Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub.

22 noyabr 2021 | 16:00

    Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub.
   Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümü ilə bağlı YAP Xocavənd rayon təşkilatının təşkilatçılığı ilə onlayın formatda konfrans keçirilmişdir . Konfransda YAP Xocavənd rayon təşkilatının İdarə heyəti, şüra üzvləri, fəal YAP üzvləri iştirak etmişdir. Konfrans Xocavənd Rayon İcra Hakimiyyətinin binasının önündə ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülməklə başlamışdır. Konfransda YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov, YAP Xocavənd rayon Gənclər Birliyinin sədri Vüsal Hüseynov, İdarə heyətinin üzvləri Aslan Quliyev, Şaiq Aslanov, Gültəkin Ağayeva, fəal gənc Asim Rüstəm və digər fəallar çıxış edərək Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü münasibəti ilə bütün Yeni Azərbaycançıları təbrik etmiş və Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını qeyd etmişdilər. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Biz Xocavəndlilər olaraq  Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı Cənab Prezident İlham Əliyevin daim ətrafında olacaqlarını  diqqətə çatdırmışlar.

Keçidlər