Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun–Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir

15 iyun 2021 | 16:00

Xocavənd qəsəbəsində 15 iyun–Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir
İyunun 15-də Xocavənd rayon Mədəniyyət evində 15 iyun–Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov,Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişdir.
    Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü Zəfərlə nəticələndiyini vurğulamışdır. 2020-ci ildə qazandığımız Zəfər məhz 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda  aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Bu Zəfər çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu, Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Başçı həmçinin bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Dağlıq Qarabağın xalqımıza məxsus olmasını bəyan etmiş, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq variantını nəzərə çarpdırmışdır.
Tədbirdə çıxış edən Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdir. 
Tədbir bayram konserti ilə davam etmişdir.

                  

Keçidlər