Şriftin ölçüsü :

Saytın rəngi :

Fəal gənclərin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub.

24 oktyabr 2021 | 16:00

      Fəal gənclərin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub.
    Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 23 oktyabr 2021-ci il tarixdə fəal gənclərin Bakı şəhərində yerləşən “Hərbi Qənimətlər Parkı”na ekskursiyası həyata keçirilmişdir. Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların asudə vaxtının səmərəli və mənalı təşkili, Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərə baxış keçirərək Azərbaycan Silahlı Qüvvələrinin potensialı, gücü və bütövlükdə ölkəmizin hərbi qüdrəti barədə gənclərdə müəyyən təsəvvürlərin formalaşdırlması məqsədi ilə keçirilən tədbirdə 21 nəfər iştirak etmişdir.
    Qeyd edək ki, “Hərbi Qənimətlər Parkı” Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədlərinin nümayiş olunması məqsədini daşıyır.

Keçidlər