Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

28 mart 2021 | 16:00

      Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.
    28 mart 2021-ci il tarixdə Xocavənd qəsəbəsi Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Vətən müharibəsi Şəhidlərinin məzarlarını ziyarət etmiş, ruhlarına dualar oxunmuşdur. Sonra tədbir iştirakçıları müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoymuşlar. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakmiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik etmiş və xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunması sahəsində fəaliyyətlərində uğurlar arzulamışdır. Başçı Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarının tarixindən danışaraq, 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlıların rəhbərlik etdiklərini bildirmişdir. Natiq həmin il ulu öndər Heydər Əliyevin Azərbaycan DTK-nin sədri təyin olunması ilə Azərbaycanlı kadrların hazırlanması istiqamətində ciddi addımların atıldığını diqqətə çatdırmışdır.
     Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Xocavənd rayon şöbəsinin rəisi Elçin Məmmədov Azərbaycan Respublikası Təhlükəsizlik orqanlarının yaranması haqqında ətraflı məlumat vermişdir.
      Sonda DTX Xocavənd Rayon Şöbəsinin bur neçə əməkdaşı Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunmuşdur.

Keçidlər