Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3 noyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olmuş Nüsrətli Ceyhun Aqil oğlunun ailəsi ilə görüş keçirildi.

03 noyabr 2021 | 16:00

        Xocavənd Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3 noyabr 2021-ci il tarixdə Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olmuş Nüsrətli Ceyhun Aqil oğlunun ailəsi ilə görüş keçirildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş vətən övladlarının xatirəsini əziz tutmaq, onların keçdiyi şərəfli döyüş yolunu gənclərə nümunə göstərərək onların vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək, şəhid ailələrinə mənəvi dəstək olmaq və ehtiram göstərmək məqsədi ilə keçirilən görüşdə Xocavənd Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və bir qrup fəal gənc iştirak edirdi. Ziyarət zamanı şəhidin əziz xatirəsi yad olundu, onun həyatı və keçdiyi döyüş yolu haqqında söhbət aparıldı, ailənin qayğıları dinlənildi.
       Ceyhun 8 aprel 1995-ci ildə dünyaya göz açmışdır. Əslən Füzuli rayonunun Dilağarda kənindən olan şəhidimizin ailəsi Beyləqan rayonu ərzisində salınmış 146 ailəlik məcburi köçkün qəsəbəsində məskunlaşmışdır.
        Nüsrətli Ceyhun ali təhsilli idi. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini bitirmişdir. Daha sonra həqiqi hərbi xidmətə yollanan Ceyhun 29 sentyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən ağır döyüşlərdə xüsusi şücaət göstərərək həlak olmuşdur. O, Xocavənd Şəhidlər məzarlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik nümayiş etditdiyinə görə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.
     Ceyhun subay idi.
     Allah rəhmət eləsin!

Keçidlər