Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Tural Abdullayevin oğlunun doğum günü qeyd edilib.

20 sentyabr 2021 | 16:00

    Kuropatkin kənd uşaq bağçasında Şəhid Tural Abdullayevin oğlu Tunarın doğum günü qeyd edilib.Tədbirdə çıxış edənlər şəhid  Tural Abdullayevin  şərəfli ömür yolundan danışıblar. Bildirilib ki, şəhidimiz  1993-cü il fevral ayının ikisində Xocavənd rayonunun Tuğ kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı öz ata-baba torpaqlarını itirən,  doğma ocaqlarını zorla tərk etməyə məcbur olan ailələrdən biri də  Turalın ailəsi idi.  Bu müharibənin ağrılarını içində yoğura-yoğura böyüyən, uşaqlığı,  gəncliyi müharibənin  çilik-çilik etdiyi,  xəyalları və arzuları yarımçıq  qalan insanların arasında keçməsi Turalın həyatında silinməz izlər buraxmış,  onun sonrakı həyat yolunu müəyyənləşməsinə böyük təsirli etmişdir.  Qaynar təbiəti, cəsarətli və vətənpərvər ruhu  hələ orta məktəb illərindən onu digər həmyaşıdlarından fərqləndirirdi.  Sərhəd Qoşunlarında hərbi xidmətini başa vuran Tural 2014-cü ildən Müdafiə Nazirliyində müddətdən artıq xidmətə başlamışdır. N saylı hərbi hissənin  gizir olan Şəhidimiz hərbi xidmət müddətində nümunəvi bir hərbiçi kimi yadda qalmışdır.
    Zəfərlə yekunlaşan Vətən müharibəsinin  ilk günlərindən   döyüşlərə atılan Tura Abdullayev  şəxsi igidliyi ilə fərqlənmiş, bir çox istiqamətdə düşmənə ağır zərbələr vurulan əməlliyyatların  iştirakçısı olmuşdur. Tural  28.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə uçalmışdır.
    Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Abdullayev Tural Bəylər oğlu ölümündən sonra “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə" və “Vətən Uğrunda” medalları  ilə təltif olunmuşdur.
    Tədbirə iştirak edənlər balaca Tunara hədiyyələrini təqdim edib, atasına layiq övlad olmasını arzulamışlar. Şəhidin ailə üzvləri Tural Abdullayevlə fəxr etdiklərini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər