Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Xəyal Namazovun xatirəsi yad edilib.

03 oktyabr 2021 | 16:00

     Şəhid Xəyal Namazovun xatirəsi yad edilib.
    3 oktyabr 2021-ci il  tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xəyal Namazovun ölümünün ildönümü  münasibətilə  Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə Şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək Vətən müharibəsində qazanılan Zəfərdən və Şəhidin igidliyindən, döyüş yolundan danışıb.

Keçidlər