Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHİD GÖYÜŞOV MƏZAHİR NİYAZ OĞLU

 

Soyad:Göyüşov

Ad:Məzahir
Ata adı: Niyaz
Doğum tarixi: 07.03.1992
Şəhid olub: 30.09.2020
Rütbə:gizir
Təltifləri: 

   Göyüşov Məzahir Niyaz oğlu-  07.03.1992-ci ildə Füzuli rayonunda doğulmuşdur. Təhsil həyatına Beyləqan rayon 6 saylı orta məktəbində qədəm qoymuş, 2000-ci ildən etibarən təhsilinə Tuğ kənd orta məktəbində davam etmişdir. 2011-ci ildə orta məktəbi bitirmişdir. 2012-ci ilin aprel ayında Ədliyyə Nazirliyinin tabeliyində olan hərbi hissədə xidmətə başlamışdır. 2013-cü ilin oktyabr ayında tərxis olmuşdur.
   Bir müddət Bakı şəhərində mühafizə xidmətində çalışmışdır. 2017-ci ilin aprel ayında müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, BMP komandiri vəzifəsini icra etmişdir.
    27 senytabr 2020-ci ildə başlayan Vətən müharibəsinə ilk gündən atılmışdır. Füzuli istiqamətində kəndlərin azad olunmasında iştirak etmişdir. 30.09.2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndində şəhidlik zirvəsinə ucalmışdır.
  Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Bir övladı yadigar qaldı.

wikipedia

http://xocavend-ih.gov.az/az/news/sehidlerin-xatiresi-yad-edilib.html

http://xocavend-ih.gov.az/az/news/11sehid-goyusov-mezahir-niyaz-oglunun-xatiresi-yad-edilib.html

http://xocavend-ih.gov.az/az/news/1sehid-aileleri-novruz-bayrami-munasibetile-tebrik-edilib.html

Şəhidlərin xatirəsi yad edilib.

Şəhid Göyüşov Məzahir Niyaz oğlunun xatirəsi yad edilib.

 

Keçidlər