Şriftin ölçüsü :

Saytın rəngi :

Qara Balakişiyevin Şəhid olmasından 1 il ötür.

28 sentyabr 2021 | 16:00

      Qara Balakişiyevin Şəhid olmasından 1 il ötür.
      28  sentyabr  2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Balakişiyev Qara Əmirxan oğlunun ölümünün ildönümü  münasibətilə  Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
      Şəhid Balakişiyev Qara Əmirxan oğlu 11 iyul 1994-cü il tarixdə Xocavənd rayon  Əmirallar kəndində anadan olmuşdur.  Məcburi köçkünlüyün bütün ağrı  acıları ilə böyüyən, valideynlərinin  Vətən həsrəti, yurd nisgilini öz ürəyində daşıyan Qara  hər zaman düşmənə böyük nifrət bəsləmiş, ailədə aldığı tərbiyə onun vətənpərvər bir övlad kimi yetişməsinə şərait yaratmışdır. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi onun ən böyük arzusu idi. Elə bu istək, amal üçün  702 saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılan Qara xidməti dövründdə nizam –intizamlı, cəsur və bacarıqlı hərbiçi kimi komandirlərinin etimadını qazanmışdır. Balakişiyev Qara Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin canlı qüvvəsini  məhv edilməsində, post və istehkamlarının dağıdılmasında fərqlənmişdir. O, 27 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər