Başlarında 1990-cı illərin havası qalmış xarici qüvvələr gördülər ki, onların qarşısında müasir güclü demokratik, hüquqi dövlət dayanıb. Belə bir dövlətə qalib gəlmək mümkün deyil.
     43 partiya sədrinin imzaladığı Birgə Bəyanatda qətiyyətlə bildirilir: "Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik."
      Bu birgə bəyanatdan sonra Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn ayrıca bəyanatlar verərək Vətənin düşmən təcavüzünə məruz qaldığı günlərdə Ali Baş Komandana və ordumuza dəstək olduqlarını demişlər.
Siyasi partiyalar milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük vermişlər. Yəqin ki, onlar adətləri üzrə yenə də hansısa neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verəcəklər".

Azərbaycanın xarici siyasəti milli maraqlara və hücum diplomatiyasına əsaslanmalıdır
17.07.2020
      Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.
         Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
      Azərbaycan Prezidentinin dinamik, çoxşaxəli və milli maraqlara əsaslanan xarici siyasəti
    Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü zamanı çıxışında bildirib ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq, eləcə də pandemiyanın bəşəriyyəti bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı var. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
      Bu mühüm hadisə onu təsdiq edir ki, artıq ölkəmiz təkcə regional məsələlər deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələrlə bağlı da öz sözünü deyir, qlobal təhlükələr zamanı mövqeyini ortaya qoyur.
     Qeyd etmək lazımdır ki, 2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı böyük önəm kəsb edir.
      Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub. Azərbaycanın əldə etdiyi nailiyyətlər Davos Dünya İqtisadi Forumunun illik hesabatlarında yüksək qiymətləndirilib.
       Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə inkişaf etdirilir. Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanıb. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq, bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilib.
      2003-cü ildən başlayaraq, xüsusilə son 3 ildə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti öz əksini tapıb. Onlar regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasının zəruriliyini bildiriblər. Eyni zamanda, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurdur.
      Bundan əlavə, Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına, sabitliyin qorunub saxlanılmasına yönəlmişdir. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstan-İran və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Keçən dövr ərzində müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumuna, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin Xarici İşlər nazirlərinin birinci dördtərəfli görüşünə də ev sahibliyi edib.
       Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanı qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir. Bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verməklə yanaşı, iki qardaş dövlətin birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Eləcə də ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın enerji diplomatiyası regional təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa və milli maraqlara xidmət edir.
      Azərbaycanın Qərb dövlətləri, xüsusilə Amerika Birləşmiş Ştatları ilə həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində münasibətləri çox mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. Bu mühüm qlobal layihələr onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Nəticədə, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.
      Həmçinin son 16 il ərzində “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, Avronest Parlament Assambleyasının Avropadan kənarda keçirilən ilk iclasına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasına və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səviyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almaqla yanaşı, digər möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli məkandır.
        Azərbaycan müsəlman aləmində də çox böyük hörmət, nüfuz qazanıb. İslam həmrəyliyi ilə bağlı atılan addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin apardığı siyasət, həm ölkə daxilində, həm də xaricdə bu istiqamətdə Azərbaycanın həyata keçirdiyi tədbirlər İslam aləmində həmrəyliyi, əməkdaşlığı və birliyi daha da möhkəmləndirir. Bu baxımdan, 2018-ci ildə Naxçıvanın İslam Mədəniyyətinin paytaxtı seçilməsi heç də təsadüfi olmayıb.
      Bununla yanaşı, 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Məlum olduğu kimi, Azərbaycan Respublikası 2011-ci il mayın 26-da İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Azərbaycanın Hərəkata üzv olduğu 8 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin daha geniş dairələrində məlumatlandırılması artıb, təşkilatın sənədlərində münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. 2019-cu il oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə görüşündə Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə görüşündə Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur.
       Bundan əlavə, son iki ildə ölkəmizin ev sahibliyi etdiyi, eləcə də dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.
     Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xarici siyasət kursunun son 16 ildə Prezident İlham Əliyev tərəfindən dinamik şəkildə və novatorcasına inkişaf etdirilməsi nəticəsində Azərbaycanın çox böyük uğurlara imza atması ölkəmizin dünya birliyində mövqelərinin yüksəlməsini təmin edib. Bununla yanaşı, son vaxtlar həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.
         Ermənistanın təcavüzkarlığının davam etməsi və Azərbaycana qarşı ikili standartlar siyasəti
1993-cü ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistanın açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib. Bununla yanaşı, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqları imitasiya üçün aparmaq, yəni vaxt uzatmaqla işğalçılıq siyasətini davam etdirməkdir.
      1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıb. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. Bu baxımdan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş həmsədrlər Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Bundan əlavə, əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılması nə məqsəd daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi?
      Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirib. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən ətraf 7 rayondan etnik təmizləməyə məruz qalmış və öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır. Ancaq Minsk qrupu yarandığı vaxtdan indiyədək qəbul etdiyi sənədlərdə bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətindən nəinki danışılmır, əksinə, müxtəlif vaxtlarda digər beynəlxalq təşkilatların da işğal faktının əks olunduğu sənədlərin qəbul edilməsinə etiraz edərək məsələnin yalnız Minsk qrupu çərçivəsində həll edilməsinə üstünlük verib, daha doğrusu, Azərbaycanın işğal edilmiş əraziləri terminini qəbul etməyiblər. Bu cür mövqe Ermənistanı daha da şirnikləndirməklə yanaşı, açıq formada olmasa da, mövcud işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş dəstək kimi qəbul edilməlidir.
     Belə ki, cəzasızlıq vəziyyətindən istifadə edən Ermənistan xarici işlər naziri Rusiya Federasiyasının Xarici İşlər nazirinin açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Bu siyasətin davamı olaraq iyulun 10-da Yerevanda keçirilən Təhlükəsizlik Şurasının iclasında Ermənistanın milli təhlükəsizlik strategiyasının müzakirəsi zamanı bu ölkənin bölgədə sülh və təhlükəsizliyə birbaşa hədə törədən təcavüzkar siyasəti baş nazirin dilindən növbəti dəfə etiraf edildi.
      İşğalçı Ermənistanda sosial-iqtisadi və demoqrafik böhran, son illərdə baş verən hadisələr, xüsusilə insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi, İctimai TV-nin zəbt edilməsi, sabitsizlik, xaos və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçilməsi acı təəssüf doğurur. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. Ermənistan rəhbərliyi artıq ölkədə bütün sosial dayaqlarını itirib. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan tərəfindən törədilən təcavüz aktı ictimai fikri ölkədaxili problemlərdən, eləcə də işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf 7 rayondan yayındırmaqla yanaşı, Ermənistanın açıq şəkildə işğalçılıq siyasətini davam etdirdiyini nümayiş etdirir.
       Ermənistan danışıqlar adı ilə imitasiya ilə məşğuldur. Buna rəvac verən ATƏT-in Minsk qrupunun mücərrəd və ənənəvi bəyanatları elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az daha da şirnikləndirir. Azərbaycan-Ermənistan sərhədində baş verən təcavüz aktından sonra ayın 13-də ATƏT-in Minsk qrupunun verdiyi ənənəvi bəyanat bunun bariz nümunəsidir. Ona görə ATƏT Minsk qrupu təcavüzkarı öz adı ilə çağırmalı, onu sülhə məcbur etmək üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmasını birmənalı şəkildə tələb etməlidir. Əks təqdirdə, onların tərəfsiz vasitəçiliyi şübhə altındadır.
       Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüququn normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.
     Lakin XX əsrin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistanın bu təcavüzkarlığı BMT Nizamnaməsində nəzərdə tutulan öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi deyil, Nizamnamənin 2-ci maddəsinin 4-cü bəndinin kobud şəkildə pozulması, başqa dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı zor işlədilməsi deməkdir. Belə ki, dünyada sülhün və təhlükəsizliyin təminatçısı olan BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndində təşkilatın əsas vəzifəsi kimi “beynəlxalq sülhü qorumaq və bu məqsədlə təcavüz hərəkətlərinə və ya sülhün pozulmasına yönəlmiş digər pozuntulara qarşı təsirli kollektiv tədbirlər həyata keçirmək” nəzərdə tutulur. Bununla yanaşı, Ermənistan bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Beynəlxalq hüququn normalarının ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün           Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.
        Dövlət başçısı son vaxtlar dəfələrlə mühüm beynəlxalq platformada Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmi dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı bəyan edib ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”
      “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək, heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Ermənistanın təcavüzünə məruz qalıb məcburən köçkün düşmüş azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.
       Dövlət başçısı son müsahibəsində bir daha vurğuladı ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Prezident İlham Əliyev bildirib ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur və bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərinə BMT Nizamnaməsini oxumağı xatırlatmaqla yanaşı, bildirib ki, Azərbaycan danışıqları imitasiya üçün aparası deyil: “...Danışıqları mahiyyət üzrə aparmaq istəyirik, indi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən...Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik və öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.
        Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dünya birliyi Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, münaqişənin ədalətli həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr əsasında təcavüzkarın açıq-aşkar anneksiya siyasətinə son qoyulması üçün təsirli tədbirlər görməli, eləcə də Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarının qarşısını almalıdır. Eyni zamanda, münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında təcavüzkar sülhə məcbur edilməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə Ermənistana təzyiqləri artırmalı, işğalçılıq siyasətinə son qoyulması üçün qəti praktik addımlar atmalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər. Əks təqdirdə, dövlətimizin BMT-nin Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququ vardır və bundan istifadə edəcək.
       Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması, eləcə də Qarabağ haqqında həqiqətlərin daha dolğun, real faktlara və mənbələrə əsaslanaraq obyektiv şəkildə istər Azərbaycan, istərsə də dünya ictimaiyyətinə çatdırılması olduqca zəruridir. Bu baxımdan, ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinin, erməni təbliğatının ifşası üçün əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək lazımdır. Eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycan ziyalıları, diplomatları və ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, faşizmi qəhrəmanlaşdıran və terrorizmi dövlət səviyyəsində dəstəkləyən Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa olunmasına nail olmalıyıq. Məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə, onun ağır nəticələrinin aradan qaldırılmasına, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasına nail olmaq və ölkəmizin milli maraqlarını qorumaqdır.

 

Eyruz Pəsiyev: Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir
    Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Həmçinin dövlətimizin başçısı İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.
     Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan məlumatlardır. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları kinayə ilə qarşılayırlar. Düşmənin son hücumu Azərbaycan ictimaiyyətini də hiddətləndirib. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənib. Bu, Azərbaycan vətəndaşlarının vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu göstərsə də indi 1990-cı illərin əvvəlləri deyil, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etməyə yollanırdılar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını bir qədər də genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır . gün gələcək, düşmən cavabını alacaq, Azərbaycan torpqları işğaldan azad ediləcək.Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda dalğalanacaq.O gün uzaqda deyil...
 

                Tuğ kənd tam orta məktəbinin müəlimi Eyruz Pəsiyev

 

 

  Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair 
                                              BƏYANATI
         İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişdir. Azərbaycan Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin hücumunun qarşısı qətiyyətlə alınmış, düşmənə layiqli cavab verilmişdir. Erməni tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilmişdir. Erməni hərbiçiləri iyul ayının 13-də və 14-də də döyüşləri davam etdirmiş, habelə Ermənistan–Azərbaycan sərhədlərinin digər istiqamətlərində təxribatlar törətməyə cəhdlər göstərmişlər. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılmış, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmişdir. Düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz qalmışdır. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah şəhidlərimizə rəhmət etsin!
       Qeyd etmək lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını almışdır. Erməni rəhbərliyi birinci dəfə deyildir ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisidir.
Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblərdir.
       Növbəti erməni təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd zonasında baş verməsi təsadüfi deyildir və onu törədənlərin məkrli və çirkin niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya nəhayət ki, erməni təxribatlarının və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin fərqində olmalıdır.
       Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik.
1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov
2. AĞ Partiya – Tural Abbaslı
3. Ana Vətən Partiyası – Fəzail Ağamalı
4. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli
5. Azadlıq Partiyası – Əhməd Orucov
6. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov
7. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu
8. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev
9. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan
10. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev
11. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev
12. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov
13. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə
14. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov
15. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov
16. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov
17. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə
18. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova
19. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev
20. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə
21. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli
22. Birlik Partiyası – Xudadat Xudiyev
23. Böyük Azərbaycan Partiyası – Elşad Musayev
24. Böyük Quruluş Partiyası – Fazil Mustafa
25. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev
26. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev
27. Demokratik Azərbaycan Dünyası Partiyası – Əlisahib Hüseynov
28. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə
29. Ədalət Partiyası – İlyas İsmayılov
30. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu
31. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev
32. Qorqud Partiyası – Firudin Kərimov
33. Milli Demokrat İdrak Partiyası – Osman Əfəndiyev
34. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev
35. Milli Konqres Partiyası – İxtiyar Şirinov
36. Milli Vəhdət Partiyası – Yunus Oğuz
37. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev
38. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov
39. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov
40. Vəhdət Partiyası – Tahir Kərimli
41. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev
42. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı
43. Yeni Zaman Partiyası – Musa Ağayev

       Azər Süleymanov: "Ermənistanın atəşkəsi kobud şəkildə pozmasını ATƏT Minsk qrupu həmsədr ölkələri, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmayıb"
     Erməni silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən Azərbaycan ərazilərinə soxulmaq cəhdi Ermənistanın işğalçı və təcavüzkar siyasət yürütməsinin növbəti təsdiqi oldu. Torpaqlarımızın keşiyində mətinliklə durmuş vətən övladları artilleriyadan da istifadə etməklə düşmənin hücumunun qarşısını qəhrəmancasına aldılar. Təxribatın dəf olunması və erməni hərbi birləşmələrinə sarsıdıcı zərbənin vurulması bir daha göstərdi ki, Azərbaycan Ordusu düşmənin istənilən hücumunun qarşısını anında almağa qadirdir. Ermənistan tərəfi xeyli vaxt idi ki, işğal olunmuş Azərbaycan ərazilərində sülh prosesinə kölgə salan hərbi-siyasi fəaliyyətlə məşğul idi. Ermənistan prezidentinin və baş nazirinin müxtəlif vaxtlarda işğal olunmuş ərazilərimizə gəlmələri, burada müxtəlif tədbirlərin, hərbi təlimlərin keçirilməsi beynəlxalq hüquq və danışıqlar prosesi ilə ziddiyyət təşkil edən əməllərdən başqa bir şey deyildi. Bir neçə gün əvvəl mətbuata açıqlamasında Prezident İlham Əliyev Ermənistanın təxribatçı əməllərinə beynəlxalq təşkilatlar tərəfindən reaksiya verilməməsinə toxunaraq demişdir: "Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? "Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. "Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni buna adekvat reaksiya verilməlidir, yoxsa yox?! Qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. İndiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir?”
    Bəli, yaşadığımız regionda sülh və təhlükəsizlik prinsiplərinin pozulmasına, Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməməsinə münasibət bildirməli olan təşkilatların susqunluğu, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edən qurumların laqeydliyi fonunda işğalçı siyasətini daha da gücləndirmək yolunu tutan Ermənistanın əvvəllər olduğu kimi, cəbhə xəttində yenidən təxribatlar törədəcəyi əslində gözlənilən idi. Bu baxımdan baş verən son hadisə bir daha göstərdi ki, Ermənistan hakimiyyəti sülh danışıqlarının aparılmasında maraqlı deyil. Hakimiyyətə gəldikdən sonra hər vəchlə, müxtəlif bəhanələrlə danışıqlar prosesindən imtina etməyə çalışan N.Paşinyan bununla da işğalçı cildinə girən "demokrat” olduğunu göstərdi. Bunun nəticəsi olaraq danışıqlar prosesi faktiki olaraq iflic vəziyyətinə düşüb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün faktiki olaraq danışıqlar prosesi getmir, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının da heç bir əhəmiyyəti yoxdur.
     Digər tərəfdən bu gün Ermənistanda daxili siyasi-ictimai və sosial-iqtisadi vəziyyət olduqca mürəkkəbdir, əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində heç bir irəliləyişin olmaması, insan hüquq və azadlıqlarının boğulması, avtoritar idarəçiliyin formalaşdırılması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Ermənistan hakimiyyətini çox mürəkkəb duruma salıb. Bu baxımdan Ermənistan hərbi bölmələrinin sərhəddə törətdiyi növbəti təxribat Paşinyan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini daxili məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.
    Başqa cür desək, bu hadisə xarici düşmən mövzusunu qabartmağa və Paşinyanın səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. O hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.
    Lakin hazırda Ermənistanda hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın isə bu yolla daxili auditoriyada uğur əldə edəcəyi mümkün deyil. Çünki Ermənistanın əvvəlki hakimiyyətləri bu ssenaridən vaxtilə istifadə ediblər, nəticədə isə həm Azərbaycanın qarşısında məğlubiyyətə uğrayıblar, həm də özlərini ifşa ediblər.
Azər Süleymanov
YAP Xocavənd Rayon Təşkilatının sədri

 

       

 

 

Prezident: bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.

 

        Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir.
          Prezident İlham Əliyev bu fikirləri Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
“Bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

 

 

 

          Bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq
       İyulun 12-dən etibarən dövlət sərhədlərimiz istiqamətində Ermənistanın hərbi təcavüzünün qarşısının alınması və düşmənə sarsıdıcı zərbələrin endirilməsi Azərbaycan Ordusunun gücünün əyani nümayişi oldu. Hələ 4 il əvvəl, 2016-cı ilin aprel ayında ciddi məğlubiyyətə uğradılan düşmən ölkə, bu dəfə də Azərbaycan qarşısında zəifliyinin şahidi oldu
Məlum olduğu kimi, faşizm ideologiyasına sahiblənən Ermənistan vaxtilə Almaniyanın SSRİ-yə qarşıya etdiyi kimi davranaraq iyulun 12-də Azərbaycan ərazilərinə qəflətən hücum edib. Uzun müddət hazırlıq işləri aparan düşmən öncə artilleriya atəşləri ilə sərhədin qarşı istiqamətindəki Azərbaycan hərbçilərinin mövqelərini atəşə tutub. Məqsəd bununla mövqelərimizi dağıdaraq onların ələ keçirilməsi idi.
         Lakin düşmən hücumun elə ilk anından Azərbaycan Ordusunun güclü müqaviməti və əks həmləsi ilə üzləşdi. Güclü zərbələr alan erməni hərbi birləşmələri elə gəldikləri kimi də geri qayıtmağa məcbur oldular. Məğlubiyyətini həzm edə bilməyən Ermənistan tərəfi iyul ayının 13-də və 14-də də Azərbaycan ərazilərini atəşə tutmağa, davam etdi, Azərbaycanla sərhədlərin digər istiqamətlərində təxribatlar törətməyə cəhd göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində bu günlərdə düşmənin bütün döyüş mövqeləri, dayaq nöqtələri məhv edildi. Ermənistan ordusu ciddi texniki və canlı itkiyə məruz qaldı.
     Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Ordusunun həyata keçirdiyi qisas əməliyyatının ikinci fazası və cəza tədbirləri barədə danışan Prezident İlham Əliyev deyib: "Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”.
       Düşmənə qarşı həyata keçirilən hərbi əməliyyatlar, cəza tədbirləri zamanı hərbçilərimiz, hərbi qulluqçularımız canlarından keçdilər, torpaq uğrunda şəhid oldular. General Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin həlak olması göstərdi ki, Azərbaycan Ordusunun rütbəsindən və vəzifəsindən asılı olmayaraq istənilən hərbi qulluqçusu vətən uğrunda canını fəda etməyə hazırdır. Şəhidlərimizin qanı yerdə qalmadı, düşmən nə qədər gizlətməyə cəhd göstərsə də, ordumuzun sərrast və sarsıdıcı zərbələri nəticəsində çoxsaylı sanlı itki verməsi faktdır. Yayılan videolardan da Ermənistan ordusunun səhra idarəetmə məntəqəsinin, hərbi nəqliyyat vasitəsinin darmadağın və məhv edildiyi aydın görünür. Düşmən Aprel döyüşlərində də itkilərinin olduğunu gizlətmişdi. Tədricən Ermənistan özü çoxsaylı itkilərinin olduğunu etiraf etdi.
     İyulun 16-sı səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatının vurulması göstərir ki, əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
      Ümumiyyətlə, Tovuz istiqamətində Azərbaycanın Ermənistanın hücumunun qarşısını layiqincə alacağı və düşmənin ağır duruma düşəcəyi gözlənilən idi. Çünki iki ölkənin müqayisəsi ilə bağlı əsas reallıqlardan biri Azərbaycanın ciddi hərbi üstünlüyüdür. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Təsadüfi deyil ki, reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır.
2014-cü ilin avqust hadisələri, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ildə Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqidir. Son iki döyüşdə ordumuz əlverişsiz mövqelərdən çıxaraq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Tovuz istiqamətində keçirilən əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacağını qeyd edərək deyib: "Son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl - 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək”.
      Bütün bu qələbələrin nəticəsində istər Ermənistanla aparılan danışıqlar prosesində, istərsə də cəbhə xəttində psixoloji üstünlük Azərbaycanın tərəfindədir. Düşmən də bunu anlayır və zəif olduğundan narahatlıq keçirir. İyulun 12-də Ermənistanın baş verənlərlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) riyakar müraciəti də düşmən ölkənin zəifliyinin, cılızlığının, kənarda özünə dayaq axtarmasının göstəricisi idi. Bu bir daha onu göstərdi ki, Ermənistan təkbaşına Azərbaycanın qarşısında duruş gətirməyə qadir deyil.
Lakin məlum olduğu kimi, KTMT Ermənistanın müraciətinə üstündən bir neçə gün ötsə də cavab verməyib. Ermənistan həm də unutmamalıdır ki, KTMT-nin digər üzvləri ilə Azərbaycanın sıx siyasi və dostluq münasibətləri var. "Təxribat törətmisən, başından da zərbə almısan, indi nə olub qaçıb KTMT-dən yardım istəyirsən? KTMT-nin Ermənistandan başqa bütün üzvləri bizim dostlarımızdır”, - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında buna münasibət bildirərkən deyib.
      Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Azərbaycanın dövlət sərhədini pozması, Tovuz rayonu istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum etməsi hərbi təcavüzdür, güc tətbiq etmək aktıdır. Bütün beynəlxalq ictimaiyyət, mötəbər təşkilatlar, ayrı-ayrı dövlətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu bir daha gördü ki, Ermənistan problemin sülh yolu ilə həllində maraqlı deyil və təcavüzkar niyyətindən əl çəkmir.
Ən əsası bu hadisə bir daha göstərdi ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə dərhal azad etməyə hazırdır. Bu gün şərtləri Azərbaycan diktə edir. Rəsmi Bakının bu mövqeyi yenidən beynəlxalq ictimaiyyətə aydın oldu. İndi hər şey Ermənistanın özünü necə aparmasından və vasitəçilərdən asılıdır. Əks təqdirdə hərbi gücün Azərbaycanın tərəfində olduğunu və bunun nə ilə nəticələnəcəyini hamı yaxşı bilir.

          İlham Əliyev Paşinyanın yalanını növbəti dəfə ifşa etdi
        İki il əvvəl Ermənistanda çiçəklənmə olacağını vəd edən hakimiyyət daxili narazılığı unutdurmaq üçün cəbhə xəttində yenidən avantüraya gedir. Ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistan pandemiya fonunda özünün daha sürətli tənəzzül dövrünə qədəm qoyub. Bu ölkədə real vəziyyətin təhlili göstərir ki, Ermənistanın üzləşdiyi böhran qarşıdakı müddət ərzində daha da dərinləşəcək. Belə vəziyyətdə Ermənistanda sayı sürətlə azalmaqda olan əhalinin hakimiyyətə qarşı sosial narazılığının daha da güclənəcəyi təbiidir.
Belə halda proseslərin gedişi Paşinyan iqtidarını dalana dirədiyindən o, sələfilərinin yolu ilə gedərək daxili narazılığı səngitmək üçün cəbhədə təxribatlar törətməyə daha çox diqqət yetirməyə başlayıb. Amma bu hal da Paşinyan üçün baha başa gəlir.
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan əsgəri həmişə olduğu kimi bu dəfə də işğalçı ölkəyə layiqli cavab verib.
        Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bu mövzuya toxunan Prezident İlham Əliyev bildirib ki, erməni hərbi təxribatının birinci səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır.
       Dövlət başçısı deyib ki, xaricdən maliyyələşən, xarici fondlardan maaş alan, onlardan təlimat alan və onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yollarla zəbt edəndən sonra Ermənistanda çiçəklənmə, cənnət olacağını vəd vermişdi: "Bəyan etmişdi ki, qısa müddət ərzində Ermənistana on milyardlarla dollar sərmayə qoyulacaq, qısa müddət ərzində Ermənistan əhalisi 5 milyona çatacaq - halbuki indi Ermənistan əhalisi 2 milyondan azdır, - Ermənistanda bütün həyat yenidən qurulacaq, ədalət olacaq, demokratiya inkişaf edəcək, insan haqları qorunacaq və digər vədlər vermişdi. Erməni xalqı Sarkisyan rejimindən o qədər bezmişdir ki, o, kimə istəsən inanardı. O çevrilişi təşkil edənlərin başında başqa adam olsaydı, ona da gedib səs verəcəkdi. Çünki Sarkisyan rejiminə nifrət həddindən artıq böyük idi və bundan istifadə edib hakimiyyəti zor gücü ilə zəbt etmiş bu qruplaşma bu vədləri sonra yerinə yetirməli idi. Ancaq necə yerinə yetirsin ki, təcrübə yox, səriştə yox, daxili resurslar yox, xarici investisiyalar qoyulmayıb. Əksinə, xarici investorları indi çürüdürlər, məhkəmə çəkişmələrinə cəlb edirlər”.
      Buna görə cəbhədə vəziyyəti gərginləşdirməklə vəziyyətdən çıxmaq istəyən Paşinyan iqtidarının daxili gərginliyi səngitmək cəhdləri, əslində, uğursuzluqla nəticələnirk. İlk növbədə, o baxımdan ki, bu hal daha çox erməni hərbçisinin məhvinə səbəb olur və bu da yeni narazılığa təkan verir. Son zamanlar Ermənistanda baş verən siyasi və hərbi hadisələri izləyərkən görünür ki, populist şüarlarla hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan möcüzə gözləyən kütlələrin etimadını doğrultmur və o, yerli əhali arasında nüfuzunu getdikcə itirir.
        Ermənistan ordusunda isə hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində hadisə və cinayətlər, ölüm, fərarilik halları baş alıb gedir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı vəziyyətdə qalır. Hadisələrin sözügedən səpkidə inkişafına görə əsas məsuliyyət daşıyan tərəf kimi Nikol Paşinyan hakimiyyəti və onun yarıtmaz siyasəti göstərilir.
       Bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər heç bir hakimiyyət bu ölkədəki problemləri aradan qaldırmaq        iqtidarında deyil. Məsələnin bu tərəfinə toxunan Prezident deyib ki, Ermənistanın ayaqda dayanmasını şərtləndirən strateji investorları məhkəməyə çəkirlər, onları korrupsiyada ittiham edirlər, bel bağladığı ölkənin şirkətlərinə qarşı çirkin əməllər törədirlər: "... Hakimiyyət buna necə reaksiya verib? Cəmiyyəti birləşdirmək əvəzinə, əksinə, indi siyasi məhbuslar yaradır, siyasi opponentlər həbs edilir, təqib olunur, onların toxunulmazlığı götürülür, konstitusiya kobudcasına pozulur, konstitusiyaya qanunsuz düzəlişlər edilir, hansı ki, bu düzəlişlər ancaq referendumla oluna bilərdi. Bilirlər ki, referendumda bu düzəlişlər keçməyəcək. Hakimiyyət zəbt olunub və hakimiyyət bölgüsü yoxdur. Hakimiyyət bir adamın əlində cəmləşib və demokratiyadan əsər-əlamət yoxdur və heç vaxt olmayıb. Faşist dövlətində hansı demokratiya, insan haqlarından söhbət gedə bilər. Amma indiki vəziyyət daha da acınacaqlıdır. Ona görə ki, iqtisadi sahədə vədlər yerinə yetirilmədi, siyasi cəhətdən Ermənistan özünü təcrid vəziyyətə qoydu”.
         Ermənistanın "Lragir” nəşri yazır ki, ölkəni üzləşdiyi çoxsaylı problemlər burulğanından xilas etmək əvəzinə, hakimiyyət təmsilçiləri əvvəlki kimi şəxsi mənafelərini güdməklə məşğuldurlar. Nəticə isə ondan ibarətdir ki, korrupsiya və rüşvətxorluğun miqyası durmadan genişlənir, bu da, öz növbəsində, koronavirus pandemiyası fonunda iqtisadi tənəzzül prosesini daha da sürətləndirir.
Qeyd olunur ki, korrupsiya və rüşvətin gömrük və vergi orqanlarında get-gedə daha dərin kök salması Ermənistan üçün çox təhlükəlidir. Çünki bu hal həm dövlət büdcəsinin boş qalmasına, həm də Ermənistan kimi idxaldan asılı olan bir dövlətdə inflyasiyanın davamlı artımına rəvac verir. Vurğulanır ki, hazırda Ermənistanda üç cür "gömrük” rejiminin fəaliyyət göstərdiyi aydın müşahidə olunur. Məmur oliqarxlardan, hakimiyyətdə dayağı olan iri inhisarçılardan ibarət qrup, ümumiyyətlə, gömrük xərci ödəmir. Halbuki Ermənistana xaricdən gətirilən müxtəlif məhsulların böyük hissəsi həmin qrupun payına düşür. Digər qrup gömrük xərclərinin yalnız yarısını ödəyir. Çox sayda insan isə gömrük xərclərinin ödənişini qanunauyğun formada, yəni tam həcmdə ödəyir. Bu isə Ermənistanın onsuz da ağır iqtisadiyyatına daha böyük zərbə vurur.
       N.Paşinyan isə COVID-19-a qarşı mübarizədə aciz olduqlarını müxtəlif açıqlamalarla bildirib. Onun "indi cəhənnəmdə addımlayırıq” ifadəsi ölkədə koronavirusla bağlı yaranmış vəziyyəti tam əks etdirir. Müxalifət və vətəndaş cəmiyyəti isə Paşinyanın pandemiya ilə mübarizəsinə inanmır. Onlar hesab edirlər ki, hökumət başçısı avqustun 12-dək uzadılan fövqəladə vəziyyət rejimindən rəqiblərinə qarşı dəyənək kimi istifadə edir. Bu fonda müxalifət hökumətə qarşı fəaliyyətini genişləndirir və bu da ölkədə durumu daha da ağırlaşdırır..
        Sarkisyan-Koçaryan koalisiyası isə baş nazir Nikol Paşinyanı devirmək üçün hərəkətə keçməyə hazırlaşır və bu məsələdə o, həm Qarabağdakı separatçı rejimdən, həm də müəyyən xarici qüvvələrdən, xüsusən də Rusiyadakı erməni lobbisindən istifadə etməyə çalışır. Bu fonda işğalçı ölkənin ikinci prezidenti Robert Koçaryanın həbsdən girov müqabilində azad edilməsindən heç iki gün keçməmiş keçmiş cinayətkar hərbi xuntanın digər nümayəndəsi Serj Sarkisyanın bütün köhnə çəkişmələri unudaraq onun görüşünə tələsməsi də təsadüf sayılmır.
        Ölkədə hakimiyyətin koronavirus pandemiyası üzündən qarşılaşdığı böyük çətinliklər, gərgin siyasi-iqtisadi vəziyyət fonunda Koçaryan-Sarkisyan koalisiyası məqsədlərinə daha asan çatacaqlarını düşünür. Bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını bir daha aydın surətdə göstərir və bu ölkənin tarixin arxivinə qovuşacağını istisna etmir.

16.07.2020

"Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Yəqin ki, həm Türkiyə vətəndaşları, həm Azərbaycan vətəndaşları mənim dəfələrlə dediyim sözləri xatırlayırlar və görürlər ki, mən nə qədər haqlı idim deyəndə ki, dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu yaşanan vəziyyət bir daha onu göstərir. Ona görə bir daha qardaş Türkiyə xalqına, onun Prezidentinə Azərbaycan xalqı adından və öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

 

 

 

 

 

        Azərbaycan öz sərhədlərini layiqincə qorudu

       Dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-dən başlayan gərginlik davam edir. Mövqelərimizi ələ keçirmək məqsədilə erməni hərbi birləşmələri hücuma keçməyə cəhd göstərib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Ciddi itkilər verən düşmən geri oturdulub. Azərbaycan Ordusunun Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirməsi yayılmış videolardan da görünür.
       Artilleriya atəşi ilə qəflətən hücum həyata keçirən düşmənlə döyüşdə həlak olan hərbçilərimizin qisası isə layiqincə alınıb. Bununla bağlı Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını bəyan etdi: "Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.
       Hazırda əməliyyat şəraiti erməni hərbi birləşmələrinə qarşı ciddi cəza tədbirləri həyata keçirən qoşunlarımızın nəzarəti altındadır. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Sosial şəbəkələrin erməni seqmentinin istifadəçiləri ordumuzun əks zərbəsi nəticəsində 70-dən çox Ermənistan əsgərinin və zabitinin öldürüldüyünü, 300-dən çox hərbçinin isə yaralandığını bildirirlər.
     Onu da qeyd edək ki, dövlət ya sülhsevər siyasət yürütməli, yaxud aqressiv və işğalçı olmalıdır. Azərbaycanın Ermənistanla sərhəddin Qazax və Tovuz istiqamətlərinə əsasən sərhədçiləri yerləşdirməsi respublikamızın həyata keçirdiyi siyasətin mahiyyətində beynəlxalq hüquqla təsbit olunmuş prinsiplərin dayandığını göstərir. Qarşı tərəfdə isə erməni hərbi birləşmələri cəmləşib ki, bu da Ermənistanın yürütdüyü militarist və işğalçılıq siyasətinin mahiyyətinə tam uyğundur. Amma nə qədər təcavüzkar olsa da, Ermənistan Azərbaycan qarşısında gücsüzlüyünü anlayır. Ona görə təxribatı dövlət sərhədi istiqamətində törətməklə daxil olduğu təşkilatlara arxalanır. Lakin bu gün Azərbaycanın beynəlxalq münasibətləri, ayrı-ayrı dövlətlərlə dostluq əlaqələri elə bir səviyyədədir ki, Ermənistanın daxil olduğu təşkilatlar belə onun müdafiə etməyəcəklər. Bunu son illərdə baş verən bir sıra hadisələr də təsdiq edib.
     Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır. 2016-cı ilin Aprel döyüşləri, Lələtəpə, Talış əməliyyatları, 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatı ordumuzun hansı imkanlara qadir olduğunu göstərib. Bugünlərdə Tovuz istiqamətində baş verənlər isə bir daha Azərbaycanın Ermənistan üzərindəki əzici hərbi üstünlüyünü nümayiş etdirdi.
     Ən əsası odur ki, bu cür təxribatçılıq əməlləri Ermənistanın öz başında çatlayır və Azərbaycanı sürətlə böyük Qələbəyə yaxınlaşdırır.

      Prezident İlham Əliyev: Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı
    Görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs oldu. Ancaq buna baxmayaraq, dünən və srağagün onlar tərəfindən yenidən çirkin addımlar atılmışdır, növbəti dəfə hərbi təxribat törədilmişdir və bu təxribat nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar. Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.
     Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
      “Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

 

       Ali Baş Komandan: Bu əməliyyat bizim növbəti şanlı qələbəmizdir
     Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir. Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. Ancaq biz bəzi videogörüntüləri paylaşdıq. Bu videogörüntülər Azərbaycan Ordusu tərəfindən keçirilmiş əməliyyatların cüzi bir hissəsidir. Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı. Ancaq bu videosüjetlər açıq-aydın göstərir ki, düşmənin infrastrukturu, canlı qüvvəsi, səngərləri, postları, dayaq məntəqələri nə qədər dəqiqliklə məhv edilir.
     Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
     Prezident deyib: “Deməliyəm ki, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı.
    Bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir. Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır”.

      Dövlət başçısı: "Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?!"
     "Ancaq mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!"
      Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
"Mən demişəm və bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. Baxmayaraq, təxminən son 17 il ərzində dəfələrlə mənə təkliflər edilib ki, Ermənistanla hansısa formada əməkdaşlığa başlayın, - humanitar, etimad tədbirlərinin gücləndirilməsi və digər. Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar. Əgər bu baş tutacaqsa və belə bir perspektiv real görünəcəksə, bəli, biz ondan sonra hansısa addımların atılmasını təmin edə bilərik. Ancaq indiki şəraitdə Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən buna cavab verirəm. Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm, Azərbaycan xalqı da eşitməyib. Bunu, ilk növbədə, kim etməlidir? Xarici İşlər Nazirliyi, susur. Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Sən demə, COVID müzakirə olunur. Yəni, biz COVID-lə bağlı erməni işğalçılara köməklikmi göstərməliyik?!", - deyə dövlətimizin başçısı bildirib.

Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür
"...Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq".
                                   İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti,
                                   Ali Baş komandan

     İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.
      Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Ermənilər özləri sosial şəbəkələrdə yazırlar ki, 30-dan çox itki veriblər. Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda  canlı qüvvəsi və texnikası məhv edildiyi görünür.
     Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir.
     Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Paşinyan hökuməti bununla müxalifləri susdurmağa çalışır.
    Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
    Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi bu dəfə də ölən və yaralanan hərbçilərin sayını gizlədir, real rəqəmləri açıqlamır. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır. Əgər hökumət itkilərin real sayını açıqlasa onsuz da Paşinyandan bezmiş ermənilər ayağa qalxacaqlar və bunun səbəbini soruşacaqlar. Ona görə də erməni tərəfi itkilərini gizlədir.
      İşğalçı ölkənin bu təxribat hücumu ilə nail olmaq istədiyi hədəflər var idi, lakin Azərbayan Ordusu bu planları alt-üst etdi.
     Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
       Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.
     Dünyanın COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.
     İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi.
      Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
     Ermənistanın atəşkəsi kobud şəkildə pozmasını ATƏT Minsk qrupu həmsədr ölkələri, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmayıb. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik də  məsələyə münasibət bildirməyib. Biz bu təşkilatların, qurumların Ermənistanın növbəti təxribatına öz münasibətlərini bildirmələrini tələb edirik.
      Ermənistanın təxribatçı ordusunun atəşkəsi pozaraq Tovuz istiqamətində Azərbaycan sərhədlərini pozması nəticəsində şəhid olanlar var. Yüksək rütbəli hərbçilərimiz qəhrəmancasına şəhid olublar. Allah şəhidlərimizə rəhmət eləsin!
    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Təhlükəsizlik Şurasındakı çıxışında dediyi kimi, həbçilərimizin qisası alınıb, bundan sonra da layiqincə alınacaqdır.

 

                                                                                                                                 Prezidenti İlham Əliyev şəhid ailələri ilə telefonla danışıb.

        İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışıb.
     Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Prezident İlham Əliyev qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.
       Səmayə Həşimova və Elvin Mirzəyev Prezident İlham Əliyevə telefon zənginə və başsağlığına görə minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DOSTLUQ VƏ QARDAŞLIQ NÜMUNƏSİ
     2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu ilə sərhəddə törətdiyi xəyanətkar hərbi təxribata Azərbaycan Ordusu tərəfindən layiqli cavab verilmiş, həyata keçirilən əks-tədbirlər nəticəsində düşmən hücumu zərərsizləşdirilmişdir. Ermənistan silahlı qüvvələrinin hərbi bölmələri geri otuzdurulmuş, onların canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilmişdir.
     Ən ağır günlərimizdə həmişə bizimlə olan qardaş Türkiyə Cümhuriyyəti Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınamış və hər zaman olduğu kimi Azərbaycanın yanında yer aldığını bildirmişdir. Türkiyə xarici işlər nazirliyi təxribatdan dərhal sonra 12 iyul, No: 149 saylı bəyanatı ilə Ermənistan tərəfinin təxribatını kəskin pisləmişdir.
Bundan başqa Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “tvitter”dəki hesabında Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirildiyi “Can Azərbaycana canımız fəda” başlıqlı videoçarx paylaşaraq Azərbaycanla birlikdə olduqlarını obrazlı şəkildə ifadə etmişdir.
      Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixi köklərə malikdir. Bu xalqlar həmişə bir-birinə dəstək nümayiş etdirmiş, ən ağır günlərində bir-birinin yanında olmuş, “bir millət, iki dövlət” kəlamının haqqını layiqincə vermişlər.
     1918-ci il sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklardan azad olunmasında Türk ordusunun yardımı nəhəng və misilsiz olub.                            Nuru Paşanın komandanlığı ilə türk ordusunun vaxtında dəstəyi nəticəsində Azərbaycan paytaxtını geri qaytara bilmişdir.
     Soy kökü, dil, mədəniyyət və digər bu kimi ortaq mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə respublikaları arasındakı münasibətlər bu gün də öz axarı ilə inkişaf etməkdədir. Hər iki dövlətin başçıları təkcə mehriban qonşuluq siyasətini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi prinsipləri əsas götürərək tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün bütün zəruri addımları atırlar. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir.  Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələrin reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.
    Tarixin müxtəlif mərhələlərində bir-birlərinə dəstək nümayiş etdirmiş Türkiyə və Azərbaycan bu ənənəni indi də davam etdirir. Ölkələrimizi nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsi kimi ümummilli mənafelər birləşdirir. Bu iki türk dövlətinin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmüdür, tariximizdən irəli gələn obyektiv zərurətdir. Böyük türk xalqının maraqlarının qorunması və etibarının yüksəldilməsi uğrunda aparılan mübarizədə qardaşların bir-birinə dəstək verməsindən başqa bir iş ola bilməz. Dünya sivilizasiyasının inkişafına böyük töhfələr vermiş olan böyük türk xalqı bu vəzifənin öhdəsindən layiqincə gəlir. İki türk dövləti qoşa addımladıqca daha güclü olurlar!
      Aslan Quliyev
      Xocavənd Rayon Gənclər və İdman  İdarəsinin rəisi

 Tahirə Məmmədova :"Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamalı və pisləməlidir" 15.07.2020

     Ermənistan hərbi bölmələri iyulun 12-dən başlayaraq növbəti dəfə təxribata əl atdılar.Azərbaycan Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində mövqeylərimizi ələ keçirməyə cəhd göstərdilər. Ermənistan tərəfdən edilən hücuma ən yaxşı cavabı Azərbaycan Silahlı Qüvvəlləri verib, verir və verəcək. Biz bu əzmi çoxda uzaq olmayan tarixdə  2016-cı il aprelin əvvələrində, 2018-ci il mayın sonlarında Günnüt istiqamətində görmüşük və bu günlərdə Tovuzda da gördük. Artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd edən düşmən Azərbaycan ordusunun həyata keçirdiyi əks hücum nəticəsində laiqli cavabların aldılar. Şəhid ölməz vətən bölünməz - bu heç cür inkar olunmayan bir aksiomadır. Tarix boyunca Azərbaycanın başına gələn müsibətlərdən, bəlalardan alnıaçıq üzü ağ çıxması bu dəfə də Azərbaycanın yeni tarixində hər dəfə süquta yetirilir.Biz bu hadisələrlə üzləşdikcə qarşılaşdıqca Azərbaycan əsgərinin hansı səviyyədə vətəninə bağlılığından söhbət açırıq və bunu sübuta yetirəcək hadisələri diqqətə çatdırırıq. Ötən iki gün ərzində COVID-19 la mübarizədə Azərbaycan gözəgörünməz düşmənlə yeni bir hədiyyan, məkir, təxribatla qarşılaşdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan bölgələrinə yenə artilleriya atəşinə tutmasi ve bu mekirli siyasətin arxasında hansı gözəgörünməz və gözə görünən məsələlərin ortalıqda olması hə bir kəsə - Azərbaycan vətəndaşına açıq - aydın məlumdu. 12 iyulda Tovuzda baş verən döyüşlər,bu iki gündə gələn şəhid xəbərləri hər bir ana kimi məni də çox sarsıtdı. Döyüş xəbəri bütün Azərbaycanı sirkələdi.Bu da Azərbaycan xalqının vətənpərvərliyindən və birliyindən xəbər verir. Azərbaycan əsgəri hər bir zaman döyüşə hazırdı. Bizim Ali Baş Komandan əgər döyüş əmri verərsə,bütün xalq ayağa qalxar. Göründüyü kimi bu günlər Azərbaycanın bütün bölgələrindən hər kəs döyüşə hazır olduğunu göstərdi. Azərbaycan Cənubi Qafqazda sözünü demiş və ən güclü nizami orduya sahib bir Demokratik ölkədir. Tovuz hadisələrində 4 şəhid verdik. Şəhid anaları bu ağrının nə qədər böyüklüyünü daha yaxşı bilirlər. Həmin gün biz itgi verdiksə də bir qarış torpağımızı da vermədik. Cavab atəşiylə düşmən ağır itgi verilərək geriyə çəkildi. Tovuzun döyüş gedən bölgəsində ölümdən qorxmayan xalq öz yurdlarını tərk etmədən əsgərlərimizə ruh yüksəkliyi verdilər. 

