Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Xocavənd rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası keçirmişdir.

23 mart 2022 | 16:00

   “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov və partiya fəalları  Vətən müharibəsində şəhid olmuş Tağıyev Elzamin Eyvaz oğlunun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlandılar.
    Qeyd edək ki, Tağıyev Elzamin Eyvaz oğlu 8 sentyabr 2020-ci ildə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmışdır. Tağıyev Elzamin 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində döyüşlərə qatılmış, 11 oktyabrda şiddətli döyüşlər zamanı yaralanmış, 27 oktyabr tarixinə kimi hərbi hospitalda müalicə almışdır. 27 oktyabrdan yenidən ordu sıralarına qatılan Elzamin Qubadlı istiqamətində gedən döyüşlərə qatılaraq, 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”. “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər