Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə işçilərinin peşə bayramı

17 iyun 2021 | 16:00

Xocavənd rayonunda  Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu.
17 iyun 2021-ci il tarixdə Tibb işçilərinin peşə bayramı münasibətilə  tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Daha sonra Rayon Mərkəzi Xəstəxanasında davam edən tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək onlara bu çətin işlərində uğur və müvəffəqiyyətlər arzuladı. Tibb işçilərinin həm koronavirusa qarşı mübarizə sahəsində, həm də Vətən müharibəsi dövründə göstərdikləri fədakarlıqları diqqətə çatdırdı.
Tədbirin sonunda bir sıra tibb işçisinə Səhiyyə İşçiləri Günü və 44 günlük Vətən müharibəsində göstərdikləri fədakar əməyə görə İcra Hakimiyyətinin Fəxri Fərmanları  təqdim olundu.

Keçidlər