Şriftin ölçüsü :

Saytın rəngi :

Sərbəst güləş üzrə açıq rayon birinciliyi təşkil edilib.

06 noyabr 2021 | 16:00

     Sərbəst güləş üzrə açıq rayon  birinciliyi təşkil edilib.
     Xocavənd rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş güləş yarışı keçirilmişdir. Yarış müxtəlif çəki üzrə uşaq və yeniyetmələr arasında təşkil edilib və Xocavənd  ilə yanaşı, Beyləqan, eləcə də Füzuli  rayonunun idmançıları öz qüvvələrini nümayiş etdiriblər. Yarışın açılış mərasimində bildirilib ki, 44 günlük müharibə ərzində Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü bərpa edib. İşğaldan azad olunmuş yaşayış məntəqələrimizə şanlı bayrağımız sancılıb. Bu yarışı keçirməkdə məqsəd də Qarabağda qazandığımız qələbəni və uğuru uşaqlar, yeniyetmələr arasında təbliğ etməkdir.
    Sonda yarışln qalibləri diplom və medallarla təltif edilmişlər.

Keçidlər