Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycanın çoxəsrlik mədəniyyət ənənələri var

08 yanvar 2021 | 16:00

  Müzəyyəm Allahverdiyeva :"Dünya mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycanın çoxəsrlik mədəniyyət ənənələri var"
“Azərbaycan xalqı dünyanın ən zəngin mədəni irsə sahib olan xalqlarından biridir. Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarından biridir”.
   Böyük xalqın zəngin dili olmalıdır. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir. Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəni irsimizin, dilimizin qorunması və təbliği baxımından mühüm tədbirlər həyata keçirir.   Milli-mədəni irs nümunələrinin tanıdılması fəaliyyətin əsas prioritetlərindən biri kimi qalmalıdır.

Keçidlər