Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai Şuranın yeni tərkibdə iclası keçirilib

11 iyun 2021 | 16:00

Xocavənd Rayon  İcra Hakimiyyəti yanında İctimai Şuranın  yeni tərkibdə  iclası keçirilib
11 iyun 2021-ci il tarixdə Xocavənd Rayon  İcra Hakimiyyəti yanında İctimai Şuranın  yeni tərkibdə  iclası keçirilib. İclasda iştirak edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva bildirib ki,  Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti genişlənib, QHT-lər dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevriliblər. Qeyd edib ki, Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda da ictimai iştirakçılıqla bağlı qarşıya yeni vəzifələr qoyulub. Natiq  bildirib ki, Xocavənd Rayon İcra Hakimiyyəti yanında İctimai Şura 2016-cı ildən fəaliyyət göstərir. Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai Şura ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran Əfsanə Quliyeva İctimai Şuranın üzvlərinə İcra Hakimiyyətinin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, İcra Hakimiyyəti  ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onun fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının müdafiəsi kimi məqsədlərin həyata keçirilməsi istiqamətlərindəki fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. İki il müddətinə fəaliyyət göstərəcək İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə Salakətin kənd tam orta məktəbinin direktoru Rəmziyyə Aslanova sədr, Rayon Mədəniyyət evinin direktoru Müzəyyəm Allahverdiyeva  müavin, Afət Tahirova isə katib seçilib.
İclasda çıxış edən Rəmziyyə Aslanova Rayon İcra Hakimiyyətinin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs edib. Cəmiyyətin maarifləndirilməsi yönündə aparılan işlərin önəmini qeyd edərək, İctimai Şuranın bu tədbirlərdə yaxından iştirak edəcəyini və öz töhfəsini verəcəyini bildirib.
Sonda Şura üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

Keçidlər