       Eşit əsgər qardaşım, bu vətən səninkidir.Bu yurd bu yer, bu torpaq səninkidir mənim əsgər qardaşım, möhkəm dayan yerində. Qoy sənin əsgərinlə üç rəngli bayrağımız daim dalğalansın vətən göylərində. Alqış yurdu torpağı qoruyanlara. Alqış azad, müstəqil böyük Azərbaycana.

       Şəhid analarımıza baş sağlığı verir, onlara səbir dözüm diləyirəm.Düşmən qarşısında heç vaxt gücsüz görünməyin. Siz qürur duyun ki, övladınızı vətən üçün, onun şərəfini ucaltmaq üçün bəslədiniz ona görə də siz şərəfli qürurlu analarsınız. Siz inanın ki, bizim güclü ordumuz bu qisası yerdə qoymayacaq gec tez qələbə sevincini sizlərə, bizlərə yaşadacaq. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamalı və pisləməlidir.
       Tahirə Məmmədova
                                                                                                 Salakətin kənd tam orta məktəbinin müəllimi

 

Günel Hacıyeva: "Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün BMT-yə texniki sahədə dəstək verməyə hazırdır"

        Heç kimə sirr deyil ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bir dövlət başçısı kimi dünya liderləri, siyasətçiləri arasında özünəməxsus çəkisi olan dövlət adamı kimi tanınır. Cənab Prezidentin bütün çıxışları, nitqləri, nüfuzlu KİV-lərə verdiyi müsahibələr beynəlxalq aləmdə həmişə rəğbətlə qarşılanır. Eləcə də verdiyi önəmli təkliflər, irəli sürdüyü təşəbbüslər onun nüfuzundan xəbər verir. Elə bunlardan biri də Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri kimi cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifidir. Və bu təşəbbüs həm Qoşulmama Hərəkatı ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.
       Təklifi dəstəkləyən ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat vermişlər. Eləcə də Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirmiş və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirmişdirlər.
Xüsusi Sessiyayanın dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır.
      Ümumiyyətlə BMT tarixində bu günədək 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır. Azərbaycanın təklifi ilə baş tutacaq Xüsusi Sessiya isə ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
    Dünyada məlum pandemiya ilə əlaqədar BMT Baş Assambleyası mart ayından etibarən öz fəaliyyətini dayandırıb və öz işinə nə vaxt başlayacağı da məlum deyil. Mütəzəssislər və ÜST tərəfindən verilən proqnozlara görə pandemiyanın ikinci dalğasının payizda olacağı gözlənilir. Bu nöqteyi-nəzərdən BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Amma dünya səviyyəli problemlər mövcuddur və bunun müzakirəsi, həlli yallarının tapılması labüddür. Bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq qurum isə BMT-dir. Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Pandemiya kimi qlobal problemin müzakirəsi ilə bu qlobal təşkilat bəs niyə məşğul olmur. Özü də müasir texnologiyanı mövcud imkanları vəziyətində. Artıq bu imkanlar sayəsində dünya liderləri, beynəlxalq təşkilatlar və s. vifeoformatda çox nufuzlu görüçlər təşkil edib, məsələlər müzakirə ediblər. Doğrudur, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğul olur və kifayət qədər müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə tərəfi ilə məşğuldur. Belə bir mürəkkəb durumda məsələnin siyasi, iqtisadi, sosial və digər aspektləri ilə kim məşğul olmalıdır. Ona görə də dünyanın bu nüfuzlu təşkilatının susması və fəaliyyətsizliyi, xüsusən də qeyd olunduğu kimi bu günkü texniki imkanlar şəraitində çox təəssüf yaradır.
      Ona görə də ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün artıq Xüsusi Sessiyanın keçirilməsi təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir və bundan böyük gözləntilər var.
      Virtual formatda belə bir önəmli tədbirin keçirilməsi bir yenilikdir. Olsun ki, bu tənzimləyici prosedur qaydalarının olmaması ilə əlaqədardır. Amma bu prosesi dayandırmalı və ya ləngitməli deyil. Aydındır ki, qaydalar önəmlidir. lakin susqunluq və fəaliyyətsizlik də doğru deyil. İkinci Dünya Müharibəsindən sonrəkı dönəmdə bəşəriyyət ən böyük təhlükə ilə üzbəüz qalıb. Ən nüfuzlu səhiyyə imkanlarına malik dövlətlər belə bu problem qarşısında gücsüzdür. Ona görə də BMT bir təşkilat isə bu qlobal problemin həllindən kənarda qalmamalıdır. Vəziyyətin ciddiliyini nəzərə alaraq müstəsna hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir. Qeyd olunduğu kimi, bu təcrübə artıq var.
     “Böyük Yeddilik” və “Böyük İyirmilik” kimi nüfuzlu təsisatların görüşləri məhz bu formatda keçirilib. Yəni texniki imkanlar mövcuddur, sadəcə siyasi istək və iradə lazımdır. Təhlükəsizlik Şurası üzvləri olan dövlətlər yubanmadan Xüsusi Sesiyanın tez bir zamanda keçirilməsinə qərar verməlidir.
      Azərbaycan bu çətin dövrdə artıq bir sıra önəmli tədbirlərin virtual formatda keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, cənab Prezidentin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri keçirilmişdir. Nüfuzlu təşkilatların rəhbərliyi, tanınmış insanlarla videoformatda görüşlər keçirilmişdir. Azərbaycanda Pandemiya ilə bağlı görülən tədbirlərlə bağlı nüfuzlu KİV-lərə, telekanallara məlumat vermişdir.
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev eləcə də Pandemiyanın yaratdığı maneələrə cavab olaraq beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur.
      Bütün bunlar bir daha göstərir ki, Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, Xüsusi Sessiyanın sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün BMT-yə texniki sahədə dəstək verməyə hazırdır.
      Ümid edirik ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü nəticəsində BMT tez bir zamanda öz rəsmi fəaliyyətini bərpa edəcək, pandemiya ilə mübarizə məsələnin müzakirəsinə başlayacaq və bəşəriyyəti bu bəladan qurtarmaq üçün önəmli qərarlar verəcək.
     Günel Hacıyeva
     Salakətin kənd tam orta məktəbinin müəllimi

 

Fərahim Əliyev :"Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir"

         İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Mənfur düşmən yenə də öz çirkin xislətinə sadiq qalaraq sərhəddə süni gərginlik yaradaraq qeyri - konstruktivlikdən əl çəkməyəcəyini, yeni ərazilər əldə etmək cəhdinin növbəti təxribatı olduğunu göstərmiş oldu: Reallıq isə ondan ibarətdir ki, Azərbaycan Ordusu ən şərəfli missiyasının, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı müqəddəs vəzifəsinin öhdəsindən gəlməyə hər an hazır olduğunu, düşməndən dəfələrlə üstün olduğunu bir daha bütün dünyaya sübut etdi. Ermənilər özləri sosial şəbəkələrdə yazırlar ki, 30-dan çox itki veriblər. Onlar arasında zabitlər də var. Ermənistan hakimiyyəti əvvəllər olduğu kimi bu dəfə də ölən və yaralanan hərbçilərin sayını gizlədir, real rəqəmləri açıqlamır. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan bununla sıravi ermənilərin qəzəbindən yayınmağa çalışır. Əgər hökumət itkilərin real sayını açıqlasa onsuz da Paşinyandan bezmiş ermənilər ayağa qalxacaqlar və bunun səbəbini soruşacaqlar. Ona görə də erməni tərəfi itkilərini gizlədir. Bəzi məlumatlara görə, ermənilərin bir neçəsinin meyiti neytral ərazidə qalıb. Ermənistan hakimiyyətinin itkiləri israrla gizlətməsi, “iki polisimiz yaralanıb” kimi gülünc açıqlamalar verməsi ağır zərbələr aldığı fikrini daha da gücləndirir. Ermənilərin sosial şəbəkələrdə və mediada yazdıqları da bunu təsdiqləyir. İşğalçı ölkənin bu təxribat hücumu ilə nail olmaq istədiyi hədəflər var idi, lakin Azərbayan Ordusu bu planları alt-üst etdi.
      Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.
    Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Bütün siyasi rəqiblərini təqib edir, həbs edir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.
      Ermənistan hakimiyyəti müxtəlif yollarla narazı səsləri boğmağa çalışsa da, həm sosial, həm də siyasi etirazlarla üzləşir və bu etirazlar hər keçən gün artmaqdadır. Müxalifətin hakimiyyətə qarşı vahid cəbhədə toplanması Paşinyan üçün təhlükə zənglərinin çalınması deməkdir. Paşinyanın narazıları susdurmaq üçün irəli sürdüyü “inqilab” və “əks-inqilab” tezisi də artıq nəticə vermir. Və bu proseslər fonunda Nikol yeganə xilas yolunu “xarici düşmən” obrazını gücləndirməkdə gördü. Onun sələfləri zaman-zaman daxili siyasətə hesablanmış belə addımlar atıb, görünür, Paşinyan da sınaqdan çıxmış bu təcrübədən istifadə etmək qərarına gəldi.
     İyulun 12-də erməni hərbi birləşmələrinin Ermənistan-Azərbaycan sərhədində həyata keçirdiyi təxribatın daxili siyasətə hesablanmış hədəfi məhz etiraz səslərinin boğulması, cəmiyyəti “xarici təhlükəyə” qarşı birləşdirmək cəhdidir. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. N.Paşinyan hakimiyyəti itirməkdən qorxur. Yeganə məqsədi hansı vasitə ilə olursa- olsun hakimiyyətini qorumaqdır. N.Paşinyanın demaqoqcasına vəd etdiyi “çiçəklənmə” reallaşmır. N.Paşinyan xarici siyasətdə də uğursuzluğa düçar olmuşdur. Bütün dünya ictimaiyyəti martda  Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq etdi.
     Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Azərbaycan Respublikası Prezideni cənab İlham Əliyevin dünyanın 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın hansı həddə çatdığını göstərir. Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir.
      Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir. Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır.
       Sərhəddə baş verənlərdən sonra Ermənistanın üzvü olduğu KTMT-nin Daimi Şurasının növbədənkənar iclası çağırıldı. Lakin bir neçə saat sonra belə bir iclasın olmayacağı açıqlandı, iclasın keçiriləcəyinə dair informasiya da təşkilatın rəsmi saytından silindi. Bu, işğalçı ölkənin KTMT üzərindən oynamaq istədiyi oyunun iflasa uğraması, təşkilata üzv ölkələrin də Ermənistanın məkrli niyyətindən xəbərdar olması deməkdir. Artıq erməni ekspertlər KTMT-nin Ermənistana arxa çevirməsinə görə Paşinyan hakimiyyətini ittiham edirlər. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Əminik ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.
      Dünyanın COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında  məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər  əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar.
      İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbul olunmazdır.
      Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistanın təxribatlarına sərt formada cavab verilir və veriləcəkdir. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.
     Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Ermənistanın dövlət sərhədində iriçaplı artilleriya qurğularından istifadə edərək hücuma keçməyə cəhd göstərməsi bu ölkənin təcavüzkar olduğunu bir daha təsdiqləyir. Ermənistan bu dəfə təxribatı cəbhənin Dağlıq Qarabağ istiqamətində deyil, iki ölkənin dövlət sərhədində törədib. Bununla da erməni tərəfi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq ölkəmizə qarşı növbəti təcavüzü həyata keçirtmək istəyib. 2016-cı ilin aprel hadisələrində olduğu kimi Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutan Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozur. Bu təxribatın arxasında duran Ermənistan rəhbərliyi isə öz nasist xislətini üzə çıxarır. Belə olan təqdirdə isə beynəlxalq təşkilatlar Ermənistanın bu təcavüzkar addımına, başqa ölkənin sərhədində güc tətbiq etməsi aktına dərhal münasibət bildirməlidirlər, bunu açıq formada qınamalıdırlar və təcavüzkarı dayandırmaq üçün əməli addımlar atmalıdırlar.. Eyni zamanda, dünyada sülh, təhlükəsizlik və əməkdaşlığa cavabdeh olan beynəlxalq qurumlar – BMT, ATƏT, Avropa İtitfaqı, Avropa Şurası, NATO Ermənistanın bu addımına göz yummamalıdırlar Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir.
         Fərahim Əliyev
         Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr II kurs tələbəsi

 

 Bahar  Bağırlı:Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

         Azərbaycan dünyada güclü  dövlət, ictimai-siyasi sabitliyin və davamlı inkişafın təmin olunduğu ölkə kimi tanınır. Ölkəmizin inkişafının, qazandığı uğurların əsasında dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla, uzaqgörənliklə həyata keçirilən  daxili və xarici siyasət kursu dayanmışdır. Ölkə prezidentinin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara yer aldığı siyasət nəticəsində Azərbaycan güclü, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib.
    İşğalçı Ermənistanın isə son günlər siyasi gündəmində xoşagəlməz proseslər baş verir.Paşinyan hakimiyyəti prosesə olan diqqəti yayındırmaq üçün təxribata əl atmışdır. Problemlərin artmasından, koronavirusun inkişafı ilə bağlı olan problemlərdən cəmiyyətin diqqətini yayındırmaq üçün digər məsələləri eyni zamanda həll etmək üçün belə təxribat üsulunu seçən Ermənistan hakimiyyəti hazırda cəbhədə gedən döyüşlərdə öz layiqli cavabını almaqdadır.
     Cənab prezidentin iyulun 13-də keçirdiyi Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi, çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin təzahürüdür. Bu siyasəti məntiqlə izah etmək mümkün deyil. Çünki bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir. Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.
     Vətən mübarizə olmadan müstəqilliyini qoruya bilməz. Torpağımızın hər qarışı bizim üçün dəyərlidir, dəyərdir. İnsanın  vətənə olan sevgisi onun ən ülvi, müqəddəs və ali duyğusudur.  Biz qəhrəmanlarımızı heç vaxt unutmuruq. Düşmənlə apardığı amansız mübarizə onları xalqın qəhrəmanlarına çevirib. Vətəni sevmək ən böyük mərdlikdir.Son günlər düşmənlə döyüşüb mərdliklə şəhid olan qardaşlarımıza Uca Allahdan rəhmət diləyirik.Təki Vətən sağ olsun...
Bahar Bağırlı
Tuğ kənd 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Maya Gülmalıyeva: Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir   14.07.2020

          İyulun 12-də Ermənistan silahlı qüvvələri yenə öz məkrli əməlini davam etdirərək,Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə  iri çaplı silahlardan atəşə tutaraq hücuma keçməyə cəhd göstərmişdir.
          Ordumuz düşmənə layiq  olduğu cavabı qətiyyətlə vermişdir. Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdir.
          Səriştəsiz Ermənistan hökuməti öz ölkəsində olan hərc-mərcliyi, xaosu ört-bastır etmək üçün zaman-zaman bu cür təxribatlara əl atdığını çox gözəl bilirik. Son zamanlar Azərbaycan prezidenti ilə keçirdiyi debatlarda özünü gülünc vəziyyətə qoyduğu üçün öz ölkəsində nüfuzdan düşən Paşinyan İlham Əliyevin faktları qarşısında aciz qalmışdır. Paşinyan hökuməti həm daxili, həm də xarici siyasətdə uduzduğu üçün Azərbaycana qarşı belə bir təxribata əl atmışdır. Ölkə başçımızın apardığı uğurlu siyasət nəticəsində Azərbaycanımız günü-gündən inkişaf edir, çiçəklənir. Azərbaycanın dünyada artan nüfuzu beynəlxaq aləmdə artan hörmətini görən Ermənistan hökuməti bununla barışmaq istəmir.Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.
      Azərbaycan xalqı öz prezidentinin yanındadır. Çünki Prezidentimiz xalqımız üçün,Vətənimiz üçün var qüvvəsi ilə çalışır.
      Azərbaycan xalqı öz ordusunun yanındadır. Biz ordumuza inanırıq və güvənirik. Ona görə ki, Azərbaycan ordusu dünya ölkələrində olan ən güclü 50 ordudan biridir. Bu çətin günlərdə cəbhədə döyüşən əsgərlərimizə Allahdan güc-qüvvət arzulayır,  şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirik.
      Bu haqq savaşında Allah bizimlədir. Bizim torpağımız,Vətən uğrunda mübarizəmiz müqəddəsdir!
Salakətin kənd tam orta məktəbinin müəllimi
Maya Gülmalıyeva

 

    Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. 14.07.2020
     Dünya üçün risklərlə dolu olan bir dövrdə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurlu siyasət aparmaq böyük qüdrət tələb edir. Prezident İlham Əliyev sistemli, əhatəli və müasir tələblərə tam cavab verən siyasət həyata keçirməklə müsbət nümunə yaradır. Eyni zamanda, Azərbaycanın dövlət başçısı yeni regional əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir.
Mayın 4-də Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkatın təmas qrupunun videokonfrans vasitəsilə COVID-19-la mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu şəxslərin qatıldığı videokonfransda əsas mövzu pandemiyaya qarşı birgə mübarizə aparmaq və beynəlxalq səyləri gücləndirməkdən ibarət idi. Koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayıldığı bir dövrdə məhz Azərbaycan  Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası çərçivəsində Fövqəladə Zirvə Görüşünün təşkili dünya miqyasında baş verən proseslərə operativ reaksiyası ilə seçilən Türk Şurasının bu cür nümunəvi addım atan ilk beynəlxalq təşkilat olaraq, qəbul edilməsi ilə nəticələnib. Dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Eləcə də, dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi şəxsi nüfuzunun, siyasi təcrübəsi və diplomatik addımlarının  nəticəsidir. Şərqlə Qərb mədəniyyətinin qovşağında, sivilizasiyalararası dialoq, tolerantlıq, hümanizim kimi ali dəyərləri özündə ehtiva edən  Azərbaycan bu gün dünyaya öz nümunəsində, ümumi mənafe naminə bir ideya ətrafında birləşmək  bacarığını təqdim edir. Eyni zamanda, BMT-nin hesabatına əsasən, ölkəmizin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda lider olması bir daha onu subut edir ki, real praktiki addımlara üstünlük verən, düşünülmüş siyasət həyata keçirən və milli maraqlarımzı qoruyan mütəfəkkirin dövlətimizə rəhbərlik etməsi ən böyük şansımız və gələcək uğurlarımızın təminatıdır.

 

          Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır.
      Bu gün Azərbaycan həm  də ədalətli mövqe nümunəsində, insanlıq naminə atığı addımları,  həyata keçirdiyi siyasətilə dünyaya önəmli töhfə verir. Bunun əksinə olaraq, Ermənistan Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır, dünyanın qlobal problemlə üzləşdiyi bir məqamda regionda sabitliyi təhdid etməklə, işğalçı siyasət həyata keçirir. Onlar təkcə torpaqlarımızı işğalda saxlamır, bununla  bərabər,  gərginliyin səngiməsinə imkan vermir, regionun təhlükəsizliyinə çox ciddi zərbə vururlar. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə, mövqelərimizi atəşə tututması bunun bariz nümunəsidir. Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir.Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.
           Azərbaycan Respublikası Prezideni cənab İlham Əliyevin dünyanın 130-dan ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur. Bu bir daha həm mənəvi cılızlığı, həm də Ermənistanda Azərbaycanafobiyanın hansı həddə çatdığını göstərir. Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir.Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətd  Cənab İlham Əliyevin  qətiyyəti sayəsində hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib:  “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”.    Əminik ki,  ölkə başçısının həyata keçirdiyi xarici siyasəti, diplomatik addımları sayəsində bu ədalətsizliyə son qoyulacaq və qəbul olunmuş dörd qətnamənin icrası tam təmin ediləcəkdir”.

 

Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb"   

 

           Çevrilib dünənə baxanda da görürük ki, 2016-cı il arpel döyüşlərində də ermənilərin beynəlxlaq hüquq normlarına zidd olaraq işğalçılıq siyasəti yeritdiklərinin dünya şahidi oldu. Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşləri sübut etdi ki,dövlətimiz,dövlətçiliyimiz nəyə qadirdir. Yenə də dünən 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür,onların bir daha təxribatlara yol açdıqlarının isbatıdır. Yenə də qarşı tərəf itkilər verərək, geri çəkilmişlər. Aprel döyüşləri də , dünəndən baş verən bu hadisələr də bir daha sübut edir ki, Artıq Ermənistan hökuməti təcavüzkar olduqları bir kənara, özləri də qorxu, təlaş içindədirlər. Ermənistanın daxilində baş vermiş siyasi,qarşıdurmalar, iqtidarda olan partiyaların nüfuzdan düşməmələri üçün, işğalçılıq prinsipi ilə təxribatlar yaradıb öz xalqının gözündə nüfuzların qaldırmaq istəsələr də yenə də üzlərinə, gözlərinə bulaşdırdılar. Çünki, Ermənistan ordusunun xeyli sayda itkilər verməsi erməni xalqını hökumətə qarşı qaldırmaqdadır.  Dünyanı cənginə alan pandemiya Ermənistan dövlətini də pis vəziyyətə salıb,elə bu səbəbdəndir ki,hökumət əhalinin maddi,sosial problemlərini həll edə bilmir,üstəgəl hakim partiyaya qarşı olan etirazlar iç qarşıdurmanın yaranacağına bir işarədir.
            Təmkinliyi ilə, səbri ilə ən əsasıda beynəlxaq hüquq normalarına əməl edən Azərbaycan Dövləti olaraq nə qədər sülh tərəfkeşi olsaq da təxribatçı düşmən heç də belə fikirləşmir. Belə bir deyim var; “Keçinin buynuzu qaşınanda çobanın çomağına sürtünərmiş” Bu gün Ermənistan da həmin bu məsəldəki  kimi başın Azərbaycan əsgərinin süngüsünə sürtməyə cəhd edir.
Demək olar ki, hər görüşmələrdə, hər debatlarda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, işğalçı Ermənistan dövlətini sübutlarla ifşa edib. Yalançı tarixi olan bir dövlətin idarə sistemi də nə olacaqki ?!. Bunun səbəbidir , hər seçimlərdə yalan vədlər verərək iqtidara gələn ermənistan hökuməti, xalqa verdikləri sözlərin arxasında dura bilmədikləri üçün bu gün narazılıqlar baş alıb gedir.
           Ermənistanı və Azərbaycanı eyni tərəzinin gözünə qoymaq düzgün deyil. İstər siyasi cəhətdən, istər sosial, istərsə də iqtisadi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni edir, etməkdədir də. Savaşda Şəhid də olunur ,Qazi də!!!. Bu gün Azərbaycan əsgəri hər ikisini özünə şərəf bilərək bir anda olsun gözünü qırpmadan düşmənlə savaşmaqda. Hansı şərtlərdə olursa olsun, bir xalq olaraq Azərbaycan əsgərinin yanındayıq! Dualarımız hər zaman onlarla. Allah Şəhid olmuş əsgərlərimizə rəhmət eləsin! Qələbə sevincini görmək ümidi ilə xoş xəbərlər gözləyirik. Çünki,ordumuza inanırıq və güvənirik!
            Xocavəndli gənc fəal Asim Rüstəm

 

 

            Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmişdir
           Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Bu, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirmək və genişləndirmək niyyətində olduğunu bir daha nümayiş etdirir. Növbəti erməni təxribatı sülh danışıqlarını tam iflasa yaxınlaşdırmaqla Azərbaycanın qarşısında torpaqlarını işğaldan azad etmək üçün güc istifadə etməkdən başqa alternativ qoymur.
Ermənistanda hakimiyyətlər dəyişsə də, bu forpost dövlətin işğalçı mahiyyəti dəyişmir: İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərmələri də bunu bir daha təsdiqləyir. Ermənistan tərəfinin bu dəfəki təxribatının arxasında həm də Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğurlar və işğalçı ölkədəki daxili gərginlik amili də dayanır. Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Digər tərəfdən Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Bütün bunların fonunda Paşınyan hakimiyyəti eyni zamanda daxili problemlərin girdabında boğulur. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Beləliklə, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Yəni, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Yəni, Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Bütün dünyaya, o cümlədən də işğalçı Ermənistana yaxşı məlumdur ki, bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır, buna qadirdir. Son hadisə zamanı da düşmən bir daha ordumuzun gücünü gördü. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.  Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın təxribatna qətiyyətli cavab verilib. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Əslində bütün bunlar Azərbaycan ordusunun cavab zərbələrindən sonra daha da çıxılmaz duruma düşən Paşınyan hakimiyyətinin isterikasından xəbər verir".

             YAP Xocavənd Rayon Təşkilatı Qadınlar Şurasının sədri Əfsanə Quliyeva     

 

    Aidə Zülfüqarova: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır
           Aylardır qlobal pandemiya ilə mübarizədə aciz durumda qalan dünya dövlətləri böhran şəraitindən qurtula bilmir. Koronavirusun cəmiyyətlər üzərindəki dağıdıcı təsiri və iqtisadiyyatın, ticarətin ciddi şəkildə tənəzzülü aydın şəkildə görünməkdədir. Bütün bunlar mövcud problemi getdikcə daha da dərinləşdirir. Mütəxəssislər hesab edirlər ki, qlobal problemdən qurtulmaq bir sıra şərtləri diktə edir və onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir.
Qlobal pandemiyanın uzaq Çindən yayılaraq dünyanı çənginə almağa başladığı dövrdə ölkə daxilində qabaqlayıcı tədbirlər görən, mühüm qərarlar qəbul edən Azərbaycan Prezidenti koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmədi. Həm Qoşulmama Hərəkatı, həm də Türk Şurasına rəhbərlik edən Azərbaycan Prezidenti cənab İlham Əliyev epidemiyaya qarşı qlobal həmrəyliyin, beynəlxalq əməkdaşlığın artırılması ilə bağlı dünya dövlətlərinə çağırışlar etdi. Prezident videokonfrans formatlı bütün görüşlərində bu xoşməramlı, humanist təşəbbüsü bir daha irəli sürdü və bu mühüm sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirdi.
          Bir sözlə, virusun qlobal problemə çevrilməsini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq əməkdaşlığı zəruri hesab edən cənab İlham Əliyev bununla dünya birliyinə mühüm mesaj ünvanladı. Hətta Prezidentin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün, mayın 4-də Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olmuşdur.
             Artıq dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüsləri təqdir edir. Çünki dünya görür ki, indiki halda səylərin birləşdirilməsi, birgə addımların atılması, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsi bəşəri bəlanın neytrallaşdırılmasında önəmlidir. Bu mənada cənab İlham Əliyevin söylədiyi kimi, koronavirus pandemiyası bəşəri təhlükə olduğu üçün qlobal cavab tələb edir.
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.
       Bunlar arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat vermişlər. 130 dövlətin cənab İlham Əliyevin təşəbbüsünə dəstək nümayiş etdirməsi Azərbaycan Prezidentinə olan inamın, etibarın və etimadın göstəricisi kimi dəyərləndirilməlidir. Həmçinin beynəlxalq təşkilatların rəhbərləri tərəfindən pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisidir.
         Qeyd edək ki, BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib.BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılmışdır.  Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atmışdır.
Ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır. Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün artıq Xüsusi Sessiyanın keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.
          Zülfüqarova Aidə
          Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin direktoru

 

Prezident İlham Əliyev: "Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik"

10.07.2020

Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində ölkədəki iqtisadi vəziyyətdən də söz açıb. Bildirib ki, “İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Bu dövrdə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik. Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik”.
Cənab Prezident kölgə iqtisadiyyatına da toxunaraq bildirib ki, hazırda kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizə aparılır və bu mübarizə özünü göstərir. Həm biznes cəmiyyəti bunu görür və qiymətləndirir, eyni zamanda, biznes qurumlarında fəaliyyət göstərən vətəndaşlar. Bu il yüz mindən çox əmək müqaviləsi imzalandı. Əslində bu, qeyri-formal məşğulluğun ağardılması deməkdir. Çünki bu günədək yüz minə qədər insan kölgə iqtisadiyyatında fəaliyyət göstərirdi, öz əməkhaqqı barədə məlumat vermirdi. Beləliklə, özünü gələcək pensiya təminatından, gələcək tibbi sığortadan məhrum edirdi. Odur ki, həm maarifləndirmə işləri, həm də çox ciddi inzibati addımlar və dövlət qurumları ilə biznes qurumları arasındakı təmaslar, onlar üçün güzəştli vaxtın uzadılması ona gətirib çıxardı ki, yüz mindən çox əmək müqaviləsi imzalandı və bu, son hədəf deyil. Bizdə qeyri-formal sahədə bəlkə də hələ yüz minlərlə insan işləyir və əminəm ki, onlar da tədricən kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklər. Bu islahatlar, eyni zamanda, büdcə gəlirlərində də özünü göstərdi. Baxın, ticarət və ictimai iaşə obyektlərinin böyük əksəriyyəti bu müddət ərzində bağlı idi. Turizm sıfır səviyyəsindədir. Halbuki biz hesab edirdik ki, bu il ölkəyə təqribən 3,5 milyon turist gələcək. Çünki keçən il 3 milyon rekord hədd idi. Bu il üçün belə planlaşdırırdıq. Bu da ölkə iqtisadiyyatına minimum 2 milyard dollar valyutanın gəlməsi demək idi. Biz bundan da məhrum olduq. Ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik. Əlbəttə ki, mən demişəm, bu vəsaitin hamısı ancaq sosial layihələrə, o cümlədən COVID-ə qarşı mübarizəyə xərclənəcəkdir.

 

Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və

ona qalib gəlməyə müvəffəq olacağıq


Bu gün Respublikamız ciddi fəsadların müşahidə edildiyi ölkələr sırasında deyil. İstər yoluxma, istərsə də vəfat edənlərin sayına görə Azərbaycanda qeydə alınan hallar digər ölkələrlə müqayisədə təhlükəli hesab olunmur. Təsadüfi deyil ki, ölkəmizin koronavirusla mübarizə sahəsindəki təcrübəsi dünyada yüksək qiymətləndirilib. Bu mənada, Ümumdünya Səhiyyə Təşklatının (ÜST) və digər beynəlxalq təşkilatların Azərbaycan hökumətinin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə böyük töhfələr verdiyini qeyd etmələri və bununla əlaqədar olaraq şəxsən Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirmələri həqiqətən də mühüm hadisədir. Bir sözlə, Azərbaycan hökuməti pandemiya ilə mübarizə üçün kifayət qədər geniş tədbirlər planı həyata keçirib. Həkimlərimiz və polislərimiz insanların həyatını xilas etmək, karantin rejiminə əməl olunmasını təmin etmək üçün maksimum səy göstərməkdədirlər.
Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə hökumətin, Operativ Qərargahın fəaliyyətindən asılı deyil. Dövlət qurumları bununla bağlı nə qədər birbaşa məsuliyyət daşısalar da, bu qorxunc virusla mübarizə həm də hər bir vətəndaşın bilavasitə vəzifəsidir. Bu barədə ekspertlər, tibb işçiləri kifayət qədər fikirlərini bildiriblər. Cənab Prezident də çıxışlarında daim karantin rejiminin tələblərinə əməl olunmasının vacibliyini önə çəkib. Çünki xəstəliyin yayılmasının qarşısının alınmasının birinci yolu karantin və izolyasiya rejiminin tələblərinə riayət etməkdir. Hər bir vətəndaş ilk növbədə özünü qorusa, yoluxma da olmaz və beləliklə, koronavirus təhlükəsi bir o qədər tez aradan qaldırılar.
Lakin təəssüflə qeyd etməliyik ki, hələ də karantin rejimi qaydalarının pozulması ilə bağlı xoşagəlməz hadisələr baş verməkdədir. Xəstəliyin ciddiliyinə inanmayanlara, qəbul olunmuş qərarlara etinasız yanaşanlara rast gəlinir. Qoruyucu maskalardan istifadə edilməməsinə, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarətinə, dəfn mərasimlərinin, müxtəlif məclislərin, kütləvi istirahət tədbirlərinin təşkilinə dair faktların şahidi oluruq. Müsahibəsində bu məsələyə münasibət bildirən Prezident İlham Əliyev deyib: "İlk gündən bugünə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir hoteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib”.
Bəli, əgər tələblərə düzgün riayət olunsaydı, sərt karantin rejiminin uzadılmasına da gərək qalmazdı. Əslində bütün ölkələr karantin rejiminin ilk yumşalma mərhələsindən sonra yenidən yoluxma saylarının artımı ilə üzləşiblər. Ciddi səylərə baxmayaraq, pandemiyanın qarşısını almaq və ya onu əsaslı şəkildə lokallaşdırmaq mümkün olmayıb. Ona görə karantin rejimi dünyanın hər yerində ya uzadılır, ya da yumşalmadan sonra yenidən tətbiq olunur. Azərbaycanla qonşu dövlətlərdə də vəziyyət belədir. Sərhədlərin açılmasından isə söhbət belə gedə bilməz.
Xoşagəlməz halların baş verməsinə baxmayaraq, bütövlükdə Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır. Düzdür, məhdudiyyətlər iqtisadi fəallığı azaldır. Təbii ki, dövlətlər və insanlar bundan ciddi ziyan çəkir. Çünki gəlirlər azalır. Elə buna görə də Azərbaycan dövləti işsiz vətəndaşlara sosial müavinətlər verir, eyni zamanda sahibkarlıq subyektlərinə yardımlar edilir. Bununla belə bu gün əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi bütün vəzifələrin fövqündə dayanır. Azərbaycan dövləti üçün heç bir səbəb əhalinin sağlamlığından öndə ola bilməz. "Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz idi, insanların sağlamlığı ön plandadır, iqtisadiyyat ikinci plandadır” - deyə Prezident İlham Əliyev müsahibəsində bildirib.
Hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var. Biz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu vəziyyət hamının məsuliyyətli davranış nümayiş etdirməsi, birliyini, həmrəyliyini daha da gücləndirmək üçün siqnal olmalıdır.
Azərbaycan cəmiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlayışla qarşılayır. Əlbəttə, ölkəmizdə aparılan kompleks tədbirlər öz səmərəli nəticəsini verəcək və pandemiya ilə mübarizədə müsbətə doğru nəticələr əldə ediləcək

   Prezident: Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib

           Biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki hətta çətin bir dövrdə biz 30-dan çox ölkəyə yardım göstərmişik və düz etmişik.
Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və "Xəzər” Televiziyasına müsahibəsində deyib.
"Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Onsuz da Azərbaycan dünyada çox yüksək imicə malik bir ölkədir. Son hadisələr bunu bir daha təsdiqlədi. Bu humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, ilk növbədə, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapanmır. Əksinə, bu dövr ərzində bizim təşəbbüslərimiz, o cümlədən beynəlxalq müstəvidə təşəbbüslərimiz beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüslərdir. Burada Azərbaycan dünya miqyasında çox önəmli rol oynayan ölkə kimi özünü bir daha təsdiqləyib”, - deyə dövlətimizin başçısı qeyd edib.

 

 

 

 

 İnsanların sağlamlığı bütün vəzifələrin fövqündə dayanır 

İlham ƏLİYEV: "Bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik”
Ötən ilin sonlarından yayılmağa başlayan COVID-19 infeksiyası gözlənildiyindən də təhlükəli olmaqla bütün ölkələri təhdid etməkdə davam edir. Hazırda dünyada koronaviusa yoluxanların sayı 11,5 milyonu ötüb. Vəfat edənlərin sayı isə 530 mindən çoxdur. Bu qədər insan ölümünə səbəb olduğuna görə COVID-19-u haqlı olaraq müharibə ilə də müqayisə edirlər.
İnfeksiyanın yayılmağa başladığı dövrdən, xüsusilə ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk gündən başlayaraq Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən bütün istiqamətlər üzrə ciddi çevik və qətiyyətli tədbirlərin həyata keçirilməsinə başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı, vəziyyətin nəzarət altına alınması və kütləvi yoluxmanın qarşısının alınması məqsədilə təhsil prosesinin dayandırılması, bütün kütləvi tədbirlərin ləğv edilməsi, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması da daxil olmaqla bir sıra qabaqlayıcı və effektli hesab olunan qərarlar qəbul edildi.
Həmçinin qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi.
COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi. Hazırda respublikamızın 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Həmçinin bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlanılıb, onlardan 5-i artıq istifadəyə verilib, ən müasir standartlara cavab verən laboratoriyalar alınıb. Fevral ayında Azərbaycanda cəmi 6 laboratoriya mövcud olduğu halda, qısa müddətdə onların sayı 29-a çatdırılıb. Tibb müəssisələrinin texniki təminatı, xüsisi avadanlıqların, dərman preparatlarının, testlərin alınması və ölkəyə gətirilməsi təmin edilib. Ən mühüm addımlardan biri də o oldu ki, ölkəmizdə qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil edildi və qısa müddətdə bu sahədə olan çatışmazlıqlar aradan qaldırıldı.
Məhz bu tədbirlərin nəticəsidir ki, dünyanın bir sıra bölgələrində, xüsusən inkişaf etmiş Avropa ölkələrində yaranmış kəskin vəziyyət Azərbaycanda müşahidə olunmadı. İyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından və bu tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra müsahibə verən Prezident İlham Əliyev ölkəmizdə bu istiqamətdə görülən işlər barədə danışaraq bildirib ki, qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyət nəzarətdə saxlanılır: "Bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır”.

    İlham Əliyev Ermənistan hakimiyyətini ifşa etdi: “Prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları faşist, terrorçudur”

08.07.2020
Ermənistanın dövlət olaraq varlığını davam etdirə bilməsi Azərbaycanla normal münasibətlərin qurulmasından, işğal siyasətindən əl çəkməsindən keçir. Əks təqdirdə Ermənistanın indiki çöküşü davam edəcək, ölkə daha böyük sürətlə tənəzzül girdabına yuvarlanacaq. Yerevan qonşu ölkələrin hamısı ilə münasibətlərini normallaşdırmasa, Dağlıq Qarabağdan silahlı qüvvələrini çəkib işğala son qoymasa, hakimiyyətdə kimin təmsilçiliyindən asılı olmayaraq, ölkədə hansısa iqtisadi tərəqqidən danışmaq mümkün deyil.
Bu gün işğalçı Ermənistanda pandemiya fonunda iqtisadi tənəzzül daha da dərinləşib, ölkənin xaricdən iqtisadi asılılığı artıb. Xarici borc çoxalıb və onu qaytarmaq üçün ölkə lazımi resurslara malik deyil. Burada bir məqamı xüsusi qabartmaq lazımdır ki, Ermənistanın belə acınacaqlı vəziyyətə düşməsinin ümdə səbəbi işğalçılıq siyasətidir və bunun nəticəsində Azərbaycanın, Prezident İlham Əliyevin təcavüzkara qarşı gördüyü tədbirlərdir.
Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən 2 il müddət vaxt keçməsinə baxmayaraq, ölkədə pandemiya fonunda yeni parçalanmalar, gərginliklər müşahidə edilməkdədir. İşğalçı ölkədə Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərin yerinə yetirilməsinin mümkünsüz, əslində, cəmiyyətdə baş nazirə inamın sürətlə əriyib yox olduğunu xüsusi vurğulamaq lazımdır.
Bu günlərdə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışından sonra jurnalistlərə müsahibəsində Prezident İlham Əliyev deyib ki, 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Ermənistanın dırnaqarası müstəqillik tarixinin rüsvayçılıq tarixi olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bildirib ki, bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir ki, bunun təsdiqini görəsən.
"... Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Belə çıxır ki, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları oğru olublar, əsgərlərin tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan. İndi baxın görün son iki il ərzində nələr baş verir. Belə olan halda mənzərə tam üzə çıxacaq. Son iki il ərzində Ermənistanda diktatura rejimi formalaşıb. Xunta getdi, diktatura gəldi. Ermənistanda insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur... Ermənistanda konstitusiya kobudcasına pozulur və konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Halbuki bu dəyişikliklər ancaq referendumla edilə bilərdi. Siyasi opponentlər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar hədələnir, onların qohumlarına qarşı cinayət işləri açılır, hakimiyyət zəbt edilib, hakimiyyət bölgüsü tamamilə mövcud deyil. Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır”.
Göründüyü kimi, Ermənistanda xalq inqilab edərək yaxşı yaşamaq üçün "xalqın baş nazirini” hakimiyyətə gətirdikdən iki il sonra acı reallıqla üzləşməli olub. Bu gün ölkədəki sosial vəziyyət hakimiyyət dəyişikliyindən əvvəlki vəziyyətdən daha gərgindir. Bir çox insan gündəlik çörək problemini həll etmək faktı ilə üzləşib. Minlərlə vətəndaş işini itirib və onların sayı artmaqda davam edir. Bütün bunlar insanların həyat və yaşayış şəraitini ciddi şəkildə yaxşılaşdırılacağına, maaşların artırılmasına və iş yerlərinin açılmasına, işsizliyin və yoxsulluğun azaldılmasına söz verən həmin "inqilab”dan 2 il sonra baş verir.
Bu gün dünyanın siyasi müstəvisində özünü qabarıq şəkildə göstərən əsas problemlərdən biri də ikili standartlarla bağlıdır. Xüsusən də Qərb dövlətləri və onların təmsil olunduğu bəzi beynəlxalq təşkilatlar tərəfindən dünyada gedən proseslərə ikili standartlar əsasında yanaşılması özünü getdikcə daha çox büruzə verir. Bu, hər dəfə özünü Ermənistanda keçirilən seçkilərdə və insan haqlarının kobud şəkildə pozulduğu proseslərdə də aydın göstərir.
Həmişəki kimi beynəlxalq təşkilatlar bunlara laqeyd yanaşır. Bununla yanaşı, əksər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında qərar və qətnamələri var. Amma bunların heç biri icra olunmur. Çünki bu gün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirməsinə, status-kvonun qorunub saxlanması cəhdlərinə, danışıqların pozulmasına yönəlik addımlarına kəskin iradını bildirmir. Halbuki Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini də icra etməyərək onlardan boyun qaçırır.
Eyni zamanda, Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərini də hesaba almır. Məsələnin bu tərəfinə toxunan dövlətimizin başçısı deyib:
"... Ancaq baxın, beynəlxalq təşkilatlar, - indi bunu bir çox adamlar deyir, - buna nə reaksiya verir? Heç bir reaksiya vermir. Haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər”.
Azərbaycan Prezidenti onu da deyib ki, Avropa qurumlarının saxtakarlığı həm də Ermənistanda keçirilmiş bütün seçkilərdə görülüb. Bu ölkədə bütün seçkilər saxtalaşdırılıb, amma bütün seçkilərə müsbət rəy verilib. Heç uzağa getməyək: "... Guya ki, onlarda baş verən inqilabdan əvvəl Sarkisyan hakimiyyəti qanunsuz zəbt etmək istədi, parlament seçkilərini saxtalaşdırdı, özünə 50 faizdən çox səs yazdırdı. Avropa Şurası Parlament Assambleyası, ATƏT-in müşahidəçi missiyası buna müsbət rəy verdilər. Yaxşı, görmürdünüz ki, bu adam saxtakardır, bu adam səsləri oğurlayıb, Ermənistanda seçicilərin kütləvi qaydada satın alınması prosesi gedir?! Beynəlxalq müşahidəçilər Sarkisyan hakimiyyətinə, onun saxtalaşdırılmış seçkilərinə müsbət rəy verir, ondan sonra xalq ayağa qalxır. Çünki erməni xalqı Sarkisyana və onun xuntasına nifrət edirdi, bunu gizlətmirdi və nifrətəlayiq bir ünsürdür. O vaxt xalq ayağa qalxanda onun hansı aciz vəziyyətdə olmasını bütün dünya görüb, qorxa-qorxa çəkildi kənara, dedi ki, mən səhv etmişəm, məni bağışlayın, qaçdı getdi. Qorxaq. Bunun başqa adı yoxdur... Yəni, bu Sarkisyan xunta rejimi devriləndən sonra parlament seçkiləri elan olunur və onun faşist simvolikası ilə eyni simvolikası olan Respublikaçılar Partiyası heç 1 faiz də səs toplamır. Necə ola bilər, bir neçə ay bundan əvvəl o, 50 faiz, indi isə
1-2 faiz səs toplayır? Təbii ki, saxtakarlıq. Amma mənim sözüm onda deyil. O aydın məsələdir ki, Ermənistan saxta dövlətdir və əlbəttə ki, saxtakarlıq orada əsas amildir. Mənim sözüm bax, buna göz yuman, demokratiyadan dəm vuran, Azərbaycanı qaralamaq istəyən Avropanın saxtakar müşahidəçilərinədir”.

