Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elmin Mirzəyevin xatirəsi yad edilib.

02 oktyabr 2021 | 16:00

    Şəhid Elmin Mirzəyevin xatirəsi yad edilib.
   2 oktyabr 2021-ci il  tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Elmin Mirzəyevin ölümünün ildönümü  münasibətilə  Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə Şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər