Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan son 18 ildə” adlı tədbir keçirilmişdir

24 dekabr 2021 | 16:00

   “Azərbaycan son 18 ildə” adlı tədbir keçirilmişdir
   Dekabrın 24-də Rayon Mədəniyyət evində YAP Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan 18 ildə” adlı tədbir keçirilib.Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
   Daha sonra Prezident İlham Əliyevin 18 illik fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.
   Tədbiri giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Azər Süleymanov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin fəaliyyətindən danışıb, bildirib ki, Əsrə bərabər 18 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası və xalqımızın əyilən qəddini dikəldən Vətən müharibəsinin nəticələri dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı”.
   Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov  çıxışında Azərbaycanın sosial-siyasi həyatında qazanılan uğurları möhkəm əsaslar üzərində qurulan dayanıqlı, ardıcıl dövlət siyasəti ilə əlaqələndirib. Bildirib ki, memarı ümummilli lider Heydər Əliyev olan həmin siyasəti uğurla davam etdirən dövlətimizin başçısı titanik fəaliyyəti ilə dünyaya günəş kimi doğan Azərbaycan təqdim etdi. Ötən 18 ildə bütün digər istiqamətlərdə olduğu kimi, xarici siyasət sahəsində də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu prinsiplər uğurla tətbiq olunmuş, milli maraqlara söykənən müstəqil xarici siyasət həyata keçirilmişdir. Möhtərəm Prezident İlham Əliyev həmişə milli mənafe və maraqların qorunmasında uzaqgörənlik və prinsipiallıq nümayiş etdirmiş, hər zaman öz xalqına arxalanmışdır. Dövlət başçısının qətiyyəti, yüksək diplomatik səriştəsi, həmçinin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalətə istinad edən mövqeyi sayəsində Azərbaycanın beynəlxalq nüfuzu getdikcə yüksəlmişdir. Başçı həmçinin Vətən müharibəsində qazanılmış qələbənin son 18 ildə bütün sahələrdə əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlı olduğunu, Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrildiyini, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olduğunu qeyd etmişdir. “Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün reallıqlarına və çağırışlarına uyğun, böyük məharətlə həyata keçirilən siyasət, ölkəmizin güclü iqtisadi əsaslara malik olması Vətən müharibəsində qələbəni təmin edən ən mühüm məsələlərdən biri olmuşdur. Ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı, davamlı tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmişdir, Azərbaycanın iqtisadi sütunları möhkəmdir, kifayət qədər böyük iqtisadi və maliyyə imkanlarına malikdir. Dayanıqlı iqtisadi inkişaf Azərbaycanda bütün sahələrdə olduğu kimi, qüdrətli ordu quruculuğu istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirməyə imkan vermiş, ölkəmizin müasir dövrün ən yüksək standartlarına cavab verən Silahlı Qüvvələri formalaşdırılmışdır. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən əsgər və zabitlərimizin əksəriyyəti məhz müstəqillik dövründə dünyaya gəlmiş gənclərimiz olmuşdur. Son illərdə Ordumuzun maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş, Silahlı Qüvvələrimiz ən müasir döyüş texnikaları ilə, silah-sursatla təmin olunmuşdur. Görülən məqsədyönlü tədbirlər nəticəsində dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusunun texniki imkanları böyük dərəcədə artmış və İkinci Qarabağ müharibəsində bunu bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaət, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazılmışdır. 44 gün ərzində 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəkliklər azad olunmuş, Ermənistan ordusu şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilmişdir. Eyni zamanda biz ölkəmizdəki sabitliyi, milli birliyi, həmrəyliyi, xalqımızın öz lideri ətrafında “dəmir yumruq” kimi birləşməsini tarixi zəfərin əsas səbəblərindən biri kimi dəyərləndirə bilərik”,- deyə başçı bildirmişdir.
    Digər çıxış edənlər çıxış edərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən, şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən söz açdılar. Vurğulandı ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edən, əzəli və əbədi torpağımız olan Qarabağı işğaldan azad edən Müzəffər Ali Baş Komandan və  Sərkərdə kimi hər zaman tarixdə qalacaqdır.

Keçidlər