 

   Azərbaycan Prezidentindən sərt xəbərdarlıq         08.07.2020

Həyata keçirdiyi işğalçılıq siyasətini hər vəchlə davam etdirməyə çalışması bu gün Ermənistanı humanitar, sosial-iqtisadi və digər mühüm sferalarda daha böyük problemlər məngənəsinə yuvarlamaqdadır. Təcavüzkar ölkənin özündə də açıq etiraf edilir ki, Azərbaycanla müharibə vəziyyəti Ermənistanda bütün vacib sahələrdə yaşanan tənəzzülün kökündə dayanan ən ümdə səbəblərdən biridir.
Bütün mühüm parametrlər, o cümlədən hərbi müstəvidə Ermənistan üzərində böyük üstünlüyə malik Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllində maraqlı olduğunu bəyan edir. Bu hal eyni zamanda Azərbaycanın bu vaxta kimi işğalçı ölkəyə etdiyi ən böyük güzəşt sayılır. Amma ölkəmiz belə vəziyyətdən istifadə edib Ermənistanın işğal siyasətini uzatmasını da qətiyyən qəbul etmək niyyətində olmadığını dəfələrlə ən yüksək səviyyədə beynəlxalq ictimaiyyətin, o cümlədən münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin diqqətinə çatdırıb. Azərbaycan tərəfinin tələb olunacağı təqdirdə güc yolu ilə ərazilərini işğaldan azad etmək iqtidarında olmasını isə dünya ictimaiyyəti, o cümlədən işğalçı Ermənistan yaxşı bilir.
Dağlıq Qarabağda qeyri-qanuni "seçkilərin” keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bu qondarma "seçkilər” həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir. Prezident İlham Əliyev deyib ki, ATƏT-in Minsk qrupundan konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik: "Ermənistanın baş naziri deyir "Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? "Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. "Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!”
Prezident İlham Əliyev onu da vuğrulayıb ki, qondarma Dağlıq Qarabağ respublikasının saxta seçkiləri nəticəsində saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Axı bu, açıq-aydın təxribatdır. Dövlət başçısı onu da əlavə edib ki, indiyədək heç kim tərəfindən tanınmayan bu kriminal Dağlıq Qarabağ rejiminin bir neçə dırnaqarası seçkisi olub, Şuşada toy-bayram keçirilib. Nə üçün buna adekvat reaksiya verilmir? Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq: "Bunu mən deyirəm. Amma onlar deməlidirlər, əgər istəyirlər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır”.
Azərbaycanın beynəlxalq təşkilatların və Ermənistanın qarşısında qoyduğu tələb kifayət qədər aydındır. Əgər dünya həmişə böyük geosiyasi əhəmiyyətə malik region kimi qəbul etdiyi Cənubi Qafqazda yenidən müharibə alovlarını görmək istəmirsə, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün işğalçı Ermənistanı beynəlxalq hüququn tələblərini yerinə yetirməyə vadar etməlidir. Ədalətin öz yerini tutması üçün qaçqın və məcburi köçkünlərin doğma torpaq həstərinə son qoyulmalıdır. Beynəlxalq hüququn işlək vəziyyətdə olduğunu göstərmək üçün BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsinin icrası təmin edilməlidir. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Lakin bütün bu yazılanlar kağız üzərində qalmaqda davam edir. Buna göz yumanlar qondarma rejimdə keçirilən uydurma "seçkilər”in beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirildiyini də çox yaxşı bilirlər.

 

 

      Azərbaycan beynəlxalq siyasətin zirvəsindədir.

     http://www.azerbaijan-news.az/view-192683/azerbaycan-beynelxalq-siyasetin-zirvesindedir

 

 

 

 

 

 

 

   Vüsal Hüseynov : Azərbaycan gənc dövlət olsa da, dünyada böyük nüfuz və etimad sahibidir. 08.07.2020

  Bütün dünyanı cənginə alan koronavirus pandemiyası (COVİD-19) insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Azərbaycan gənc dövlət olsa da, dünyada böyük nüfuz və etimad sahibidir. Son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur.
  Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi həm də təşəbbüsün vaxtında irəli sürüldüyünü bir daha təsdiq edir: “Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü bu il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında COVİD-19 pandemiyası ilə mübarizəyə  həsr edilmiş Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.  Bundan öncə isə Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya ilə mübarizəyə həsr edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilib. Eyni zamanda Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib”. Onu da qeyd edim ki, bu gün dünyada ən böyük və ən nüfuzlu beynəlxalq təşkilat BMT-dir Azərbaycanın isə BMT-ni idarə etmək təcrübəsi var, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və BMT   Təhlükəsizlik Şurasına sədrlik edib. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və  onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir. O da təsadüfi deyil ki,  Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan olub. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi”.
 

       Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatı  YAP Gənclər birliyinin sədri Vusal Hüseynov.

 

 

   Azər Süleymanov: Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında bir nümunədir.

   08.07. 2020

  Prezident İlham Əliyevin təşəbbüsünə bu cür reaksiya dünya dövlətlərinin Azərbaycana və onun liderinə hörmətinin əyani təsdiqidir.
  Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyən ölkələr sırasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, kiçik ada ölkələri də var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün ölkəmizin hazırda ehtiyac duyulan, eləcə də qlobal səviyyədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfəsi kimi çox yüksək dəyərləndirilir. BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində üzv dövlətlərin təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat var.
  Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs əksər dünya dövlətləri tərəfindən qəbul edildiyi üçün Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi artıq BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib. Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq təhlükələr yaradıb. Şərti olaraq “III Dünya müharibəsi” adlandırılan COVID-19 pandemiyası ilə mübarizədə özünütəcrid və fraqmental xarakter daşıyan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Çox təəssüflər ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT-nin, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu, demək olar, görünmürdü. Dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə köklənmişdi. Keçən dövr ərzində böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, faktiki olaraq, baş vermədi. Daha çox özünütəcrid və ya milli eqoizm xarakteri daşıyan fraqmental addımlar atıldı.
  Doğrudur, BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülmüşdü, lakin onların da çoxu uğurla nəticələnmədi və necə deyərlər, deklarativ mətnlərlə yekunlaşdı. Bütün bunların fonunda ümid edirik ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil ediləcək və müsbət təsirləri olacaq. Düşünürəm ki, BMT-nin xüsusi sessiyası pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit mühit yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcək.
  COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili bir araya gəlməsinə, vəziyyətdən çıxış və həll yollarının tapılmasına böyük ehtiyac, ciddi tələbat var. koronovirus pandemiyası real təhdidə çevrilməyə başlayanda buna qarşı birgə tədbirlər almaq üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirdi. Eyni zamanda cənab Prezident İlham Əliyevin 120 ölkəni özündə birləşdirən və beynəlxalq aləmdə 2-ci yerdə dayanan Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.
  Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 16 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

                     Yeni Azərbaycan Partiyası  Xocavənd Rayon Təşkilatının sədri Azər Süleymanov.

 

  Prezident: Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir.

  07.07.2020
  Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik.
Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində söyləyib.
  Prezident vurğulayıb ki, faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. Bunu biz deyirik və artıq dünya miqyasında bu fakt haqqında kifayət qədər məlumat var. Mən bu məsələni qaldırmayana qədər heç kim bu haqda danışmırdı. Mən bu məsələni qaldırdım və buna geniş beynəlxalq dəstək təmin edildi. İndi artıq hər kəs bilir ki, Njde faşist olubdur. Bu faşist onların qəhrəmanlıq simvoludur. Onların işğalçılıq siyasəti ifşa edilib. Artıq son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və işğal haqqında kifayət qədər dolğun məlumat var. Bir də ki, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər.

 

 

   Azərbaycan Prezidenti: Biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz!

   07.07.2020   

  Biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik. Ona görə bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir.
  Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
  Dövlətimizin başçısı deyib: “Biz doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Bildirməliyəm ki, o vaxt bizdən əvvəl Ermənistan namizədliyini vermişdi. Ancaq görəndə ki, biz namizədliyimizi verdik, bizim qarşımızda aciz olduqlarını başa düşdülər və namizədliklərini sakitcə geri götürdülər - yəni, o diplomatik döyüş arenasından qaçdılar. Ondan beş il sonra döyüş meydanından qaçdılar və beləliklə, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Ona görə bu, 10 ildən sonra yenidən bizə verilən böyük beynəlxalq dəstəkdir. Mən öz ölkəmizi heç kimlə müqayisə etmək istəmirəm. Amma hesab etmirəm ki, bir çox ölkələr BMT–də bu qədər dəstək qazana bilər. Bu, yenə də bizim dürüstlüyümüzün, sözümüzə əməl etməyimizin nəticəsidir. Mən dəfələrlə demişəm, bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik”. İ

 

 

  Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik.

   07.07.2020


  Bəri başdan bütün qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik və bu gün də vəziyyət nəzarət altındadır. Baxmayaraq ki, hazırda gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni, yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət nəzarət altındadır.
  Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.
  Dövlətimizin başçısı deyib: “Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.
  Xəstəxanaların buna hazır olması məsələləri də öz həllini tapıb. Deyə bilərəm ki, bu 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Bu xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir”.

 

 

  İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

   07.07.2020

  Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.
  Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
  Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanıldı ki, onlardan da bir neçəsinin artıq açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır.
 Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.

 

 

 

   02.07.2020-ci il tarixdə  Xocavənd Rayon İcra Hakimiyyəti başçı yanında Operativ Qərargahın iclası keçirilib.⠀

⠀ Keçirilən müşavirənin məqsədi Koronavirus pandemiyası ilə əlaqədar rayonda mövcud vəziyyət, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası olub.⠀Eyvaz Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib. Müşavirədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, Keçirilən müşavirədə ölkə üzrə bütün rayonlarda  karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib. ⠀
   Rayon İcra Hakimiyyətinin başçısı Xocavənd rayonu ərazisində karantin rejiminin tələblərinin qüsursuz şəkildə icra edilməsi ilə əlaqədar ⁣yerli icra nümayəndələrinə ciddi tapşırıqlar verib. Bütün yaşayış məntəqələrində sanitar-epidemioloji normalara şərtsiz əməl olunmasını və yerli qurumların əməkdaşlarının iş prosesində zəruri qoruyucu mühafizə vasitələrindən istifadə etmələrini diqqətə çatdırılıb. İcra başçısı yerlərdə mobil və işçi qruplar tərəfindən sakinlərlə qoruyucu maska, şəxsi dezinfeksiya və tibbi-mühafizə vasitələrindən mütləq qaydada istifadəyə dair təlimatlandırma işlərinin daha da gücləndirilməsini, ictimai yerlərdə, nəqliyyat vasitələrində insanlar arasında sosial-təmas məsafəsinin gözlənilməsini, vətəndaşların kompakt şəkildə toplaşmasının, xüsusilə, hüzr mərasimlərində adamların kütləvi şəkildə yığılmasının qarşısının alınmasını ciddi şəkildə tələb edərək yerlərdə ictimai fəal şəxsləri bu tədbirlərə cəlb etməyi tapşırıb.

 

 

   02.07.2020

  Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.

  İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.

  Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonun icra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər.

  Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.

  Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib.

Əli Əsədov rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

  Baş Nazir rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoyub.

 

   02.07.2020

   Azərbaycan Prezidentinin təşəbbüsünün əleyhinə olması ilə bütün dünya bir daha Ermənistanın irticaçı mahiyyətinin şahidi oldu.
    Məlum olduğu  kimi, BMT-nin üzvü olan 130-dan çox dövlət Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləyib.Maraqlıdır ki, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Azərbaycan Prezidentinin təşəbbüsünün əleyhinə olması ilə bütün dünya bir daha Ermənistanın irticaçı mahiyyətinin şahidi oldu. Bu azmış kimi, Ermənistan Azərbaycanın bəşəri əhəmiyyət daşıyan bu təklifinə qarşı BMT-də əməlli-başlı təxribat törətməyə cəhd edib. Özü ilə yanaşı bir neçə dövləti də Prezident İlham Əliyevin ideyasına qarşı yönəltməyə cəhd edib, ancaq göründüyü kimi, meydanda tək qalıb.Ermənistan bu addımı ilə hansı dərəcədə qərəzli ölkə olduğunu sübut etdi:“Bu vəziyyət hər iki ölkə barədə dünya ictimaiyyətində obyektiv təsəvvür yaratmış oldu. Ortaya hansı mənzərə çıxdı? Məlum oldu ki, Ermənistan ucuz və düşmənçilik hissləri ilə yaşayan ölkədir. Azərbaycan isə yalnız özünü deyil, bəşəriyyəti bürüyən fəlakətdən çıxış yollarını fikirləşən, bu yöndə addımlar atmağı zəruri sayan dövlətdir. Ermənistan bu addımı ilə bir dövlət kimi özünün virus mahiyyətini ortaya qoydu. Sübut etdi ki, həmin ölkə istənilən virusdan təhlükəlidir. Virusa qarşı mübarizə üçün qaldırılan təşəbbüsə belə düşmən münasibət göstərən ölkəyə bundan yaxşı hansısa adı vermək olmaz. Ən biabırçı vəziyyət budur ki, Ermənistan bu məsələdə susub, reaksiya verməmək yolunu belə tutmayıb. Bunlar özləri ilə yanaşı, başqa ölkələri də öz sıralarına qoşmaq istəyiblər. Bu olduqca xüsusi məsələdir. Azərbaycanın dünyada artan nüfuzuna qarşı ermənilər düşünülmüş mübarizə apara bilmir. Bir çox hallarda apardıqları xaotik mübarizə metodları onların özlərinə qarşı yönəlir. Təbiidir ki, ağlı başında olan hər hansı bir ölkə Ermənistanın bu təşəbbüsünə dəstək verməzdi. Buna dəstək ifadə edən ölkə özünü bəşəriyyətin düşməni elan etmiş olardı. Ermənistanı bu tip reputasiyalar maraqlandırmır və buna görə də meydanda təklənmiş vəziyyətdə qalıb. Bu bizim Ermənistana verdiyimiz ilk dərs deyil. Son zamanlar keçirilən beynəlxalq tədbirlərin, demək olar ki, hər birində onlar layiqli cavablarını alırlar.  Bir çox hallarda bu təşəbbüsü öz üzərinə şəxsən Prezidetin özü götürüb. Aşqabadda, “Valday Klubu” və başqa tədbirlərdəki ölkə başçısının çıxışlarını bura əlavə edə bilərik. Bir sözlə, Ermənistan bu addımı ilə özünü dünyada daha da rüsvay etmiş oldu.
  Deməli, İlham Əliyev irəli sürdüyü təşəbbüslə bütün dünyaya sübut etdi ki, COVID-19 pandemiyası ilə mübarizə tək bir dövlətin problemi deyil, bu mübarizədən tək-tək deyil, birlikdə, həmrəylik nümayiş etdirərək qalib çıxmaq olar. BMT Baş Assambleyasının keçirəcəyi xüsusi sessiya da bunu bir daha nümayiş etdirəcək ki, həqiqətən də güc birlikdədir. Bunun fonunda özünü biabır edən yalnız Ermənistan oldu.

 

 

  01.07.2020

  "Düşünürük ki,  belə bir təşəbbüsün alqışlanması Azərbaycan Prezidentinin dünyadakı liderlik nüfuzundan irəli gəlir" bu sözləri Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov videokonfrans zamanı bildirib.

   01 iyul 2020-ci il tarixdə rayon idarə və təşkilatlarının iştirakı ilə videokonfrans keçirilib Başçı bildirib ki,  dünyada COVID-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb. Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təsisatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə Görüşü keçirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ilk beynəlxalq təşkilat idi ki, dövlət və hökumət başçıları səviyyəsində COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə Görüşü keçirdi.
  Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım verib.Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılmışdır. Bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT Baş katibi mayın 28-də BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir.Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.
  BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır. Azərbaycanın təşəbbüsünü dəstəkləyən bütün ölkələrə öz təşəkkürümüzü bildiririk. Hesab edirik ki, bununla həmin ölkələr BMT Nizamnaməsinə, çoxtərəfli əməkdaşlığa, multulateralizmə sadiqliklərini bir daha əyani olaraq nümayiş etdirdilər.Yaxın günlərdə BMT Baş katibi tərəfindən üzv dövlətlərə rəsmi qaydada məlumat verilməsi gözlənilir. Azərbaycan tərəfi ümid edir ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.
 Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün xüsusi sessiyasının keçirilməsi artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilmişdir.Azərbaycan Respublikası BMT Baş Assambleyasının pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, xüsusi sessiyanın sonunda nəticələrin əldə edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa hazırdır. İnanırıq ki, məsləhətləşmələr zamanı bütün üzv ölkələr maksimum çeviklik nümayiş etdirəcəklər.
  Əminik ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat vardır.
  Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.

 

 

     30.06.2020

   Gültəkin Ağayeva: "Prezident İlham Əliyevin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs kimi təqdir olunur

    Hal-hazırda dünyanın qlobal hadisəsinə çevrilən COVİD-19 pandemiyası Azərbaycandan da yan keçməyib. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.  

   Artıq hamımıza məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İran, Kuba, Nigeriya, Pakistan, Cənubi Afrika Respublikası, Fələstin, Türkmənistan, Venesuela,  Nikaraqua, Efiopiya, Hindistan, Malayziya, Vyetnam, Qana, Küveyt, Mərakeş, Səudiyyə Ərəbistanı və digər ölkələrin prezidentləri, baş nazirləri və xarici işlər nazirləri çıxış etmişlər. Habelə, BMT-nin Baş Assambleyasının Prezidenti və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru videokonfransda çıxış etmişlər. Eləcə də, BMT-nin Baş katibi və Avropa Komissiyasının ali nümayəndəsi/vitse-prezidentinin videomüraciətləri səsləndirilmişdir.  Təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə bəzi dövlətlər  çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. 
     Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanlanan məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir.   
     Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunun daim artdığının göstəricisidir.
    Cənab Prezidentimizin bu çətin anlarda  Azərbaycan vətəndaşının sağlamlığı, xoşbəxt yaşaması üçün  əlindən gələni etməsi, ölkəyə gətirilən tibbi avadanlıqlar, yeni xəstəxanalar, aztəminatlı ailələr üçün edilən tədbirlər və s. təqdirəlayiq hdisələrdir.Bütün bunları böyük fəxarətlə seyr edirəm və Prezidentimlə fəxr edirəm, qürur duyuram. Bu nailiyyətlər bizi sevindirir.
Mən bir Azərbaycan vətəndaşı olaraq ölkəmizi, Prezident İlham Əliyevi dəstəkləyən bütün ölkələrə öz minnətdarlığımı bildirirəm.
    Üzümü xalqımıza tutub deyirəm. Gəlin Prezidentimizin ətrafında sıx birləşək, bir olaq, yumruq olaq. O zaman biz daha güclü olacağıq və bu amansız virusa qalib gələcəyik.
   

   

   29.06.2020

   Ermənistanın müstəqillik tarixi prinsipcə rüsvayçılıq tarixidir və diktaturadır.

  Ermənistanın müstəqillik tarixində sivil, hüquqi dövlət anlayışları ilə üst-üstə düşə biləcək hər hansı bir fakta rast gəlmək mümkün deyil. Bu tarix siyasi terrorla, kütləvi qətllərlə, korrupsiya, quldurluq və digər ağır cinayətlərlə zəngin olan rüsvayçılıq tarixidir. Son illər ərzində Ermənistanda açılan ağır cinayət işlərinin xeyli hissəsini bu ölkədə siyasi hakimiyyətdə təmsil olunan, orduya rəhbərlik edən şəxslərin kriminal əməlləri təşkil edir. Bu gün Ermənistanda diktatura hökm sürür. Siyasi hakimiyyət öz rəqiblərini ən müxtəlif yollarla sıradan çıxarmağa, bizneslərinə sahiblənməyə çalışır. Ermənistan hakimiyyətini tənqid edən siyasətçilər təqib edilir, barələrində cinayət işləri açılır, həbsxanalara atılır, intihara sövq edilirlər. Bu ölkədə kütləvi informasiya vasitələrinin redaksiyalarına hücumların təşkil edilməsi, jurnalistlərin döyülməsi, sərbəst toplaşmaq azadlığının ən amansız üsullarla məhdudlaşdırılması adi hala çevrilib. Amma buna baxmayaraq, Avropa Şurası, ATƏT-in Media azadlığı ofisi, hüquq-müdafiə təşkilatları Ermənistanda getdikcə daha da azğınlaşmaqda olan diktatura rejiminin əməllərinə göz yumurlar. Çünki bu gün işğalçı ölkənin rəhbərliyində təmsil olunan şəxslər onların “öz uşaqlarıdır” dünyanı qanlı inqilablarda boğmaq istəyən siyasi biznes, maliyyə dairələrinin çoxsaylı layihələrindən çıxıblar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, postsovet məkanında, Orta Şərqdə, Aralıq dənizi hövzəsində dırnaqarası inqilabları, əslində isə qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin"N" saylı hərbi hissəsinin açılışında iştirak edərkən bildirib ki, Ermənistanın prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları cinayətkardır: “Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi, prinsipcə, rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Ermənistan tarixi doğrudan da rüsvayçılıqlarla doludur. Ermənilərin XIX əsrdə bizim torpaqlara köçürülməsindən, XX əsrin əvvəllərində Azərbaycan ərazilərində yaradılan Ararat Respublikasından indiyə qədər onların “dövlətçilik” tarixlərinin hansı rüsvayçılıqlarla zəngin olduğu dünya tarixçilərinə məlumdur. Saxta, qondarma tarix yaratmaqla öz müstəqillik tarixlərinin də saxta olduğunu meydana qoyurlar”. Ermənistan işğal altındakı torpaqlarımızda toponimləri saxtalaşdırır, mədəni abidələrimizi, məscidlərimizi məhv edir. Ancaq Ermənistanın hazırkı ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. Beynəlxalq təşkilatlar birmənalı olaraq bu məsələyə reaksiya verməli, işğala son qoyulmalıdır. Xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində apardığı qanunsuz məskunlaşmaya reaksiya verməlidirlər. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan münaqişə ilə bağlı öz mövqeyində möhkəm dayanıb və bir addım geri atmayacaq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan dinc vasitələrlə, danışıqlar yolu ilə, bu mümkün olmazsa, istənilən vasitə ilə öz torpaqlarını işğaldan azad edəcək, ərazi bütövlüyünü bərpa edəcək. Ermənistanda hakimiyyətin siyasi opponentləri təqib edilir, həbs olunur, konstitusiyaya qanunsuz dəyişikliklər edilir. Ermənistanda hakimiyyət bölgüsü tamamilə pozulub, hakimiyyət qolları artıq bir adamın əlindədir. Ermənistanda korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq kütləvi xarakter alıb. Qaçaqmalçılıqla Baş Nazir Nikol Paşinyanın özü və onun ailəsi məşğuldur. Zəngin iş adamlarına qarşı cinayət işləri açılır, sonra da onlar məcbur edilir ki, pullarını xüsusi yaradılmış fonda köçürsünlər. O fonddan da bu pullar çəkilir, mənimsənilir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Ermənistanın Baş naziri və onun yaxın qohumları, ətrafı rüşvətxorluq rəmzinə çevrilib. Bu gün Paşinyanın başında durduğu rejim müxtəlif yollarla hakimiyyəti əlində saxlamağa çalışır. Əslində isə xaricdəki dairələr, fondlar həmin oyuncaq insanların əli ilə Ermənistanı idarə edirlər”. Söz və ifadə azadlığının boğulmasına, müxalifət liderlərinin həbsi, baş verən qanunsuzluqlara, aclıq aksiyası elan edən jurnalistin ölməsinə belə heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in Media azadlığı ofisi bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir. Ermənistan bir dövlət deyil, sadəcə, müəyyən xarici qüvvələrin əlində vasitəyə çevrilib. Bu ölkədə müxtəlif vaxtlarda müxtəlif eksperimentlər aparılır. Ermənistanın inkişaf perspektivi yoxdur, ölkə özü-özünü saxlaya, öz sərhədlərini qoruya bilmir. Ermənistanda iqtisadiyyatı düz qura bilmirlər, ancaq yalvara-yalvara, dilənə-dilənə kreditlər hesabına yaşayırlar. Ermənistanda demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bu gün Azərbaycan istər iqtisadi, istər ordu quruculuğu, istər də beynəlxalq nüfuzuna görə Ermənistandan qat-qat üstündür və aradakı fərq zaman keçdikcə artır. Qüdrətli Azərbaycan isə işğal altındakı torpaqlarını mütləq azad edəcək. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanda hakimiyyət bölgüsü tamamilə pozulub, qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və ona görə Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq. Dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək.

 

     

    29.06.2020

    Həsənova Xəyalə: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi.

    Bütün dünyada yayılmış COVİD-19 pandemiyası bizim ölkədən də yan keçmədi.Pandemiyanın başladığı ilk gündən ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizə aparmaq məqsədilə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsi və gücləndirilməsi təşəbbüsləri irəli sürüldü.
Pandemiya dünyəvi problem olduğu üçün bütün dünyada insanların həyatını təhlükəyə atmaqla yanaşı, dünya iqtisadiyyatına da mənfi təsirlərini göstərmiş oldu. İnsanların həyatını təhlükəyə atan pandemiya bütün dünya əhalisinin sağlamlığına ciddi təhlükələr yaratdı. Bu pandemiyanın fəsadları görünür ki, uzun müddət insanların həyatında o cümlədən ölkə iqtisadiyyatında hiss olunacaqdır.
Bütün bu fəsad və problemləri aradan qaldırmaq üçün dünyanın qlobal həmrəyliyə ehtiyacı vardır.Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) könüllü olaraq ianələr ayırmışdır. Dövlətimiz tərəfindən 30-dan artıq dövlətə humanitar yardımlar edilmişdir.
    Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi dünyanı bürümüş pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsi ilə xüsusi sessiyanın keçirilməsi təklifi və təşəbbüsü ilə çıxış etmişdir.Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir.BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimad və inamın göstəricisidir.Ölkəmizin bu təşəbbüsünü dəstəkləyən bütün ölkələrə ölkə əhalisi adından təşəkkür edirik.
   Mən də bir ölkə vətəndaşı olaraq Cənab Prezidentimizə bu çətin günlərdə xalqımızın yanında olduğu üçün ona dərin ehtiram və təşəkkürümü bildirirəm.Əlbəttə ki, bu çətin günləri xalq olaraq geridə qoyacağıq.Bunun üçün həmrəylik göstərməli, dövlətin verdiyi bütün tapşırıqlara, qayda-qanunlara əməl etməliyik.Dövlətimiz bu problemdən az itkisiz ötüşmək üçün bütün bacarıq və səylərindən istifadə edir, xalqa lazımi dəstəklərini verir. Mən hər bir ölkə vətəndaşını bu pandemiya şəraitində həmrəy olmağa, dövlətimizə dəstək olmağa səsləyirəm. Çünki BİZBİRlİKDƏ GÜCLÜYÜK!

 

 

 

 

 

 

  Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a həsr olunan xüsusi sessiyası.

   28.06.2020

  130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın və hörmətin növbəti göstəricisidir. Xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq. Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi həm də təşəbbüsün vaxtında irəli sürüldüyünü bir daha təsdiq edir. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü bu il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Bundan öncə isə Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya ilə mübarizəyə həsr edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilib. Eyni zamanda Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib.

  Söhbət həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə birlikdən gedir. Dövlət başçısı dəfələrlə ümumən cəmiyyətin sağlamlığının qorunması üçün hər bir kəsin məsuliyyətli davranmasının, tibbi maskadan istifadə edilməsinin, sosial məsafənin qorunmasının, şəxsi gigiyenaya diqqət yetirilməsinin vacib olduğunu, pandemiya ilə mübarizədə yalnız birgə səyin nəticə verəcəyini bəyan edib. Eyni zamanda Prezident İlham Əliyev dövlətlərin pandemiya ilə mübarizədə birgə səy göstərməsinə dair təşəbbüsün müəlliflərindən biri, birincisidir. Hazırda pandemiya ilə mübarizədə başqa bir yol da yoxdur. Öncə də qeyd etdiyim kimi, Prezident İlham Əliyev bunu Türk Şurası və də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşlərində də bəyan edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin 130 qədər dövlət tərəfindən dəstəklənməsi çox mühümdür. Onu da nəzərə çatdırım ki, BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Təklif Nyu Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb .BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, həmin müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar.
  Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. “COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat var. Bu gün dünyada ən böyük və ən nüfuzlu beynəlxalq təşkilat BMT-dir. Azərbaycanın isə BMT-ni idarə etmək təcrübəsi var, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir. O da təsadüfi deyil ki, Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan olub. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi.

 

  Prezident İlham Əliyevin qlobal təşəbbüslərinin dəstəklənməsi dünyada Azərbaycana olan inamın və etimadın göstəricisidir.

  28.06.2020

  Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım olaraq Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib. “Bunun davamı olaraq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü təşkil edildi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir.

  Prezident İlham Əliyev Zirvə görüşü zamanı çıxışında bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşünün keçirildiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Zirvə görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapıb və bu sənədlərdə 65 illiyi bu yaxınlarda qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bununla yanaşı, Prezident İlham Əliyev sədrliyi öz üzərinə götürərkən Azərbaycanın beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını bəyan edib. Koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini, nəticədə yeni reallıqların meydana çıxdığını və Azərbaycanın yeni vəziyyətə çevik, adekvat reaksiya verdiyini qeyd edən dövlət başçısı bildirib ki, ölkəmizin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu təsdiq edir. COVID-19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini, heç bir ölkənin bundan sığortalanmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə bu pandemiyaya qalib gələ bilərik. Bununla yanaşı, Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin bu təşəbbüsü yekdilliklə dəstəklədiyini, Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələrin təmsil olunduğunu diqqətə çatdırıb.

  Zirvə görüşünə qatılan BMT-nin Baş katibi Antonio Quterreş və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borel videomüraciətlərində, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və iştirakçı dövlətlərin başçıları çıxışlarında “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün təşkilinə və pandemiyaya qarşı aparılan işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.

 Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Onu da xatırladaq ki, 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan, son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq, bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Məlum olduğu kimi, BMT Baş Assambleyası ildə bir dəfə sentyabrın üçüncü həftəsində azı 3 aylıq müddətə toplanır. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası zəruri ehtiyac olduğu fövqəladə vəziyyətlərdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. 1945-ci ildə BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın fövqəladə sessiyaları çox az sayda keçirilmişdir.

  Azərbaycan Prezidentinin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca hazırda Hərəkatın sədri olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT-nin Baş katibi mayın 28-də BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-dək edilən təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan Prezidentinin bu təklifindən keçən dövr ərzində rəsmi məlumatlara görə, 130-a qədər ölkə təşəbbüsə dəstək verib. Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi. Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə faktlarla ifşa etmişdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. Qeyd etmək lazımdır ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənər.

Məlum olduğu kimi, Azərbaycan Respublikası 2011-ci il mayın 26-da İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini genişləndirməklə onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Azərbaycanın Hərəkata üzv olduğu 8 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin daha geniş dairələrində məlumatlandırılması artıb, təşkilatın sənədlərində münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. 2019-cu il oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə görüşündə Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə görüşündə Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur.

  Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyən ölkələr sırasında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə yanaşı, kiçik ada ölkələri də var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün ölkəmizin hazırda ehtiyac duyulan, eləcə də qlobal səviyyədə beynəlxalq əməkdaşlığın və həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli töhfəsi kimi çox yüksək dəyərləndirilir. BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində üzv dövlətlərin təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat var. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatına üzv ölkələrin müdafiə etdiyi təşəbbüs əksər dünya dövlətləri tərəfindən qəbul edildiyi üçün Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi artıq BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib.

  Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 16 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

 

 

  Anar Əmrahov: "Ali Baş Komandan İlham Əliyevin bu çıxışı bizdə ordumuza qarşı inamı daha da artırdı

  28.06.2020

  1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərindən biri də Milli Ordunun təşkili idi.Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da,Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu quruculuğu prosesi dayanmış,Ulu Öndər Heydər Əliyevin 1969- cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə 1971- ci ildə yaradılan C.Naxçıvanski adına hərbi liseyi və Naxçıvan Muxtar Respublikasında yaradılan Heydər Əliyev adına hərbi liseyi ötən illər ərzində minlərlə hərbi kadrlar yetişdirmişdir. XX əsrin sonlarında Azərbaycan müstəqilliyinin ilk günlərində mürəkkəb sosialiqtisadi,ictimai-siyasi vəziyyətlə üzləşdi.Bu eyni zamanda özünü ordu sahəsində də göstərdi.Vahid komandanlığın olmaması ucbatından silahlı birləşmələr müxtəlif qrupların əlində cəmlənmişdi.Bunun nəticəsi idi ki, Dağlıq Qarabağda erməni təcavüzü genişlənmiş,torpaqlarımızın 20%-dən artıq hissəsi ermənilər tərəfindən işğal edilmişdir.
  1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ordu quruculuğunda yeni mərhələ başladı.1994-cü ildə mayın 12-də atəşkəsin imzalanması ilə ordu quruculuğunda böyük islahatlar aparıldı. Ulu öndərin 1998-ci il may ayının 22- də imzaladığı fərmanla 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general S.Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün,26 iyun- Azərbaycan Silahlı Qüvvələri günü elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcədə Milli təhlükəsizlik siyasəti ilə başladığı işlər, onun siyasi kursunun laiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.Prezidentin göstərişi ilə bütün hərbi hissələr, hərbi şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur.Hərbi hissələrin 90 % -də tikinti-bərpa və yenidənqurma işləri aparılmışdır.Bu gün Azərbaycan ordusunun malik olduğu silah və texnikanın 80%- dən çoxu yenilənib, ordumuz ən müasir silahlarla, hərbi sursatlarla, zirehli texnikalarla, zenit raket qurğuları ilə, hərbi hava qüvvələri ilə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur.
  Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə şəxsi heyyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər zabitlərin məişət problemləri də həll olunmuşdur. İllərlə orduda laiqli və qüsursuz xidmət göstərmiş zabitlər mənzillərlə təmin olunmuş, hərbi qulluqçuların əməkhaqları müntəzəm olaraq artırılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilən ordumuzun gücü 2016-cı il aprel ayında bir daha təsdiq olundu.Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş verən dördgünlük müharibədə Azərbaycan silahlı qüvvələri qələbə qazanmış,Tərtər rayonunun strateji əhəmiyyətli yüksəklikləri və Seysulan kəndi,Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı,Goranboy rayonun Gülüstan kəndi,Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
  2020-ci il iyun ayının 25-də Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Mingəçevir şəhərinə səfər etmişdir.Prezident Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin açılışında iştirak etmiş,qərargah binasında yaradılan şəraitlə tanış olmuşdur. Hərbi hissə ilə tanışlıqdan sonra prezident İlham Əliyev hərbiçilərlə görüşmüş,nitqində bildirmişdir ki,”Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır.Bunu Azərbaycan xalqı bilir,görür.Bu gün Azərbaycan ordusu dünyada 50 ən güclü ordu sırasındadır.Biz bunu yorulmaz fəaliyyətimiz nəticəsində əldə etmişik.Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir.Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir.” Ali baş komandan İlham Əliyevin bu çıxışı bizdə ordumuza qarşı inamı daha da artırdı. İnanırıq ki,Azərbaycan dövləti,Azərbaycan xalqı,yenilməz ordumuzun gücü sayəsində işğalçı Ermənistan hökumətinin zəbt etdiyi torpaqları mütləq azad edəcəkdir.

 

 

 

Prezidentin fəaliyyətində ordu quruculuğu birinci yerdədir

 27.06.2020

Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində ötən illərdə ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında Cənab Prezident xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradıldığını bildirib:"Son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Yeniliklər də kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Hətta kazarmalarda kondisionerlər də quraşdırılıb və bu, onu göstərir ki, bu sahədə çox böyük irəliləyiş var. Mənim göstərişimlə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur."

Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb.
Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və 1700 zabit mənzillə təmin olunub. Bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır;

 

 

 

 İLHAM ƏLİYEV :

"Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır. Görün, nəyə sevinirlər? Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura. Neftin qiyməti 14 dollara düşəndə axı, insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizləndi Kələkidə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır".

27.06.2020

 

 

 

 

"Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür"

“Əlbəttə ki, əsas döyüş qabiliyyətimizdir. Bütün digər amillər ki, mən qeyd etdim bunun məqsədi var, o da döyüş qabiliyyətini artırmaqdır. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir”.

Bu sözləri Prezident İlham Əliyev Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edərkən səsləndirib.

Dövlət başçısı bildirib ki, döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq: “Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır.

İşğal edilmiş torpaqlarda bu gün ermənilər qanunsuz məskunlaşma siyasəti aparır. Bu məsələ ilə əlaqədar mən artıq bir neçə dəfə öz fikirlərimi bildirmişəm, o cümlədən xüsusilə beynəlxalq tədbirlər çərçivəsində. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində də bu məsələyə diqqət yetirdim. Biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırırıq və qaldıracağıq. Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar. Biz buna imkan verməyəcəyik, bunu hər kəs bilsin. Biz münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq. Beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər. Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür. Heç kimin bu haqda şübhəsi olmasın. Bütövlükdə Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, onların erməni dövləti var, baxmayaraq ki, Azərbaycan torpağında yaradılıb. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik. Ancaq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir. Əlbəttə ki, münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Ancaq bayaq qeyd etdiyim kimi, dünyada güc amili ön plana çıxır və biz bu gücü toplamalıyıq, məsələni istənilən yolla həll etməliyik”.

27.06.2020

 

Əsas məqsəd ordumuzun döyüş qabiliyyətini artırmaqdır

4 il əvvəl - 2016-cı ilin aprel ayının ilk günlərində Tərtər və Füzuli istiqamətində erməni hərbi birləşmələrinin hücumlarının və təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar Silahlı Qüvvələrimizin gücünü reallıqda təsdiqləyən hadisə oldu. Həmin döyüşlərədək Ermənistan siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin Aprel döyüşləri bunun sadəcə mif olduğunu sübuta yetirdi. Həmin günlərdə düşmən ordusu bir həmləyə biabırçı məğlubiyyətə uğradıldı və cəbhənin iki istiqamətində illərdir bərkidib-betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən bir gecədə qovulub çıxarıldı. Bununla da Azərbaycanda atəşkəs razılaşmasından sonra həyata keçirilən ordu quruculuğunun effektiv nəticələri, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində atılan addımlar dördgünlük müharibədə öz təsdiqini tapdı.

Həmin döyüşlər bizim böyük tarixi qələbəmiz, Ermənistanın isə həm siyasi, həm iqtisadi, həm də psixoloji cəhətdən məğlubiyyəti kimi tarixə düşdü. Bu hadisə demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı, bu ölkənin rəhbərliyi məğlubiyyətdən sonra özünü tam şəkildə ifşa etdi. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Həmçinin düşmən bir daha şahidi oldu ki, Azərbaycan əzəli torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadirdir.

Aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ermənistan hakimiyyəti bir daha gördü ki, xalqımız heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq və torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir.

Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Xalq Cümhuriyyətinin və ordumuzun yaradılmasının yüzüncü ildönümünə təsadüf edən bu hadisə cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki qələbə gününün o qədər də uzaqda olmadığını göstərdi. Hər birimiz növbəti dəfə ordumuzdakı qalibiyyət əzminin şahidi olduq.

Günnüt əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordu ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirdi. Dərinlikdəki əlverişli yüksəkliklər düşməndən geri alındı. Bu, ordumuza Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyətli Yerevan-Yexeqnddzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı verdi. Ümumilikdə, bu əməliyyat zamanı 11 min hektar ərazi düşməndən azad edildi.
Prezident İlham Əliyevin Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxış edərkən 2016-cı və 2018-ci illərin hərbi əməliyyatlarının əhəmiyyətindən danışdı: "Əlbəttə ki, əsas döyüş qabiliyyətimizdir. Bütün digər amillər ki, mən qeyd etdim bunun məqsədi var, o da döyüş qabiliyyətini artırmaqdır. Bu istiqamətdə də lazımi addımlar atılır. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq"

27.06.2020

 

  Ulu Öndər müasir Azərbaycan Ordusunun qurucusudur

  Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. Müasir Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün qüdrətlənən və gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.

  Ulu Öndər Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə də Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ordu quruculuğunun diqqətçəkən əsas tərəfi onun yüksək peşəkarlıqla həyata keçirilməsi idi. Heydər Əliyevin AXC-Müsavat dövründə yaradılmış və daha çox ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundan kənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - Ulu Öndərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.

  Heydər Əliyevin 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır” sözlərini unutmayan, Ulu Öndərin bu xeyir-duasından ruhlanan zabitlərimiz, əsgərlərimiz, gizirlərimiz və çavuşlarımız o dövrdə sinələrini düşmən pulemyotunun qarşısına verməklə, əldə qumbara düşmən tankının altına atılmaqla əsl qəhrəmanlıq dastanları yaratdılar.

  1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
   Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

27.06.2020

 

  Azərbaycan Prezidentinin hərbi hissələrdə ideoloji tərbiyənin yüksək səviyyədə təşkil olunması ilə bağlı tapşırığı böyük önəm kəsb edir

   26.06.2020

   Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.

  Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N" saylı hərbi hissəsinin açılışında iştirakı zamanı deyib ki, son illər ölkəmizdə ordu quruculuğunda, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir: “Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”. Bununla yanaşı, dövlət başçısı hazırda Azərbaycanın dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkə olduğunu bildirərək vurğulayıb ki, biz müharibə şəraitində yaşayırıq və eyni zamanda, bu gün dünyada, beynəlxalq müstəvidə güc amilinin ön plana çıxdığını görürük. Prezident İlham Əliyev beynəlxalq hüquq normalarının kobudcasına pozulduğunu, onlara əməl edilmədiyini təəssüflə qeyd edərək bildirib ki, bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, biz bunu görürük, müşahidə edirik və buna uyğun öz addımlarımızı atmalıyıq, çünki biz real vəziyyətlə hesablaşmalıyıq.

  Bu baxımdan, Ali Baş Komandan bildirib ki, beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və biz buna artıq çoxdan başlamışıq. Məhz bunun nəticəsində bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir: “Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, - həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq. Bir ölkə varmı ki, bizə pulsuz, müftə nəsə verib. Belə bir ölkə yoxdur, heç vaxt da olmayıb, o cümlədən hərbi sahədə. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir”.Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 15 il əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Azərbaycanda heç vaxt hərbi sənaye yox idi. Əgər bunu yaratmasaydıq, bu gün böyük problemlərlə üzləşə bilərdik. Amma indi nəinki özümüzü bir çox hərbi təyinatlı məhsullarla təmin edirik, ixrac da edirik və ixrac coğrafiyamız artıb, onlarla ölkəyə hərbi məhsul ixrac edirik: “Heç 15 il bundan əvvəl bu haqda fikirləşmək də əbəs idi. Onu kimsə desəydi, bəlkə də inanmazdılar. Amma bu, reallıqdır. Reallığı biz yaradırıq, öz əllərimizlə, öz gücümüzlə, öz iradəmizlə. Ona görə bütün bu amillər - orduya, zabitə, əsgərə qayğı, məişət, xidmət şəraitinin yaxşılaşdırılması və ordumuzun silah-sursat, texnika ilə təchizatı, bir də əlbəttə ki, döyüş qabiliyyətinin artırılması, bax, bunlar bu əsas amillərdir. Əlbəttə ki, vətənpərvərlik. Ona görə hər bir hərbi hissədə ideoloji tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Buna bütün rəhbər heyət cavabdehlik daşıyır ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda böyüsünlər, müstəqilliyin qədrini bilsinlər. Bilsinlər ki, müstəqillik bizə asan başa gəlməyib. Bilsinlər ki, bu gün müstəqilliyi qorumaq, onu möhkəmləndirmək bir çox ölkələr üçün böyük məharət tələb edir”.Bu baxımdan, Azərbaycan Prezident qeyd edib ki, bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir, ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır, çünki biz real tariximizi bilməmişik.

  Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, günah da bizdə deyil, çünki belə oxumuşuq, bizə belə dərs veriblər, sovet vaxtında tarix dərslərinin çoxu saxta idi və Azərbaycan xalqının düşmənləri qəhrəman kimi qələmə verilirdi. Eyni zamanda, Prezident İlham Əliyev bildirdi ki, quldur 26 Bakı komissarı dəstəsi və o dəstənin başında dayanan cinayətkar erməni millətçiləri qəhrəman kimi təqdim olunurdu, onların adına rayonlar verilirdi, onlara abidələr qoyulurdu: “Azərbaycan xalqının cəlladı Şaumyana abidə qoyulmuşdu, onun adı əbədiləşdirilmişdi. Biz bu tarixi görmüşük. Yenə də günah bizdə deyil. Sovet hakimiyyətinin tarixi bu idi. Müstəqilliyi quranlar düşmən kimi qələmə verilirdi. Azərbaycan Xalq Cümhuriyyəti antimilli qurum kimi qələmə verilirdi. Ancaq bizim müstəqilliyimizi əlimizdən alanlar, yerli satqınlar qəhrəman kimi qələmə verilirdi. Küçələrə onların adları verilir, onlara abidələr, monumentlər qoyulurdu. Bəlkə də yaddan çıxıb, Sahil bağında 26 Bakı komissarlarına abidə qoyulmuşdu. Mən fikirləşdim ki, bu, nə məsələdir. Bunlar Azərbaycan xalqının qanını axıdıblar, bizi məhv ediblər. Heç şəhərin mərkəzində belə abidəmi olar? O abidə də və o quldur dəstəsinin üzvlərinin abidələri də söküldü və düz də etmişəm. Bütün dini ayinləri gözləmək şərti ilə onların qəbirləri oradan köçürüldü. Ancaq bu, dözülməz idi ki, şəhərimizin mərkəzində Azərbaycan xalqının düşmənlərinə abidə ucaldılıb”.

  Ali Baş Komandan İlham Əliyev bir daha qeyd edib ki, gənclərimiz bu tarixi, qədim tariximizi bilməklə yanaşı, eləcə də bilməlidirlər ki, bugünkü Ermənistan Azərbaycan torpaqlarında formalaşıb: “bugünkü Ermənistan xəritəsində coğrafi toponimlərin əsl adlarını bilməlidirlər. Mən gedirəm, haradasa xəritədə sonra dəyişdirilmiş erməni adlarını görürəm. Bütün yerli icra orqanlarına irad tuturam ki, bilmirsiniz, gedin soruşun. Fikirləşin nə yazırsınız, axı, bunun qədim Azərbaycan adı var. Bu, bizim torpağımızdır. Ona görə, bu sahəyə xüsusi diqqət göstərməliyik. Orduda xidmət edən hər bir gənc tərxis olunandan, mülki həyata qayıdandan sonra öz tarixini olduğu kimi bilməlidir”. Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatlarını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ordusu böyük ərazini işğalçılardan azad etdi və o torpaqlarda bayrağımız dalğalanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq, eləcə də Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Bu səbəbdən, Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, hər an ərazi bütövlüyümüzü bərpa etməyə hazır olmaq üçün döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır: “Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır”. Bununla yanaşı, işğal edilmiş torpaqlarda bu gün ermənilər tərəfindən qanunsuz məskunlaşma siyasətinin aparıldığını beynəlxalq tədbirlər çərçivəsində diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşü çərçivəsində, eləcə də bütün beynəlxalq təşkilatlarda, bu məsələni qaldırırıq və qaldıracağıq: “Qanunsuz məskunlaşmaya son qoyulmalıdır. Beynəlxalq ictimaiyyəti buna çağırırıq. Minsk qrupunun həmsədrlərinin bu məsələyə xüsusi diqqət yetirməyini istəyirik ki, bu qanunsuz məskunlaşma dayansın. Çünki Ermənistanın siyasəti bundan ibarətdir. Onlar bizim şəhərlərin adlarını dəyişdiriblər. Əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə. Orada yeni dırnaqarası sərhədlər çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər, tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. İndi qanunsuz məskunlaşma aparmaq istəyirlər, ancaq onlarda insan resursu olmadığı üçün çətinlik çəkirlər. Amma yenə də diaspor fəaliyyəti nəticəsində buna çalışırlar”. Dövlət başçısı vurğuladı ki, Azərbaycan buna imkan verməyəcək, bunu hər kəs bilsin, münaqişə ilə bağlı mövqeyimizdə möhkəm dayanmışıq və bir addım geri atmayacağıq.

  Eyni zamanda, Prezident İlham Əliyev bildirdi ki, beynəlxalq təşkilatlar indi ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər, xüsusilə Avropa İttifaqının sonuncu Şərq Tərəfdaşlığı Zirvə görüşündə çıxış edənlərin, dünya liderlərinin bir çoxları bu məsələyə aydınlıq gətiriblər. Qeyd olunub ki, ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür və heç kimin bu haqda şübhəsi olmasın. Dövlət başçısı bir daha qeyd etdi ki, Ermənistana və Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, öz müqəddəratını müəyyənetmə prinsipi işləmir, çünki erməni xalqı öz müqəddəratını bir dəfə müəyyən edib, Azərbaycan torpağında yaradılmasına baxmayaraq onların erməni dövləti var və Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına biz heç cür imkan verə bilmərik: “Ancaq bir daha demək istəyirəm ki, ərazi bütövlüyü prinsipi bu gün üstünlük təşkil edir. Ona görə bizim mövqeyimiz beynəlxalq hüquq, tarixi ədalət baxımından mükəmməldir. Əlbəttə ki, münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır. Ancaq bayaq qeyd etdiyim kimi, dünyada güc amili ön plana çıxır və biz bu gücü toplamalıyıq, məsələni istənilən yolla həll etməliyik”. Artıq dərin böhran içində olmaqla yanaşı, həmçinin Ermənistanın müstəqillik tarixinin prinsipcə rüsvayçılıq tarixi olduğunu bildirən Prezident İlham Əliyev 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslərin cinayətkar kimi bir çoxunun həbs edildiyini vurğulayıb: “Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Onlarda təqribən bir il bundan əvvəl həbsdə olan bir jurnalist axıra qədər aclıq elan edir və ölür. Heç bir beynəlxalq təşkilat, Avropa Şurası, ATƏT-in mətbuat üzrə xidməti bir səs belə çıxarmırlar. Nə üçün? Çünki bilirlər ki, indiki Ermənistanın rəhbərləri kimdir”.

  Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanda hakimiyyət bölgüsü tamamilə pozulub, qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə-hüquq sahəsi artıq bir adamın əlindədir, bir alətdir və ona görə Ermənistanda diktatura hökm sürür və bu, nə qədər belə çox davam edərsə, orada problemlər böhranlı həddə bir o qədər tez çatacaq: “İndi Avropa İttifaqından 90 milyon dollar pul dilənir, ondan-bundan dilənir. Deməli, demoqrafik böhran yaşanır, insanlar bu ölkəni tərk edir və təbii azalma gedir. İndi Ermənistanın real əhalisi 2 milyon nəfərdən azdır. Bunu mən bilirəm və Ermənistan rəhbərliyi bilir. Bir də ki, bu ölkə qonşulara - özü də kimə, Türkiyə kimi böyük bir ölkəyə ərazi iddiaları irəli sürür. Dırnaqarası soyqırımı ilə bağlı Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürülür. Heç bir soyqırımı olmamışdır. Ermənilər həm 1918-ci ildə, həm də Xocalıda bizə qarşı soyqırımı törətmişlər. Ona görə belə bir iddia ilə yaşayan ölkənin gələcəyi çox qaranlıqdır”. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan hər sahədə, beynəlxalq müstəvidə güclənir, güclənməlidir - ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, regionların inkişafı və nəhayət, ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq.

  Bütün bunlar onu söyləməyə əsas verir ki, müstəqil xarici siyasət yürüdən Azərbaycanla təcavüzkar, eləcə də faşist ideologiyası yürüdən, terrorizmi dövlət səviyyəsində dəstəkləyin Ermənistanı heç bir sahədə müqayisə etmək olmaz. Qeyd etmək lazımdır ki, son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.

  Dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən dönməyəcək.

 

 

  Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102 ili tamam olur.

  1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk Müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilmişdi. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, ordumuzun 15 generalı bolşeviklər tərəfindən güllələndi.

  1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun Silahlı Qüvvələr Günü elan olundu. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə müasir Azərbaycan Ordusunun hərbi paradı keçirildi. Daha sonra hərbi parad 2013-cü ildə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyinə həsr edildi. Növbəti parad isə 2018-ci ildə Ordumuzun 100 illiyinə həsr olundu.

  Bu möhtəşəm paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub. Məhz bu paradda hərbi aviasiya tarixində ilk dəfə Azərbaycan şahinləri “SU-25” hücum təyyarələri ilə yüksək pilotaj məharəti göstərdilər. Onlar paytaxt səmasında üçrəngli bayrağımızın möhtəşəm əksini yaratdılar.  Bütün bunlar onu göstərdi ki, son illər ərzində Azərbaycan hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.

  Azərbaycan Ordusu bu gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Düşmənin 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi.

  Ali Baş Komandanın daimi nəzarəti, diqqət və qayğısı, eyni zamanda, Müdafiə Nazirliyi rəhbərliyinin düzgün qurduğu fəaliyyət nəticəsində Ordumuzun üzüağ çıxdığı bu əməliyyatın ən böyük nəticələrindən biri odur ki, Azərbaycan Ordusu mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımdan Ermənistan ordusunu nə qədər qabaqladığını ortaya qoydu və düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi. Atəşkəs elan edildikdən keçən dövr ərzində ermənilər ilk dəfə törətdikləri təxribata görə cavablarını aldılar və bu, düşmən üçün gözlənilməz olduğu qədər də layiqli cavab oldu. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev deyib: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Bir sözlə, ölkəmizdə ordu quruculuğu uğurla davam edir. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Azərbaycan Ordusu beynəlxalq terrorizmə qarşı mübarizədə fəallıq göstərir. Ölkənin Sülhməramlı Qüvvələri Əfqanıstandakı koalisiya əməliyyatlarında iştirak edir. Bir sözlə, 102 illik tarixi olan Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək. Ordumuz buna qadirdir.

   Bunu da demək yerinə düşər ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Azərbaycan Ordusuna xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişlər verir, hərbçilərimizin göstərdikləri igidlikləri daim yüksək qiymətləndirir. Buna bariz nümunə kimi, Prezident İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında imzaladığı sərəncamları qeyd etmək yetərlidir. Sərəncama əsasən, bir nəfərə general-polkovnik, iki nəfərə general-mayor, bir nəfərə kontr-admiral hərbi rütbəsi verilib. Prezident İlham Əliyevin digər Sərəncamı ilə isə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər də təltif olunub. Belə ki, 3 nəfər “Azərbaycan Bayrağı”, 5 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 17 nəfər “Vətən uğrunda”, 9 nəfər “İgidliyə görə”, 25 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.Bundan başqa, Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü ərəfəsində Ali Baş Komandanın iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak etməsi, hərbçilərlə görüşdə çıxış etməsi və ordumuzun hərbi hazırlığını yüksək qiymətləndirməsi də bu bayram ərəfəsində şəxsi heyətin qələbə əzmini bir daha artırdı.

   Bu gün Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən-günə hərbi qüdrətini artıran Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etmək, düşmənə sarsıdıcı zərbə vurmaq üçün tam hazırdır. Xalqımız Ordumuzun hərbi qüdrətinə və Azərbaycan əsgərinin bəxş edəcəyi qələbə sevincinin uzaqda olmadığına qəti şəkildə inanır.

26.06.2020

 

   Asim Rüstəm: Ermənistan siyasi zəlzələ ilə qarşı-qarşıyadır

  Son günlərdə Ermənistanda olan daxili ictimai-siyasi qarışıqlıqlar mətbuatda kifayət qədər gündəmdədir. Əslində keçmiş illərə nəzər salarsaq, Ermənistanda təməli sağlam qoyulmuş nə siyasət görə bilirik, nə də idarəçilik sisteminin qanununauyğun çalışdığını. Bir dövlətdə əgər hüquq sistemi işləmirsə, xalqın hüquqları qorunmursa,burada ne demokratiyadan söz gedə bilər, nə də azad yaşayan xalqdan. Ermənistanda da demək olar ki, hüquq sistemi normal səviyyədə işləmir. Dövləti idarə edən şəxslər öz mənafelərini ön planda tutduqlarına görə arxa plana atılmış xalq artıq narazıçılıqlara başlayaraq, hakimiyyətə qarşı sərt reaksiyalar verməkdədir. Digər yandan isə dünyanı cənginə alan koronavirus pandemiyası məlum məsələdir ki, Ermənistandan da yan keçmədi. Zatən iqtisadi cəhətdən də zəif olan bir ölkə olaraq pandemiyanın öhdəsindən elə də asan gələ bilmirlər. İnsanlar kütləvi şəkildə yoluxur, ölürlər. Artıq qarşısı alınmayacaq qədər geniş yayılmaqda. Bir yandan xalq virusdan məhv olur, digər yandan hakimiyyətdə kreslo davası baş alıb gedir. Siyasi bir zəlzələ ilə qarşı-qarşıya olan Ermənistan heç də yaxşı vəziyyətdə deyil. Baş nazir Nikol Paşiniyanın seçkilərdən əvvəl verdiyi sözlərin yalan vədlər olduğunu görən xalq artıq etiraz aksiyalarına başlamış vəziyyətdə. N.Paşiniyan bir neçə dəfə prezident cənab İlham Əliyevlə qarşı-qarşıya gəldiyi debatlarda rəzil olması,siyasi səhvlər edərək ona inanan xalqı ən əsas da sadəcə şou xarakterli çıxışlar edərək təmsil etdiyi ölkəsini və təmsil etdiyi partiyasını gülünc vəziyyətə salmışdır. Koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Erməni mətbuatı N.Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi göstərilir.

   N.Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı. 14 iyunda Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması gərginliyi birazda artırdı.
Bir sözlə, ölkədəki siyasi böhran diktatura rejimi ilə müşayiət olunur.Hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və sair kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınır.Belə bir sual ortaya çıxır,Qərb niyə susur?
İşğalçı olduğu dünya ölkələrincə bəlli olan Ermənistan dövlətini bir yandan da Qərb səssiz qalaraq tərəfin saxlamaqdadır. Səbəbi isə Ermənistanı demokratik bir ölkə olaraq tanıtmaq,ölkədə yaşanan hadisələri ört-basdır etməkdir. Eyni hal Azərbaycanda olsa anında buna qarşı reaksiyalar olardı. Demək ki, İşğalçı dövlətin tərəfin tutanlar da onlar kimi, doğrularin, haqqın deyil, yanlışların yanındadırlar.
  Son günlərdə baş tutmuş online konfrasda Paşiniyanın İlham Əliyev tərəfindən susdurulması ilə bir daha sübut olundu ki, sadəcə əzbərlənmiş sözlər yalnız özünü və ölkəsini biabır etməkdən başqa bir şey deyil.
   Aristotelin də dediyi kimi,”Hər ölkə layiq olduğu hökuməti alır”. Eynilə Ermənistan kimi.

  https://azim.az/…/10592-ermnistan-siyasi-zlzl-il-qarsi-qars…

 

 

   Ermənistanda siyasi böhran dərinləşir

  Nikol Paşinyan hakimiyyəti "döyüş hazırlığı" vəziyyətinə gətirib. Ermənistan mediasındakı məlumatlarda bildirilir ki, güc strukturlarının rəhbərlərini dəyişdikdən sonra baş nazir Paşinyan bu idarələrin rəhbərlərinə cəmiyyətə əvvəlki etimadı bərpa etmək üçün bəzi müsbət göstəriciləri göstərməyi tapşırıb.Üstəlik, onlara xəbərdarlıq edilib ki, kimsə öz oyununu oynamağa çalışırsa, dərhal əvvəlki rejimin qalıqlarından yaxa qurtarıldığı kimi onlar da uzaqlaşdırılacaqlar.

  Bununla Paşinyan siyasi rəqiblərinə qarşı növbəti dözümsüzlük toxumlarını da səpib. Ən başlıcası, hər şeyin baş nazirlə şəxsən razılaşdırılması, onun xəbəri olmadan heç bir şey edilməməsi və onun göstərişlərinin yerinə yetirilməsindən yayınanların işdən uzaqlaşdırılması tapşırılıb.
  İyunun 8-də Ermənistan daxilində bomba effekti yaradan istefalar yaşandı: Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və Polis rəisi Arman Sarkisyan eyni gündə istefa məktublarını prezident Armen Sarkisyana təqdim etdilər. Ermənistan hakimiyyəti bu istefaları Paşinyanın reytinqini yüksəltmək üçün baş nazirin şəxsi iradəsi kimi təqdim etməyə çalışır. İstefadan bir gün öncə - 7 iyunda Baş Qərargah rəisi Artak Davtyanın karantin qaydalarını pozaraq oğluna toy etməsinin görüntülərini yaymaqla Paşinyanın reytinqinə “işləyən” addım atıldı. Parlamentdə hakim partiyadan sonra ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyanın son dövrlər hökumətin pandemiya qarşısında aciz qalmasını əsas gətirərək, tez-tez tənqidi çıxışlar etməsi, eyni mətnli tənqidlərin üçüncü böyük fraksiya olan “İşıqlı Ermənistan” Partiyası tərəfindən də səsləndirilməsi fonunda yaşanan bu istefalar ilk baxışda Nikol Paşinyanın siyasi gediş etdiyi ehtimalını önə çıxarır: həm pandemiyanın yaratdığı böhranı istefa verənlərin üzərinə yıxmaq və şəxsi reytinqini yüksəltmək, həm də “kənar qüvvələrə” bağlı olduğunu hesab etdiyi güc strukturları rəhbərlərini istefaya göndərməklə təhlükəni özündən uzaqlaşdırmaq istəyir; hər üç istefanın dərhal qəbul edilməsi və elə həmin gün yeni təyinatların olması da - general-leytenant Onik Gasparyan Baş Qərargah rəisi, polkovnik Argişti Kərəmyan Milli Təhlükəsizlik Xidmətinin direktoru, polkovnik Vaqe Qazaryan Polis rəisi – bunu deməyə əsas yaradır;Hərçənd, burada ən diqqətçəkən məqam üç güc strukturu rəhbərinin eyni gündə istefa verməsi və bir gün sonra parlamentdə Nikol Paşinyanın istefa tələbinin gündəmə gətirilməsidir.

  Güc strukturlarının eyni gündə istefa ərizəsi yazması təsadüfi deyildi. Bunun “kənar müdaxilə” ilə baş verdiyi və məqsədin Paşinyana xəbərdarlıq olduğu istisna deyil. Bir gün sonra – 9 iyunda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyanun “hökumətin vədlərini yerinə yetirməsi üçün vaxt verildiyini, lakin ölkəyə investisiyanın gətirilmədiyini, iqtisadiyyatın inkişaf etmədiyini, koronavirusla mübarizədə də uğursuz olduğunu” əsas gətirərək, istefa tələbi ilə çıxış etməsi güc strukturlarının rəhbərlərinin istefasının davamı kimi görünür: İyunun 14-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) “Çiçəklənən Ermənistan” Partiyasının lideri, oliqarx Qaqik Çarukyanın evini mühasirəyə alması siyasi böhranın fitilini alovlandırdı. Xüsusi təyinatlılar “Çiçəklənən Ermənistan” Partiyasının ofisində də axtarışlar aparıb. Çarukyan dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə aparılarkən bildirib ki, “geri çəkilmək niyyətində deyil”. Onun tərəfdarları MTX-nin binası önündə “Nikol get”, “Çarukyan baş nazirdir” şüarları ilə aksiya keçirib, hətta binaya daxil olmaq istəyərkən xüsusi təyinatlılarla qarşıdurma yaşanıb.

  Paşinyanın “küçə inqilabı” ilə hakimiyyətə gələrkən əsas dəstəkçisi kimi çıxış edən və daxili siyasətdə güclənməsində payı olan Çarukyanın üzərinə xüsusi təyinatlıları göndərməsi Ermənistanda pandemiyanın yaratdığı acınacaqlı mənzərə fonunda təsadüfi deyil. 15 iyunda Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub.

  Paşinyanın bu addımları ölkəni sürətlə diktaturuya sürüklədiyinin göstəricisi sayıla bilərmi? Paşinyan bu addımları təsadüfən atmır:“Onun narahatlığı aydın görünür. Paşinyan anlayır ki, artıq hakimiyyəti itirməklə üz-üzə qalıb. Eyni gündə güc strukturlarının təmsilçilərinin istefa ərizəsi yazması təsadüfi deyildi. Proseslərin kənardan idarə edildiyinə dair rəylər səslənir. Hər hardan idarə olunsa da, bunu Paşinyana verilən ciddi xəbərdarlıq mesajı kimi də qəbul edə bilərik. İstefalardan bir gün sonra isə daha maraqlı vəziyyət yarandı. 9 iyunda “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyan hökumətin vədlərini yerinə yetirməsi üçün vaxt verildiyini, lakin ölkəyə investisiyanın gətirilmədiyini, iqtisadiyyatın inkişaf etmədiyini, koronavirusla mübarizədə də uğursuz olduğunu əsas gətirərək istefa tələbi ilə çıxış etdi. Bu proseslərin bir-biri ilə zəncirvari bağlantılı olduğuna qəti şübhə yoxdur. Paşinyan görür ki, komanda üzvlərinin ona göstərdiyi etimadsızlığın fonunda Çarukyan dərhal hökumətin istefasını tələb edir. Çarukyan faktiki olaraq parlamentdə ikinci böyük fraksiyaya rəhbərlik edir. Bu da o anlama gəlir ki, artıq Paşinyan üçün mədəni devrilmə planı da hazırdır. Bir qədər də güc qoyulsa, Paşinyanı elə parlamentdə devirmək mümkün olacaq. Bütün bunları Paşinyan yaxşı dərk etdiyi üçün repressiv metodlara əl atır ki, rəqiblərini qorxuda bilsin. Əks təqdirdə onun devrilməsi daha da sürətlənə bilər. Paşinyan komandası proseslərin Rusiyadan idarə edildiyi qənaətində olduqlarına dair fikirlər səsləndirir. İnandırıcıdır, çünkü Rusiyanı Paşinyanın Ermənistanda hakimiyyətdə olması qəti qane etmir”.

 

 

 

  Qərb niyə susur?

  Ermənistanda baş verən siyasi təqiblər və həbslər, söz azadlığının boğulması, jurnalistlərə qarşı güc tətbiq edilməsi fonunda bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. Q.Sarukyanın tərəfdarlarının etiraz aksiyası zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınmışdır. Sual yaranır. Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Əlbəttə bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub.

  Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi.
Qərb ölkələrinin Paşinyan rəhbərliyini bu qədər müdafiə etməsi, ölkədə baş verən qanunsuzluqlara, anti – demokratik fəaliyyətlərə göz yumulmasının səbəbi ortadır. Qərb Ermənistanı öz geosiaysi maraq dairəsində görür. Ermənistanda Paşinyan komandasının hakimiyyətə gəlməsi və “Qərbyönümlü siyasət” aparması Qərb üçün əlbəttə tarixi bir şansdır. Rusiya ilə aparılan tarixi rəqabət və bölgəyə nüfuz etmək istəyi fonunda Ermənistanda baş verənlərə susqunluqla yanaşmaq, Ermənistanın hər cür ərkəsöyünlüyünə göz yummaq təəccüb doğurmur. Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti tərəfindən dəstəkləndiyi hər kəsə aydındır. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir.

  Qərbin bir sıra təşkilatları Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Həm bölgənin, həm də Avropanın təhlükəsizliyində iştirak edən və tövhə verən ölkə kimi Azərbaycansız Qafqazın və Avropanın gələcəyini necə təsəvvür etmək olar? Bu sual Qərbin siyasi dairələrini düşündürməlidir.

 

 

 

    2016-2019-cu illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 55 faiz artıb.

  Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu sözləri Aİ üzvü və Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin dövlət başçılarının dünən keçirilmiş birgə sammiti başa çatandan dərhal sonra jurnalistlər üçün brifinqdə söyləyib.

  Siyasətçi deyib: “Biz davamlı Şərq Tərəfdaşlığının yaradılmasında fəal iştirak edirik. Bu halda davamlılıq dedikdə iqtisadi tərəqqi, sabitlik və təhlükəsizliyi nəzərdə tuturuq”.

  Onun sözlərinə görə, Avropa İttifaqı layiqli iş yerləri açan, ölkələr arasında əlaqələri yaxşılaşdıran və xüsusən gənclər üçün yeni imkanlar yaradan iqtisadiyyata yönəlmiş tərəfdaşlığı təmin etməyə çalışır.

  Avropa Komissiyasının sədri deyib: “2016-2019-cu illərdə ticarətin dinamikasına nəzər salsaq, aşkar görünür ki, Aİ ilə bizim “Şərq tərəfdaşlığı” üzrə altı tərəfdaşımızın hər biri arasında qarşılıqlı ticarətin həcmi əhəmiyyətli dərəcədə çoxalıb. Məsələn, Azərbaycanla Aİ arasında ticarətin həcmi 55 faiz, Ukrayna ilə Aİ arasında ticarətin həcmi 50 faiz artıb. Bundan əlavə, regiondaxili ticarətin həcmində iki dəfədən çox artım müşahidə olunur”.

  https://azertag.az/…/Avropa_Komissiyasinin_sedri_Azerbaycan…

 

 

 

 

 

 

 

   

   Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır.

  Pandemiya dövründə Ermənistanda acınacaqlı bir vəziyyət yaranıb və proses nəzarətdən çıxıb. Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir. Azərbaycan Əhalisi 10 milyon 140 min nəfər olan Azərbaycanda yeni növ koronavirusa (COVID-19) yoluxma 10 min 991 nəfərdirsə, əhalisi cəmi 2 milyon 961 min nəfər olan Ermənistanda bu göstərici 18 min 33 nəfərə çatıb. Hazırda Azərbaycanda virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı 4 min 783 nəfərdirsə, Ermənistanda 8 min 52 nəfər müalicə olunur. Əgər Azərbaycanda koronavirusa yoluxanlardan 133 nəfər vəfat edibsə, Ermənistanda bundan 2 dəfədən də çox – 302 nəfər ölüb. Test sayına baxsaq, Azərbaycanda aparılan testlərin sayı Ermənistanla müqayisədə 4 dəfədən çoxdur. Ölkəmizdə indiyə qədər 397 min 399, Ermənistanda 87 min test aparılıb. Azərbaycanın pandemiyaya qarşı ümumi xərcləri 3,5 milyard manat olubsa, Ermənistanda bu rəqəm cəmi 300 milyon dollardır. Təkcə onu demək kifayətdir ki, hazırda Azərbaycanda 570 xəstəxana (44 min 45 ədəd çarpayı), Ermənistanda isə 130 xəstəxana (12153 ədəd çarpayı) var.
  Yardımlarla bağlı statistikaya baxsaq, pandemiyaya qarşı mübarizə çərçivəsində ABŞ Azərbaycana 5,3 milyon dollar, Avropa Birliyi 14 milyon avro yardım edib, Türkiyə humanitar, Çin tibbi-texniki yardım edib. Ermənistana isə ABŞ 5,4 milyon dollar, Avropa Birliyi 92 milyon avro, Bolqarıstan və Litva humanitar yardım, Çin tibbi-texniki yardım, Rusiya texniki yardım, Gürcüstan tibbi yardım göstərib, İran yük daşınmasında dəstək verib. Digər tərəfdən, əgər Ermənistan bu günə qədər pandemiya ilə mübarizə çərçivəsində heç bir ölkəyə yardım etməyib. Azərbaycan isə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar, İrana 5 milyon dollar, eyni zamanda Çin, İran, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya və Herseqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Moldova olmaqla, cəmi 30 ölkəyə yardım edib. Bunun özü də Ermənistanın xarici yardıma möhtac ölkə olduğunu və beynəlxalq aləmdə də belə qəbul edildiyini ortaya qoyur. Bir maraqlı məqam da diqqət çəkir. Pandemiya dövründə Azərbaycanda abonentlərin elektrik və qazının kəsilməsi halı qeydə alınmayıb. Amma 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii qazı kəsilib.

  Pandemiya dövründə Ermənistanda yaranmış acınacaqlı vəziyyəti Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Facebook” səhifəsində etiraf edib. N.Paşinyan ölkədə xəstəlik simptomlarını biruzə verməyən minlərlə xəstə olduğunu, yoluxma halları artdıqca səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməyəcəyini və xüsusilə ağır vəziyyətdə olan xəstələrin sağlamlığının təhlükə ilə qarşılaşacağını, xəstəxanalarda yer olmayacağını bildirib: “Ermənistanda hər gün 500-700 arası insan koronavirusa yoluxur. Onların 5 faizi ağır keçirir, bu, olduqca ciddi rəqəmdir və səhiyyə bu qədər insana xidmət edə bilmir. Təsadüfi deyil ki, Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı son günlərdə KİV-də Baş Nazir Nikol Paşinyan hədəf olaraq seçilib və onun məsuliyyət daşıdığı bildirilir. Bu xəbərlərdə əsasən pandemiyanın ilk ayında Paşinyanın məsələyə münasibəti xüsusən tənqid olunur. Qeyd edilir ki, Ermənistan müstəqilliyini elan edəndən bu günə qədər bütün demokratiya çağırışlarına baxmayaraq, qərarları bir nəfər - prezident, indi isə Baş Nazir Paşinyan verir, kollektiv qərar vermə mexanizmi ölkədə heç bir zaman olmayıb. Böyük bir ehtimalla yaxın gələcəkdə Paşinyan siyasi məsuliyyəti Baş nazirin müavini Tiqran Avinyana və Səhiyyə naziri Arsen Torosyana yükləyəcək. Mart və aprel aylarında qonşu ölkələr pandemiyaya qarşı tədbirlər alarkən Paşinyanın başı siyasi rəqibi Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı vəzifəsindən uzaqlaşdırmaq üçün konstitusiya referendumu keçirməyə qarışmışdı. Paşinyan koronavirusa qarşı “Koronavirus kimin itidir?”, “Maska taxmağa ehtiyac yoxdur” kimi məsuliyyətsiz ifadələrdən istifadə edirdi.

 

 

 

 

    Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur.

  Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir.
  Zaman keçdikcə Ermənistanda Nikol Paşinyan hakimiyyətinin əsl mahiyyəti, antidemokratik mahiyyəti görünür. Bunu əsasən Ermənistan xalqı görür. Amma nə faydası? Ermənistan xalqı sözünün və səsinin yiyəsi deyil. Hec vaxt da olmayıb. 2018 – ci ilin aprelində “məxməri inqilab” və ya “rəqs inqilab”ının eyforiyası çoxdan ötüb keçmişdir. "Məxməri inqilab"ın əsas hədəflərindən biri də Ermənistanda oliqarx sistemi və korrupsiya ilə mübarizə olsa da, bu istiqamətdə nəinki heç bir iş görüldü, əksinə korrupsiya daha da çiçəkləndi, oliqarxlarla Paşinyan hökuməti arasında iş birliyi artdı. N.Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. Sadə ermənilər verilən vədlərdən başqa heç nə əldə edə bilmədilər. "Hələ 2017-ci ildəki parlament seçkiləri vaxtı Paşinyan deyirdi ki, banan və şəkər tozu inhisarını aradan qaldırmaq üçün ona cəmi 45 dəqiqə vaxt tələb olunur". Ancaq Paşinyanın hakimiyyətə gəlməsindən 2 il müddət ötsə də, hələ də Ermənistan iqtisadiyyatında söz sahibi olan mexanizm inhisarçılıqdır.
  "Məxməri inqilab”dan sonra Paşinyan tərəfindən Ermənistan cəmiyyətinə vəd olunan siyasi islahatlar keçirilmədi. Keçirilsə də formada bəzi dəyişikliklərlə yadda qaldı, amma məzmun dəyişmədi. Populist çıxışları ilə tanınan N.Paşinyanın hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir- bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə gizli deyildir, günümüzün reallığıdır. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir- bir həbsə atır, indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaqlar davam edir.
   2020-ci ilin 16 iyun tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edildi. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir və onun həbs ediləcəyi istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınmış və yüzlərlə adam saxlanılmışdır. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq etmişdir. Onlarla belə misalllar çəkmək mümkündür. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etməsi də yaddaşlardadır.

   Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artmaqdadır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxs korrupsiya ilə mübarizə ittihamı ilə həbs edilir.

   "Keçid dövrü başa çatdı, səhv limiti tükəndi” yazan qərbyönlü erməni mediası da artıq Paşinyandan boş və savadsız danışıqlar deyil, real iş tələb edir. Müşahidə edilən həmçinin odur ki, iki il öncə məğlub olmuş qüvvə ölkədə davam edən iqtisadi-sosial problemləri bəhanə edərək, hətta Qarabağ məsələsində hökuməti təslimçi mövqedə suçlayaraq revanş götürmək üçün fürsət gözləyir. Baş nazirin digər baş ağrısı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Rusiyanın adamı” sayılan Artur Vanetsyanla bağlıdır. Artıq siyasi partiya yaratmağa hazırlaşan Vanetsyan son vaxtlar hakimiyyəti təhdid eləməkdən belə çəkinmir və əsas hədəfini gizlətmir. Vanetsyan Paşinyan hakimiyyətini Rusiya əleyhinə olmaqda suçlayır. Görünən odur ki, Ermənistan hakimiyyəti və Ermənistandakı siyasi qüvvələr həm Rusiya ilə münasibətlər məsələsindən, həm də “Qarabağ kartı”ndan siyasi mövqelərini gücləndirmək, Qarabağda işğal status – kvo vəziyyətini qoruyub saxlamaq məqsədi üçün istifadə edir.

   Son zamanlar erməni xalqının taleyində önəmli rolu olan erməni – qriqoryan kilsəsi ilə Paşinyan hakimiyyəti arasında yaşanan ziddiyyətlər üzdə ideoloji fikir ayrılığı kimi görünsə də, əslində dünya qriqoryan kilsələrinə yığılan ianələr uğrunda mübarizədən başqa bir şey deyil.

 

 

 

 

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:  «Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir».  Dövlət başçısı bildirib: «Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir.

  Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır».

 

 

 

      İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib.

     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

     https://president.az/articles/39235

 

 

 

 

 

 

 

 

  “Əsrin müqaviləsi”ndən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə həyat vəsiqəsi verilməsi Heydər Əliyev diplomatiyasının və yeni neft strategiyasının mühüm qələbəsi idi.

 Dünya dövlətləri arasında zəngin neft yataqlarına malik ölkələr çoxdur. Lakin bu ölkələrin heç də hamısı milli sərvətlərindən lazımi qaydada istifadə edib xalqa fayda verə bilməmişlər. Neft yataqlarına malik bəzi ölkələr böyük dövlətlərin geosiyasi oyunlarının qurbanı olmuş, digərləri isə bu sərvət uğrunda aparılan müharibənin nəticəsində tamamilə dağılmışlar.

  ABŞ-ın məşhur politoloqu Zbiqnev Bjezinski bildirmişdir ki, neft kimi strateji xarakter daşıyan sərvətə malik ölkənin xalqı olmaq heç də həmişə xoşbəxt həyat yaşamaq demək deyildir.

  Lakin Azərbaycanın karbohidrogen ehtiyatları xalqın firavanlığı üçün istifadə olunaraq, ölkənin inkişafına, onun dünyada nüfuzunun artmasına xidmət edir. Bunun əsası isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.

  XX əsrin sonunda yaranmış tarixi-siyasi şəraitdən istifadə edərək müstəqilliyini yenidən qazanan Azərbaycan dünyanın böyük dövlətlərinin diqqətini cəlb etməyə bilməzdi. Azərbaycanı “yağlı tikə” kimi əsarətində saxlayıb həm neftindən, həm də əlverişli coğrafi və geosiyasi mövqeyindən istifadə etməyə çalışan qüvvələr onun müstəqil dövlət kimi yaşamasına hər cür mane olmağa başladılar. Bu qüvvələr bir tərəfdən erməniləri qızışdıraraq Azərbaycan torpaqlarını işğal etməyə sövq edir, digər tərəfdən ölkədəki bəzi siyasi dairələri ələ alaraq ictimai-siyasi sabitliyin bərpa olunmasına imkan vermirdilər.

  Azərbaycanda baş qaldırmış xaos, anarxiya və özbaşınalıq 1993-cü ilin iyununa qədər davam etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın hansı səbəblərdən xaosa büründüyünü çox gözəl bilirdi. Ölkəni normal inkişaf yoluna yönəltmək üçün bölgədə marağı olan böyük dövlətlərlə dil tapılmalı və Azərbaycanın müstəqilliyi qorunub saxlanılmalı idi ki, bu da həmin dövrdə mümkünsüz görünürdü. Lakin Heydər Əliyev bu ağır işlərin öhdəsindən məharətlə gələ bildi.

  Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində çox çətin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur.

  Ulu öndər Heydər Əliyevin neft strategiyası sayəsində 1994-cü il sentyabrın 20-də Bakının möhtəşəm “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü”nə dair müqavilə imzalanmışdır. Azərbaycan ilə bir sıra xarici ölkələrin neft şirkətləri arasında imzalanmış müqavilə tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılmış, təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmışdır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkətləri (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişlər. Bununla da “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlanmışdır.

  Lakin neftin hasil edilməsi yeni strategiyanın tam həyata keçməsi demək deyildir. Əsas məsələ hasil olunan neftin dünya bazarlarına çıxarılması üçün yolun tapılması idi.

  Azərbaycan nefti Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri vasitəsilə dünya bazarına çıxarılırdı. Lakin həmin dövrdə Azərbaycan neftçilərinin proqnozlarına görə 2010-cu il üçün hasil olunan neftin həcmi 45-50 milyon tona çatacaqdır idi ki, bunun da nəqli üçün tamamilə yeni və strateji xarakter daşıyan kəmərin çəkilməsi lazım idi. Bütün bunları nəzərə alan ümummilli lider Heydər Əliyev əsas ixrac kəməri olan Bakı-Tbilisi-Ceyhan layihəsini reallaşdırmaq sahəsində fəaliyyətə başladı. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar “qara qızıl”ın dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi istiqamətində gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. İlk dəfə bu kəmərin əsas ixrac boru kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 1998-ci il aprelin 26-da Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə məlum olmuşdur.

  Bütün bunların nəticəsi olaraq, 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən ATƏT-in zirvə toplantısı çərçivəsində xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Saziş imzalanmışdır. Bakı-Tbilisi-Ceyhan layihəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında “İstanbul bəyannaməsi” imzalanmışdır. Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlanmışdır. Mərasimdə üç dövlət başçısı - Azərbaycan Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Prezidenti Əhməd Necdət Sezər və ABŞ prezidentinin Xəzər regionu üzrə xüsusi nümayəndəsi Stiven Mənn iştirak etmişlər. Bununla da ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “Yeni neft strategiyası”nın ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan reallığa çevrilmişdir.

  Azərbaycan nefti Ceyhan limanına 2006-cı il mayın 28-də çatmış və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan dünya bazarlarına yola salınmışdır. Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi 2006-cı il iyulun 13-də keçirilmişdir.

  Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün Heydər Əliyevin ideyası həyata keçmişdir. Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.

  Xəzərin zəngin neft ehtiyatları Azərbaycana olan marağı o qədər artırmışdır ki, indi onun neft resurslarından istifadə məsələsinə dünya siyasətinin aparıcı istiqamətlərindən biri kimi baxılır.

  Bakı-Tbilisi-Ceyhan neft kəməri misilsiz əhəmiyyətə malik olan tarixi hadisədir. Bu kəmərin təkcə iqtisadi yox, həm də siyasi əhəmiyyəti də vardır. “Əsrin müqaviləsi”ndən sonra Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə həyat vəsiqəsi verilməsi Heydər Əliyev diplomatiyasının və yeni neft strategiyasının mühüm qələbəsi idi.

  Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası xalqımızın bu günü və gələcəyi üçün möhkəm təməl və firavanlıq mənbəyidir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinin Azərbaycan Respublikasına və onun vətəndaşlarına nələr vəd etməsi barədə Prezident İlham Əliyev demişdir: “Son illərdə həyata keçirilən neft strategiyası bu yolun düzgün olduğunu bir daha sübut etdi. Amma bu, heç də o demək deyildir ki, biz gələcəyimizi də yalnız neftlə bağlamaq istəyirik. Neft amili bizim üçün vasitədir - müstəqilliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bir vasitədir. Yəni biz bu vasitədən istifadə edirik”.

 

 

 

  Ulu öndər Heydər Əliyev Azərbaycanın vətəndaş rifahına təminat verən sosial dövlət modelinin müəllifidir.

  Müasir dünyanın siyasət tarixinə siyasi müdriklik və əzəmətlə mənəvi kamilliyi şəxsiyyətində birləşdirən lider nümunəsi gətirən, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi hər iki dövr möhtəşəm quruculuq, dinamik və hərtərəfli inkişaf mərhələləri kimi tariximizin qızıl səhifələrinə çevrilib. Bu mərhələlərin hər biri Azərbaycanın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövr olmaqla, Ulu öndərimizin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən sosial rifah amilinin də güclənməsi və etibarlı sosial müdafiə sisteminin formalaşması ilə müşaiyət olunub. Ölkəmizin bütün sahələrdə uzunmüddətli inkişafına xidmət edən genişmiqyaslı islahatların sosial hədəflərlə uğurlu şəkildə uzlaşdırılması təmin edilərək, milli iqtisadiyyatın inkişafında əhalinin sosial maraqlarının təminatı prinsipi ön planda saxlanılıb.

  Ümummilli liderimiz Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində respublikamıza rəhbərliyi dövründə onun dövlət idarəçiliyində təkrarsız məharəti, yüksək siyasi təşəbbüskarlığı, səy, qətiyyət və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan keçmiş İttifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıl ölkələr cərgəsində olan müasir sənaye ölkəsinə çevrilib. Haqlı olaraq, Azərbaycanın bir intibah dövrü kimi xarakterizə edilən həmin illərdə ölkədə iqtisadi, ictimai-mədəni və digər sahələrdə qazanılan böyük uğurlarla yanaşı, böyük sayda işçi tutumuna malik yüzlərlə müəssisənin yaradılması, xalq təsərrüfatında məşğul əhalinin sayının dəfələrlə artırılması, əmək potensialının keyfiyyətcə yüksəldilməsi təmin edilib. Bu proseslər, digər tərəfdən əməkhaqlarında mütəmadi artım əhalinin rifah səviyyəsinin yüksəlməsinə imkan verib. Eyni zamanda, məhz həmin dövrdə Ulu öndərimiz respublikanın güclü iqtisadi və sosial infrastrukturunu, bütün vacib sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər ordusunu yaratmaqla Azərbaycanın gələcək müstəqilliyi üçün hərtərəfli potensialın formalaşmasını təmin edib.

  1993-cü ilin iyun ayında dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın bir dövlət, bir ölkə kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı. Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabiltiyin bərqərar olaraq möhkəmlənməsi şəraitində müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi.

  Ulu öndərimizin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu prosesləri ilə paralel olaraq, ölkədə sosial müdafiə siyasətinin də formalaşması və həyata keçirilməsi istiqamətində mühüm addımların atılmasına başlanıldı. Büdcə imkanlarının zəif olduğu həmin vaxtlarda mövcud maliyyə imkanlarının sosial müdafiə sahəsinə, planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçidin, sərbəst qiymətlərin tətbiqinin doğurduğu çətinliklərdən əhalinin müdafiəsinə yönəldilməsi, o cümlədən, işləməyən pensiyaçılara kompensasiya verilməsi, çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən əlavə tədbirlər ümummilli lider Heydər Əliyevin xalqa bağlılığını əyani təzahür etdirməklə, eyni zamanda, sosial sahənin inkişafının onun fəaliyyətində əsas istiqamətləridən olduğunun daha bir göstəricisi idi. “Sosial yönümlü bazar iqtisadiyyatı bizim iqtisadiyyatımızın əsas prinsipi olmalıdır” deyə bəyan edən Ulu öndərin qəbul etdiyi qərarlar bu sözlərin dövlətin daimi güclənməsi prosesində əməli təsdiqini tapmasına xidmət edirdi. Ulu öndərimizin uğurlu neft strategiyasının nailiyyəti kimi 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması respublikada iqtisadiyyatının inkişafına təkan verməklə, sosial məqsədlərin də uğurla reallaşması üçün mühüm addımların atılmasına imkan yaratdı.

