Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti könüllü qrupla görüş keçirilib.

19 may 2021 | 16:00

    Növbəti könüllü qrupla görüş keçirilib.
   Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsi keçən könüllülər ilə görüş keçirilib. İlk öncə başçının müavini Əfsanə Quliyeva gənclərə könüllük fəaliyyəti haqqında geniş məlumat verdi. Sonra könüllülər üzrə koordinator Nicat Şirinov könüllüləri Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası və şöbələrlə tanış etdi və onlara İcra Hakimiyyəti haqqında ətraflı məlumat verdi. İlkin tanışlıqdan sonra könüllülər peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüldülər.
   Proqram müddətində könüllülərimiz İcra Hakimiyyətinin müxtəlif struktur bölmələrində təcrübə keçəcək, onların işində yaxından iştirak etməyə çalışacaqlar. Həmçinin könüllülərimiz sakinlərin müraciətlərinin qəbulu və cavablandırılması, rayonun sosial-iqtisadi, humanitar məsələləri, rayon təsərrüfatı, eləcə də rayon idarəçiliyi ilə tanış olacaq, müxtəlif tədbirlərin və layihələrin təşkilatçılığı işində yaxından iştirak edəcəklər.

 

Keçidlər