Şriftin ölçüsü :

Saytın rəngi :

“DOSTLUQ” YATAĞI İLƏ BAĞLI SAZİŞ GEOSİYASİ ƏHƏMİYYƏTƏ MALİKDİR

27 yanvar 2021 | 16:00

    “DOSTLUQ” YATAĞI İLƏ BAĞLI SAZİŞ GEOSİYASİ ƏHƏMİYYƏTƏ MALİKDİR
    "Azərbaycan və Türkmənistanın əməkdaşlığı regionun ümumi inkişafına əlavə imkanlar yaradacaq"
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bununla da, Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar geridə qalır. Sözsüz ki, imzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır, şübhəsiz ki, “ Dosluq” neft yatağı ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
   Bu Anlaşma Memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər vəd edən əməkdaşlıq mühitinin formalaşması baxımından önəmlidir. Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Xəzər ölkələrimiz arasında təbii sərhəd olmaqla yanaşı, bundan sonra da ölkələrimizi və xalqlarımızı ortaq maraqlarda birləşdirəcək əməkdaşlığın önəmli bir hissəsini təşkil edir. Bu mənada, Azərbaycan və Türkmənistanın əməkdaşlığı regionun ümumi inkişafına əlavə imkanlar yaradacaqdır.
    Türkmənistanın sahib olduğu təbii ehtiyatlara xüsusi diqqət çəkən deputat qeyd edib ki, Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9 %-ni təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. İndiyədək əsas istehlak bazarı Rusiya olub, rəsmi Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son qoymaq üçün əvvəlcə Çin və İran bazarına çıxdı. İndi isə, Azərbaycanın vasitəsilə əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq. Bu nöqteyi-nəzərdən, nəqliyyat ölkələrimiz arasında mövcud əməkdaşlıq əlaqələrinin strateji istiqamətidir. Nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşu dövlətlər üçün böyük perspektivlər açır. Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanlarının yaradılması layihələrini bir növ sinxronlaşdırıblar. Bu ölkələr arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.

Keçidlər