  Eyni zamanda, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi və Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edildi. Bu da dahi şəxsiyyət Heydər Əliyevin sosial dövlət ideyasının Əsas Qanun səviyyəsində təsbit edilməklə, bu ideyanın dövlətin inkişafında aparıcı amil kimi müəyyən edilməsini şərtləndirdi.

  Ümummilli liderimiz Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində sosial cəhətdən həssas kateqoriyaların, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının və əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Milli Qəhrəmanlara, onlardan həlak olanların ailələrinə yardım edilməsi, minimum əmək haqqı məbləğinin artırılması və s. kimi istiqamətlərdə ilk və mühüm addımlar atıldı. “Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalışmalıyıq”, deyə qeyd edən Ulu öndərin təşəbbüsü və tapşırığı əsasında sosial cəhətdən həssas qruplarla bağlı sosial müdafiə tədbirlərinin əhatə dairəsi yeni sosial təminat və reabilitasiya məqsədli proqramlara başlanılmaqla xeyli genişləndirildi.
  Qısa zaman ərzində respublikada nəinki sosial sabitliyə nail olundu, eyni zamanda, 1990-cı illərdə şəhid ailələrinin və müharibə ilə əlaqədar əliliyi olan vətəndaşların dövlət hesabına mənzillərlə, müharibə ilə əlaqədar əliliyi olan vətəndaşların minik avtomobilləri ilə təminatı, fiziki məhudiyyətli insanların qabiliyyət və istedadlarının tanıdılması üçün ümumrespublika tədbirlərin təşkili işlərinə başlanılmaqla, bu işlər ildən-ilə gücləndirildi.
  Azərbaycanda sosial dövlətin möhkəm təməlinin formalaşması həm də artıq 2000-ci ildə ölkəmizin qlobal səviyyədə yoxsulluğunun kəskin şəkildə azadlılmasını nəzərdə tutan beynəlxalq təşəbbüs və proqramlara fəal şəkildə qoşulmasına imkan verdi. BMT-nin 2000-ci ilin sentyabrında Nyu-Yorkda keçirilən Minilliyin sammitində 147 ölkənin qoşulduğu Minilliyin Bəyannaməsini Azərbaycan Respublikası adından imzalayan ümummilli liderimiz Heydər Əliyev bu mühüm sənəddən irəli gələn öhdəliklərin ökəmizdə uğurla yerinə yetirilməsi üçün uğurlu dövlət siyasətinin də formalaşmasını təmin edib. Bəyannamədə 8 qlobal məqsəddən birincisi - ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılması idi. Ulu öndərimizin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyası, yoxsulluğun azaldılmasına və iqtisadi inkişafın təmin edilməsinə istiqamətlənən dövlət proqramları ölkəmizdə yoxsulluğun azaldılmasında mühüm irəlilləyişlərə şərait yaratdı.

 

 

 

 

Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonar ölkənin qarşısında duran mühüm vəzifələrdən biri elmi əsaslarla söykənən xarici siyasət xəttinin müəyyən edilərək keçirilməsi idi.

Müstəqilliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olan dairələr bu istiqamətdə heç bir görə bilməmiş,vəziyyəti daha da pisləşmişdilər. Lakin Heydər Əliyevin hakimiyyətə qayıtması xarici siyasətin düzgün aparılmasında və həyata keçirilməsində bir dönüş yaratdı. Heydər Əliyevin xarici siyasətində Azərbaycanın elmini, mədəniyyətini, tarixini dünya dövlətlərinə tanıtmaq, xarici dövlətlərlə bərabərhüquqlu, Azərbaycanın mənafeyinə xidmət edən əlaqələr yaratmaq və Qarabağ probleminin həlli ən mühüm yer tuturdu. Heydər Əliyev ilk öncə qonşu ölkələrlə münasibətləri qaydaya salmaq məqsədi ilə qonşu dövlətlərlə Azərbaycan arasında iqtisadi, siyasi cəhətdən sıx əməkdaşlıq yaratdı ki, bu da gənc, müstəqil Azərbaycanın xarici siyasətdə mühüm addım idi. Çünki, Heydər Əliyev bilirdi ki, düzgün siyasət aparmaq üçün ilk öncə sabitlik vacib şərtdir. Ölkədə Ermənistanla gedən müharibəni dayandırmaq üçün Heydər Əliyev Ermənistanla 1994-cü ildə “Atəşkəs” razılaşması imzaladı. Bu da Heydər Əliyevə xarici siyasətini həyata keçirməyə, Qarabağ probleminin həllində tədbirlər fikirləşməyə şərait yaratdı. Bundan başqa Heydər Əliyevin apardığı düzgün və məqsədyönlü siyasəti nəticəsində bəzi dövlətlərlə yaranmış əsassız gərginliklər aradan götürüldü.

1993-cü il sentyabrın 20-də Azərbaycanın MDB-yə daxil olması, Alma-Ata bəyənnaməsi, Kollektivlik Təhlükəsizlik haqqında Müqavilə imzalanması mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev o zaman da bilirdi ki, MDB-yə daxil olmaq, Azərbaycanın həmin dövlətlərlə iqtisadi, siyasi, mədəni inkişafında irəliyə aparacaq. Heydər Əliyev ilk öncə bu dövlətlərlə olan münasibətləri qaydaya salmaq, hərtərəfli əlaqələri möhkəmləndirmək istəyirdi. Çünki Rusiya və İranla münasibətlər keçmiş səriştəsiz rəhbərlərin apardığı siyasət nəticəsində gərginləşmişdi. Heydər Əliyevin siyasəti nəticəsində Rusiya ilə olan münasibətlər yenidən bərpa olundu. Artıq Rusiya Azərbaycana bir çox məsələlərdə dəstək olurdu. Azərbaycanın MDB-yə üzv olması bu münasibətləri yenidən bərpasına şərait yaratdı. Rusiyanın Aərbaycana qarşı mövqeyi Azərbaycanın Xəzərin status məsələsi ortaya çıxanda özünü göstərdi. 1994-cü il “Əsrin müqaviləsinin” imzalanması zamanı Azərbaycanın Xəzərin milli sektorlara bölünməsi məsələsində Rusiyanın Azərbaycanı dəstəkləməsi bu münasibətləri nə qədər işlədiyini göstərdi. Heydər Əliyevin uzaqgörən siyasəti həm Rusiya ilə münasibətləri bərpa etməyə, həm də Xəzərin status məsələsinə bir çarə tapmağa imkan verdi ki, bu da uzun zamandır yaranan Xəzər status məsələsinin həllinə imkan verdi. İlk dəfə olaraq Rusiya prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri və ölkələrimiz arasında iqtisadi, mədəni inkişafı bərpa etmək üçün imzalanmış bir çox sənədlər bu siyasətin uğrunun nəticəsi idi. Heydər Əliyevin Rusiyaya rəsmi səfəri iki dövlət arasında çözülməyən məsələlərin həllində, Qəbələ radiolokasiya stansiyasının Rusiyaya icarəyə verilməsi ilə Azərbaycan Rusiya münasibətlərində yeni mərhələ dövrü başlandı. 2003-cü ildə Vladimir Putin Heydər Əliyevi Azərbaycan və Rusiya arasındakı münasibətlərin inkişafındakı uğurlara görə Rusiyanın ən yüksək dövlət mükaftı – “Andrey Pervozannı” ordeni ilə təltif etdi.

Azərbaycanın cənub qonşusu İran ilə əlaqələridə Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində yaxşılaşdı. 1993-1994-cü illər Heydər Əliyevin İrana, İran prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynamışdır. Bu danışıqlarda Xəzərin status məsələsi öz əksin tapmışdır.

Azərbaycan və Türkiyə münasibətləri dərin köklərə malikdir. 1994-cü ilin fevralında Heydər Əliyevin Türkiyəyə səfəri zamanı demişdir: “Türkiyə və Azərbaycan qardaş dövlətdir”. Azərbaycan müstəqillik qazanan zaman, bu müstəqilliyi ilk tanıyan dövlət Türkiyə olmuşdur. Heydər Əliyevin apardığı siyasətdə Türkiyə ilə münasibətlər “İki dövlət, bir millət” prinsipinə əsaslanmışdır. Azərbaycanın ilk səfirliyinin də məhz Türkiyədə açılması, 1991-ci il dekabrın 25-də Türkiyə ilə Naxçıvan arasında Araz çayı üzərində Ümüd körpüsün salınması, Azərbaycan “Əsrin müqaviləsi”-nin imzalanması, TRASEKA lahiyəsi, BTC kimi böyük lahiyənin imzalanması Azərbaycan və Türkiyə münasibətlərinin birlikdə inkişaf etdiyini göstərirdi.

Heydər Əliyevin xarici siyasətin istiqamətlərindən biri Qərb və Amerika üfüqləri idi. Heydər Əliyev bilirdi ki, Azərbaycanı dünya səviyyəsində inkişaf etdirmək üçün Qərb inkişafı və Amerika gücü lazımdır. Bunları nəzərə alan Heydər Əliyev siyasətində yeni bir dövr Qərb siyasəti dövrü başlandı. Əsas məqsəd Azərbaycanı sülhsevər, müstəqil dövlət kimi dünyaya tanıtmaq, dünya dövlətlərinin marağını Azərbaycana yönəltmək, Azərbaycanın təbii sərvətlərinə qarşı dünya dövlətlərində maraq oyatmaq idi.
1994-cü il sentyabrın 20-də Heydər Əliyevin neft sahəsində mühüm bir addım atdı. “Əsrin Müqaviləsi” adlanan mühüm bir kontarkt bağlandı. Azərbaycan, ABŞ, Norveç, Səudiyyə Ərəbistan, Rusiya, Böyük Britaniya, Türkiyə, Yaponiya kimi dünyanın inkişaf etmiş ölkələrinin 13 şirkətinin bu müqaviləyə qoşulması, Qərb dövlətlərinin azərbaycana qarşı marağının yaranması, Heydər Əliyevin “Yeni neft diplomatiyasının” qazandığı uğur idi.

“Əsrin müqaviləsin” bağlanmasından 3 il sonra 1997-ci il noyabrında qazandığımız uğurlara biri də əlavə olundu. Xəzərin “Çıraq” yatağında ilk neftin fontan vurması böyük naliyyət idi. Xəzərin Azərbaycandakı sektorunda olan Neftin dünya bazarına rahat çıxması üçün yollar lazım idi. Lakin Heydər Əliyev qısa zamanda bu işə də bir çarə tapdı. “Çıraq” yatağından çıxan ilk neftin Avropa bazarına çıxarılması üçün 1996-cı il fevralın 18-də çəkilmiş neft kəməri olan Bakı Novorissiysk marşrutu vasitəsi ilə həyata keçirildi. İkinci marşrut isə bizə daimi dəstək olan iqtisadi, siyasi əlaqələrimizi həmişə davam etdirdiyimiz Gürcüstan dəstək oldu. 1999-cü il aprelin 17-də Bakı–Supsa neft kəməri vasitəsi ilə Azərbaycan nefti ilk dəfə olaraq “Azərlight” markası ilə ixrac olunmağa başladı. Bakı Novorisiysk və Bakı-Supsa marşurutları dünya bazarına daha çox neft ixrac edə bilmirdi. Azərbaycandan çıxan 50 milyon barrel neftin ixrac olunması üçün daha böyük neft kəməri lazım idi. Heydər Əliyev bu sahədə fəaliyyətə başladı. Və qısa zamanda çıxış yolu tapıldı. Azərbaycan neftinin dünya bazarına çıxarılması marşurutu bəlli oldu. Bakı–Tiblisi–Ceyhan boru kəməri vasitəsi ilə dünya bazarın açıxarılacaqdır. Bunun ilk müqaviləsi də 1999-cu il noyabrın 18-də İstabulda keçirilən ATƏT-in zirvə toplantısının gedişində İstanbulun Çırağan sarayında xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cumhuriyyətinin əraziləri ilə Bakı-Tiblisi–Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair saziş imzalandı. Saziş H.Əliyev, E.Şvardnadze və S.Dəmirəl arasında imzalanmışdır. Tez bir zamanda bu müqaviləyə Bakı-Tiblisi–Ceyhan lahiyəsini dəstəkləmək, Qazaxıstan və Türkmənistan neftini bu layihəyə cəlb etmək üçün ABŞ-ın şahidliyi ilə Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistan arasında İstanbul bəyənnaməsi imzalandı. 2002-ci il sentyabrın 18-də Heydər Əliyev, Ə.N.Sezar, Eduard Şevardnadzenin iştirakı ilə Səngəçalda BTC-nin təməlqoyma mərasimi oldu. Kəmərin inşasına başlanıldı. Lakin lahiyənin sona çatdığını və onun naliyyətlərini görmək Heydər Əliyevə nəsib olmadı. 2006-cı il mayın 25-də Səngəçalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirakı ilə kəmərin təntənəli açılışı oldu. Bu uğurlu lahiyənin təşəbbüskarı olduğuna görə bu kəmər Heydər Əliyevin adını daşıyır.

“Şahdəniz” yatağında çıxan qazın dünya bazarına çıxarılması üçün Bakı-Ərzurum qaz kəməri çəkilməsi bu uğurlara daha bir uğur əlavə etdi.

Hələ qədim zamanlardan Azərbaycan Asiya ilə Avropanın ticarət yolları qovşağında yerləşirdi. Heydər Əliyev bilirdi ki, Azərbaycanı xarici ticarətini inkişaf etdirmək üçün qədim ipək yolunun bərpası ən vacib məsələlərdən biridir. Heydər Əliyev qədim ipək yolunun bərpası – TRASEKA proqramının hazırlanmasında yaxından iştirak etdi. Heydər Əliyevin təşəbüsü ilə 7-8 sentyebr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı (Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldava, Ruminiya, Türkiyə, Özbəkistan, Ukrayna), 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyyətinin iştirakı ilə Tarixi ipək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilmiş, Avropa İtiffaqının TRASEKA proqramının əsasında “Avropa–Qafqaz–Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqilyyat haqqında əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı bəyənnaməsi qəbul edilmişdir.

Heydər Əliyevin xarici siyasətində əsas istiqamətlərdən biri də Azərbaycanı dünyanın tanınmış qurumlarına, təşkilatlarına üzv etmək və Azərbaycan mövqeyini dünya arenasında möhkəmlətmək idi. Heydər Əliyevin sayəsində Azərbaycan bir çox tanınmış təşkilatlara üzv seçildi. 1992-ci il martın 2-də Azərbaycan dünyanın ən nüfuzlu təşkilatı olan BMT-yə üzv seçilməsi Azərbaycanın öz hüquqlarını qorumağa, Ermənistan Azərbaycana qarşı təcavüzünü dünya birliyinin nəzərinə çatdırılmasına imkan yaratdı. Belə ki, 1994 və 1995–ci illərdə BMT BA–nın 49-cu və 50-ci sesiyasında Heydər Əliyev Azərbaycan respublikasının nümayəndə heyətinə başçılıq etmişdir. O, həmçinin 2000-ci il sentyabr ayında BMT-nin Minillik Zirvə toplantısında iştirak etmişdir. Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin inkişaf proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin uşaq Fondu, BMT-nin Təhsil, Elm, və Mədəniyyət təşkilatı, sənaye inkişaf təşkilatı, Ümumdünya Səhiyyə təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının hərtərəfli qadağan olunması haqqında müqavilə təşkilatı və s. qeyd etmək olar. Azərbaycan və BMT-nin Uşaq Fondu (UİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın, uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədi ilə bərqərər olmuşdur.

Azərbaycanın üzv seçildiyi təşkilatlardan biri də ATƏT idi. 1 yanvar 1995-ci ilə qədər bu qurumun adı ATƏM idi, daha sonra dəyişilərək bu təşkilat ATƏT oldu. Bu Azərbaycanın ilk qəbul olunduğu Avropa təşkilatı idi. Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmə marağını artırır. Aİ öz xüsusi elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-da öz daimi nümayəndəliyini 2000-ci ildə açmışdır.

Azərbaycan Respublikası müstəqillik qazanandan sonra, 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan ŞAƏŞ-ə qoşulmuşdur. 1994-cü il 3-4 may tarixində Belçikaya rəsmi səfəri zamanı Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO sülh naminə tərəfdaşlıq proqramının çərçivə sənədini imzaladı. Bunula Azərbaycan NATO (ŞAƏŞ) ilə genişmiqiyaslı əməkdaşlığı nəzərdə tutan (SNT) sülh naminə tərəfdaşlıq proqramını imzalamış 15-ci dövlət oldu.

Azərbaycanın ilk qəbul oluduğu təşkilatlardan biridə İKT-dır. Azərbaycan 1991-ci ildə bu təşkilata üzv oldu. Bu təşkilata üzv olmaq digər müsəlman dövlətlərlə olan iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafına xeyli kömək etdi.

Heydər Əliyev siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələrdə səfirlikləri açıldı. Xarici dövlətlərin səfirlikləri Azərbaycanda fəaliyyətə başladı.

2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına üzv qəbul olundu. Bundan başqa Azərbaycan OPEK və digər dünya nüfuzlu təşkilatların üzvü oldu. Artıq Heydər Əliyev Azərbaycan bayrağını dünya dövlətləri ilə eyni cərgədə dalğalandıra bildi.

 

 

 

 

  "Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!"
      Heydər Əliyev

  Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.

  1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

  Sonralar Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".

  1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi, həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı.

   Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

  Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır".

  Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi. Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna Heydər Əliyevin rəhbərlik etməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

  Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

  Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.

 

 

 

   Heydər Əliyev və Azərbaycanda İqtisadi Dirçəliş

  "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir".   
                              Heydər Əliyev

  İqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz. Onda demək olar ki, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur. Azərbaycanda iqtisadi inkişaf özünəməxsus inkişaf metodu ilə fərqlənir.

  Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə (1969-1982) iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. 1969-cu ilin iyul plenumunda onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına xeyli təkan vermişdir.

  1991-1995-ci illər Azərbaycan iqtisadiyyatının iqtisadi xaos və tənəzzül dövrü kimi səciyyələnir. Yeni müstəqillik qazanmış ölkə üçün müharibə gözlənilməz idi. Ölkədə gedən bu müharibə həm büdcəni zəiflədir, həm də yeni iqtisadi problemlər meydana gətirirdi. Pərakəndəlik və özbaşınalıq artıq baş alıb gedirdi. Buna görə ölkədə bütün bu problemləri tənzimləyən və ölkənin hələ möhkəmlənməyən müstəqilliyini qoruyub saxlayan güclü siyasətçiyə – bir el atasına ehtiyac var idi. Xalq artıq öz seçimini etməyə qərar vermişdi. 1993-cü il oktyabrın 3-də xalqın tələbi və istəyi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti oldu. Heydər Əliyev kimi dahi siyasətçi Azərbaycanın ağır vəziyyətini yaxşı görürdü. Heydər Əliyev başa düşürdü ki, bu problemlər öz həllini tapmasa Azərbaycan heç zaman qüdrətli bir dövlət ola bilməz. Müstəqillik dövründən bu günə kimi, ölkədə gedən iqtisadi inkişafı bir neşçə mərhələyə ayırmaq olar. 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü.

  Heydər Əliyev bu iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayırdı:

  “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah ahlı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

  Heydər Əliyevin söylədiyi bu fikirlər qısa zamanda öz nəticəsini göstərdi. Azərbaycan tez bir zaamanda bu iqtisadi böhrandan xilas ola bildi. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün, vergi və sahibkarlığın inkişaf etdirməsi üçün bir sıra islahatlar keçirdi. Ölkədə iş yerlərinin çoxu bağlanmış və işsizlərin sayı çoxalmış, ölkədə gedən müharibənin nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərmişdir. Heydər Əliyevin apardığı bu siyasət bir sahəni deyil,bir çox sahələri əhatə edirdi. Heydər Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsinə dair bir çox islahatlar həyata keçirmişdi. Hətta Heydər Əliyev kənd təsərrüfatında olan problemlərin həlli üçün 1994-cü ildə 9 dəfə müşavirə keçirmiş, kənd təsərrüfatında olan problemlərlə şəxsən yaxından tanış olmuşdur. Müşavirədə təkcə rəhbər orqanlar deyil, alimlər, aqrar sahədə mütəxəssislər iştirak edirdilər. Bundan sonra aqrar islahatları həyata keçirmək üçün hüquqi baza yaradıldı. 1995-ci il fevralın 18-də “Aqrar islahatın əsasları haqqında” və “Sovxoz və kolxozların islahatı haqqında” qanun qəbul olundu.

  Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan get-gedə öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Azərbaycanda iqtisadi inkişaf 2 mərhələdən ibarət idi. Birinci mərhələdə bu inkişafın tənzimlənməsi üçün müəyyən çətinliklər var idisə, artıq ikinci mərhələdə Azərbaycanın bu inkişafı bərpa etməsi üçün kifayət qədər gücə malik idi. 1995-2003–cü illəri əhatə edən bu dövr öz mühüm müqavilələri və islahatları ilə bu müstəqilliyi bir daha möhkəmləndirdi. Artıq Heydər Əliyev öz apardığı siyasət və gördüyü işlər ilə yeni inkişaf modeli – Yeni Azərbaycan modelə yaratmışdır. Bu inkişaf özünü hər sahədə göstəridi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, magistralları, bank sahəsini, vergi sahəsini, nəqliyyatı və başqa sahəıəri daxil etmək olar. Bu sahələrin inkişafı artıqca onların başqa xarici dövlətlərlə iqtisadi münasibətləri güclənirdi. Bu Azərbaycanın get-gedə güclənməsinə gətirib çıxardı. Heydər Əliyev həmişə deyirdi: “Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını inkişaf etdirə bilməz”. Buna görə də, Heydər Əliyev çalışırdı ki, Azərbaycan başqa dövlətlərlə iqtisadi əlaqələri qurmaq üçün müəyyən inkişaf sahəsinə malik olsun. Heydər Əliyevin yaratdığı yeni model Azərbaycanın inkişafının sürətlənməsi dövrü kimi 1996-cı illərdən daha da artmışdır. Bu dövrlərdə bir çox irimiqyaslı müqavilələr bağlanmış, mühüm əhəmiyyət kəsb edən sənədlər və aktlar imzalanmışdır. Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və artırılması üçün dövlət tərəfindən müxtəlif dövrlərdə qəbul olunmuş “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respubliksaında kiçik və orta sahibkarlığın inkiçafının Dövlət Proqramı (2002-2005-ci illər)” Azərbaycanda sahibkarlığın inkişafına təkan verdi. Bu Dövlət proqramı hal-hazırda da, Azərbaycan Respublikasııının Prezidenti İlham Əliyev cənabları tərəfindən müvəffəqiyətlə davam etdirilir.

  Azərbaycanda kənd təsərrüfatında olan durğunluq aradan qaldırılmış, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərüffat dövrüyyəsinə cəlb olunması, kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul olunmuş islahatlar bu inkişafa xeyli təkan vermişdi. 1996-cı il iyulun 16-da “Torpaq islahatı haqqında” mühüm qanunlar qəbul edildi. Ümumiyyətlə, 1995-2004-cü illərdə aqrar sahə ilə əlaqədar olan 100-dən yuxarı normativ-hüquqi akt qəbul olunmuşdur. “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-ci illər)”nın həyata keçirilməsi aqrar sahədə uğurlar qazanılmasına imkan yaratmışdır. Bu proqram Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla həyata keçirilir.

  Heydər Əliyevin gərgin əməyi nəticəsində vergi sahəsində də bir çox islahatlar aparılmış və həyata keçirilmişdir. Bir sıra dövlət mülklərinin özəlləşdirilməsi nəticədə dövlətə ödənilən verginin faizində artıma səbəb olmuşdu. Bir çox sahələrdə özəlləşdirmə dövlətə ödənilən verginin artmasına və milli büdcənin artımına gətirib çıxarırdı. Torpaq sahəsində özəlləşdirmə torpaq sahibkarlarına öz pay torpaqlarını azad əkib, becərmək imkanı verdi. Vergi münasibətlərini tənzimləyən bir sıra Qanunlar – “Mədən vergisi haqqında” (1995-ci il), “Əmlak vergisi haqqında” (1995-ci il), “Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında” (1996-cı il) Qanunları qəbul edilmiş və qüvvədə olan Qanunlara (“Əlavə dəyər vergisi haqqında”, “Fiziki şəxslərin gəlirlərindən vergi haqqında” Qanunlarda və s.) bir sıra əlavə və dəyişikliklər edilmişdir. 01 yanvar 2001-ci il tarixdən “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” qüvvəyə minmişdir. Bütün bu həyata keçirilən vergi münasibətlərinin tənzimləyən bu qanunlar Azərbaycanda vergi sistemini möhkəmlətdi. Heydər Əliyevin apardığı siyasət nəticəsində Azərbaycanda nəqliyyatın bütün sahələrinin yenidən bərpası və inkişafı üzrə qanunlar qəbul olundu, tədbirlər həyata keçirildi ki, bu da ölkəmizin digər dövlətlərlə istər havadan, istər sudan, istərsə dəmiryolları vasitəsilə iqtisadi əlaqə yaranmasına, möhkəmlənməsinə şərait yaratdı.

  Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

 

 

 

                                          

   Əsrə sığmayan " Əsrin Müqaviləsi".

  "Əsrin müqaviləsi ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı,firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır". Heydər Əlirza oğlu Əliyev.

  Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətdə gördüyü hər bir iş onun ağıllı,uğurlu və tayı bərabəri olmayan siyasətinin bəhrəsidir. Ümummilli liderin həyata keçirdiyi inkişaf yönümlü işlər respublikamızı bir mənalı olaraq zirvəyə daşıdı. Məhz yürütdüyü uğurlu siyasət nəticəsində Heydər Əliyev konkret olaraq bir siyasi sistemə, idealogiyaya sığmayan bir lider olduğunu sübut etdi. O, hər bir idealogoiyanı öz zəngin və əzəmətli təfəkkür süzgəcindən keçirir, yaxşıdan da yaxşı cəhətlərini götürüb dövlət və xalq naminə istifadə edir, pis tərəflərini isə atırdı, özü idealogiyanın əsirinə çevrilmirdi.. Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Ulu öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir.Məhz belə bir tarixlərdən biri 1994-cü il Sentyabr ayının 20-də Gülüstan sarayında özünü dövrün şah əsəri kimi əsrlərin tarixinə qızıl hərflərlə yazdı. Bəli, ulu öndər Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində həmin tarixdə əsrə sığmayan “Əsrin müqaviləsi” adlı tarix bütün bəşəriyyətin gözü önündə yarandı. Bəs bütün bunlar necə baş verdi?

  “Əsrin müqaviləsi” nin imzalanmasından 1 il əvvəl, yani 1993-cü ildə ölkə başında Əbülfəz Elçibəy idi. Təbii ki , belə bir dövrdə ölkənin tam iqtisadi və siyasi böhran həddinə gəlib çatması həm ölkə başçısını, həm də Azərbaycan xalqını narahatçılıq içində yaşatmaya bilməzdi. Belə bir zamanda ölkə başçısı Əbülfəz Elçibəy təcili olaraq xarici dövlətlərlə iqtisadi və siyasi əlaqələr qurmağı vacib bildi. Böhrandan yaxa qurtarmaq üçün azərbaycan Respublikası Xəzərin neft və qaz ehtiyyatlarının xarici şirkətlərlə birgə işlənməsi yolunu tutdu. Sözsüz ki, bu yol Azərbaycanın xarici şirkətlərdən yardım almaq yolu ilə öz iqtisadiyyatını qurmaqla yanaşı, dövlət müstəqilliyinin qorunub saxlanılması məsələsini də güdürdü.Artıq beynəlxalq şirkətlərdən “British Petroleum” şirkəti ilə əlaqələr sürətlə genişlənirdi. 1993-cü ilin yayında ilkin neft müqaviləsi belə imzalanmağa hazır idi. Elə həmin ilin may ayında ARDNŞ ilə bir neçə Qərb neft şirkəti arasında Azərbaycan neftinin birgə işlənməsi haqqında bəyannamə imzalandı. Bu bəyannamədə “Azəri” , “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi nəzərdə tutulurdu. 7 şirkətin – ARDNŞ, Böyük Britaniya – Norveç alyansı olan “British Petroleum – Statoyl”, ABŞ-ın “Yunokal”, “Mak Dermot”, ABŞ – Böyük Britaniyanın “Penzoyl-Repuko” və Türkiyənin “Törkiş Petroleum Korporeyşn” Bəyannamədə iştirakı və bəyannaməni imzalaması hər bir şirkətə müəyyən olunmuş qədər pay ayırdı. İşlərin belə sürətlə getməsi 1993-cü ilin yazında Azərbaycan neftinin nəql olunması məsələsini gündəmə çıxartmışdır. Bütün bunlar həmin ilin martında Azərbaycan və Türkiyə arasında Bakıdan Türkiyənin Aralıq dənizi sahillərinə İran ərazisindən keçməklə neft kəmərinin tikintisi haqqında dəyəri 1,4 milyard ABŞ dolları olan müqavilə hazırlanması ilə nəticələndi.

  1993-cü ilin iyununda Qərb şirkətləri ilə Londonda imzalanmalı olan müqavilə imzalanmadı. Buna əsas səbəb isə Əbülfəz Elçibəyin Bakını tərk edərək Naxçıvana getməsi oldu. Baş verən bu hal müqavilənin imzalanması ilə yanaşı, artıq gerçəkliyə çevrilməkdə olan ölkə iqtisadiyyatının inkişafının pik həddinə çatmasının da üstündən xətt çəkdi. 1993-cü ilin oktyabr ayında xalqın dəvəti ilə Azərbaycana gəlmiş Heydər Əliyev ölkə başçısı seçildi. 1994-cü ilin əvvəllərində Heydər Əliyev Azərbaycan Xəzər neftinin xarici neft şirkətləri ilə birgə işlənməsi üçün intensiv danışıqlar aparmağa başladı. Ulu öndər Heydər Əliyev öz ölkəsinin yeni neft strategiyasının işlənib hazırlanması üçün çalışırdı. Həmin ildə Azərbaycan qeyri-sabit ictimai-siyasi quruluşa malik son dərəcə riskli ölkə sayılırdı. Heydər Əliyev ən iri maliyyə korporasiyalarının münasibətini dəyişməyə, onları inandırmağa nail oldu ki, Azərbaycanda bərqərar olmuş yeni dövran ciddi və həmişəlikdir. Ümummilli liderimiz neft müqavilələrinin yenidən işlənib hazırlanması üçün durmadan çalışırdı. Beləki, dövlət iqtisadiyyatının inkişaf relsinin üzərinə keçirmək üçün ölkə prezidenti Heydər Əliyev öz dahi siyasətini həyata keçirərək önəmli addımlar atmağa başladı. 1994-cü ilin fevralında Azərbaycan prezidenti Heydər Əliyev Böyük Britaniyaya mühüm səfər etdi. Bu səfər zamanı Azərbaycan-Böyük Britaniya arasında “Neft sənayesi sahəsində əməkdaşlıq haqqında” müqavilə imzalandı. Bundan əlavə İngiltərənin “British Petroleum” şirkətinə “Azəri” və “Çıraq” yataqlarının işlənməsi üzrə yaradılmış beynəlxalq konsorsiumda Qərb iştirakçıları üçün ümumi investisiya payında 31 faiz yer ayrıldı. Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Böyük Britaniyaya rəsmi səfərindən sonra beynəlxalq konsersiumda neft yataqlarının işlənməsi barədə danışıqların aparılması rəsmi səviyyədə sürətləndirildi. 1994-cü ilin yazında və yayında Hyuston və İstanbulda danışıqların son mərhələsini aparan Azərbaycan nümayəndə heyyəti milli maraqlara tamamiylə cavab verən müqavilə şərtləri imzaladı.Bu danışıqların nəticəsində 1994-cü il sentyabr ayının 20-də ölkəmizin “Gülüstan” sarayında “Əsrin müqaviləsi” kimi tarixi bir ad almış ilk neft müqaviləsi imzalandı. “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanması ilə Azərbaycanın neft sənayesi tarixində yeni səhifə açıldı. Müqavilə 11 şirkət arasında imzalandı. “ARDNŞ” (Azərbaycan) , “British Petroleum” (Böyük Britaniya) , “Amoko” (ABŞ) , “Lukoyl” (Rusiya) , “Penzoil” (ABŞ) , “Statoil” (Norveç) , “Yunokal” (ABŞ) , “İtochu Siodzi” (Yaponiya) , “Delta Nimur Khazar” (Səudiyyə Ərəbistanı) , “Ramko Energy Group” (Böyük Britaniya) , “Turkish Petroleum Corperation” (Türkiyə) şirkətləri bu tarixi sənədə öz imzalarını atdılar. Azərbaycanın neft strategiyasında baş verən bütün bu tarixi olaylar sübut etdi ki, Azərbaycan nefti dünya etalonudur.

  Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində imzalanmış “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının dinamik inkişafına şərait yaratdı.Azərbaycan Respublikasının prezidenti müvafiq fərman imzaladıqdan sonra bu müqavilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi. “Əsrin müqaviləsi” labüd olaraq Azərbaycanda sosial tədbirlərin miqyasının dəyişməsinə doğru aparırdı. Ölkəyə külli miqdarda pul axını üçün yaranmış olan bu vasitə ölkə əhalisinə parçalanmaqdan və hərc-mərclikdən yaxa qurtarmaq imkanı qazandırdı. “Əsrin müqaviləsi”nin həyata keçirilməsinin əsasını Azərbaycanda aparılan demokratik quruculuq prosesleri, ölkəmizin bütün dünyaya açıq olması prinsipi və ümummilli liderimiz olan Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda ardıcıl olaraq daxili-ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi təşkil edir.Məhz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlməsindən sonra xalqımızda özünə inamın artması və ölkədə sabitləşmənin sürətlə getməsi xarici dövlətlərin bizə qarşı olan inamını artırdı və nəticədə əsrə sığmayan “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin uğurla həyata keçirilməsi Azərbaycan xalqında nikbinlik və gələcəyə ümüd hissi yaratdı."Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.400 səhifə həcmində və 4 dildə olan bu sazişin Azərbaycan iqtisadiyyatında oynadığı rol uzun illərdir müzakirə mövzusudur. “Əsrin müqaviləsi”nin 5-ci il dönümündə ki mərasimdə Heydər Əliyevin söylədiyi nitq,hər bir Azərbaycanlının ürəyində vətənə sevgini,bağlılığı daha da artırdı.Çünki ümummilli liderin sözləri hər bir vətəndaşın ürəyindən xəbər verir və onlara ilham bəxş edirdi. “Bizim gördüyümüz bütün işlər Azərbaycanı bir dövlət kimi möhkəmləndirmək, gücləndirmək, onun iqtisadi potensialını artırmaq üçündür”

  Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin - Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında yaranır. Zaman dəyişsə də tarix əbədiliyi heç bir zaman dəyişmir..

  Görülən uğurlu işlərlə yanaşı söylənilən bu nitq də təbii ki Azərbaycan xalqını xoşbəxt etməyə bilməz.Heydər Əliyevin neft strategiyası ilə ölkəmizdə qüdrətli iqtisadiyyat və çiçəklənən cəmiyyətin qurulması üçün zəmin yaradılıbdır.“Əsrin müqaviləsi”nin bağlanması Azərbaycanın bir dövlət kimi tanınmasına, onun dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Ulu öndərin təməlini qoyduğu uğurlu siyasəti ölkə prezidenti,cənab İlham Heydər oğlu Əliyev layiqli davam etdirərək ölkəmizi və xalqımızı ümummilli liderin yüksəltdiyi zirvələrdən daha da yüksək zirvələr daşıyır.Atalar düz demişlər:

  -Ot kökü üstə bitər.

 

 

 

 

Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli.

  Biz respublikamızda hüquqi - demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə olan ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir.

  Müstəqilliyimiz düşmən dövlətlər tərəfindən açıq-aşkar hərbi təcavüz və siyasi təzyiqlərlə boğulurdu. Həm də xalqımız iqtisadi sarsıntılar, çətinliklər girdabına düşmüşdü. Bunun isə kökləri olduqca dərindir. İstehsal olunan məhsullar tələbata cavab vermədiyi üçün anbarlarda yığılıb qalır, strateji məhsullar isə blokada vəziyyətində olduğumuz üçün xarici bazarlara böyük çətinliklə çıxarılırdı. Həm valyuta çatışmazlığı, həm də yolların təhlükəli olması ilə əlaqədar mal idxalı da böyük çətinliklə həyata keçirilirdi. Ölkə əhalisi açıq-aşkar aclıq imtahanına çəkilirdi. Ərzaq anbarları boşalmış, ilkin tələbat mallarının istehsalı fəlakətli dərəcədə azalmışdı. Elə gün olurdu ki, Qazaxıstandan yola salınmış un gecə Bakıya çatmasaydı, səhəri gün şəhərdə aclıq baş verə bilərdi.

  Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu".

  Tarixdən yaxşı məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət yoxdursa və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli surətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yoxdursa, həmin ölkənin gələcəyindən nikbin ruhda danışmaq çətin olar.

  Dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə malik olan Heydər Əliyevin müdrik daxili və xarici strateji kursu ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial və psixoloji böhran və sarsıntılardan çıxararaq müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün möhkəm zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra gedən proseslər, təəssüflər olsun ki, ölkəmizi uçurum kənarına gətirmişdi. Sosial-iqtisadi, siyasi, hərbi böhran hökm sürürdü. Azərbaycan torpaqları Ermənistanın işğalçı qüvvələri tərəfindən zəbt olunurdu, ölkədə xaos, anarxiya, hərc-mərclik mövcud idi, vətəndaş müharibəsi başlamışdı. O illərdə baş verən iqtisadi tənəzzül ölkəmizi çox çətin vəziyyətə salmışdı".

  Daxili çəkişmələrə son qoyulması, siyasi sabitliyin təmin olunması, atəşkəs haqqında razılaşma əsasında erməni təcavüzünün dayandırılması, "Əsrin müqaviləsi"nin bağlanması, balanslaşdırılmış xarici siyasət və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması bütün diqqəti ölkədə çoxdan yığılıb qalmış və yatmış vulkana bənzəyən daxili sosial-iqtisadi problemlərin həll olunmasına yönəltməyə imkan verdi. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, heç bir ölkənin tarixində rast gəlinmədiyi strateji əhəmiyyətli üç taleyüklü vəzifə eyni zamanda yerinə yetirilsin:

1. Müstəqil, demokratik, hüquqi dövlətin yaradılması və inkişaf etdirilməsi;

2. inzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması;

3. qapalı sosial-iqtisadi sistemin xaricə açılması və açıq qapı siyasətinin tətbiq edilməsi ilə bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya edilməsi.

Bu tarixi vəzifələrin hər biri istənilən bir dövlət üçün kifayət qədər ciddi və əhəmiyyətli idi və bütün qüvvələrin bu məqsədlərə səfərbər edilməsini tələb edirdi.

   Totalitar sosialist sisteminin süqutu nəticəsində yaranmış yeni müstəqil dövlətlər qarşısında duran problemlərin orijinallığı və tarixdə mövcud olmuş iqtisadi sistemlərin heç birində analoqu olmaması dünya iqtisadi və siyasi ədəbiyyatına bu ölkələrin real durumunu və perspektivlərini əks etdirən yeni bir termin "keçid iqtisadiyyatı ölkələri" terminini də gətirdi. "Keçid" anlayışı yalnız iqtisadi termin deyildir və cəmiyyətin bütövlükdə mövcud siyasi, iqtisadi və sosial quruluşundan imtina edildiyi və hələlik yenisinin yaradılmadığı bir vəziyyəti ifadə edir, cəmiyyətin sosial-iqtisadi strukturunun transformasiya prosesində olduğunu göstərir. Problemin çətinliyi bir də onda idi ki, totalitar rejimin 70 illik despotik hakimiyyəti dövründə cəmiyyət demokratiya, sərbəst bazar iqtisadiyyatı, azad sahibkarlıq, siyasi plüralizm və bu kimi digər çağdaş dəyərlərdən uzaq məsafədə saxlanılmışdır, üstəlik əhalidə uzun illər boyu xüsusi mülkiyyət, bazar iqtisadiyyatı, sahibkarlıq anlayışlarına mənfi münasibət formalaşdırılmışdır. Həyat isə bütün kəskinliyi ilə tələb edirdi ki, cəmiyyət "dövlət, demokratiya, millət, kimlik, ideologiya, siyasət və iqtisadiyyat kimi həyati əhəmiyyətli məsələlərin yenidən qurulmasını bir vəzifə kimi qarşıya qoysun" və uğurla həll etsin.

  Akademik Ramiz Mehdiyevin göstərdiyi kimi: "1993-cü ilin ortalarında, Heydər Əliyev ölkəyə rəhbərliyə qayıtdıqdan sonra milli transformasiyanın dördüncü mərhələsi başlandı - modernləşdirmə mərhələsinə başlamağın əsası qoyuldu. Onun mahiyyəti Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatına keçməsində və demokratik islahatların həyata keçirilməsində idi ki, bu da beynəlxalq aləmdə ölkənin dünya siyasətinin subyekti kimi tanınması ilə nəticələndi".

  Doğma Azərbaycan dövlətinin qarşısında duran ali məqsədə nail olunması, ilk növbədə iqtisadi sabitliyin də təmin olunmasını tələb edirdi. Çünki 1992-1994-cü illərdə mövcud olmuş hiperinflyasiya iqtisadiyyatın əsaslarını sarsıdır və əhalinin maddi və sosial vəziyyətini getdikcə ağırlaşdırırdı. Birmənalı şəkildə aydın idi ki, həyata keçirilən iqtisadi siyasətin müvəffəqiyyəti genişmiqyaslı sabitləşdirmə tədbirləri ilə inflyasiyanın cilovlanmasından və makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin olunmasından asılıdır. Həyat bütün kəskinliyi ilə iqtisadi islahatların da sürətləndirilməsini tələb edirdi. Ona görə də ölkə iqtisadiyyatında bazar prinsiplərinin bərqərar olmasını təmin etmək üçün onun liberallaşdırılması istiqamətində radikal addımlar atıldı. 1994-1995-ci illərdə xarici ticarət əməliyyatlarının liberallaşdırılmasına başlandı. Xarici ticarət sahəsində liberallaşdırma tədbirlərinin önə çəkilməsi qısa bir zamanda açıq qapı siyasətinin tətbiq edilməsi zərurətindən doğurdu.

  İqtisadi liberallaşdırma qiymət islahatlarının da radikal şəkildə davam etdirilməsini tələb edirdi. Bununla əlaqədar olaraq 1995-1996-cı illərdə qiymətlərin formalaşması prosesinin inzibati-amirlik sisteminin qalıqlarından azad olunması başa çatdırıldı. Bununla da bazar iqtisadiyyatının əsas prinsiplərindən birinin, yəni qiymətlərin bazarda sərbəst şəkildə tələb və təklif amillərinin qarşılıqlı təsiri altında formalaşması prosesinin başlanması üçün yol açılmış oldu. Bu proses bazar iqtisadiyyatının digər vacib elementi olan valyuta rejiminin sərbəstləşdirilməsi prosesi ilə tamamlandı.

  Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırladılar və ölkəmizə maliyyə yardımı göstərdilər. Həmin təşkilatlarla sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sərt və çevik pul-kredit, büdcə, vergi, gömrük siyasətinin aparılması, qiymətlərin, xarici iqtisadi fəaliyyətin və valyuta bazarının liberallaşdırılması və xarici kapitalın cəlb olunması nəticəsində tezliklə ölkədə makroiqtisadi səviyyədə maliyyə sabitliyinin təmin edilməsinə nail olundu.

  Ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. 1998-ci ilə qədər 28 mindən çox kiçik müəssisə özəlləşdi və demək olar ki, kiçik özəlləşdirmə başa çatdırıldı. 1997-ci ildən isə özəlləşdirmənin həlledici mərhələsi olan böyük özəlləşdirməyə - orta və iri dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi prosesinə başlandı. Təkcə 1998-ci ildə 800-dən çox orta və iri dövlət müəssisəsi səhmdar cəmiyyətlərə çevrildi.

