Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan aşıq sənətinin zirvəsi" adlı​ ​tədbir keçirildi

26 noyabr 2021 | 16:00

   "Azərbaycan aşıq sənətinin zirvəsi" adlı​ ​tədbir keçirildi
   Noyabrın 25-də Xocavənd kənd mədəniyyət evi,​ Xocavənd kənd (Azəri​ məhəlləsi) mədəniyyət evi, Qaradağlı kənd klubu və Kuropatkin kənd mədəniyyət​ evinin​ birgə​ təşkilatçılığı ilə "Azərbaycan aşıq sənətinin zirvəsi" adlı​ ​tədbir keçirildi.​
  Tədbirdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmasından söhbət açılıb, sənətkarın həyatı və yaradıcılığından bəhs olunub.
   Daha sonra Aşıq Ələsgərin şeirlərindən hazırlanan bədii kompozisiya təqdim edilib.

Keçidlər