  Beləliklə, ölkədə iqtisadi tənəzzülün qarşısı nəinki alındı, hətta 1996-cı ildə onun artımına nail olmaq mümkün oldu. 1996-cı ildən 1,3% olan iqtisadi artım 1997-ci ildə 5,8%-ə çatdırıldı. Real sektordakı bu canlanma Cənubi-Şərqi Asiyada və qonşu Rusiyada baş vermiş dərin maliyyə böhranına baxmayaraq 1998-ci ildə daha da inkişaf etdi. 1998-ci ilin yekunları respublikanın sosial-iqtisadi inkişafında müsbət meyllərin ildən-ilə möhkəmləndiyi, bu prosesin dönməz xarakter almasını göstərirdi. Az bir zamanda Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa və lider olmağa başladı.

  Azərbaycanda iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək olmuşdur. Deyilənləri yekunlaşdıraraq göstərmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı qlobal zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların üzvüdür, onlarda fəal iştirak edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".

  Ölkəmizin iqtisadi inkişaf səviyyəsi yaxın perspektivdə daha da yüksələcəkdir. İqtisadi inkişaf sürəti baxımından dünyada analoqu olmayan Azərbaycan Respublikası bir çox inkişaf parametrlərinə görə inkişaf etmiş ölkələr arasında olan fərqi azaltmaqdadır. Möhkəm iqtisadi təməl demokratik proseslərə dinamizm qazandırmış, əhalinin sosial-rifah halının daha da yaxşılaşdırılması üçün geniş perspektivlər açmışdır.

  Beləliklə, iqtisadi inkişafın tarixdə analoqu olmayan Azərbaycan modelinin formalaşması və inkişafı nəticəsində uzunmüddətli perspektivdə Azərbaycanın sosial-iqtisadi inkişaf trayektoriyası yüksək dərəcədə perspektivlidir. Belə ki, ölkəmizdə:

1. İnzibati-amirlik sistemi ləğv edilərək bazar iqtisadiyyatı prinsipləri bərqərar olmuşdur;

2. müstəqil, demokratik, hüquqi dövlətin əsasları qoyulmuş və ölkə yüksək inkişaf mərhələsinə daxil olmuşdur;

3. transformasiya prosesi uğurla aparılmış və özünün son mərhələsinə qədəm qoymuşdur;

4. qapalı sosial-iqtisadi sistem xaricə açılmış və "açıq qapı" siyasətinin tətbiq edilməsi nəticəsində bərabərhüquqlu dövlət kimi qlobal iqtisadi sistemə inteqrasiya prosesi sürətlənmişdir;

5. xarici kapital geniş miqyasda cəlb edilərək, resurs amillərindən intensiv istifadə edilməsinə başlanmışdır;

6. ölkədə yaradılmış yeni imkanlar daxili mənbələrin hərəkətə gətirilməsi, iqtisadiyyatın strukturunun yenidən qurulması, informasiya texnologiyalarının sürətli inkişafı və bütün sahələrdə modernləşdirmə xəttinin həyata keçirilməsi məqsədlərinə xidmət edir və bu sahədə ciddi irəliləyişlər mövcuddur;

7. həyata keçirilən qlobal əhəmiyyətli infrastruktur layihələri Azərbaycanın Avrasiya məkanında mərkəzi nəqliyyat dəhlizinə çevrilməsi üçün geniş imkanlar yaratmışdır;

8. siyasi müstəqillik iqtisadi müstəqilliklə möhkəmləndirilmişdir. Tam müstəqil və balanslaşdırılmış iqtisadi siyasət yeritməklə ölkənin milli təhlükəsizliyini və onun mühüm tərkib hissələri olan iqtisadi təhlükəsizliyini, enerji təhlükəsizliyini və ərzaq təhlükəsizliyini qısa zaman kəsiyində təmin edə bilmişdir;

9. ölkə qısa tarixi dövr ərzində kapital idxal edən ölkədən ixrac edən ölkəyə, təbii qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmiş, bir çox həyati əhəmiyyətli məhsullarla öz ehtiyaclarını təmin edir;

10. ölkənin əlverişli geosiyasi vəziyyətindən məharətlə istifadə edilməsi Azərbaycanın regionda lider dövlətə çevrilməsinə və qabaqcıl dünya dövlətləri arasında mövqeyinin möhkəmləndirilməsinə səbəb olmuşdur.

  Yaradılmış möhkəm iqtisadi təməl siyasi və sosial-mədəni proseslərə də dinamizm verir, Azərbaycanın "mənliyinin dünya miqyasında təsdiq edilməsinə imkan yaradır".

 

 

 

  Ümummilli lider Heydər Əliyev ölkəmizi tarixin bu sınaqlarından da üzüağ çıxarmağı bacardı.

  Gəncə qiyamı ağıllı siyasi gedişlər və böyük şəxsi nüfuz hesabına sülh yolu ilə yatırıldıqdan sonra 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O, problemlərin həlli üçün ilk növbədə ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin son dərəcə vacib olduğu barədə qənaətini açıqladı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Bunun ardınca isə “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – söyləyərək böyük risklər altında xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

  Ən azından həyatda və siyasətdə qaldıqlarına görə Heydər Əliyevə borclu olan cəbhəçilər ümumxalq məqsədləri naminə legitim hakimiyyətə dəstək verməli olduqları halda, təəssüf ki, öz nankor xislətlərini bu dəfə də ortaya qoydular. Onlar hər vəchlə Heydər Əliyevin müstəqilliyimizin qorunması və dövlət quruculuğu istiqamətində başladığı fəaliyyətə mane olur, onun gördüyü taleyüklü işləri gözdən salmağa çalışdılar. Bunun üçün də yenə Qarabağ kartından istifadə etməyə cəhd göstərirdilər.

  Şuşanın və Laçının işğalına şərait yaratmaqla hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü bu dəfə digər rayonların işğalına şərait yaratmaqla hakimiyyətdə qalmaq kimi mənfur niyyətlərini həyata keçirmək istəyirdilər. Bu məqsədlə də faktiki olaraq cəbhəçilərin nəzarətində olan silahlı birləşmələr döyüş zonalarından uzaqlaşdırılır və orduda hərc-mərclik yaradılırdı. Heydər Əliyevin güclü və müstəqil bir siyasətçi olduğunu bilən xarici qüvvələr də bu ərəfədə işğalçı Ermənistana dəstək verirdilər. Nəticədə 1993-cü ilin iyul-avqust aylarında Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı rayonları düşmənin nəzarəti altına keçdi.

  Bütün bu gərgin vəziyyətə baxmayaraq Azərbaycanda dövlət orqanlarının fəaliyyətini və dövlətçiliyi bərpa etmək məqsədilə 1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi və Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi.

  Bu, elə bir dövr idi ki, cəbhə bölgəsində böhran davam edirdi. Nəticədə Zəngilan rayonu da işğala məruz qaldı. 1993-cü ilin son ayları ərzində ərazi itkilərinin əsas səbəbi o idi ki, bu dönəmdə yerlərdə, xüsusilə ordu bölmələrinin rəhbərliyində hələ də Elçibəy hakimiyyətinin təyin etdiyi şəxslər təmsil olunurdular və hadisələrin gedişinə ciddi təsir göstərmək imkanına malik idilər.

  1993-cü ikin dekabr ayında Heydər Əliyev bütün daxili çəkişmələri kənara qoyub torpaqları azad etmək naminə Azərbaycan hərbiçilərini səfərbər olmağa çağırdı. Azərbaycan ordusunun həmin günlərdə başlayan hücum əməliyyatları 1994-cü ilin yanvarında Horadizin və Füzuli rayonunun bir hissəsinin azad olunması ilə başa çatdı. Bu tarixin ən obyektiv qiymətini Heydər Əliyevin sonrakı addımlarının timsalında zamanın özü verib. Qarabağ savaşında ciddi uğur nümunəsi olan Horadiz əməliyyatının əsas siyasi əhəmiyyəti budur ki, öz havadarlarına arxayın olan rəsmi Yerevanın bu məğlubiyyətdən sonra atəşkəs rejiminə imza atmaqdan başqa çıxış yolu qalmadı. İllər sonra Azərbaycan ordusunun bu zəfəri 2016-cı ilin aprel ayında da yenidən təkrar olundu.

  1993- cü ilin ortalarında ölkə daxilində ictimai-siyasi vəziyyəti daha da mürəkkəbləşdirən və cəbhədəki durumu ağırlaşdıran başqa ciddi səbəblər də var idi. Bundan öz maraqları naminə istifadə etmək istəyən və xarici havadarlarının dəstəyinə güvənən daxili separatçı qüvvələr də siyasi meydanda görünməyə başlamışdılar. 1993-cü ilin iyun-avqust aylarında cənub bölgəsinin 7 rayonunu əhatə edən bir ərazidə saxta polkovnik Əlikram Hümbətovun ortaya atdığı üzdəniraq “Talış-Muğan Respublikası” ideyası, şimalda isə 1990-cı ildən bəri milli zəmində millətçi “Sadval” hərəkatının fəallaşması respublikanın müstəqilliyi üçün əlavə təhlükə mənbəyinə çevrilmişdi. Həmin qüvvələr əslində Elçibəy hökumətinin yürütdüyü yanlış milli siyasət nəticəsində baş qaldırmışdılar. Separatçılar öz hədəflərinə çatmaq üçün Heydər Əliyevin məğlubiyyətini hamıdan çox arzulayan cəbhəçilərin mövqeyinə arxayın idilər. Vəziyyətin belə gərgin olmasına baxmayaraq Heydər Əliyev xalqın dəstəyi ilə həm şimalda, həm də cənubda süni yaradılmış separatçı meyllərin qarşısını aldı.

  Sonrakı mərhələlərdə daxili sabitliyi pozmaq cəhdləri göstərilsə də, Heydər Əliyev ölkəmizi tarixin bu sınaqlarından da üzüağ çıxarmağı bacardı. “Əsrin kontraktı”nın imzalanması ərəfəsində, 1994-cü il oktyabrında Surət Hüseynov tərəfindən idarə olunan dövlət çevrilişinə cəhdin qarşısı alındı. Heydər Əliyevin bircə çağırışı ilə bir anın içində Prezident Aparatının qarşısına toplaşan on minlərlə insanın yaratdığı izdiham xalqın möhtəşəm Heydər Əliyev sevgisinin, öz liderinə sədaqətini və inamını nümayiş etdirən silinməz tarix kimi yaddaşlardadır. 1995-ci ilin martında radikal müxalifətə işləyən xarici anti-azərbaycan qüvvələrinin təsiri altına düşmüş OMON-çuların qiyamı yatırıldı.

  Bundan sonra, nəhayət, ölkədə ictimai siyasi sabitlik ümumən bərqərar olmağa başladı. 1995-ci il noyabrın 12-də bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduqdan sonra dinc quruculuq işləri yeni keyfiyyətdə davam etdirilməyə başlandı.

 

 

 

    Məhz atəşkəsin əldə olunması əsasında Azərbaycan iqtisadiyyatının sürətli böyüməsi, neft-qaz sektorunun inkişafı başladı. Bu genişmiqyaslı transformasiya əsasında Bakı milyonlarla insanın diqqətini çəkən möhtəşəm şəhərə çevrildi, əla infrastruktur yaradıldı və artan Azərbaycan əhalisi daha yüksək həyat səviyyəsi əldə etdi.

   Dağlıq Qarabağda baş verən proseslərə seyrçi münasibət bəsləyən bacarıqsız və iradəsiz yerli rəhbərlər burada baş verən mərkəzdənqaçma meyllərinin qarşısını yerindəcə almaq əvəzinə, fəaliyyətsizlik göstərmişdilər. Xalqımızın böyük oğlu Heydər Əliyev SSRİ-nin yüksək dövlət rəhbərlərindən biri olduğu dövrdə də Dağlıq Qarabağ Muxtar Vilayətində respublikamızın üstün maraqlarını qətiyyətlə qorumuşdu.
   Ümummilli lider ali sovet rəhbərliyindən uzaqlaşdırılıb ciddi nəzarət altında yaşamağa məhkum ediləndən dərhal sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiası baş qaldırdı. Prezident İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra bu meyllər daha da gücləndi və Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən o vaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı”.
   Ulu öndər sonralar öz istefasının doğurduğu nəticələrdən danışarkən deyirdi: “Azərbaycan üçün bəla ondan başladı ki, 1987-ci ildə ermənilər bizim azərbaycanlıların bəziləri ilə yığışdılar, mənim Kremldən istefa verməyimə nail oldular. Bundan iki ay sonra Dağlıq Qarabağda üsyan, münaqişə başlandı. О vaxtdan ermənilərin bir məqsədləri var idi ki, Heydər Əliyevi Kremldən uzaqlaşdırsınlar. Çünki bilirdilər ki, mən Moskvada oturmuşam və belə məsələlərin qaldırılmasına yol verməyəcəyəm. Məni Kremldən uzaqlaşdırdılar. Bundan sonra Azərbaycan nə günə düşdü”.
   Heydər Əliyevin SSRİ rəhbərliyindən getməsi məqamını gözləyən erməni millətçiləri, guya, sosial vəziyyətin pisləşməsini və buna görə də Azərbaycan hökumətinin rəhbərliyi altında yaşamağın mümkünsüzlüyünü özlərinə şüar edərək, Ermənistanda və Dağlıq Qarabağda ictimai fikri çaşdıra bildilər, açıq separatizm başlandı. Respublika rəhbərləri bundan sonra da muxtar vilayətdə sürətlə genişlənən antiazərbaycan hərəkatının qarşısını almaq üçün ciddi tədbirlər görə bilmədilər, bacarıqsızlıqlarından bu zəruri işi ittifaq orqanlarının vəzifəsi saydılar.
   Ermənipərəst Mixail Qorbaçovun timsalında sovet rəhbərliyi isə münaqişənin qarşısını vaxtında almaq əvəzinə, onun qanlı müharibəyə çevrilməsinə şərait yaratdı, Azərbaycanı süni surətdə oyundankənar vəziyyətə salmaqla ərazilərimizin 20 faizinin itirilməsinə bais oldu. Dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyevin böyük siyasətdən kənarda qaldığı həmin illərdə respublikada baş verən qarışıqlıq, hakimiyyət uğrunda qruplararası mübarizə də düşmənin təcavüzkarlığı qarşısında ölkəmizi müdafiəsiz qoydu.
    Xalqımızın zəkalı və qeyrətli oğlu Heydər Əliyev belə bir mürəkkəb şəraitdə dağılmaqda olan sovet imperiyasının mərkəzində ciddi nəzarət altında yaşamağa məhkum edilsə də, çətinliklə imkan tapıb Vətənin harayına yetişdi. Respublika rəhbərliyinin xəyanətkarlığı və üzüdönüklüyündən Bakıda yaşamaq imkanı tapmayan ümummilli lider Naxçıvana – doğmalarının və həmyerlilərinin yanına qayıtmağa məcbur oldu. Tezliklə muxtar respublikaya blokada şəraitində rəhbərlik onun üzərinə qoyuldu. Ulu öndərin burada gerçəkləşdirdiyi zəruri tədbirlərlə Naxçıvan işğaldan xilas edildi, qəbul edilmiş tarixi qərarlarla dövlətçiliyimizin bərpası ilə bağlı ciddi addımlar atıldı.
    Müstəqilliyin ilk illərində naşı, xain siyasətbazların hakimiyyət davası ölkəni uçuruma sürükləyəndə isə xalqın təkidli tələbi və iradəsi ilə 1993-cü ilin böhranlı yayında ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Zamanın hökmü ilə Azərbaycan dövlətinə və xalqına rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən praqmatik və xarizmatik lider Heydər Əliyevin siyasi qayıdışı ölkəmizin müstəqillik yolu ilə irəliləyişi üçün dönüş məqamı oldu.
   Bundan sonra çoxsaylı terror aktlarının, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alaraq, siyasi sabitliyə və sosial-iqtisadi dirçəlişə nail olan Prezident Heydər Əliyev Qarabağ müharibəsinin gedişində də dönüş yaratdı və düşməni atəşkəs müqaviləsi bağlamağa məcbur etdi. Ümumiyyətlə, açılmaz bir düyünü xatırladan Dağlıq Qarabağ münaqişəsinin həlli müstəqil Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyevin siyasi xəttinin və diplomatik fəaliyyətinin əsasını təşkil etdi.
  Ölkəmizin ətrafında baş verənləri, başımızın üstünü alan qara buludları görən, prosesləri uzaqgörənliklə qiymətləndirən Heydər Əliyev respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması və işğalçıların ölkə ərazisindən çıxarılmasının düzgün yolunu müəyyənləşdirdi. Bundan sonra Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri oldu.

 

 

 

      

15 iyunadək olan şəraitin mənzərəsi: ümumi böhran məngənəsində

Dövlət müstəqilliyi bərpa edilən Azərbaycan xalqının qarşısında bir sıra mühüm vəzifələrin həll edilməsi dayanırdı: dövlət müstəqilliyini qorumaq və məhkəmləndirmək; planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək; təkpartiyalı sistemdən çoxpartiyalı sistemə, demokratiyaya keçmək; fəal xarici siyasət yürütmək; Ermənistanın əsassız ərazi iddiaları ilə başlatdığı hərbi təcavüzünü dayandırmaq, onun nəticələrini aradan qaldırmaq və s.

Azərbaycanın dövlət müstəqilliyi bərpa edilən zaman Ermənistanın əsassız ərazi iddiaları səbəbindən bir neçə il əvvəl başladığı hərbi təcavüzü davam edir, tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrilir, təcavüzün gedişində ərazilər bir-birinin ardınca işğal edilir, etnik-tarixi mənsubiyyətini itirmək üçün yaşayış məntəqələri yandırılır, əhali məcburi köçkün düşürdü. Digər tərəfdən isə hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında amansız mübarizə gedirdi.

1992-ci ilin may ayında silahlı çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın problemlərini həll edə bilmədi, onları daha da dərinləşdirdi. İdarəçilikdə səriştəsizlik, problemlərin yanlış qoyulması və onların həllinə primitiv, məhdud yanaşma, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadları arasında qarşıdurma, xalq ilə hakimiyyət arasında ziddiyyətlər, dükanlarda satılan keyfiyyətsiz çörək üçün növbələrin artması, iqtisadi tənəzzül, vətəndaşlara qarşı kobud hərəkətlər ölkədə ümumi böhrana gətirib çıxardı. Yürütdüyü siyasət nəticəsində xalqdan ayrı düşmüş hakimiyyət ona bəslənən ümidləri doğrulda bilmirdi. Ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri Azərbaycanı didib-parçalayır, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumlar yaradılırdı. Tarixən tək və vahid millət olmuş Azərbaycan parçalanmaq ərəfəsində idi.

Cəbhədəki uğursuzluqlar bir-birinin ardınca gəlirdi. Hərbi və mülki hakimiyyət arasında ixtilaflar hökm sürürdü. Hakimiyyətə tabe olmayan hərbçilər Gəncədə "Hərbi birlik” yaratmışdılar. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi altında hərbi qiyam baş verdi. Qiyamı yatırmaq üçün 130 saylı hərbi hissədən 709 saylı hərbi hissəyə hücum edildi. Qan töküldü. Gəncəyə gedən dövlət və hökumət nümayəndələri girov götürüldülər. S.Hüseynovun dəstələri Bakıya doğru yürüş etdilər. Azərbaycan öz tarixində o zamanadək görünməmiş bir faciənin - qardaş qanının tökülməsi, vətəndaş müharibəsi astanasında dayanmışdı. Bəlkə də Azərbaycan öz tarixində millət və cəmiyyət olaraq heç bir zaman bu qədər qütbləşməmiş və bir-birinə qənim kəsilməmişdi.

Dövlətin xarici siyasət fəaliyyəti də bərbad halda idi. Hissiyyatlara əsaslanan xarici siyasət yürüdülürdü. Beynəlxalq aləmdə Azərbaycanın səsi eşidilmirdi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət beynəlxalq aləmdə ölkəni təcridçiliyə gətirmişdi. Diplomatiya dostlar əvəzinə daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi.

Azərbaycan dəhşətli bir vəziyyətə düşmüşdü. Bu, Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Müstəqil dövlət sanki kağız üzərində, bəyanat xarakteri daşıyırdı. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi. Azərbaycan öz tarixinin ağır günlərini yaşayırdı.

Xalqın və dövlətin taleyini öz üzərlərinə götürmüş vəzifə sahibləri belə şəraitdə bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini "dondurdular”, bəziləri isə qaçıb gizləndilər. Azərbaycan vətəndaşının yaranmış şəraitdən çıxmağa, sabaha ümidi yox idi. Bu, Azərbaycan dövlətçiliyi tarixinin utancverici anı olub, gələcəkdə xatırlanası və müraciət ediləsi bir səhifə deyildi.

 

 

Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi

Azərbaycanın bu gün sosial-iqtisadi inkişaf dinamikasına, apardığı islahatların səmərəliliyinə görə dünyada öncül mövqe tutması hər bir vətəndaşın qürur və iftixar mənbəyidir. Qısa müddət ərzində əldə edilən bu nailiyyətlər həm də xalqımızın günü-gündən yaxşılaşan güzəranında, ölkəmizin yüksəlişində, kənd və şəhərlərin intibahında təcəssüm edir. Çox yox, sadəcə 27 il öncəki Azərbaycanla - böhranlar məngənəsində, parçalanma təhlükəsi ilə yaşayan dövlətlə bugünkü qüdrətli, tərəqqi edən Azərbaycanın müqaiyisəsi ötən müddət ərzində görülən cahanşümul fəaliyyətin miqyasını tam əks etdirir.

Bütün bu uğurların səbəbkarı və müəllifi məhz ulu öndər Heydər Əliyevdir. Dünyanın ən böyük azərbaycanlısının dövlətinə və xalqına bəxş etdiyi əsl müstəqillik, milli inkişaf əslində Azərbaycanın ən mühüm nailiyyəti, əbədi davam edəcək yüksəlişinin əsas rəhnidir. Fəqət unutmamalıyıq ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanın xaosdan qurtuluşa keçidi missiyası heç də asanlıqla başa gəlməmişdi. Ulu öndər böyük uzaqgörənliklə bilirdi ki, hər bir müvəffəqiyyətin yolu məhz ictimai sabitlikdən keçir. Bu baxımdan ulu öndər fəaliyyətinin ilk günündən etibarən respublikada kriminogen durumun nəzarətə götürülməsi və ictimai asayişin təminatı yönümündə əsaslı dönüş yaratdı. Həmin dövrdə ölkədə tüğyan edən cinayətkarlıq, qanunsuz silahlı dəstələr, dövlət aparatında özlərinə yuva qurmuş siyasi intriqantların məkrli niyyətlərini həyata keçirən qruplar və bandalar vətəndaşlarımızın həyatları, həmçinin dövlətimizin müqəddəratı üçün əsas təhlükəyə çevrilmişdilər. Heydər Əliyev bu sahədəki problemlərin aradan qaldırılmasını özü üçün əsas vəzifələrdən biri kimi elan etdi. Bu məqsədlə də ulu öndər ilk növbədə daxili işlər orqanlarının daxilən təmizlənib, öz səlahiyyətlərinin icrasını ləyaqətlə həyata keçirməsini təmin etdi.

Bir məqamı da xatırladaq ki, Azərbaycanın daxili işlər orqanlarının əsl inkişafı tarixən ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə dövlət qayğısı gücləndi, sıralarının saflaşdırılmasına, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verildi.

Ötən dövrdə qazanılan nailiyyətləri bərpa etmək məramı ilə ulu öndərin sədrliyi altında 1994-cü ilin aprelin 29-da DİN-də xüsusi müşavirə keçirildi və Heydər Əliyev bu qurumda özünü göstərən mənfi təzahürləri rəhbər şəxslərin səriştəsiz fəaliyyəti, onların işində şəxsi maraqların vəzifə məsuliyyətindən önə keçməsi ilə əsaslandırdı. Fəaliyyətində böyük problemlər olan daxili işlər orqanlarında köklü islahatlara başlamaq və vəziyyətin qaydaya salınması məqsədilə DİN rəhbərliyində əsaslı kadr dəyişiklikləri apararaq, Ramil Usubovu Azərbaycan Respublikasının daxili işlər naziri təyin etdi. Ümummilli liderimizin uğurlu kadr siyasətinin bu nümunəsinin seçimi də təsadüfi deyildi. Heydər Əliyev hələ 1993-cü ildə Bakıya ali hakimiyyətə gəldikdən sonra kriminallaşan siyasi avantüristlərin hegemonluğu altına keçmək mərhələsini yaşayan rəsmi nəzarətdən çıxmaqda olan Naxçıvanda asayişi qorumaq, silahlı bandaları zərərsizləşdirmək, qanunçuluğu təmin etmək kimi çox ağır, taleyüklü vəzifəni məhz polkovnik Ramil Usubova həvalə etmişdi. Hələ o təyinat zamanı ulu öndərimiz bilirdi ki, terrorun, silahlı kriminal dəstələrin hədəfinə çevriləcək Naxçıvanın daxili işlər naziri postunu təhdidlərdən çəkinməyən, xidməti borcunu və rəhbərin tapşırıqlarını yerinə yetirmək üçün riskə getməkdən qorxmayan, tam inandığı qətiyyətli bir şəxs tuta bilər. Heydər Əliyev həmin iclasda birmənalı dəstək verdiyi yeni daxili işlər nazirinin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi.

Aprel müşavirəsindən sonra daxili işlər orqanlarının fəaliyyətində əsl inqilabi dəyişikliklər baş verdi. Ulu öndərin tapşırıqlarına uyğun olaraq, Ramil Usubov başda olmaqla bütün şəxsi heyət vəzifə səlahiyyətlərini layiqli formada həyata keçirməyə səfərbər oldu. Azərbaycan polisi qısa müddət ərzində dövlət və millət qarşısında peşəkarlıq imicini yenidən yaratdı, ümumxalq etimadını bərpa etdi, ən əsası isə ulu öndərin inamını doğrultdu. Heydər Əliyev 1994-cü ildə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanla ölkədəki mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcını qoydu.

Ümumiyyətlə, ümummilli liderin tövsiyələri və göstərişləri, daxili işlər orqanlarına olan etimadı fəaliyyətdə əsas istinadgah kimi qəbul edildi. Heydər Əliyevin misilsiz xidmətləri, böyük dəstəyi sayəsində həlli qeyri-mümkün olan problemlər belə az vaxtda aradan qaldırıldı. Ölkədə sabitlik bərqərar edildi, cinayətkarlığın artan dinamikasının qarşısı alındı və o, günü-gündən azaldıldı, kriminogen durum tam nəzarətə götürüldü, respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu tədbirlər həyata keçirildi. Əməkdaşlar cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilmiş vəzifələrini layiqincə yerinə yetirdilər, eyni zamanda idarəetmədə keyfiyyətcə yeni prinsiplərin və təkmilləşmələrin tətbiqi sürətləndi. Dövlət çevrilişlərinin, kütləvi iğtişaşların qarşısının alınmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində qətiyyət, yüksək peşəkarlıq, anda sədaqət nümayiş etdirdilər.

 

 

   Tarixin və tarixin dəyərli dəyərlərini gətirən və ədalətli hakim zamandır. 1993-cü ilin 15-i iyundan  etibarən milli qurtuluşumuzun bünövrəsi ilə tikilməkdədir. Ölkənin müstəqilliyinin tarixinə qızıl hər şeyi yazmaq, günün etibarlılığını təmin etmək və həyatında yeni dövr başlamaz, dövlətçiliyimizin inkişaf etməməsi və inkişaf etməsi.

   Milli Qurtuluş günü Azərbaycan xalqı üçün uyğun təqvim bayramı deyil, həm də müstəqil müstəqillik tariximizin inkişaf nöqtəsi. Bu baxımdan böyük ictimai, siyasi və tarixi məqama malik bir gündür. Onu yaradan müstəqil Azərbaycanın müstəqilliyinin inkişafına, qorunub saxlanılmasına, möhkəmlənməsinə və inkişafına təkan verməz - Heydər Əliyevdir.

  http://www.azerbaijan-news.az/…/xalqin-regbetini-qazanan-li…

 

 

   Ilham Aliyev -  Mehriban Aliyeva.

"...Bu gün Azərbaycan müstəqil ölkə kimi inkişaf edir. Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan vətəndaşları, bəhrələnir. Bundan sonra da Azərbaycanın müstəqilliyi əbədi olacaqdır, bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Biz hamımız elə etməliyik ki, bu yol işıqlı, nurlu, açıq olsun.!!!" “İMZA”

 

 

  Qarabağ Naminə

  Bob GALVİN deyib ki: "BİR LİDERİN ƏN ÖNƏMLİ GÖREVİ, ÜMİD YAYMAQDIR"

  Qara buludların başımızın üstündə gəzdiyi zamanlarda bu xalqa ümid verib, güclü olmağı öyrədib, səbrlə hər şeyin yaxşı olduğunu gösteren iki dahi lider !
#15iyun_Milli_Qurtuluş_Günü.

 

 

 

Azərbaycanın əldə etdiyi bütün uğurlara görə hər birimiz Ümummilli Liderə borcluyuq. Heydər Əliyev hər zaman qəlbimizdədir və Azərbaycan yaşadıqca, o da yaşayacaq. İMZA

Ilham Aliyev

Azərbaycanın əldə etdiyi bütün uğurlara görə hər birimiz Ümummilli Liderə borcluyuq. Heydər Əliyev hər zaman qəlbimizdədir və Azərbaycan yaşadıqca, o da yaşayacaq. İMZA

 

   Mehriban Əliyeva

   Əziz həmvətənlər!
  Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!

  Дорогие соотечественники!
  Поздравляю вас с Днём национального спасения, передаю каждому из вас наилучшие пожелания! Пусть на нашей Родине всегда господствуют мир и благополучие! Да будет вечной независимость Азербайджана и свобода нашего народа! Желаю каждому из вас крепкого здоровья и счастья!

                               

                       

     Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 İyun- Milli Qurtuluş Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. Paylaşımda deyilir: “Əziz həmvətənlər!
    Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”

 

 

      Heydər Əliyevin sayəsində üç Azərbaycan övladının nahaqdan tökülən qanı yerdə qalmadı.

    Bu, olduqca vacib və eyni zamanda, təhlükəli olan iş o vaxt cəmi bir ay əvvəl dövlət təhlükəsizlik komitəsinə sədr təyin edilmiş Heydər Əliyevə tapşırıldı. O, bir sıra təhlükəsizlik tədbirləri gördü. Ölənlərin cəsədləri sakit bir şəraitdə öz kəndlərinə aparıldı. Heydər Əliyev əvvəlcə Qaradağlıda yerli əhali ilə görüşüb söhbət apardı, onlara təsəlli verib sakitləşdirdi. Sonra camaatla birlikdə qəbiristanlığa gedərək dəfn mərasimində çıxış elədi, cinayətkarların sərt və amansız şəkildə cəzalandırılacaqlarına söz verdi...

    Bu işin təşkilatçıları və əsas iştirakçıları məhşər ayağına çəkildilər. Yetmiş üç nəfər cani tutuldu. Bu qanlı aksiyanın başçılarından olan Arkadi Manuçarov, Baqrat Ulubabyan və başqaları "asta qaçan namərddir" - deyib aradan çıxdılar, özlərinə İrəvanda sığınacaq tapdılar.

    İstintaqın gedişində həbs edilmiş yetmiş üç nəfərdən əlli üçü müəyyən müddətdən sonra buraxıldı, iyirmi nəfər isə cinayət məsuliyyətinə cəlb olundu. Səkkiz aya qədər davam edən istintaq işi, nəhayət, sona çatdı və 1968-ci il mayın 21-dən iyulun 23-nə qədər məhkəmə iclasları keçirildi. İşi Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası aparırdı. Üç azərbaycanlı gəncin vəhşicəsinə öldürülməsinin əsas baisi Benik Movsesyan törətdiyi cinayətləri boynuna almaq istəməsə də, Nikolay Sərkisyan, Ağasi Qriqoryan, Avetis Sərkisyan, Qriqori Akopyan, Pavel Qasparyan, Robert Beqlyaryan, Eduard Voskanyan, Karlos Ağacanyan və başqa din qardaşları onun üzünə durub, bütün cinayətlərini məhkəmə qarşısında açıb danışdılar. İstintaqın gedişində həm də aşkar olundu ki, hadisə zamanı hərbi hissəyə məxsus bir maşın yandırılmış, kinoteatra və parka 1464 manat 20 qəpik maddi ziyan dəymiş, on üç nəfər milis işçisi və Sovet Ordusunun iki əsgəri yüngül yaralanmışdır. Dövlətə dəyən maddi ziyan həbs olunan ermənilər tərəfindən ödənildi. Məhkəmə kollegiyasının son qərarı isə belə oldu: Benik Nersesoviç Movsesyana, Artyuşa Xaçaturoviç Əsribabyana, Conrik Andreyeviç Ohanova, Yermak Nikolayeviç Arakelyana və Albert Armenakoviç Danielyana güllələnmə verildi, Ambarsum Qriqoryeviç Arustamyana 15 il (ciddi rejimlə), Sergey Nersesoviç Ohanyana 12 il, Ernest Ambarsumoviç Arustamyana 8 il, Mamvel Vaqarşakoviç Babayana 6 il, Nikolay Poqosoviç Cavadyana 5 il, Georgi İvanoviç Oqanesyana 5 il, Aleksandr Soqomonoviç Çalyana 4 il, Suren Osipoviç Sərkisyana 4 il, Jora Rubenoviç Şahnazaryana 4 il, Ağasi Nikolayeviç Qriqoryana 3 il, Qrant Samsonoviç Sərkisyana 3 il, Valeri Barxudaroviç Arutyunyana 3 il, Setrak Avanesoviç Sərkisyana 2 il, Armen Armaisoviç Djanqiryana 2 il və Yuri Semyonoviç Avanesyana 2 il iş kəsildi.

   Və beləliklə də, üç Azərbaycan övladının nahaqdan tökülən qanı yerdə qalmadı. Xalqın milli qeyrətli oğullarının təəssübkeşliyi sayəsində əfi ilanın başı elə yerindəcə əzildi, erməni daşnakları iyirmi ilə yaxın öz əzilmiş başlarını bir daha qaldıra bilmədilər.

 

 

                         Ulu Öndər Qarabağı böyük coşqu ilə sevirdi.

   Azərbaycan xalqı bəşər tarixinə görkəmli dövlət xadimləri, qüdrətli sərkərdələr, istedadlı alimlər, məşhur sənətkarlar bəxş edib. Millətimizin adını uca edən, azərbaycanlı məfhumuna geniş məkanlarda hörmət gətirən böyük şəxsiyyətlər arasında ulu öndər Heydər Əliyevin müstəsna yeri var. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmət etməklə əbədiyaşarlıq rəmzinə çevrilən ümummilli lider haqlı olaraq "Dünyanın ən böyük azərbaycanlısı" adlandırılır. Xalqın əsrlər boyu ən ülvi arzusu olan müstəqillik və azadlıq məramını gerçəyə çevirən, ona sosial rifah və sivil cəmiyyət bəxş edən, ölkəsinin beynəlxalq məkanda böyük nüfuzunu təmin edən insan həqiqətən də, ən ali həmvətənimiz, bütün zamanların əsl Azərbaycanlısıdır.

   Ümummilli lider Heydər Əliyev müdrik dövlət xadimi, dahi siyasətçi olmaqla bərabər, həm də alovlu vətənpərvər idi. Azərbaycanımızın hər bir guşəsi, hər bir bölgəsi kimi Dağlıq Qarabağ da onun üçün əziz və doğma olmuşdur. Zaman-zaman Azərbaycan torpaqlarına göz dikən ermənilərin ötən əsrin ikinci yarısında fəallaşmalarının qarşısı məhz ulu öndərin qətiyyəti sayəsində alınmışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olarkən erməni millətçilərinin hərəkətlərinin qarşısını dəfələrlə qətiyyətlə alan Heydər Əliyev 1967-ci ilin iyun ayında Xankəndidə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edən vərəqələri yayanların və bu işlərin təşkilatçılarının tutulub cəzalandırılmalarına nail olmuşdu. Dağlıq Qarabağda yaşayan azərbaycanlılar 1967-ci ildən başlayaraq ulu öndərin xilaskar fəaliyyətinin şahidi olmuş, onun vətənpərvərliyini, millətsevərliyini daha yaxından hiss etmişlər.

   1969-cu ilin iyulun 14-də Azərbaycan KP MK-nın plenumunda birinci katib seçilən Heydər Əliyev Dağlıq Qarabağa münasibətində öz prinsipiallığı və milli dəyərlərə köklənmiş iş üslubu ilə sübut etdi ki, Azərbaycana əsl milli lider rəhbərlik edəcəkdir. Keçmiş vilayətdə yaşayan azərbaycanlıların öz aralarında bir-birinə göz aydınlığı verməsi, nəhayət öz hüquqlarından sərbəst istifadə edəcəklərini böyük sevinclə qeyd etmələri yəqin ki, çoxlarının yadındadır. 70-ci illərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük bir dirçəliş yaradan Heydər Əliyev son dərəcə barışmaz mövqe və ardıcıl siyasətlə Dağlıq Qarabağda erməni millətçiliyinə və daşnak xislətinə sipər çəkdi. Qəti və prinsipial mövqe bildirərək vilayət partiya komitəsində ermənilərin də iştirak etdiyi toplantıda "Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır, kim burada yaşamaq istəmirsə çıxıb gedə bilər" bəyanatını verdi. Moskvadakı yüksək dairələrin təzyiqinə baxmayaraq muxtar vilayət millətçi cinayətkar ünsürlərdən təmizləndi. Vilayətin partiya, sovet, hüquq-mühafizə, o cümlədən, dövlət təhlükəsizlik orqanlarında köklü dəyişikliklər edildi. Separatçılar və onların ideoloqları vilayətdən qovuldular. Vilayətdə yaşayan azərbaycanlılar isə yeni bir həyata qədəm qoydular. Mübaliğəsiz demək olar ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar məhz Heydər Əliyevin rəhbərliyə gəlişindən sonra özlərini yaşadıqları dədə-baba yurdunun əsl sahibi kimi hiss etməyə başladılar. Onlar sözün həqiqi mənasında vətəndaşlıq hüquqları əldə etdilər. Orta və yaşlı nəslin yaxşı yadındadır ki, ulu öndərimizin hakimiyyətə gəlişinin ilk illərindən başlayaraq bütün azərbaycanlılar yaşayan kəndlər abadlaşmağa, yeni və yaraşıqlı evlər tikilməyə, sosial infrastruktur qurulmağa başlandı. Vilayətin mənəvi-siyasi iqliminin dəyişməsi real həqiqət kimi hər kəsin ovqatına hakim kəsilmişdi.

    Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 280 və 360 nömrəli qərarları qəbul olundu və Şuşa şəhəri çox sürətlə inkişaf etməyə başladı. Bu qərarlardan biri Şuşanın kurort şəhəri kimi kompleks şəkildə inkişafı haqqında, ikinci isə Şuşanın "qoruq şəhər" elan edilməsi barədə idi. Az bir vaxtda şəhər əhalisinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə Turşsu xətti Şırlandan Şuşaya gətirildi, iki sanatoriya binası, 600 yerlik sanatoriya yeməkxanası, 210 yerlik turist bazası, 1176 yerlik xüsusi internat məktəb, radiozavodun filialı, toxuculuq kombinatı, minlərlə kvadratmetr mənzil sahəsi tikildi. Qeyd etmək lazımdır ki, bu kimi abadlıq-quruculuq işləri Dağlıq Qarabağın bütün yaşayış məntəqələrində aparılırdı. Xüsusi ilə uzun illər diqqətdən kənarda qalan azərbaycanlılar yaşayan kəndlər inkişaf etməyə başlayır, əhalinin güzəranı günbəgün yaxşılaşırdı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, 70-ci ildən başlayaraq Dağlıq Qarabağda milli ruhun yüksəldilməsi vüsət aldı.

Ümummilli lider Qarabağın tarixini, mədəniyyətini, incəsənətini mükəmməl bilirdi və onu böyük coşqu ilə hər yerdə tərənnüm etdirirdi. Ulu öndərin tövsiyəsi ilə dünyanın ən qədim insan məskənlərindən olan Xocavənd rayonu ərazisində yerləşən "Azıx" mağarası haqqında sənədli film çəkilmişdi və bu film dünyanın müxtəlif ölkələrində keçirilən Azərbaycan mədəniyyəti günlərində nümayiş etdirilirdi. Sürətlə inkişaf etməyə başlayan Şuşa şəhərində respublika əhəmiyyətli 187 tarixi abidə qeydə alındı və onların hamısının əsaslı təmiri başlandı. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbələrinin Azıx mağarasında arxeoloji ekspedisiyalarda iştirakı, ölkənin diğər bölgələrindən olan gənclərin buradakı yerli əhali ilə yaxından təmasda olması, ünsiyyət qurmaları onlarda Dağlıq Qarabağa bağlılıq tellərini daha da möhkəmləndirirdi.

    Bütün bunlar Heydər Əliyevin DQMV-də yaşayan azərbaycanlılara xüsusi və doğma münasibətinin təzahürü idi. 70-ci illərdə Azərbaycanın bütün bölgələri kimi, onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağın sənayesi, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, bir sözlə bütöv infrastruktur inkişaf etməyə başladı. Faktlara nəzər saldıqda aydın görünür ki, bütün istehsal növləri üzrə 1979-cu ildə istehsalın həcmi 1970-ci ilə qədər olan dövrə nisbətdə 2-3 dəfə artmışdır. Elə bir il olmurdu ki, Dağlıq Qarabağın sosial-iqtisadi və mədəni həyatında əsaslı yenilik olmasın. 1978-ci ildə Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmiryol xəttinin çəkilişi Dağlıq Qarabağın iqtisadiyyatının Azərbaycanın digər bölgələri ilə bağlılığına geniş zəmin yaratdı. Yollar abadlaşdırılır, yeni körpülər tikilir, istehsal sahələri yaradılır, azərbaycanlılar yaşayan kəndlərin uzun illərdən bəri məhrum olduqları enerji və qaz təchizatı yaxşılaşdırılırdı.

   60-cı illərdə təhsil, səhiyyə və mədəniyyət ocaqları Azərbaycan kəndlərində yox dərəcəsində idi. Onlar da yuxarıda qeyd etdiyimiz kimi, uçuq-sökük, darısqal idi, adi parta və oturacaq çatışmırdı. Müəllim, həkim, mədəniyyət işçisi kadrları barmaqla sayılacaq vəziyyətdə idi. Ucqar kəndlərdə isə məktəblər çatmırdı. Ulu öndərimiz vilayətdə azərbaycanlı əhalinin maariflənməsi işində də təqdirəlayiq tədbirlər həyata keçirdi. Bütün iri kəndlərdə orta məktəblər yaradıldı. Bir çox yeni məktəb binaları inşa olundu. Yaxın keçmişin statistikasına nəzər salsaq aydın görünər ki, Heydər Əliyev Dağlıq Qarabağda təhsilə və müəllim kadrlara çox ciddi və həssas münasibət göstərmişdir. Belə ki, Şuşa şəhərində 875 yerlik orta məktəb binası, 375 yerlik xüsusi internat, rayonun azərbaycanlılar yaşayan Zarıslı, Xəlfəli, Şırlan, Səfixanlar, Xanlar kəndlərində 375, Malıbəyli kəndində 625 yerlik orta məktəb, Turşsu kəndində səkkizillik məktəb məhz 70-ci illərdə istifadəyə verilmişdir. Ağdərənin azərbaycanlılar yaşayan Umudlu kəndində 625, Çərəkdar, Ortapəyə və Manikli kəndlərinin hər birində 475 nəfərlik, Xatınbəyli, Sırxavənd və Narınclar kəndlərinin hər birində 275 yerlik məktəblər də məhz həmin illərin yadigarıdır. Xocavənd rayonunun Əmirallar, Qaradağlı, Tuğ, Edilli kəndlərinin hər birində 625 yerlik məktəblərin tikilməsi Heydər Əliyevin DQMV-də yaşayan azərbaycanlı əhalinin maariflənməsinə göstərdiyi qayğının ən bariz nümunəsidir.

   Yeni yaradılmış təhsil ocaqlarını kadrlarla təmin etmək məqsədilə 1973-cü ildə Xankəndidə Pedaqoji İnstitut açıldı. Təbii ki, bu təhsil ocağı azərbaycanlı kadrların yetişdirilməsində, milli ziyalıların Xankəndidə fəaliyyət göstərməsində müstəsna rola malik idi. Bütün sahələr üzrə yerli kadr ehtiyatının yaradılması məqsədi ilə hər il Dağlıq Qarabağdan olan gənclər müsabiqədən kənar ölkənin müxtəlif ali məktəblərinə qəbul olunurdular.

    Heydər Əliyevin Dağlıq Qarabağdakı ən böyük xidmətlərindən birincisi isə heç şübhəsiz, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması olub. Həmin dövrə qədər vilayətdə idarə, müəssisə və təşkilatlarda, məktəblərdə, səhiyyə və mədəniyyət müəssisələrində ad göstəriciləri erməni və rus dillərində, habelə bütün yazışmalar da bu dillərdə aparılırdı. Ulu öndərin qəti tapşırığı ilə vilayətin erməni və rus dilli məktəblərində Azərbaycan dili tədris olunmağa başlandı. Vilayətin partiya, sovet, hüquq-mühafizə orqanlarının və digər təşkilatların inzibati binalarının lövhələrinin Azərbaycan dilində yazılmasına başlanması da 70-ci illərə təsadüf edir. Dağlıq Qarabağda səhiyyənin inkişafı da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Tibb İnstitutunu bitirən azərbaycanlılar təyinatla vilayətə göndərilir, milli kadrlarla həmin səhiyyə ocaqları möhkəmləndirilirdi.

    Bir sözlə, azərbaycanlıların vilayətə axını üçün münbit şərait yaradılmışdı. Bir fakta diqqət yetirək. 1970-ci ildə DQMV-nin ümumi əhalisinin 18 faizi azərbaycanlı olduğu halda, bu rəqəm 1989-cu ildə 30 faizi keçmişdi. Erməni millətçilərinin ciddi narahatçılığına səbəb olan bu artım xalqımızın dahi oğlu Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin bəhrəsi idi. 80-ci illərin əvvəllərində vilayətdə azərbaycanlıların sayı daha da yüksək həddə çatmışdı. 1982-ci ildə Heydər Əliyev Moskvaya SSRİ rəhbərliyinə aparılan zaman ermənilər sanki yasa batmışdılar. Onlar bu yüksək təyinatı qısqanclıq hissi ilə həzm edə bilmirdilər və öz daxillərindəki məkr və sərsəm xəyallarının həyata keçirilməsinin daha da müşkülə düşdüyünü dərk edirdilər.

   Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu dövrdə erməni millətçiləri bir dəfə də olsun torpaq iddiasına cəsarət edə bilməmişdilər. 1982-ci ildə Qarabağın ən uca zirvəsində - Şuşada Azərbaycan varlığının canlı təcəssümü kimi Vaqifin məqbərəsini ucaldanda Heydər Əliyev tarixi missiyasının - bu vilayəti tam olaraq azərbaycanlılaşdırdığının təntənəsini yaşadı.

   1987-ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa verdikdən sonra ermənilər Dağlıq Qarabağda toy-bayram etməyə başladılar. Bundan 15 gün sonra Qorbaçovun iqtisadiyyat üzrə müşaviri, milliyyətçə erməni olan Aqambekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" bəyanatı ilə çıxış etdi. Bununla da ermənilərin uzun illər ərzində Dağlıq Qarabağı ələ keçirmək məqsədi ilə hazırladıqları planların həyata keçirilməsinə start verildi. Onlar açıq-aşkar deyirdilər ki, son iyirmi ildə onların iyrənc, separatçılıq planlarının həyata keçirilməsinin qarşısı məhz Heydər Əliyev tərəfindən alınmışdır. Daşnak tör-töküntülərinin, erməni emissarlarının, vaxtı ilə ulu öndər tərəfindən Azərbaycandan sürgün edilmiş yerli "ideoloq"larının Dağlıq Qarabağa axını da məhz 1987-ci ildən sonra başlandı.

   1987-ci ildən Dağlıq Qarabağda ermənilərin təşkilatlanması, silahlı dəstə yaratması, bir çox ölkələrdən gəlmiş muzdluların ermənilərə hərbi təlim keçməsi, bir sözlə, münaqişəyə hazırlıq görmələri heç kəsə sirr deyildi. İrəvan Xankəndi arasında emissarlar daha çox diqqəti cəlb edirdilər. Belə olan halda azərbaycanlılar respublika rəhbərliyinə, hüquq-mühafizə orqanlarına müraciət etsələr də, Moskvanın diktəsi ilə oturub-duran respublika rəhbərliyi azərbaycanlılara "sakit olun", "emosiyalara qapılmayın", "fitnəkarlığa uymayın" və s. "səbr dərsi" keçir, ermənilər isə daha da azğınlaşırdılar. Ermənilər öz mənfur planlarını həyata keçirmək üçün hər cür dona girir və bizə deyirdilər: arxa-dayağınız gedib, daha bizə mane ola biləcək heç bir kəs yoxdur! Həqiqətən də hadisələrin sonrakı inkişafı düşmənlərimizin dediyini sübut etdi və Azərbaycan xalqının xilaskarı, arxa və dayağının yalnız Heydər Əliyev olduğu bir daha təsdiqləndi. Münaqişə isə gündən-günə alovlanırdı. Ermənilər artıq silahlı basqına və terrora keçmişdilər. Avtobuslar, maşınlar, adamlar atəşə tutulur, günahsız insanlar həlak olurdular. Ən acınacaqlısı isə o idi ki, ermənilərin törətdikləri bu cinayətlər cəzasız qalırdı.

   Bütün bunlara qarşı respublika rəhbərliyindən heç bir tədbir və reaksiya verilmədiyini görən ermənilər daha da azğınlaşaraq növbəti qanlı planlarını hazırlayırdılar. Bunları ölkə rəhbərinin nəzərinə çatdırmaq üçün Xocavənddən böyük bir nümayəndə heyəti 11 sentyabrda Prezident Aparatında Ayaz Mütəllibovun qəbulunda oldu. Yenə də həmişə olduğu kimi, yalançı vədlər və biganə münasibət. Bundan əvvəl də dəfələrlə Dağlıq Qarabağdakı mövcud durum haqqında respublikanın rəhbərlərinə müraciət olunmuşdu. Çox təəssüf ki, heç bir tədbir görülmürdü. Bu laqeydliyə cavab olaraq xocavəndlilər prezident seçkilərində iştirak etməməyi qərara aldılar. Buna onların haqqı çatırdı. Öz vətəndaşlarının təhlükəsizliyinə və torpaqların müdafiə olunmasına biganə qalan, Moskvanın göstərişləri ilə oturub-duran, ermənilərin törətdikləri cinayətlərə göz yuman Mütəllibovun prezident seçilməsi boş və mənasız bir addım idi. Məhz buna görə xocavəndlilər seçki bülletenlərində Mütəllibovun adını silərək onun üzərindən Heydər Əliyevin adını yazmışdılar.

Qədim yurd yerlərimiz oda qalanır, dinc insanlar vəhşiliklə qətlə yetirilirdi. 1991-ci ilin noyabrında bir qrup nümayəndə heyəti yenidən Bakıya-Prezidentlə görüşə getdi. Mövcud vəziyyət ona çatdırıldı. Yenə də həmişə olduğu kimi kömək olunacağı barədə yalançı vədlər verildi. Bu görüşlərin heç bir fayda verməyəcəyi göz qabağında idi. Bütün bunlar isə bizi sarsıdır və üzürdü. Münaqişənin ilk günlərindən ölkə rəhbərliyinin qətiyyətsiz mövqeyini görən Dağlıq Qarabağ azərbaycanlıları bu məsələnin birdəfəlik həllinə yalnız Heydər Əliyevin nail ola biləcəyinə, ermənilərin hər zaman Heydər Əliyev qətiyyəti, iradəsi və zəkası qarşısında aciz olduqlarını inamla bildirirdilər. Azərbaycan xalqı, eləcə də qarabağlılar çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində, xalqı düşdüyü ağır vəziyyətdən, ən başlıcası isə dərin ümidsizlikdən yalnız onun qurtara biləcəyində görürdülər. Nicat yalnız Heydər Əliyevdə idi!

  1991-ci ilin noyabrında Xocavənd əhalisinin sözlərini və arzularını çatdırmaq üçün Naxçıvana xalqımızın dahi oğlu Heydər Əliyevin yanına getməyi özümə borc bildim. Noyabr ayının 16-da ulu öndər Naxçıvan Muxtar Respublikası Milli Məclisində məni qəbul etdi. Həmin vaxt Naxçıvanın özü ağır şəraitdə idi. Burada da ermənilər sərhəd boyu hücuma keçirdilər. Mövcud vəziyyətlə bağlı ulu öndərə ətraflı məlumat verdim, xocavəndlilər və o cümlədən, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar adından kömək istədim. Ulu öndər çox dəyərli tövsiyələri ilə bərabər nəyin bahasına olursa-olsun torpaqları müdafiə etmək tapşırığını verdi. Geriyə qayıtdıqdan sonra Azərbaycanın böyük oğlunun tövsiyə və salamlarını xocavəndlilərə çatdırdım.

   Bu, əhali arasında çox böyük ruh yüksəkliyi ilə qarşılandı və qısa zamanda torpaqların müdafiəsi üçün hamı silaha sarılaraq əzmlə döyüşə atıldı. El-obanın igid və cəsur oğullarından təşkil olunmuş Xocavənd özünümüdafiə dəstəsində nizam-intizam möhkəmləndi və döyüş ruhu yüksəldi.

   Erməni hərbi birləşmələrinə qarşı hər qarış vətən torpağı uğrunda qanlı döyüşlər gedirdi. Bütün yaşayış məntəqələrində insanlar öz ocaqlarını, ata-baba yurdlarını mərdliklə müdafiə edirdilər. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, hələ 1967-ci ildə milli münaqişə zəminində baş vermiş hadisələrlə bağlı ulu öndərin olduğu Xocavənd rayonunun Qaradağlı kəndi 77 şəhid verdi. Bu da kənd əhalisinin hər 10 nəfərindən biri demək idi. Lakin qüvvələr qeyri-bərabər idi.

  Bütün cəhdlərə baxmayaraq kəndlər işğal olunur, yandırılır və dağıdılırdı. Bu döyüşlərdə Xocavənd rayonu 145 şəhid verdi, yüzlərlə insan yaralandı. 1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlılara qarşı misli görünməmiş soyqrım törədildi, may ayında isə Şuşa şəhəri işğal edildi. Vaxtilə Heydər Əliyevin çox böyük coşqu və fədakarlıqla qurub-yaratdığı Dağlıq Qarabağ ermənilərin caynağına keçmişdi. Artıq müharibə Dağlıq Qarabağın sərhədlərindən kənarda, digər şəhər və kəndlərimizdə gedirdi. Azərbaycan faktiki olaraq parçalanmaq, məhv olmaq astanasında idi.

  Xalq çıxış yolunu özü tapdı. Naxçıvana Heydər Əliyevə saysız-hesabsız müraciətlər olundu. Xalq üzləşdiyi çətinliklərdən xilas olmaq üçün öz dahi oğlunu Bakıya çağırdı. Azərbaycan xalqının təkidli tələbi və xahişi ilə 1993-cü ilin iyununda xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi ilə müstəqil Azərbaycanın tarixində yeni eranın başlanğıcı qoyuldu. Həmin vaxt öz xalqının iradəsinə arxalanan ulu öndər iki cəbhədə - cəbhə xəttindəki düşmənlərlə və eyni vaxtda, daxili dönüklərlə mübarizə aparırdı. Daxili və xarici qüvvələr Azərbaycanda bir neçə dəfə dövlət çevrilişinə cəhd göstərsələr də, Heydər Əliyev qüdrəti qarşısında məğlub oldular. 1993-cü ilin noyabrında Heydər Əliyevin xalqa müraciətindən sonra cəbhədə dönüş yarandı. Bütün cəbhə boyu əks hücuma keçən milli ordu Füzuli rayonunun 22 kəndini işğalçılardan azad etdi. Bu döyüşlərdə Xocavənd istiqamətində döyüşən silahlı qüvvələr rayon ərazisinin bir hissəsini işğalçılardan azad etdi. Həmin döyüşlərdə Xocavənd taburu xüsusi igidlik və cəsarət nümayiş etdirdi. Ağır sarsıntılar keçirmiş xalq bir qədər yüngülləşmiş kimi rahat nəfəs aldı: Heydər Əliyev gəlibsə hər şey yaxşı olacaq!

   1994-cü ilin aprelində Heydər Əliyev Xocavənd rayonu ərazisində cəbhə xəttinə səfəri zamanı Xocavənd taburunun döyüşçüləri ilə səmimi görüşdü, igid vətən oğullarına öz təşəkkürünü bildirdi. Bir neçə cəsur döyüşçünü isə vətənin yüksək mükafatı ilə təltif etdi. Bu görüşdən ruhlanan əsgərlərimiz həm Xocavənd, həm də Ağdam cəbhələrində "Vətən uğrunda!", "Heydər Əliyev uğrunda!" deyərək böyük şücaət və qəhrəmanlıqlar göstərdilər. Xocavənd rayonunun - Dağlıq Qarabağın 14000 hektar ərazisi düşməndən azad edildi. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.

   1994-cü ilin may ayında atəşkəs elan olunduqdan sonra ölkə yeni nəfəs almaq üçün vaxt əldə etdi. Qısa müddət ərzində bütün sahələr üzrə yeni quruculuq işlərinə başlanıldı. Dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşmiş Azərbaycanı dərin bir uçurumdan xilas edən ümummilli liderimiz ölkəni inkişaf və tərəqqi yoluna çıxardı.

  Ermənilər Heydər Əliyevin tarixi qayıdışını heç zaman gözləmirdilər. Bu qayıdış Azərbaycanı parçalanmaq və dağılmaq təhlükəsindən xilas etdi. Başıpozuq qüvvələrin və xarici kəşfiyyatın Azərbaycanda gerçəkləşdirmək istədikləri vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyuldu və gələcək tərəqqi üçün möhkəm zəmin yaradıldı. Heydər Əliyevin həyatı, fəaliyyəti Azərbaycan tarixinin şanlı və qızıl hərflərlə yazılmış səhifələri, bütöv bir epoxanın canlı salnaməsidir. Heydər Əliyev siyasətlə ağlın gücünü birləşdirərək mənsub olduğu xalqı qabaqcıl dövlətlər sırasına çıxardı. Məhz Heydər Əliyevin çevik siyasəti, böyük dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi, eyni zamanda sarsılmaz Xalq-Heydər Əliyev həmrəyliyi sayəsində Azərbaycan xalqı qardaş qırğını və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Özünün dünya miqyasındakı böyük nüfuzundan məharətlə istifadə edərək Azərbaycanın haqq səsini və ermənilərin işğalçılıq siyasətini bütün dünya ölkələrinə çatdırılması istiqamətində ölçüyəgəlməz işlər gördü. Səfər etdiyi bütün xarici ölkələrdə əlində Azərbaycan xəritəsi mövcud reallığı əyani şəkildə sübut etdi. Bunun nəticəsidir ki, indi dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, Ermənistanın işğalçılıq siyasəti beynəlxalq təşkilatlar tərəfindən pislənilir. Müdrik insan, qüdrətli şəxsiyyət olan Heydər Əliyevin xalqına xidmət etmək potensialı güclü idi.

   Bu gün ulu öndərimizin müdrik siyasəti Heydər Əliyev məktəbinin layiqli yetirməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğur və inamla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar Azərbaycan dövlətinin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu müəyyənləşmə Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider ölkəyə çevrilməsi faktıdır. Ulu öndər Heydər Əliyevin dərindən düşünülmüş yeni neft strategiyası nəticəsində nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir. Azərbaycan dövlətinin beynəlxalq nüfuzu artır, ölkə daxilində yaradılmış ictimai-siyasi vəziyyət, sabitlik sürətli inkişafa imkan verir. Yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza dövlət qayğısı prioritet məsələ kimi daim ölkə Prezidentinin diqqət mərkəzindədir.

   2003-cü ildə prezident seçkiləri ərəfəsində tezliklə Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını bildirən dövlət başçının verdiyi vəd tam reallaşmış, Azərbaycanda bütün çadır şəhərcikləri ləğv edilmiş, onların yerində müasir və hər cür şəraitə malik yeni evlər tikilib məcburi köçkünlərin istifadəsinə verilmişdir. Lakin biz məcburi köçkünlər yaxşı bilirik ki, bütün bunlar müvəqqətidir. 2008-ci il oktyabr ayının 4-də rayonumuzdan olan məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində tikilmiş yeni qəsəbənin açılışındakı nitqində cənab İlham Əliyev qeyd etmişdir ki, "Tikilmiş bu qəsəbələr müvəqqətidir. Biz bu qəsəbələri tikirik ki, siz burada rahat yaşayasınız. Biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dağlıq Qarabağdan olan insanlar öz doğma yurdlarına qayıdacaqlar."

   Torpaqlarımızın sülh yolu ilə işğaldan azad olunması üçün ölkə rəhbərliyi beynəlxalq səviyyədə böyük işlər həyata keçirir. Beynəlxalq qurum və təşkilatlarda Azərbaycanın haqq səsi eşidilir və qəbul edilir. Aparılan sülh danışıqları ilə yanaşı ordu quruculuğunda, ölkənin hərbi qüdrətinin artırılması istiqamətində uğurlu addımlar atılır. İyun ayının 24-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 91-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin birgə keçirdiyi irimiqyaslı əməliyyat - taktiki təlimin əsas mərhələsini izləyən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bildirmişdir: "Biz müharibə şəraitində yaşayırıq, buna görə də biz ilk növbədə, ordu quruculuğu ilə məşğul olmalıyıq və məşğul oluruq. Müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıbdır və hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı düşməndən silahlı yolla azad edək".

  Son illərdə mütəşəkkil qüvvəyə çevrilən Dağlıq Qarabağın azərbaycanlı icması həmişə olduğu kimi, indiki həssas dövrdə də Heydər Əliyev siyasi kursunu birmənalı dəstəkləyir və bu xətti layiqincə həyata keçirən Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmininə yönələn siyasətinə dayaqdır. Qeyd edim ki, bu yaxınlarda qurultayını keçirən Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcması İctimai Birliyi fəaliyyətində yeni mərhələnin əsasını qoyub. Ümumiyyətlə, icmanın fəaliyyətinə hüquqi statusun verilməsi onun beynəlxalq miqyasda fəal şəkildə təşkilatlanmasına, erməni lobbisinin qərəzli təbliğat kampaniyasına qarşı effektiv mübarizə aparmasına imkan yaradır. İcma Dağlıq Qarabağ azərbaycanlılarının üzləşdikləri acınacaqlı vəziyyət barədə, eyni zamanda Ermənistanın azərbaycanlılara və türklərə qarşı tarixən apardığı soyqırımı cinayətləri ilə bağlı məlumatların dünya birliyinə çatdırılmasını qarşısına əsas məqsəd qoyub. Qurultayda haqlı olaraq vurğuladıq ki, Dağlıq Qarabağ icmasının üzvləri müasir informasiya resurslarından, kompüter texnologiyalarından istifadə etməklə ölkə həqiqətlərini bütün dünyaya yaymalı, ermənilərin təcavüzkar siyasətinin ifşasına çalışmalı, həmçinin icmanın internet saytının yaradılmasına nail olunmalıdır. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində bu bölgənin sakinlərinin mövqeyi nəzərə alınmalıdır.

  Dağlıq Qarabağdan olan azərbaycanlılar inanırlar və əmindirlər ki, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunacaq, özülü ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanımız onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə nail olacaqdır. Çünki Prezident İlham Əliyevin qətiyyətli iradəsi bu gün münaqişənin ədalətli həllinə yaranan ümummilli ümidin əsas amilinə çevrilib. Vətəndaşlarımızda qələbəyə olan əminlik də dəfələrlə artıb. İndi Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini bütün variantlarda həll etmək üçün imkanları - siyasi və hərbi qüdrəti var. Seçim, şübhəsiz ki, xalqın və Ali Baş Komandanındır!..

 

     Eyvaz HÜSEYNOV,

    Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı

    Azərbaycan.- 2009 - 14 iyul.

 

      Nəyə görə 1993-cü il iyunun 15-ni Qurtuluş Günü adlandırırıq?

    1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdir. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdür. Qiyamçı hərbi hissənin rəhbərliyi Baş nazir və Milli Məclis Sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdir. Vəziyyət nəzarətdən çıxmış, ətraf rayonların icra başçıları zorla dəyişdirilmiş, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas almışdır. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdir. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil edilmişdir.

    Ulu öndərin Ali Sovetin Sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdir. Heydər Əliyev parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlamış, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını almışdır. Müzakirə və diskussiyaların sivil, demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərmiş, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmişdir. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilmişdir.

    Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdir. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir.

 

    1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

 

 

 

 

     

     Modul xəstəxanalardan dördü hazırdır

     İlham Əliyev: "Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir."

    Virusun yayılmağa başladığı dövrdən dövlət başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli xəstəxanaların tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Belə ki, modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyat yeri yaranır. Eyni zamanda bu xəstəxanaların yaradılmasında əsas məqsədlərdən biri də koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.

    Modul tipli xəstəxanaların yaradılması Prezident İlham Əliyevin "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2020-ci il tarixli sərəncamı ilə həyata keçirilir.

    Bunun üçün dövlət büdcəsindən 14,8 milyon manat ayrılıb. İlk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Növbəti 3 xəstəxana isə paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılıb. Mühüm məsələlərdən biri də odur ki, 10 modul xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Bununla da dövlətin üzərinə düşən yük bir qədər azalır. Bu barədə danışan Prezident İlham Əliyev özəl sektora və vətəndaşlara təşəkkür edərək deyib: "Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm”.

                        

 

 

 

 

 

 

                                Xocavənd ziyalıları xalqımızı cənab Prezidentin çağırışına qoşulmağa səsləyir.   

       Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunSaray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışında karantin tədbirləri ilə bağlı səsləndirdiyi “Mənim üçün bir mənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub” fikrinə öz münasibətimi bildirərək qeyd edirəm ki, Koronavirus pandemiyası başlanandan bəzi dünya dövlətləri bu xəstəliyə etinasız yanaşdıqları vaxtda ölkə rəhbəri çox qətiyyətli addımlar ataraq hələ fevral ayının sonlarında koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün sərəncam imzaldı.

    Azərbaycan dövləti böyük məsuliyyətlə ölkə daxilində əməli addımlar atılmasına diqqəti artırdı. Xəstəxananın açılışında Prezidentimizin dediyi kimi qarşısında iki seçim var idi: ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Çünki dövlət başçısı hələ prezidentliyinin ilk illərində dediyi “Mən hər bir azərbaycanlının prezidentiyəm!” sözü özünü bugünki dövlətçilik fəaliyyətində açıq-aydın göstərdi ki, prezident doğru olaraq öz xalqının sağlamlığını birinci yerdə götürür. Tezliklə ölkəmizdə xəstəliklə mübarizə üçün xəstəxanaların tikilməsi, 20-dən artıq labaratoriyaların açılması, ölkədə 20-dən artıq xəstəxananın koronavirus xəstələrinin müalicəsinə aid edilməsi, “Yeni kilinikanın”- 500 yerlik xəstəxananın bu tezliklə mübarizə üçün yaradılması sübut edir ki, dövlət başçısı üçün əsas məsələ xalqının sağlamlığıdır. Azərbaycanda ən çətin günlərdə xaricdən alınan avadanlıqların quraşdırılması ilə Sumqayıtda tibbi maska , dezinfeksiya maddələrinin hazırlanması və həkimlərə qoruyucu geyimlərin hazırlanması üçün açılan müəssisə onun xalqına olan böyük sevgisi və qayğısıdır. DŞT-nin rəhbərliyi tərəfindən dövlətimizin virusla mübarizəsi nümunə kimi digər dövlətlərə göstərilməsi xalqımız üçün fəxarətdir.”Biz birlikdə güclüyük” devizi hamımız üçün vacibdir, biz qoyulan xüsusi karantin qaydalarına evdə, işdə lazım olan tibbi qaydalara düzgün əməl etməklə Prezidentimizin xalqına olan etimadını doğruldarıq.
    Dünya dövlətlərinə görə Azərbaycanda pandemiya qurbanlarının sayı və ölüm halları çox aşağıdır.
   Bu işdə bizim həkimlərimizin, tibb bacılarının zəhmətini itirməmək üçün hər birimiz bu çağrışlara qoşulmalıyıq. Ən böyük dövlətlərdə belə xəstəliyin müalicəsi üçün xəstəxanalarda yer çatmır, ancaq evdə müalicə olunurlar, amma Azərbaycanda müalicə üçün lazım olan vəsaitin ayrılması ilə hər bir müalicə tədbirləri aparılır.
   Məni təsirləndirən sözlərdən biri də hər prezidentimizin xəstəxanaların açılışında həkimlərə böyük təşəkkürünü bildirməklə ayaqüstə həkimlərin şərəfinə alqışlar etməsidir. Biz dövlətimizlə birlikdə olmalıyıq. Prezidentin maraqlı bir çıxışında diqqətimi cəlb etdi: Mənə hər gün çoxlu sayda təbriklər, təşəkkürlər gəldiyi halda, erməni rəhbərliyinə çoxlu sayda lənətlə dolu məktublar gəlir, çünki onlarda koronavirusla mübarizə çox aşağı səviyyədədir, ölüm halları artır.
   Mən xalqımızı prezidentimizin çağrışına, əməli fəaliyyətinə dəstək olmağa çağırıram. Əgər biz qaydalara düzgün əməl etsək, tezliklə koronavirus pandemiyasına qalib gələrik!

    Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin tarix müəllimi, əməkdar müəllim Telli Alıyeva.

                   

   

 

 

 

 

 

      Azərbaycan Prezidenti əhalini maskadan istifadə etməyə çağırdı.                          

    "Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur"

   Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib.

  "Biz eyni zamanda sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur.

   Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur.

   Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb", - dövlət başçısı bildirib.

 

 

 

     Azərbaycan Prezidenti koronavirusla mübarizədə qlobal səyləri birləşdirir

   Məhz həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanda koronavirus pandemiyasının ağır fəsadları, Avropa ölkələrində olduğu kimi, çoxlu sayda insan itkisi baş vermədi. Bu həm də onu göstərir ki, Azərbaycanda vəziyyət nəzarət altındadır. Qeyd edək ki, Azərbaycanda virusa yoluxanların sayı 8 minə qədər olduğu halda, əhalisi bizdən beş dəfə az olan Ermənistandan yoluxma sayı 13 mini ötüb. Prezident İlham Əliyev bildirib ki, xalqla iqtidar arasında birlik olan yerdə nəticə də yaxşı olur: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.

   Azərbaycan Prezidentinin təşəbbüsləri ilə koronavirusla mübarizə məsələləri yalnız ölkə daxilini əhatə etmir. Respublikamızın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyindən irəli gələrək Prezident İlham Əliyevin təşəbbüsləri ilə bir müddət əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirilib. Bununla da Azərbaycan Prezidenti koronavirusla mübarizədə qlobal səyləri birləşdirib. İlham Əliyevin qeyd etdiyi kimi, bizim onsuz da yüksək səviyyədə olan beynəlxalq imicimizə də bu, növbəti bir töhfədir."Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təklifləri diqqətə alınır. İndiyə qədər bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə videokonfrans formatında bir neçə beynəlxalq tədbirlər keçirilib.Eyni zamanda, biz Qoşulmama Hərəkatının üzvlərinə, ilk növbədə, müraciət edərək təklif etdik ki, BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyası keçirilsin. Bu dəstəyi biz aldıq, Qoşulmama Hərəkatının üzvləri bu təşəbbüsümüzü yekdilliklə dəstəklədilər və ondan sonra biz BMT Baş katibinə, - o, Qoşulmama Hərəkatının Zirvə görüşündə öz sözünü demişdi, müraciətini səsləndirmişdi, - müraciət etdik və indi cavab gözləyirik. Hesab edirəm ki, indiki şəraitdə dünya birliyinin bu məsələ ilə bağlı vahid mövqedən çıxış etməsi zəruridir".

   Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada iki dəfə ianə verməsi və beləliklə də, 29 ölkəyə humanitar yardım göstərməsi, fərdi qaydada isə 14 ölkəyə humanitar yardım etməsi də Azərbaycanın qlobal səviyyədə koronavirusla mübarizəyə verdiyi töhfələrdir. Bütün bunlar beynəlxalq ictimaiyyət, o cümlədən ÜST tərəfindən yüksək qiymətləndirilib.

Ən böyük qiyməti isə Azərbaycan xalqı verir. Bu günlərdə xalqımızın İlham Əliyevin ətrafında sıx birləşməsi ölkəmizdəki milli həmrəyliyin təcəssümüdür. Bu baxımdan bir çox sınaqlardan layiqincə çıxmış Azərbaycanın koronavirusla mübarizədən qalib ayrılacağı da şübhəsizdir.

 

 

 

        Vətəndaşların və beynəlxalq təşkilatların təqdir etdiyi fəaliyyət

İLHAM ƏLİYEV :Azərbaycan koronavirus pandemiyasına qarşı sadəcə regionda öndə gələn dövlət deyil, eyni zamanda inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır.

Ümumiyyətlə, Prezident İlham Əliyevin koronavirusla mübarizə təşəbbüsləri çoxşaxəlidir. Bu zaman vətəndaşlarımız və beynəlxalq təşkilatlar tərəfindən təqdir olunan əsas məsələ Prezident İlham Əliyevin problemin həllində nümayiş etdirdiyi nümunəvi mövqeyidir. İlham Əliyevin fərman və sərəncamları ilə məqsədi koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarət olan Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması və buraya Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 20 milyon manatın ayrılması, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşının artırılması, koronavirusla əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi virusla mübarizənin ilkin mərhələsində atılan mühüm addımlar oldu.

Eyni zamanda 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və "Yeni klinika” adlanan xəstəxanasının açılışından sonra virusa yoluxan xəstələrin müalicəsi üçün onların ixtiyarına verilməsi, yeni laboratoriyaların alınması, Sumqayıtda qoruyucu tibbi maska istehsalı müəssisələrinin fəaliyyətə başlaması vətəndaşların sağlamlığı naminə həyata keçirilən dövlət siyasətinin uğurlu nümunələri oldu.

Minlərlə Azərbaycan vətəndaşının müxtəlif ölkələrdən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə ölkəmizə təxliyə edilməsi isə İlham Əliyevin hər bir məsələdə öz xalqının yanında olduğunu, vətəndaşının taleyinə son dərəcə diqqətlə yanaşdığını növbəti dəfə təsdiq etdi. Cənab prezident İlham Əliyev iyunun 9-da modul tipli xəstəxananın açılışında bir daha bildirdi ki, xaricdə qalan vətəndaşlarımız da hər zaman diqqət mərkəzindədir və onların ölkəyə gəlməsi üçün bütün mümkün vasitələrdən istifadə edilir.
"Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün xüsusi portal yaradılıb. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir."

Atılan addımlar, verilən qərarlar həm də iqtisadi dayanıqlığın qorunması və vətəndaşların sosial rifahı kimi məsələləri əhatə etdi. Yüz minlərlə vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənildi. Aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə ödənişli ictimai iş yerlərinin sayı 2 dəfə artırılaraq 90 minə çatdırılıb. Aprelin 1-dən həm də ünvanlı sosial yardımı alan ailələrin sayı 12 min artırılıb.

 

 

                   İlham ƏLİYEV: Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub.   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir neçə aydır bütün ölkələrdə ciddi təhdid mənbəyinə çevrilən koronavirus pandemiyası hər gün on minlərlə insanın həyatını təhlükə altına atır. Təsadüfi deyil ki, son statistikaya görə, dünyada bu virusa yoluxanların sayı 7,3 milyon, ölənlərin sayı isə 413 min nəfəri ötüb. Ən inkişaf etmiş ölkələr belə bu təhlükənin qarşısında aciz durumda qalıb.

Bu müddətdə xəstəliklə mübarizə tədbirləri təsdiq etdi ki, yoluxuculuq forması yüksək olan virusdan qorunmağın ən yaxşı yollarından biri sosial izolyasiya, insanlar arasında ünsiyyətin məhdudlaşdırılması, karantin rejiminin tətbiqidir. Bu xüsusda müvafiq addımlar atan, qabaqlayıcı tədbirlər görən ölkələrdə virusun tüğyan etməsinin qarşısı alınıb və itkilər digər dövlətlərlə müqayisədə xeyli az olub.

Bunun ən real nümunəsi qismində çıxış edən ölkələrdən biri də Azərbaycandır. Təsadüfi deyil ki, bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Bu da təsadüfi deyil. Çünki fevralın sonlarında respublikamızda virusa ilk yoluxma halı qeydə alınandan sonra dərhal, operativ şəkildə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Virusun qonşu ölkələrdən gəlməsi nəzərə alınaraq yük avtomobillərinin hərəkəti istisna olmaqla, bütün sərhədlərimiz bağlanıldı və yalnız Azərbaycan vətəndaşlarının vətənə qayıtmalarına imkan yaradıldı. O cümlədən bütün istiqamətlərə təyyarə uçuşları dayandırıldı.

Qlobal pandemiya ilə mübarizə məsələsi ilk gündən Prezident İlham Əliyevin diqqət mərkəzində oldu. Mart, aprel, may və iyun aylarında dövlət başçısının fəaliyyəti, keçirdiyi görüşlər, verdiyi qərarlar bunu təsdiq edir. Koronavirusla mübarizə bu gün dövlət siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə ən vacib məsələ isə ilk növbədə vətəndaşların sağlamlığıdır. İyunun 9-da modul tipli xəstəxanaların açılışı zamanı Prezident İlham Əliyev bir daha bildirdi ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır.

"Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub" - deyən cənab Prezident əsas vəzifəmizin insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etmək olduğunu vurğulayıb.
"Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik."
Məhz həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanda koronavirus pandemiyasının ağır fəsadları, Avropa ölkələrində olduğu kimi, çoxlu sayda insan itkisi baş vermədi. Bu həm də onu göstərir ki, Azərbaycanda vəziyyət nəzarət altındadır. Qeyd edək ki, Azərbaycanda virusa yoluxanların sayı 8 minə qədər olduğu halda, əhalisi bizdən beş dəfə az olan Ermənistandan yoluxma sayı 13 mini ötüb. Prezident İlham Əliyev bildirib ki, xalqla iqtidar arasında birlik olan yerdə nəticə də yaxşı olur: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.

 

 

 

  Prezident vətəndaşların sağlamlığını tam nəzarətində saxlayır. 

    

    İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

    Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.

    Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.


    http://www.azerbaijan-news.az/…/prezident-vetendaslarin-sag…

 

 

 

 İlham ƏLİYEV: "Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır” 

  İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.

  Bunlar paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləridir.

  Beləliklə, daha üç modul tipli xəstəxana istifadəyə hazırdır. Bu, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.

http://www.azerbaijan-news.az/…/prezident-vetendaslarin-sag…

 

 

 

 

 Demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdən biri korrupsiyaya qarşı mübarizədir. Çünki korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur. Bununla yanaşı, korrupsiya cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Bir sözlə, korrupsiya dünyanı narahat edən problemlərdən biridir.

 Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da hər zaman korrupsiyaya, ruşvətxorluğa qarşı mübarizə aparılıb və son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salan korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Bunu təsdiqləyən kifayət qədər faktlar mövcuddur.

 

  http://www.azerbaijan-news.az/…/ilham-eliyevin-mutereqqi-is…

 

 

     

 

 

 

 

 

 

 

 

 

Ölkəmizə qarşı tətbiq olunan ikili beynəlxalq standartlar bizi ali məqsədlərimizdən döndərə bilməz!

 Prezident İlham Əliyev 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışı zamanı Qondarma Dağlıq Qarabağ xunta rejimində 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən prezident (2-ci tur) seçkiləri ilə bağlı proqram xarakterli olduqca vacib məqamlara toxunmuşdur:
• Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı.

Prezident İlham Əliyev daha sonra çıxışına belə davam edib:
• “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”. Prezident İlham Əliyev Avropa Şurası ilə münasibətləri xarakterizə edərək, bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytardıqlarını, indi bu dünyada bəzi ölkələrdə nələr baş verməsi ilə bağlı Avropa Şurasından bəyanat vermələrini gözlədiklərini qeyd etdi.

• Prezident İlham Əliyev elə Avropa dövlətlərinin özlərində polis zorakılığının, nümayişçilərə qarşı tətbiq edilən gücün, nümayişçilərin öldürülməsinin, onların gözlərinin çıxarılmasının, kütləvi surətdə həbslərin, jurnalistlərin döyülməsinin, həbs edilməsinin müşahidə edildiyini ifadə edib. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar.
Prezident İlham Əliyev nitqinə davam edərək belə deyib:
• Mart ayında şouların təşkili üzrə peşəkar olan (şoumen) Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirildi. Həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı.

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkilərinin COVID-19 koronavirus pandemiyasının geniş yayıldığı bir zamanda keçirilməsi məsələsi də geniş izah olunmalıdır. Pandemiya dövründə keçirilən seçkilərdə belə Qərb dövlətləri və AŞPA səslərini çıxarmadı. Hətta BBC seçkilərlə bağlı xəbərləri “Koronavirusun ortasında seçkilər” kimi manşetə çıxardaraq bunun bir “cəsarət nümunəsi” kimi təqdim etməyə çalışdı. Qondarma Dağlıq Qarabağ xunta rejimində prezident və parlament seçkiləri zamanı insan həyatına bu qədər ucuz dəyər verilməsi, bütün dünya koronavirus pandemiyasına qarşı ümumi mübarizə edərkən xunta rejiminin pandemiyaya qarşı gərəkli önləyici tədbirlərin almaması da diqqətdən kənarda qalmamalı və gündəmə gətirilməlidir.

Azərbaycan və Ermənistanın eyni tarixlərdə Avropa Şurasına üzv olduqlarını və bərabər bir sıra öhdəliklər götürdüklərini vurğulayan Prezident İlham Əliyev, Ermənistandan fərqli olaraq Azərbaycanın götürdüyü öhdəliklər sadiq qalmasına baxmayaraq, bu iki ölkəyə münasibətdə AŞ-nın ikili standartlarda siyasət həyata keçirdiyini xatırladıb:

• Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdir. Xüsusilə vurğulanmalıdır ki, həmin öhdəliklərin monitorinqini Avropa Şurası həyata keçirir. Deməli, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. AŞ-dan fərqli olaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında öhdəliklərinə sadiq almışdır.

AŞPA-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı nifrət aşıladığını deyib və təbii ki, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi diqqətindən yayınmayıb:
• Prezident İlham Əliyev qeyd edib ki, heç kəsə sirr deyildir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası tamamilə nüfuzdan düşən bir quruma çevrilib, AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və heç kəsə sirr deyil ki, AŞPA-da son illər aparılan müzakirələr ədalətli deyil, demokratik dəyərlər və insan haqları kobud şəkildə pozulur, sönük keçir. AŞPA-nın 324 əsas üzvü olsa da, müzakirələr zamanı əksər hallarda ümumi sayın 1/3 və ya daha aşağı hissəsi plenar iclaslarda iştirak edir. Məsələn, AŞPA-nın bu ilin yanvarın sonlarında keçirilən qış sessiyasında Assambleyanın monitorinq proseduru ilə bağlı tərəqqi hesabatının səsverməsində 69 deputat, son vaxtlar AŞ-nin əsas müzakirə mövzularından biri olan yeni komplementar prosedurla bağlı qətnamənin səsverməsində isə 163 deputat iştirak edib.

AŞPA-nın fəaliyyətinin bəşəri dəyərlərlə və beynəlxalq hüququn prinsipləri ilə üst-üstə düşmədiyini, ikili standartlar nümunəsinə rast gəldiyini qeyd edən Prezident İlham Əliyev belə davam edib:
• AŞPA ikili standartların ən geniş vüsət aldığı regional platformadır və təəssüf ki, Azərbaycan bu yanaşmanın əsas hədəflərindən biri olmaqda hələ də davam edir. Təxminən 20 ildir ki, siyasi sifariş icra edən bir sıra şəxslər AŞPA tribunasından ölkəmizə qarşı əsassız tənqidlər və böhtan səsləndirmək üçün istifadə etməyə cəhd edirlər.

• Bu gün biz dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, təhqir edilməsinin, insanların üstünə itlər göndərilməsinin, atlarla əzilməsinin şahidi oluruq. Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səsini belə çıxarmağa cürət/cəsarət etmir.
Son zamanlarda ABŞ-da kütləvi etirazların yaşanması probleminə də toxunan Prezident İlham Əliyev problemə münasibətini belə şərh edib:
• ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilmir. Həmin səhnələrə baxdıqda məşhur Hollivud filmləri olan “Qara cəngavərin yüksəlişi” və “Coker” filmləri insanın gözü qarşısında keçir. Heç kimə sirr deyildir ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunmuş, 16-dan çox insan həyatını itirmişdir. Hadisələr zamanı internetdə jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş eləmiş qüvvələr nədənsə həmin hadisələri görməzdən gəlirlər.
AŞPA və ATƏT-in Azərbaycana yönəlik haqsız siyasətini qiymətləndirən Prezident İlham Əliyev belə deyib:
• AŞPA və ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Görünür AŞPA-da bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür.

Prezident İlham Əliyev AŞPA-nın Azərbaycana yönəlik siyasətində siyasi məhbuslar məsələsinin haqsız və əsassız olaraq hər zaman gündəliyə gətirməsi məsələsinə də münasibət bildirib:

• Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra anti-Azərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu və kimlərsə tərəfindən idarə edildiyi aydın şəkildə dərhal sezilirdi.

• Ölkəmizə qarşı ciddi nəsə edə bilməyən qüvvələr mifik “Azərbaycan landromatı” söhbətini ortaya atdılar. Bir anlıq təsəvvür edək ki, guya bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış prinsipsiz və əqidəsiz tülüngülərdir. Bəs onda bu satılmış siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərdən danışırlar?!

AŞPA-nın cari ilin 9 fevral tarixində keçirilən parlament seçkiləri ilə bağlı qərəzli və ədalətsiz münasibəti də Prezident İlham Əliyevin nitqində yer alıb:

• AŞPA-nın Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibəti qəbuledilməz idi. Bütün seçki prosesini, atılan addımları, tərəqqini kənara qoyaraq diqqəti bir neçə nəfərin üzərinə cəmləmək və Azərbaycana qarşı iftiralar atmaq sırf qərəzdən xəbər verir. Bu mənada, 2020-ci il yanvarın 30-da AŞPA-da Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin məzmunu bir yana, vaxtı da suallar doğurdu. AŞPA-nın seçkiyə az qalmış belə bir destruktiv addım atması onun sadəcə siyasi cəhətdən yetişməməsinin bariz nümunəsidir. Sual olunur. AŞPA Azərbaycanı məgər bu qədər çox sevir? AŞPA-nın bu qədər Azərbaycanı canı yanır?

AŞPA-Azərbaycan münasibətlərini təhlil edən Prezident İlham Əliyev qurumun təməlini təşkil edən bəşəri demokratik dəyərlərin qurumun özü tərəfindən heç də bəşəri qəbul edilmədiyini göstərməsi baxımından maraqlı müqayisə aparıb:

• Əgər belədirsə, AŞPA nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüzminlərlə azərbaycanlının taleyinə biganə qalır. AŞPA-da 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə çox yüksək əhəmiyyətə malik sənəddir. Bu sənəddən irəli gələrək, yaradılmılş Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir.

Prezident İlham Əliyev qondarma Dağlıq Qarabağ xunta rejimində əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalmasına münasibət bildirib:

• AŞPA azərbaycanlıları sevirsə, niyə indiyədək hazırda Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı kiçik də olsa bir fikir səsləndirmirlər. Axı onlar da insandırlar və onların işgəncə altında da saxlanıldığı heç kimi sirr deyil.

AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvlərinin Azərbaycana qarşı qərəzli mövqeyinə, faşistlərlə əməkdaşlıq etmiş Qareqin Njdenin İrəvanda heykəlinin qoyulmasına bu qurumun münasibət bildirilməməsi məsələsinə toxunan Prezident İlham Əliyev çıxışına belə davam edib:

• AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər. Məsələn, AŞPA-nın 2020-ci ilin yanvarında keçirilmiş qış sessiyasında Qaregin Njdeyə kimi əli günahsız insanların qanına batmış və faşistlərlə əməkdaşlıq etmiş Ermənistanın bir deputatı Azərbaycanı faşizm ilə əlaqələndirmişdir. Təəssüf ki, bu kimi hallarda AŞPA rəhbərliyi tərəfindən məsələyə adekvat reaksiya verilmir. AŞPA kimin tərəfindədir? Faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njdeni dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın, yoxsa mədəniyyətlərarası və dinlərarası dialoqu özünün xarici siyasətinin əsas prioritetlərindən birinə çevirmiş Azərbaycanın?! Utanmasan, oynamağa nə var ki? Gör kim kimə faşist deyir? Sanki qədim Azərbaycan şəhərini həyasızcasına özününküləşdirmiş İrəvan şəhərində faşistə abidəni də Azərbaycan qoyub.

AŞPA-nın qərəzli, ədalətsiz və beynəlxalq hüququ nəzərə almadan qarayaxma kampaniyasının Azərbaycanın siyasi iradəsindən döndərə bilməyəcəyini, doğru və qanuni bildiyi yoldan uzaqlaşdırmayacağını qeyd edən Prezident İlham Əliyev deyib:

• AŞPA-da bəziləri Ermənistan, erməni lobbisi və islamofobların apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərmək mümkünsüzdür. Azərbaycanda siyasi məhbuslarla bağlı qəbul edilmiş son qətnamə heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin Azərbaycan üçün dəyəri bir kağız parçasından artıq deyil. Azərbaycan orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmir. Azərbaycanla hədə, şantaj dilində danışmaq olmaz. Azərbaycan AŞPA-nın qərəzli qətnamələrinin heç birini icra etməyəcəkdir. AŞPA isə bundan sonra da Azərbaycanla bütün körpüləri yandırmaq siyasətini davam etdirmək istəyirsə, bu onun öz seçimidir.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iqtisadi, siyasi uğurlar qazandığını, pandemiya dövründə qəbul etdiyi doğru qərarlar və istər vətəndaşlarına, istərsə də digər dövlətlərə göstərdiyi humanitar yardımlar və başqa tərəqqiləri göstərmək baxımından aşağıdakı abzas xüsusi əhəmiyyət daşıyır.

• 30 ilə yaxındır ki Azərbaycan müstəqillik əldə edib və bu dövr ərzində ölkəmiz kifayət qədər uğurlar qazanıb. Hamının qarşısında aciz qaldığı COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan əhəmiyyətli töhfə verib. Multilateralizmin can verdiyi bir şəraitdə Azərbaycan çoxtərəfli diplomatiyanın vacibliyini və zəruriliyini uzunmüddətli müstəqillik tarixi olan dövlətlərə nümayiş etdirə bildi. Pandemiya dövründə belə Azərbaycanı ağ-qara ekrandan izləməyə vərdiş edən AŞPA və Qərbin bəzi dairələrinin bir daha qərəzinin canlı şahidi olduq.

Prezident İlham Əliyev şəxsi təşəbbüsü ilə pandemiya dövründə Türk Şurasının və Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri bu görüşlərin nəticələri barədə danışıb və çıxışında bu məsələlərə də yer verib. Bu məsələlər də geniş şəkildə gündəmə gətirilməlidir.

• Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşləri keçirilib. Qeyd olunmalıdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunan Zirvə görüşünü keçirib. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökumət başçıları və xarici işlər nazirləri iştirk ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir. Eyni zamanda, Azərbaycan pandemiya dövründə 30-dan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım edib.

Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Xəzər hövzəsindəki enerji resurslarının dünya bazarlarına çıxarılması, Avropanın enerji tələbatının qarşılanmasında mühüm yerə sahib olması, həyata keçirdiyi beynəlxalq infrastruktur layihələri olduqca əhəmiyyətlidir. Bu baxımdan aşağıdakı məsələlər gündəmə gətirilməlidir.
• Azərbaycan dünyada artıq “orta miqyaslı” (middle power) ölkə kimi tanınır. Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir. Eyni zamanda, uğurlu regional enerji və infrastruktur layihələri ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinə və davamlı inkişafına töhfə verir. Azərbaycan dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında dəfələrlə vasitəçi kimi çıxış etmişdir. Bütün bunlar ölkəmizin nüfuzundan xəbər verir ki, bu da öz növbəsində azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz.

 

          Anar İbrahimov :Cənab Prezident İlham Əliyevin Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri ilə bağlı səsləndirdiyi fikirlər xocavəndlilərin ürəyincə oldu

Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin tarix müəllimi İbrahimov Anar Mətləb oğlu 2020-ci il iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Cənab Prezident İlham Əliyevin Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri ilə bağlı proqram xarakterli çıxışı ilə bağlı qeyd edib ki, qondarma rejim tərəfindən keçirilmiş bu seçkilərin nəticəsi heç bir dünya dövləti tərəfindən tanınmayıb. Hətta uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Təəsüf hissi ilə qeyd etməliyik ki, Qondarma Dağlıq Qarabağda keçirilmiş Cənab Prezident İlham Əliyevin təəbrincə desək şou və təlxəklər tamaşasına Avropa Şurası münasibət bildirmədi. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Dünyada gedən proseslərə biganə qalan bu dırnaqarası təşkilat nədənsə Azərbaycanda sosial-iqtisadi, mədəni, ictimai-siyasi sahəhələrdə həyata keçirilən bütün islahatlara qarayaxma ilə məşğuldur. Avropa Şurası qitədə yüz illərdir formalaşam bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı.
Anar İbrahimov bu gün dünyada cərayan edən proseslərə diqqət çəkərək bildirib ki, ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” deyən silahsız qaradərili Corc Floydun ölümünə münasibət bildirməməsi insanda bir ikrah hissi oyadır. Hanı haqq-ədalət bir günahsız əli yalın insanı irqinə görə qanun keçikçisi küçənin ortasında silahdan açılan atəşlə qətlə yetirirsə budurmu Avropa Şurasının ədaləti. Göründüyü kimi “bu ədalət carçısı” kim güclüdürsə, ondan qorxur. Həmin dövlətdə gedən proseslərə nəinki münasibət bildirir bu məsələləri görməzlikdən gəlir. Natiq Cənab Prezidentin qeyd etdiyi kimi, iki Azərbaycan vətəndaşının 2014-cü ilin iyun ayında öz ata-baba yurdlarını ziyarət edərkən ermənilər tərəfindən tutularaq qondarma DQR mühakimə olunmasına AŞPA-nın biganə qalmasının bir daha Azərbaycan Respublikasına qarşı ikili standarların mövcudluğundan xəbər verdiyini təəsüflə qeyd etdi. Artıq 6 il keçməsinə baxmayaraq, əsirlikdə olan iki mülki Azərbaycan vətəndaşının - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də qanunsuz olaraq xunta rejimində həbsdə saxlanılmasına aidiyyəti qurumların səssiz qalması dünyanın gözü önündə baş verir və ən təsirlisi isə Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı hər hansı fikir sərgiləmirlər.

 

                                                                                                                 

                                                                                                               

                          Məhərrəm Nəsirov :"Azərbaycanın uğurlarını qəbul etməyənlər Qərbin erməni təəssübünü çəkən siyasi dairələridir"

 

Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənir, beynəlxalq münasibətlər sistemində güclü mövqeyi olan dövlət kimi qəbul edilir. Respublikamızın müstəqil siyasət yürütməsi, enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun yaradılması kimi qlobal məsələlərdə söz sahibi kimi çıxış etməsi sağlam siyasi mərkəzlərin etiraf etdiyi reallıqlardır.

Azərbaycanın bu uğurlarını qəbul etməyənlər isə Qərbin erməni təəssübünü çəkən siyasi dairələridir. Hansı ki, həmin dairələr daim Azərbaycanda gedən inkişaf və demokratikləşmə proseslərinə, ölkəmizin hər bir uğuruna qara yaxmağa, kölgə salmağa, anlayışını belə verə bilmədikləri "siyasi məhbus” axtarmağa çalışıblar. Son olaraq Avropa Şurasının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı rejim tərəfindən keçirilən seçki şousuna münasibət bildirməməsi həmin dairələrin iç üzünü bir daha ortaya qoydu.

3 iyun 2020-ci il tarixdə Tərtər şəhərində Olimpiya İdman Kompleksinin açılışından sonra idmançılarla görüşən Prezident İlham Əliyev bu məsələyə toxunaraq bir daha bəyan etdi ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər bir kağız parçasından artıq deyil. "Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda "beşinci kolon”u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı” deyən Prezident qeyd etdi ki, bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!

Bəli, dövlət başçısının da dediyi kimi Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiya durur. Avropa Şurasının və onunla eyni mövqedə olan "Freedom House”, "Human Rights Watch”, "Amnistey İnternational” kimi təşkilatlar daim Azərbaycanı ləkələmək üçün fürsət axtarır, ölkəmizdə insan hüquqlarının vəziyyəti ilə bağlı obyektivlikdən uzaq bəyanatlar verir, o cümlədən islamofobiya mövqeyində duraraq qərəzli çıxışlar edirlər. Lakin bir dəfə də olsun qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq azərbaycanlının pozulmuş yaşamaq və mülkiyyət hüquqlarını müdafiə etməyiblər.

Amma Azərbaycan dövlətinin uğurlarını həzm edə bilməyənlər yalnız bunlar deyil. Bu gün özünü müxalifətçi və ya hüquq müdafiəçisi hesab edən bir qrup qaragüruh, xəyanət yolunu seçmiş reneqatlar da öz əməlləri ilə dövlətimizə və xalqımıza qənim kəsiliblər. Prezident İlham Əliyev Tərtərdəki nitqində "beşinci kolon”u və "satqınlar” ifadələrini təsadüfi işlətmədi. Çünki çoxdan tükəndiklərini, xalqın nifrətini qazandıqlarını hələ də dərk edə bilməyənlərin və onların təmsil olunduqları təşkilatların xalqa və dövlətə xəyanət yolunu tutduqları sübuta ehtiyacı olmayan aksiomdur. Məsələn, bu adamlar sifariş aldıqları Qərb dairələrində keçirdikləri görüşlərdə bir dəfə də olsun Azərbaycanın haqq səsini ucaltmır, Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu dilə gətirmir, eyni zamanda Azərbaycandakı real vəziyyəti məqsədyönlü şəkildə təhrif edirlər. Çünki siyasi xülyaları naminə məhz ermənipərəst dairələrlə əməkdaşlıq edirlər və bununla da Azərbaycan dövlətinin və xalqının milli maraqlarına qarşı çıxırlar.

Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi 29 il ərzində çox ağır sınaqlara məruz qalıb. Lakin dövlətimiz bütün bu sınaqlardan daim alnıaçıq çıxıb. Bu gün isə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha qüdrətli və daha güclüdür. Heç bir xarici qüvvə və milli satqınlar qrupu bu dövlətə təzyiq və ya təsir edə bilməz.

 

 

 

 

 

Xocavənd qəsəbələrində sakinlər arasında maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət gücləndirilib

Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir.
Xocavənd qəsəbələrində koronavirusa qarşı mübarizə çərçivəsində maarifləndirmə işləri davam edir. Sakinlər arasında maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət gücləndirilib.

 

 

 

 

 

          Koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Xocavənd Rayon İcra Hakimiyyətinin MƏLUMATI

          Əziz xocavəndlilər və dəyərli səhifə izləyicilərimiz!

         Azərbaycan dövləti koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir. Məhz bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub.

        Xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilmiş, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını üstələmişdir.

        Amma təəssüflə qeyd etməliyik ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlanmış, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmamışdır.

        Pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır.
        Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
         Cənab Prezident İlham Əliyevin 03.06.2020-ci il tarixində Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməldir.
          Əziz sakinlərimiz insanların toplaşdığı və yaxın təmasda olduğu açıq və qapalı ictimai yerlərdə, nəqliyyatda,ictimai iaşə, ticarət və xidmət obyektlərində aranızda sosial məsafənin qorunmasına diqqət edin və maskadan istifadə edin

 

 

                                                  Kölgədə olan günəşi görə bilməz

 

          İqtisadi inkişaf cəmiyyətin rifahı üçün əsas şərtlərdəndir. İnkişaf etmiş iqtisadi sistem yüksək sosial təminat deməkdir. Başqa sözlə, iqtisadiyyatı güclü olan dövlətin vətəndaşı da zəngin olur. İqtisadiyyatı kölgədə olan ölkənin vətəndaşları üçün işıqlı gələcək xəyaldır və iqtisadiyyatın inkişafını ləngidən səbəblər birbaşa vətəndaşın güzəranına da təsir edir. Buna görə də qanunsuz yollarla əldə olunan gəlirlərin həcminin azaldılması və “kölgə”də qalan iqtisadi sahələrin aşkara çıxarılması vacibdir. Azərbaycanda bu sahədə vəziyyət optimist notlara köklənib. Son zamanlar iqtisadi sahədə görülən işlər bu sahədə şəffaflaşmanın təmin olunmasına yönəlib və görünən odur ki, “kölgə”də olan sahələrin gün işığına çıxması müsbət nəticələrə səbəb olub. Qeyd edək ki, 2019-cu ildən başlayaraq qeyri-neft sektorunun özəl bölməsində çalışan, aylıq əməkhaqqı səkkiz min manata qədər olan vətəndaşlar üçün yeddi il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib. Əhalinin əksər hissəsinin səkkiz min manatdan az maaş aldığını nəzərə alsaq, bu güzəştin böyük əhatə dairəsi olduğunu görmək çətin deyil.
         Dövlət özəl sektor üçün çox böyük güzəşt etdi. Rəsmi açıqlamalara görə, güzəştin əsas hədəfi “kölgə iqtisadiyyatı”nın həcmini azaltmaq, əhali arasında məşğulluğu artırmaq, xüsusilə əməkhaqlarının leqallaşmasına nail olmaq idi. Dəyişiklikdən sonra -2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
        Xocavənd rayonu üzrə iqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı barədə olan məlumata əsasən 2020-ci il aprelin 1-i vəziyyətinə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1391 nəfər olmuş, onlardan 1355 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 36 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir. Muzdla işləyənlərin 42,8%-i təhsil, 6,3%-i sənaye, 19,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 13,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 2,4%-i nəqliyyat və anbar təsərrüfatı, 1,5%-i peşə, elmi və texniki fəaliyyət, 10,8 istirahət, əyləncə və incəsənət sahəsində, 2,5%-i kənd təsərrüfatı, 0,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. Rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 470,8 manat olmuşdur.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu. Beləliklə pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu. Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.
       Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
        Azərbaycanda dövlət büdcəsinin təqribən 40 faizi sosial yönümlü xərclərə yönəldilib. “Kölgə iqtisadiyyatı”nın həcminin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərin faydasını ən çox vətəndaş görür. Qısa müddət keçsə də, əldə olunan nəticələr sosial sahədə, cəmiyyətin həyatında ciddi bir canlanma yaradıb. Bütün bunlar qeyri-leqal fəaliyyətlə məşğul olanların cibinə gedən vəsaitin büdcəyə yönəldilməsi, dövlət və özəl sektorlarında şəffaflığın təmin edilməsi, struktur islahatları və s. nəticəsində mümkün olub və əldə edilmiş yeni gəlirlərin hesabına baş tutub.
Hazırda dövlət tərəfindən vətəndaşın sosial təminatının qorunması üçün müxtəlif alətlər tətbiq olunur. Lakin bəzi hallarda vətəndaşlar özləri də bilmədən “kölgə iqtisadiyyatı”nın iştirakçısına çevrilirlər və fərqinə varmadan sosial təminatlarını təhlükə altına salırlar. Nəticədə, illərlə işləyib, sonda az məbləğdə pensiya almalı olurlar. Bəzi hallarda isə pensiya almaqdan, ümumiyyətlə, məhrum olurlar. Buna görə vətəndaşlar da təşəbbüskar olmalı və ölkə iqtisadiyyatının “kölgə”dən tam çıxmasına yardım etməlidirlər. Onlar iş yerlərində əmək müqaviləsini tələb etməli, vergiləri ödəməli, qanunsuz yollarla gəlir əldə etməkdən birdəfəlik imtina etməli, alış-veriş zamanı kassa çeki tələb etməli, qısacası, öz hüquqlarını müdafiə etməyi bacarmalı və şəffaf fəaliyyətə can atmalıdırlar. Çünki şəffaflıq parlaq gələcəyin qurulması üçün əsas şərtdir. Məşhur çin filosofu Konfutsinin dediyi kimi, “Günəşi görmək istəyirsənsə, kölgədən çıxmaq” ən düzgün yoldur.

   

    21.05.2020

     Pandemiya dövründə Xocavənd rayonu üzrə pensiya, müavinət və təqaüd alan şəxslərin           ödənişlərinin davamlılığı təmin edilmişdir

      Əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
     Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edildi. Sosial ödənişlər formal sektorda işləyən şəxslər üçün sosial dayaq və sosial müdafiə rolunda çıxış edir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalır.
      Xocavənd rayonu üzrə 191 ailənin 782 nəfər üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Rayon üzrə sosial müavinət alanların sayı 919 nəfər olmaqla, bir nəfərə düşən aylıq məbləğ 111,86 manat olmuşdur. Rayonda 1076 nəfər pensiyaçı qeydiyyatda olmuş və onlara təyin edilmiş aylıq pensiyaların orta məbləği 263,15 manat təşkil etmişdir. Pensiyaçıların sayından 166 nəfər işləyənlərdir. Pandemiya dövründə Xocavənd rayonu üzrə pensiya, müavinət və təqaüd alan şəxslərin ödənişlərinin davamlılığı təmin edilmişdir.

 

 

Dövlətimiz “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.

      Dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.
Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət dövləti əslində çətin seçim qarşısında qoydu. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.
           Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.
         Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı.
Pandemiya dövründə xüsusi karantin rejiminin tədbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşdırılması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etmək məqsədilə nəzərdə tutulan 190 manat ödəmə ilə bağlı Xocavənd rayon sakinləri də müraciət etmişlər. 190 manat ödəmə ilə bağlı vətəndaşların qəbulu yalnız telefon və onlayın qaydada aparılmışdır. Onlayın qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalinda, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “ online müraciət” bölümünə daxil olmaqla işsiz və ya işaxtaran kimi ucota alinmışdırlar. Aprel ayı ərzində Xocavənd rayon Məşğulluq Mərkəzinə onlayin müraciətlərinin sayı 2021 nəfər olmuşdur onlardan 1079 nəfəri qadınlardır. Müraciət etmiş vətandaşlardan 1418 nəfərinə işsizlik statusu verilmişdir. 07.05.2020-ci il tarixə Mərkəz üzrə qeydiyatda olan vətəndaşların sayı 2335 nəfər ümmilikdə isə digər rayonlarada daxil olan müraciətlər 3075 nəfər olmuşdur. Müraciət edən vətəndaşlardan müvafiq qanunvericiliyə əsasən işsiz kimi qeydə alınan və hazırda dövlətdən sosial ödəniş (ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s.) almayanlar 190 manat birdəfəlik ödəməni almışlar

“Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin iştirakçısı olmaq qürurverici hissdir”.

Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulan Muradxanlı Fəridə öz fikirlərini bölüşüb. Könüllümüz ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq gənclərin dövlət qurumlarında təcrübə keçmələri üçün yaradılan yüksək şərait üçün könüllülərin adından dərin minnətdarlığını bildirib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini yüksək səviyyədə davam etdirməkdədir. Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə bütün qurumlarda fəaliyyət göstərən, o cümlədən Xocavənd Rayon İcra Hakimiyyətinin könüllüləri xüsusi fəallıq nümayiş etdirirlər. Əslində bu hər birimizin vətəndaşlıq borcumuzdur.

Könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.

Biz könüllülər ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu ilk günlərdə prospekt, küçə və rayonumuzun digər ərazilərində evlərini tərk etmiş 65 yaşdan yuxarı şəxslərlə maarifləndirici söhbətlər apardıq. Onları bütün təlimatlarla tanış etdik. Qısa müddət ərzində isə səylərimizin müsbət nəticəsini gördükdə və artıq ahıl yaşlı sakinlərimizin bayıra çıxmamaqlarının şahidi olduqda biz bu istiqamətdə işimizi daha da həvəslə davam etdirməyə başladıq.

Cənab Prezident İlham Əliyevin, Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ilə bilrikdə ölkəmizin ən böyük şəfa ocağı olan “Yeni klinika” tibb müəssisəsinin açılışında “Biz birlikdə güclüyük!” çağırışı ilə start verilən sosial aksiya bir anda bütün ölkəmizə səs saldı. Karantin rejimi dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirmək məqsədi ilə keçirilən aksiya Xocavənd rayonunda da uğurla həyata keçirildi. Belə ki, bir sıra xocavəndli iş adamları və sahibkarların təşəbbüsü ilə yüzlərlə ailəyə yardım sovqatları paylanıldı. Sovqatların ünvanlara çatdırılması tədbirlərinin iştirakçısı olmaq xüsusi hiss idi.

Eyni zamanda təlim dövründə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbələrinin fəaliyyəti ilə tanışlıq, vətəndaşların qəbulu prosesində və karğüzarlıq işlərinin həyata keçirilməsində yaxından iştirakımızda bizim hər birimiz üçün yaxşı təcrübə oldu. Fürsətdən istifadə edib bütün xocavəndli gənclərə könüllü təlimlərində iştirak etməyi tövsiyə edirəm.

 

 

 

 

 

18.05.2020

           Könüllülərin karantin dövründəki fəaliyyəti

       Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca məqsədlərindən biri vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi, sağlamlıqlarının qorunması və əhalinin sosial müdafiəsinin təmin edilməsidir. Son bir neçə ildə iqtisadiyyatın inkişafında əldə edilən nailiyyətlər bu məqsədin uğurla reallaşmasına şərait yaradıb. Bütün kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

       Yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə ölkə Prezidentinin və Birinci vitse-prezidentin çağırışlarına cavab olaraq yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin keçirdiyi aksiyalara rayonumuzun könüllüləri də dəstək verərək müxtəlif aksiyalar həyata keçirir, ölkəmizdə belə tədbirlərin geniş vüsət almasına öz töhfələrini verirlər.

     Xocavənd rayon fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasına qoşulmuş, tənha və ahılları, köməyə ehtiyacı olan ailələri ziyarət edib, tibbi və gigiyenik vasitələr paylayıblar. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar. Könüllülər tərəfindən əhali arasında koronavirus (COVİD-19) epidemiyasına qarşı maarifləndirmə işləri aparılmış, sosial şəbəkələr vasitəsilə koronavirus epidemiyasına qarşı təbliğat video və foto məlumatlar mütəmadi olaraq paylaşılmışdır.
Xocavənd könüllüləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasına qoşulublar.

      Cənab Prezidentin "Biz birlikdə güclüyük" çağırışına qoşulan Xocavənd könüllüləri "Dəstək olaq" sosial layihəsi çərçivəsində Beyləqan rayon ərazisində salınmış qəsəbələrdə yaşayan şəhid ailələri, aztəminatlı ailələr, tənha yaşayanlara müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.

       Vətəndaşlar göstərilən diqqət və qayğıya, eləcə də ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

       "Könüllülük heç bir mənfəət güdmədən, şəxsin öz iradəsi ilə seçdiyi əvəzi ödənilməyən fəaliyyətdir. Dəyərlərimizi, işgüzarlığımızı dünya görüşümüzü, özünüinkişafımızı göstərmək, sübut etmək üçün möhtəşəm bir fürsətdir. Könüllülük sosiallaşmaq deməkdir ,paylaşmaq deməkdir, dostluq, sülh, yardımseverlik deməkdir"

        Düşünürəm ki, əgər istənilən bir ölkədə sosial,siyasi ve ya iqtisadi göstəricilərdə yüksək uğur qazanmaq üçün,çox çalışmaq və geniş miqyaslı işlər görmək lazımdır. Bu gün Azərbaycan dünya ölkələri ilə müqayisədə öz sözünü demiş qabaqcıl dövlətlər sırasındadır. Bunun səbəbi isə,ölkə rəhbərliyinin düzgün yürütdüyü siyasətin nəticəsidir. İşə təməldən baxmalı olarsaq, Azərbaycanın əziyyətli, çətin mərhələli yollardan keçdiyini bilirik. Bu gün müstəqil olaraq dünya meydanında öz sözünü demiş bir dövlətik.Çünki Ulu Öndər Heydər Əlyevin qurduğu ve dirçəltdiyi ölkəmizin ve onun davamçısı cənab prezitent İlham Əliyevin daş üstünə daş qoyaraq daha da ucalara yükslətdiyi bir dövlətdir Azərbaycan dövləti!

      Bu gün dövlətimizə,prezidentimizə dəstək olmaq üçün biz gənclərin üzərinə düşən vəzifə isə, ölkəmizin uğrurlu işlərində əlimizdən gələni əsirgəməməkdir.Prezident İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi biz gəncləri çox sevindirdi.

        Sadə bir sual ortaya çıxır.Könüllülük nə deməkdir?!

      Mənə görə, könüllülük heç bir mənfəət güdmədən, şəxsin öz iradəsi ilə seçdiyi əvəzi ödənilməyən fəaliyyətdir. Dəyərlərimizi, işgüzarlığımızı dünya görüşümüzü, özünüinkişafımızı göstərmək, sübut etmək üçün möhtəşəm bir fürsətdir. Könüllülük sosiallaşmaq deməkdir ,paylaşmaq deməkdir, dostluq, sülh, yardımseverlik deməkdir.

       Şərəfdir könüllülük!!! Mən də bu gözəl fəaliyyətin bir üzvü olduğum üçün çox şadam.

        Könüllü olmaq tək ictimai işlə kifayətlənmir, həm də gəncliyin ruha qida verdiyi xoş anları, gözəl xatirələridir.

       Azərbaycanda könüllülər ciddi uğurlara imza atıblar. “ASAN xidmət”, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə könüllüləri, miqrasiya könüllüləri, diaspor könüllüləri, könüllü gömrükçülər, aqrar inkişaf könüllüləri və digər bir çox könüllülər mərkəzi və yerli icra hakimiyyəti orqanlarında fəal iştirak edirlər. Könüllülərimiz ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərdə böyük əmək sərf ediblər. Bu isə ölkə rəhbərliyi tərəfindən dəstək olunaraq,bəyənilməsi gənclərə daha çox həvəs daha çox güc verir.

     Cənab prezidentndə dediyi kimi "Ümumiyyətlə, gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar. Mən xüsusilə könüllüləri qeyd etmək istərdim. Bu il mənim Sərəncamımla “Könüllülər ili” elan edilmişdir. Mən çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər, bizim ümumi işimizə çox böyük töhfə verirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm. Mənim göstərişimlə mərkəzi və yerli icra orqanlarında da könüllülər işə cəlb edilməlidirlər".

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq ölkədə mövcud könüllü təşkilat və hərəkatlarının təşəbbüsü ilə yaradılan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən “Bir-birimizi qoruyaq” adlı yeni kampaniyaya start verildi.Hər bir Azərbaycan gəncinin borcudur ki, bu çağırışa qoşularaq könüllü fəaliyyətləri ilə bu aksiyada iştirak etsin.

        Məndə bir Xocavənd gənci olaraq, dövlətimiz dövlətçiliyimiz uğrunda vəzifə borcumu yerinə yetirməyə hər zaman hazıram. Məqsədim və hədəfim isə rayonumuzu və Azərbaycanımızı layiqincə təmsil etmək dövlətçilik ənənələrinə sadiq qalaraq bu yolda uğurla davam etməkdir. Gənc könüllü olaraq ölkə rəhbərimizin bizlərə həvalə etdiyi vəzifələrin öhdəsindən layiqincə gəlib,hər zaman əlimizdən gələni etməyə hazır olmalıyıq."
          Xocavənd könüllüsü Asim Rüstəm

 

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi fəaliyyətini davam etdirir

18.05.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
Yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.
AKƏM-in çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər. Qısa zamanda AKƏM tərəfindən respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir.

“Böyüklərimizi qoruyaq!” devizi altında paytaxt və regionlarda könüllülər minlərlə tənha ahılların, aztəminatlı ailələrin, şəhid ailələrinin, fiziki məhdudiyyəti olan şəxslərin evlərinə baş çəkmiş, onlara müxtəlif ərzaq və gündəlik təlabat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər. Ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllü fəaliyyətə cəlb olunaraq həssas kateqoriyadan olan 6254 ailəyə dəstək göstərilməsində iştirak etmişdir.

8 aprel tarixində başlayan “Könüllü Qonşu” aksiyası çərçivəsində 44 şəhər və rayonda könüllülər tərəfindən məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylaşılmış, ehtiyacı olan şəxslər barədə məlumat verilməsi xahiş edilmişdir. Bu nömrələrə daxil olan zənglər əsasında könüllülər vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərirlər.

AKƏM çərçivəsində digər bir layihə ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixində Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına start vermişdir. Bu nəcib aksiya çərçivəsində könüllülər, Qan Bankının paytaxtda və regionlarda yerləşən bölmələrində qanvermə aksiyasında fəal iştirak etmişlər.
Könüllülüyün həqiqətən də könül işi olduğunu sübut edən gənclərin fəaliyyəti bununla yekunlaşmır. Onlar əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin aparılması, küçədə maskasız gəzən şəxslərə tibbi maskaların paylanması, həmçinin günümüzün görünməyən qəhrəmanları olan polis və tibb işçilərinə könüllülər adından təşəkkür mesajlarının çatdırılmasında da böyük həvəslə iştirak edirlər.

 

 

   15.05.2020

Hikmət Hacıyev: Danışıqlar prosesində irəliləyişin olmaması Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədardır

Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində bildirib.

Danışıqlarda irəliləyiş üçün Yerevanın konstruktiv fəaliyyətinin olmamasından təəssüfləndiyini bildirən Hikmət Hacıyev deyib ki, Ermənistan danışıqlar prosesindən geri çəkilir.

Prezidentin köməkçisi vurğulayıb ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmadır. O qeyd edib ki, Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” bir daha göstərdi ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejim cinayətkar birləşmədən, Ermənistanın siyasi rəhbərliyinin mafioz klanının tərkib hissəsindən başqa bir şey deyil. İşğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanunsuz ixracı artıq ənənəyə çevrilib. Bu sahədən qazanılan gəlir Ermənistanın siyasi rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.

Prezidentin köməkçisi müsahibəsində Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işlərdən də danışıb. O, Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlərin səmərəli nəticələr verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Azərbaycanda testlərin aparılması üçün 24 laboratoriya fəaliyyət göstərir və gündəlik 7 minə yaxın test icra olunur. Səhiyyə sisteminin hazırlığının gücləndirilməsi üçün tədbirlər görülüb, xəstəxana çarpayılarının sayı artırılıb, tibbi heyət təlimə cəlb olunub.

COVID-19-un yaratdığı sosial-iqtisadi çətinliklərlə bağlı sualı cavablandıran Prezidentin köməkçisi zərərlərin qarşısının alınması üçün sosial-iqtisadi paket həyata keçirildiyini və bu məqsədlə 3 milyard manatdan çox vəsait ayrıldığını vurğulayıb. Hikmət Hacıyev Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin Azərbaycana dəvət edildiklərini, onların ölkədə vəziyyətlə tanış olaraq görülmüş işləri müsbət qiymətləndirdiklərini də qeyd edib. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri nümunəvi adlandırdığını diqqətə çatdırıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, koronavirusla mübarizədə özünəqapanma deyil, qlobal həmrəylik səmərəlidir. Bu baxımdan o, Azərbaycanın hazırda sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə görüşlərini xatırladıb.

 

 

14.05.2020

       Heç kim qanundan üstün deyil və əgər kim fikirləşir ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları ona kömək edəcəklər, səhv edir. Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır.

                                                                                                                 İlham Əliyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

    14.05.2020

         Prezident: Qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq.

         Bu yaxınlarda modul tipli birinci xəstəxananın açılışı oldu. Belə xəstəxanaların sayı 10-a çatacaq. Onların 4-ü özəl sektor tərəfindən inşa ediləcək. Bu, bir daha göstərir ki, özəl sektor bizim çağırışımıza cavab verərək öz sosial məsuliyyətini nümayiş etdirir. Eyni zamanda, mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq.

Bu fikirləri Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib.

“Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır”, - deyə dövlətimizin başçısı bildirib.

 

 

 

                  14.05.2020

          Azərbaycan Prezidenti: Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır.

       Mən demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar.

Bu fikirləri Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib: “Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”.

 

 

 

 

 

 

 

    13.05.2020

"Biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik"

       Mən demişəm ki, bir çox ölkələr indi iqtisadi cəhətdən əziyyət çəkir, o cümlədən də biz. Mənim bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri ilə videokonfrans şəklində görüşüm olmuşdur. Orada qeyd olundu ki, Azərbaycan pandemiya dövründə iqtisadi sahədə də yaxşı nəticələr göstərir. Təkcə onu demək kifayətdir ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Yəni, onların daxili maliyyə resursları imkan vermir ki, lazım olan işlər görülsün. Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Sumqayıtda "Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında söyləyib.

Dövlətimizin başçısı deyib: "Biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Ona görə bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq”.

 

 

 

 

 

             13.05.2020

"Hadisələrin arxasınca getməyə yox, onları qabaqlamağa çalışdıq” İlham Əliyev

Azərbaycan Prezidenti pandemiyaya qarşı nümunəvi qərarları ilə dünya dövlətləri arasında həmrəyliyi və əməkdaşlığı daha da möhkəmləndirir "Son nəticələr barədə danışmaq hələ tezdir, lakin aralıq nəticələr göstərir ki, biz doğru yoldayıq. Yeri gəlmişkən, bizim təşkil etdiyimiz, həyata keçirdiyimiz bu işi Ümumdünya Səhiyyə Təşkilatı da qiymətləndirib. Bu təşkilatın Baş direktorunun mənə ünvanlanmış məktubunda Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə, yəni bu bəlaya qarşı mübarizədə nümunə göstərən ölkə adlandırılıb”. Bu fikirləri Prezident İlham Əliyev ötən həftə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində söyləyib. Bununla yanaşı, "Mir” televiziya kanalına müsahibə verən dövlət başçısı əsasən Azərbaycanın qlobal pandemiyaya qarşı apardığı mübarizə, görülən qabaqlayıcı tədbirlərdən söz açıb.

"Hadisələrin arxasınca getməyə yox, onları qabaqlamağa çalışdıq”

TASS informasiya agentliyinə daha ətraflı danışan Prezident görülən konkret tədbirlərdən söz açaraq bildirib ki, bütün ölkələrin əsas vəzifəsi bu xəstəliyin inkişafını, onun geniş yayılmasını yavaşıtmaq idi. Bir sıra başqa ölkələr kimi, Azərbaycana da bu virus kənardan gətirilib. Buna görə də qonşularla müvafiq məsləhətləşmələrdən sonra sərhədlərin bağlanması birinci mühüm addım olub. Lakin bundan sonra daxildə yoluxma halları başlayıb və buna görə də məhdudlaşdırıcı tədbirlərə start verilib: "Biz həmin tədbirləri şəraitə uyğun olaraq tətbiq etdik və hadisələrin arxasınca getməyə yox, onları qabaqlamağa çalışdıq, əks halda uğur qazana bilməzdik”.
Prezident vurğulayıb ki, bununla yanaşı, dövlət xəstəxanalarının işi operativ surətdə tamamilə yeni formatda təşkil edilib və bu gün 20-dən çox dövlət xəstəxanasında koronaviruslu xəstələrin müalicəsi davam etdirilir. O cümlədən 575 çarpayılıq yeni ən müasir xəstəxana da bütünlüklə koronaviruslu xəstələrə təqdim edilib. Modul tipli xəstəxana tikilib və əlavə bir neçəsi də tikiləcək.
Pandemiya ilə mübarizədə hökumət operativ surətdə əlavə laboratoriyalar alıb. Hazırda 23 bu cür laboratoriya mövcuddur və lazım gəlsə, yenə də alınacaq. Milyon nəfərə düşən testlərin sayına görə, Azərbaycan lider ölkələr sırasındadır. 160 mindən çox test keçirilib. Bu, xəstəliyin yayılma ocaqlarının, o cümlədən regional baxımdan aşkar olunmasına kömək edir.
Bir sözlə, dövlət insanların sağlamlığını və həyatını qorumaq məqsədilə lap əvvəldən məhdudlaşdırıcı tədbirlər görüb və bu tədbirlər də özünü doğruldub. Düzgün həyata keçirilmiş tədbirlər kompleksi sayəsində hələlik bu vəziyyətdən minimum itkilərlə çıxa bilirik.

 

            13.05.2020

"Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır.

Ancaq bu, o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar".

Bunu Prezident İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı çıxışında vətəndaşlara çağırış edib:

"Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır.

İşini itirənlər üçün dövlət öz sosial dəstəyini göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə biz bütövlükdə 3,5 milyard manat vəsait ayırmışıq və nə qədər lazımdırsa, o qədər də ayıracağıq. Ona görə dövlət bu işləri görür, bütün təşkilati məsələləri uğurla həyata keçirir.

Mən qeyd etdiyim kimi, bu sahədə aparıcı beynəlxalq təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı bizim işlərimizə yüksək qiymət verir. Təkcə o qalıb ki, vətəndaşlar məsuliyyət və nizam-intizam göstərsinlər. Əlbəttə, nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir. Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək.

Mən əminəm ki, biz buna nail olacağıq. Çünki artıq neçə aydır ki, bu pandemiya bütün dünya üçün böyük problemdir. Amma bu günə qədər vəziyyəti nəzarət altında saxlamaq, doğrudan da, böyük nailiyyət hesab oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, indiki şəraitdə cəmiyyətdə mövcud olan həmrəylik, bəlkə ən yüksək səviyyədədir. Çünki bütün cəmiyyət bu mübarizədə birləşib".

 

 

                11.05.2020

Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar –dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.
Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa,Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinincinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.
Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyayaqarşıamansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarınıda əhatə edəcəyini açıq bildirmişdir.
8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur.Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.

 

   

                             10.05.2020

    Zirvə görüşündə 40-a yaxın ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir.

Təəsüflər olsun ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional institutlar çaşqınlıq içərisində qalaraq beynəlxalq həmrəyliyi nümayiş etdirə bilmədilər. Hazırda qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev təşəbbüs irəli sürdü və “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirərək dünyanın dörd bir yanından müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Bu gün biz əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq. Azərbaycan Prezidentinin Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsü üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənmiş və Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşlar. 40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi sözügedən tədbir bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
-Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.
Təsadüfi deyil ki, BMT-nin Baş katibi çıxışı video müraciəti zamanı qeyd olunan problemə yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirmişdir. Eyni zamanda, o, Azərbaycan Prezidentinin belə bir görüşü çağırmasına görə təşəkkürünü bildirərək BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusilə vurğulamışdır.
Azərbaycan bundan əvvəl də videokonfrans formatında zirvə görüşü keçirmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdir. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirmişdir. Artıq Türk Şurası çərçivəsində 3 istiqamət üzrə - səhiyyə, nəqliyyat və iqtisadiyyat üzrə əməkdaşlıq mövcuddur. Türk Şurasının Zirvə Görüşündə çıxış zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

 

Koronavirusa qarşı mübarizədə Azərbaycan modeli         10.05.2020

Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur

 

 

 

 

Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir.

Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir. Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasındanminimum itkilərlə çıxmasına zəmin yaradanölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişdirlər.Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsidövlətin mənafeyinə ciddi zərbə vurur.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.

 

 

            09.05.2020

Azərbaycan dünya birliyinin məsuliyyətli və səmərəli üzvü kimi pandemiya ilə beynəlxalq səviyyədə mübarizəyə böyük töhfə verir

Koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir. Məsələ ondadır ki, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə həyata keçirildi. Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Bir sözlə, Prezident Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar tektonik fəlakət zamanı öz sözünü deyə bildi. Pandemiya zamanı Prezidentin keçirdiyi müşavirələr, vətəndaşlara ayrılan sosial yardım, vergi güzəştləri, sahibkarlara dəstək, sosial həssas qruplara dəstək və atılan digər addımlar Azərbaycan nümunəsinin başlıca göstəricisidir. Ölkə başçısı pandemiyaya qarşı mübarizədə bir sıra mühüm addımlar atdı. Belə ki, Prezidentinin sərəncamı ilə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Kütləvi yoluxmanın qarşısını almaq üçün demək olar ki, dərhal respublikada vəziyyət nəzarət altına alındı. Vaxtında təhsil prosesi dayandırıldı, bütün kütləvi tədbirlər ləğv edildi və təxirə salındı, ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırıldı. Bütün bu addımlar koronavirusun qarşısının alınmasında müstəsna rol oynadı. Vaxtında xüsusi karantin rejimi tətbiq edildi, vətəndaşlar sutkanın yalnız müəyyən vaxtında, “SMS icazəsi” ilə evlərini tərk edə bildilər. Bakı Metropoliteninin işi dayandırıldı, yerüstü ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.

Prezident İlham Əliyevin adından və bilavasitə nəzarəti altında həyata keçirilən və iqtisadiyyatın bütün həssas sahələrinə dövlət dəstəyi göstərməyə yönəlmiş geniş fəaliyyət də xüsusi qeyd edilməlidir.

Bunlara iş yerlərinin qorunması, koronavirus pandemiyasından zərər görən fərdi sahibkarlara maddi dəstək, o cümlədən vergi güzəştləri və vergi tətilləri verməklə sahibkarların vergi yükünü yüngülləşdirmək, kreditləri stimullaşdırmaq və ən əsası əhaliyə birbaşa sosial dəstək göstərmək kimi tədbirlər daxildir.

Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda istehsal həcmi gündə 250 min ədəd olan tibbi maskalar istehsal edən müəssisə açıldı.

Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb. Prezidenti İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir.

 

 

             08.05.2020

Xocavənd rayonu üzrə 27 nəfər koronavirus (COVID-19) pandemiyası dövründə 2 aylıq ictimai işə cəlb edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq koronavirus (COVID-19)pandemiyası dövründə işsiz şəxslərin bir qisminin 2 aylıq müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə 50 min ictimai iş yeri açılmışdır. Xocavənd rayonu üçün 30 yer müəyyən olunmuş, hal hazırda 27 nəfər həmin iş yerlərinə təyin olunmuşdur. 2 ay müddətinə əlavə ayrılmış haqqı ödənilən ictimai iş yerinə təyin olunmuş şəxslər dezinfeksiya işlərinə cəlb edilmişlər.

 

 

 

 

 

 

 

            07.05.2020

“Biz aztəminatlı ailələrin problemlərini daha geniş şəkildə həll etməliyik. Bu günə qədər nəzərdə tuturduq ki, karantin rejimi qısa müddət sürəcək. Ancaq indi bu müddət uzadılır.

Maksimum səviyyədə şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaq. Mən hesab edirəm ki, ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə bu kateqoriyaya aid olan insanların sayını biz 600 minə çatdırmalıyıq. Yəni 200 min əvəzinə, 600 min insana dövlət 2 ay ərzində hər ay 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

   

 

 

 

 

 

    06.05.2020

 

İctimai işlər (“İşsizin DOSTu”) proqramı işsiz və işaxtaranların məşğulluğu ilə bərabər, onların konkret fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə də imkan yaradır

Ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi, sosial tərəqqiyə nail olunması, əhalinin rifah halının yaxşılaşdırılması, eyni zamanda dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldilməsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindəndir.
Modern tərəqqi yolunda yeni nailiyyətlərə imza atmaqla dinamik inkişafını uğurla davam etdirən müasir Azərbaycan qazandığı sosial-iqtisadi müvəffəqiyyətlər və bu sahədə nümayiş etdirdiyi artım tempilə təkcə mövcud olduğu regionda yox, həm də dünya miqyasında lider mövqeyə yüksəlmişdir.
Haqqı ödənilən ictimai işlər– işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq icra olunan ödənişli ictimai işlər (“İşsizin DOSTu”) proqramı işsiz və işaxtaranların məşğulluğu ilə bərabər, onların konkret fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə də imkan yaradacaq.
Ölkə başçısının tapşırığına uygun olaraq əhalinin məşğulluğunun təmin olunmasına kömək məqsədilə Xocavənd rayon Məşğulluq Mərkəzində işaxtaran və işsiz kimi qeydiyyatda olan şəxslər də göndəriş əsasında ictimai işlərə cəlb olunur .

 

 

Keçidlər